Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   2   3   4   5   6   7   8   9   ...   111

14 
 

 
Təcrübədən  sonra  maddələrin  qalığını  yenidən  içərisində  təmiz  maddə  olan 
qaba tökməməli. 

 
Pis iyli, uçucu, zəhərli və oddan qorxulu maddələrlə edilən təcrübələr mütləq 
sorucu şkafda aparılmalıdır. 

 
Ələ turşu tökülsə həmin yeri dərhal çoxlu su (yaxşı olar ki, isti su ilə), sonra 
2%-li  soda  məhlulu  ilə  yuyub  vazelin  sürtüb  tənziflə  bağlamalı.  Gözə  turşu 
töküldükdə  onu  təmiz  və  2%-li  soda  məhlulu  ilə  yuyub  yaxşıca  qurulamalı,  ağrını 
kəsmək üçün 1-2 damcı gənəgərçək yağı tökməli. 

 
Qələvi ilə yanıq baş verərsə, həmin yeri əvvəl isti su ilə, sonra 2%-li sirkə və 
ya  borat  turşusu  məhlulu  ilə  yaxşıca  yuyub,  bor  vazelini,  yaxud  5%-li  kalium-
permanqanat məhlulu sürtməli və tənziflə bağlamalı. Gözə qələvi düşdükdə onu 1%-li 
borat turşusu məhlulu ilə yumalı və 1-2 damcı gənəgərçək yağı tökməli. 

 
Dəri  (əl,  üz)  fosforla  yandıqda,  yanan  yeri  1%-li  mis  kuporosu  məhlulu  ilə 
yumalı. 

 
Qazla  zəhərləndikdə  zərərçəkəni  təmiz  havaya  çıxarmalı,  ona  ammonyak 
məhlulu iylətməli. 

 
Müxtəlif  maddələrlə  zəhərləndikdə  aşağıdakı  zərərsizləşdiricilərdən  istifadə 
etməli:  turşularla  zəhərləndikdə  -  maqnezium-oksid,  əhəng  suyu,  un-su  qarışığı 
(horra);  qələvilərlə  zəhərləndikdə  -  1%-li  sirkə,  yaxud  limon  turşusu  məhlulu; 
zəhərləyici  maddə  məlum  olmadıqda  universal  zərərsizləşdirici  olaraq  2  hissə  ağac 
kömürü ilə 1 hissə maqnezium-oksidin qarışığından istifadə etməli. 
Qaz  və  spirt  lampaları,  habelə  elektrik  qızdırıcıları  ilə  işləyərkən,  aşağıdakı 
qaydalara riayət edilməlidir: 

 
Qaz lampasını yandırmaq üçün yanar kibrit çöpü lampanın ağzına tutulmalı 
və yavaşca qaz kranı açılmalıdır. 


15 
 

 
Əgər iş zamanı alovun ritmi pozularsa, təcili olaraq qazın kranını bağlamalı, 
qaz  lampası  soyuduqdan  sonra  onun  hava  verən  tənzimləyicisini  bağlamalı  və  qaz 
lampası yenidən yandırılmalıdır. 

 
Əgər  qaz  lampasının  alovu  sarıdırsa,  bu  o  deməkdir  ki,  lampaya  lazımi 
miqdarda  hava  daxil  olmur.  Bu  halda  hava  verən  tənzimləyicini  açmaq  lazımdır  ki, 
alov  parlaq olsun; 

 
İş qurtardıqdan sonra qaz kranının bağlı olub-olmaması yoxlanılmalıdır; 

 
Əgər qaz iyi hiss olunarsa, onda kibriti yandırmaq qəti qadağandır; 

 
Spirt  lampasından  istifadə  edərkən,  onu  başqa  spirt  lampası  ilə  yandırmaq 
olmaz, çünki spirt dağıla bilər və yanğın baş verər. 

 
Spirt lampasının alovunu söndürmək üçün onu qapağı ilə örtmək lazımdır. 

 
Elektrik  qızdırıcılarını  şəbəkəyə  qoşmazdan  əvvəl  qızdırıcının  elektrik 
məftillərinin xarab olub-olmamasını yoxlamaq lazımdır. 

 
İş  qurtardıqdan  sonra  elektrik  qızdırıcısını  mütləq  şəbəkədən  ayırmaq 
lazımdır. 

 
Elektriklə zədələndikdə kontaktı quru ağac və ya rezin əlcəklə ayırmalı: dörd 
saat  ərzində  süni  tənəffüsdən  istifadə  etməli,  oksigen  verməli;  zərərçəkənin  üstünü 
örtüklə örtməli və hər tərəfinə isitqac qoymalı
 
1.2. Məktəb kimya kabinetinin təşkili, təchizi 
 
Bu fəsli öyrənənlər, 
BİLİR: 

 
kimya kabinetinə qoyulan tələbləri; 

 
kimyadan tədris avadanlıqları sistemini; 

 
müəllim və şagirdlərin iş yerlərinin təchiz edilməsini; 


16 
 

 
kimya  kabinetində  iş  zamanı  təhlükəsizlik  texnikası  qaydalarını  və  əməyin 
mühafizəsi məsələlərini; 

 
reaktivlərin saxlanma qaydaları və şərtlərini; 

 
kimyəvi eksperiment tullantılarının məhv edilməsi üzrə təlimatları; 

 
kabinet rəhbərinin və laborantın vəzifələrini; 
BACARIR: 

 
yaralanma, yanma və zəhərlənmə zamanı ilkin yardım göstərməyi; 

 
texniki təhlükəsizlik üzrə ilkin və ardıcıl təlimatlandırma aparmağı; 

 
“Orta ümumtəhsil  məktəbləri  üçün tədris-əyani  vəsaitlərin, tədris avadanlığı 
və reaktivlərin siyahısı”na əsasən məktəb kimya kabinetinin attestasiyasını aparmağı; 

 
işçi məhlulların və xüsusi reaktivlərin hazırlanmasını. 
Yoxlama suallar. 
1.
 
Kimya kabinetinin daimi görünüşünü təsvir edin. 
2.
 
Bəzi  maddələrin  düzgün  saxlanmaması  nəticəsində  kabinetdə  tüstülənmə 
müşahidə edilir. Bunlar hansı maddələrdir? 
3.
 
Bir-birinə  uyğun  gəlməyən  bir  qrup  maddələrin  bir  dolabda  yerləşdirilməsi 
alışmaya səbəb olur. Buna səbəb olan hansı maddələrdir? 
4.
 
Zəhərli maddələr harda saxlanmalıdır? 
5.
 
Tez alışan maddələr harda və necə saxlanmalıdır? 
6.
 
Kimya  laboratoriyasında  işləyərkən  şagird  hansı  zədələnmələrə  məruz  qala 
bilər? Bu zaman göstərilən ilkin tibbi yardım nədən ibarətdir və kabinetdə hansı ilkin 
yardım vasitələri olmalıdır? 
7.
 
Kabinetdə  yanğına qarşı hansı təhlükəsizlik vasitələri olmalıdır? 
 
Əsas tədris avadanlıqlarının növləri. 
 
Kolleksiyalar;  reaktiv  və  materiallar;    modellər  (atom,  molekul,  kristal  qəfəs, 
zavod  qurğuları  və  s.);  nümayiş  eksperimenti  üçün  cihazlar,  hissə  və  bağlar,  qab  və 
ləvazimatlar;  laborator  təcrübələri  və  praktiki  işlər  üçün  dəstlər  (reaktiv,  qab,  vəsait, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə