Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   2   3   4   5   6   7   8   9   ...   111


 
edin, qarışdırın və sınaq şüşəsini qızdırın). Reaksiyanın tənliyini yazın, oksidləşdirici 
və reduksiyaedicini  müəyyən edin. Sınaq şüşələrindən birinə xlorlu su, digərinə isə 1 
ml gümüş –nitrat məhlulu tökün. Baş verən dəyişikliyi izləyin və səbəbini izah edin. 
Reaksiya tənliklərini yazın. 
Təcrübə  3.  Misin  aşındırılması.  Sınaq  şüşəsinə  yarısına  qədər  dəmir  (III) 
xlorid  məhlulu  töküb,  içərisinə  mis  lövhəcik  salın.  Nə  müşahidə  edilir?  Reaksiyanın 
tənliyini yazın, oksidləşdirici və reduksiyaedicini müəyyən edin.  
Yoxlama suallar 
1.
 
Oksidləşmə-reduksiya reaksiyaları hansılardır? 
2.
 
Oksidləşdirici nədir? Reduksiyaedici nədir? 
3.
 
Oksidləşmə nədir? Reduksiya  nədir? 
4.
 
Hansı maddələr oksidləşdirici, hansılar reduksiyaedici ola bilirlər? 
5.
 
Bəsit maddələrin oksidləşdirici-reduksiyaedici xassələri onları əmələ gətirən 
elementlərin dövri sistemdəki vəziyyətindən necə asılıdır? 
6.
 
Metalların  reduksiyaedici  xassələri  onların  elektrokimyəvi  gərginlik 
sırasındakı vəziyyəti ilə necə xarakterizə olunur? 
 
1.1.2. Praktiki məşğələlərin təşkili və keçirilməsi metodikası 
 
Laboratoriyada aparılan təcrübələrdən bilik və bacarığı möhkəmləndirmək üçün 
istifadə olunursa, bu cür təcrübələrə praktiki məşğələ deyilir. 
           Praktiki  məşğələlərin  iki  növü  mövcuddur:  təlimat  üzrə  aparılanlar  və 
eksperimental məsələlərin həlli. 
Təlimat  üzrə  aparılan  praktiki  məşğələlər–  şagirdin  fəaliyyətinin 
istiqamətverici əsası olub, yerinə yetirilən təcrübələrin mərhələlərini ifadə edir. 
Təlimata daxildir: 

 
Yerinə yetirilməsi vacib olan əməliyyatların siyahısı; 

 
Əməliyyatların yerinə yetirilmə ardıcıllığı; 



 

 
Verilən işdə tələb olunan texniki təhlükəsizlik qaydaları; 

 
Lazımi avadanlığın siyahısı və şəkli; 

 
Müşahidənin necə qeyd olunmasına göstəriş (hesabat) 
Təlimat materialları aydın, qısa və əyani olmalıdır. Təlimatda artıq izah edilmiş 
əməliyyatlar və onların yerinə yetirilmə qaydaları sonradan ətraflı göstərilmir, yalnız 
adları çəkilir. 
Adətən  ilk  işlər  üçün  təlimatlar  çox  ətraflı  olur,  çünki  şagirdlər  hələ  kifayət 
qədər  lazımi  vərdişlərə  malik  olmurlar.  Şagirdlər  təlimatın  köməyilə  müəllimin 
rəhbərliyi  altında  müşahidə  etməyi,  müşahidələrin  qeydiyyatını  aparmağı,  nəticələr 
çıxarmağı öyrənirlər. Təlimat tədricən işin aparılma planına çevrilir, və nəhayət, bəzi 
hallarda  şagirdlərə  yalnız  tapşırıq  verilir.  Şagirdlərin  bilik,  bacarıq  və  vərdişləri 
çoxaldıqca,  müəllimin  şagird  eksperimenti  üzərində  rəhbərliyi  də  tədricən  zəifləyir. 
Şagird eksperimenti tədricən müstəqil forma alır.  
Buna  baxmayaraq,  hətta  ətraflı  təlimat  mövcud  olduqda  belə,  ilkin  mərhələdə 
müstəqil  olaraq  işin  məqsədini  müəyyənləşdirmək,  işi  planlaşdırmaq,  nəticələr 
çıxarmaq  şagirdlər  üçün  çətindir.  Təcrübə  göstərir  ki,  praktiki  məşğələlərə  təlimatın 
ev şəraitində öyrənilməsi az effektlidir. Hər mərhələdə tapşırığın qısa ifadəsi ilə dəqiq 
icra mexanizmlərinin olması vacibdir. 
Şagird  eksperimentinin  təşkilində  müəllimin  fəaliyyəti  bir  neçə  mərhələlərdən 
ibarətdir: 
1. Praktiki məşğələnin aparılmasına hazırlıq: 
a)  işin  nəzəri  və  texniki  cəhətdən  öyrənilməsi:  kimyəvi  reaksiyaların,  kimyəvi 
eksperimentin  incəliklərinin,  istifadə  edilən  qurğunun  xüsusiyyətlərinin  öyrənilməsi. 
Nəticədə aşağıdakı nümunə üzrə iş cədvəli tərtib edilir: 
Cədvəl 1. 
İşin adı 
 
 
 
İşin məqsədi 
 
 
 
Reaktivlər və 
ləvazimatlar 
Qurğu (cihaz) 
Cihazın şəkli 
(lazım olarsa) 
Texniki 
təhlükəsizlik 


10 
 
 
b)  dərslikdə  verilmiş  təlimata  əsasən  şagirdlərin  praktiki  fəaliyyətinə  aydın  və 
qısa tapşırıqlarla rəhbərlik; 
c)  işə  texniki  hazırlıq  –  hər  bir  şagird  qrupunun  bütün  lazımi  avadanlıq  və 
reaktivlərlə təmin edilməsi 
d) şagirdlərin işə hazırlığı (ev tapşırığı şəklində tərtib edilə bilər). 
2. Dərsdə praktiki işin aparılması. 
3. Şagirdlərin işinin analizi və qiymətləndirilməsi. 
Praktiki  işin  yerinə  yetirilməsində  müəllim  bütün  şagirdlərə  eyni  zamanda 
nəzarət edə bilmədiyi üçün o, mürəkkəb dərs növünə aid edilir. Çox vaxt praktiki işin 
yoxlanılması  yazılı  hesabatların  qiymətləndirilməsindən  ibarət olur,  lakin  şagirdlərin 
praktiki bacarıqlarının qiymətləndirilməsi  də  mühümdür  və bu, işin  icrası prosesində 
təşkil edilməlidir. 
Şagirdlərin praktiki bacarıqlarını qiymətləndirmək üçün müəllim, verilmiş işdə 
hansı  praktiki  bacarıqların  formalaşdığını  aşkar  etməlidir.  Sonra  qeydiyyat  vərəqi 
tərtib edilir ki, bura şagirdlərin  yerinə  yetirdikləri əməliyyatların adları  və qiymətləri 
qeyd  edilir.  Müəllim  dərs  zamanı  müşahidələr  apararaq,  dərhal  qiymətləri  qeydiyyat 
vərəqinə  yazır.  Yeni  fəaliyyətə  başlayan  müəllim  ilk  vaxtlarda  2-3  şagirdin 
bacarıqlarını qiymətləndirməli, bunun üçün isə həmin şagirdləri qabaqcadan xəbərdar 
etməlidir. 
 
1.1.3. Eksperimental məsələlərin həlli 
 
Eksperimental  məsələlərin  həllinə  yönəldilmiş  praktiki  iş,  yoxlama  işinin  bir 
növü olub, təlimat üzrə aparılan praktiki işdən bir qədər fərqlənir. 
Bu  növ  işlərə  hazırlıq  müxtəlif  maddələrin  keyfiyyət  reaksiyalarının 
öyrənilməsindən başlanır. 
Təcrübə 1. S
2-
 ionunun keyfiyyət reaksiyası. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə