Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Kimya kabinetində şagirdlərin işləmək və davranış qaydaları



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   5   6   7   8   9   10   11   12   ...   111

33 
 
Kimya kabinetində şagirdlərin işləmək və davranış qaydaları. 
Kimya  laboratoriyasında  işləyənlər  bilməlidir  ki,  təcrübə  üçün  istifadə  edilən 
maddələr  arasında  zəhərli,  asan  alışan,  bihuşedici,  yandırıcı,  yeyici,  partlayıcı 
maddələr ola bilər. Ona görə də bu maddələrlə son dərəcə ehtiyatlı davranmaq, onlarla 
işləyərkən müəyyən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. 
Kimya  kabinetində  şagirdlərin  davranış  qaydaları  aydın  və  səliqəli  yazılaraq 
kabinetdə görünən yerdə asılmalı və ilk dərsdə şagirdlərə ətraflı izah edilməlidir. 
Şagirdlər  məktəb  kimya    kabinetə  daxil  olarkən,  aşağıdakı  qaydalara    riayət 
etməlidirlər: 
1.
 
Şagidlər  kabinetə  və  ya  laboratoriyaya  ancaq  müəllimin  icazəsi  ilə  daxil 
olmalıdır. 
2.
 
Kabinetə  girib-çıxarkən,  stol  üzərində  qoyulmuş  avadanlığa  toxunmaq 
olmaz. 
3.
 
Hər bir şagird təmizliyə əməl etməli və səliqəli işləməlidir. 
4.
 
İş  stolunun  üzərində  təcrübə  üçün  lazım  olan  avadanlıq,  reaktiv,  ehtiyac 
olarsa dərslik, dəftər, məsələ kitabı və digər yazı ləvazimatlarında başqa əlavə heç nə 
qoyulmamalıdır. 
5.
 
Kabinetdə heç bir şey yemək və içmək olmaz. 
6.
 
Su kəmərindən və elektrik xəttindən düzgün istifadə edilməlidir. 
7.
 
Qatı turşu, qələvi, zəhərli maddələrlə davranış qaydalarına əməl edilməlidir. 
8.
 
Şagirdlər  kabinetdə  olan  yanğınsöndürmə  ləvazimatlarının  və  əczaxana 
qutusunun yerini bilməli, onlardan istifadə etmək bacarığına malik olmalıdırlar. 
 
Odsöndürmə ləvazimatları və yanğın zamanı ilk yardım. 
Şagirdlərin  kimya  kabinetində  davranmaq  qaydaları  haqqında  məlumatları 
olmasına  baxmayaraq  bədbəxt  hadisələrin  baş  verə  biləcəyinin  mümkünlüyü  ilk 
məşğələlərdən  onlara  deyilməli  və  onlara  izah  edilməlidir  ki,  oda  həssas  maddələrlə 
davranmaq  qaydalarının  pozulması  nəticəsində  yanğın  baş  verə  bilər.  Bu  zaman 


34 
 
şagird  özünü  itirməməli  və  dərhal  kabinetdə  olan  odsöndürmə  ləvazimatlarından 
istifadə etməlidir. 
Birinci odsöndürmə ləvazimatı həmişə əl altında saxlanılan su ehtiyatıdır. Onu 
da qeyd etmək lazımdır ki, bütün yana bilən maddələri (məsələn benzin, kerosin və s.) 
su  ilə  söndürmək  olmur.  Belə  hallarda  əvvəlcə  müəyyən  yerdə  saxlanılmış  qumdan 
istifadə  edilməlidir.  Kabinetdə  olan  odsöndürəndən  müəllim  özü  istifadə  etməyi 
bacarmalı, şagirdlərə də öyrətməlidir. 
Hadisə  zamanı  baş  verən  yanma  və  yaralanmaya  ilk  yardım  göstərmək  üçün 
kabinetdə saxlanılan kiçik  əczəxanada  aşağıdakı maddələr olmalıdır: 

 
Yod tinkturası (5 faizli yod məhlulu) 

 
Borat turşusu məhlulu 

 
Kalium-permanqanatın duru məhlulu 

 
Soda məhlulu 

 
Duru naşatır spirti məhlulu (NH
4
OH) 

 
Sirkə turşusunun 3%-li məhlulu 

 
Yanığa qarşı maz (kətan yağı və əhənğ suyu) 

 
Hiqroskopik və ya sterilizə olunmuş pambıq 

 
Bint və kətan 
Daha ciddi hadisələr zamanı mütləq həkimə müraciət olunmalıdır. 
Şagirdlərin iş yeri və oradakı minimum avadanlıq. 
Kimya  kabinetində  (laboratoriyada)  bir  şagird  stolları  üzərində  iki  iş  yeri 
ayrılır.  Hər  bir  yer  proqram  üzrə  nəzərdə  tutulmuş  laborator  və  təcrübə  işlərini 
aparmaq  üçün  bütün  lazım  olan  avadanlıqla  təmin  olunmalıdır.  Onlara  aşağıdakılar 
aiddir: 

 
Sınaq şüşələri ilə birlikdə ştativlər 

 
Üzərində halqası və pəncəsi olan metal ştativlər 

 
Qaz və ya spirt lampası 


35 
 

 
Asbestli metal torlar 

 
Çini kasalar 

 
Müxtəlif  ölçülü qıflar 

 
150-200 ml-lik kolbalar 

 
Stəkanlar 

 
500-1000 ml-ə qədər su saxlamaq üçün kolbalar 

 
İşlənmiş məhlulları tökmək üçün kasalar və ya stəkanlar 

 
Quru halda tullantı maddələr və zibilləri atmaq üçün kasa və ya qutu 

 
Məktəb tərəzisi 

 
Müxtəlif çəki daşları 

 
10, 20, 25, 50 və 100 ml-lik ölçü silindrləri 

 
Şüşə, rezin borular, çubuqlar, tıxaclar və c 
Onu da qeyd etmək  lazımdır ki, şagirdin  iş yerinin belə təşkil edilməsi  ümumi 
xarakter  daşıyır.  Fəal  təlimin  üsulları  ilə  tədris  aparıldıqda  təlimin  təşkilinin 
formalarından  asılı  olaraq  stollar  müxtəlif  vəziyyətdə  yerləşdirilə  bilər  və  şagirdlər 
sərbəst fəaliyyətləri üçün lazımi şərait yaradılar. 
 
Laboratoriya qablarının yuyulması qaydaları. 
Kimya  laboratoriyasında  və  ya  məktəb  kabinetlərində  təcrübə  aparıldıqdan 
sonra istifadə edilən qabların təmiz yuyulması tələb olunur. 
Kimyəvi qabların yuyulması iki üsulla həyata keçirilir. 
1.
 
Qabların  mexaniki  üsulla  yuyulması.  Bu  üsulun  özü  də  bir  neçə  qaydada 
aparılır: 

 
Şotkadan  (fırçadan)  istifadə  etməklə  soyuq  və  ya  qaynar  su  ilə  qabların 
yuyulması; 

 
Çirkli qabın içərisinə su töküb, kağız və ya yumşaq material parçaları salaraq 
çalxalamaqla yuma. Qabı  yuyarkən çay qumundan istifadə etmək olmaz. Çünki qum 


36 
 
qabın  divarlarını  cızaraq  səthinin  hamarlığını  pozur.  Bu  da  onun  qızdırmağa  və 
kimyəvi reaktivlərlə qarşı davamlılığını azaldır. 
2.
 
Qabların  kimyəvi  üsulla  yuyulması.  Mexaniki  yuma  üsulunu  bütün  hallarda 
tətbiq  etmək  məqsədəuyğun  deyildir.  Çünki  bu  zaman  qabın  divarlarında  maddənin 
kiçik  hissəcikləri  qalır.  Ona  görə  də  qabı  yaxşı  təmizləmək  üçün  əksər  hallarda 
kimyəvi  üsuldan  istifadə  edilir.  Kimyəvi  üsulla  yumanın  aşağıdakı  qaydalarından 
istifadə edilə bilər:  

 
Sabunla yuma; 

 
Xlorid turşusu ilə çöküntünü həll edərək, qızdırmaqla yuma 

 
Xrom qarışığı ilə yuma 
Xrom  qarışığını  hazırlamaq  üçün  çəki  ilə  bir  hissə  kalium-bixromat  2,5  hissə 
suda  həll edilir  və alınmış  məhlulun  həcmcə üç hissəsinə bir  hissə qatı sulfat turşusu 
əlavə olunur. 
Yuyucu  vasitə  kimi  kalium-bixromat  məhlulu  ilə  qatı  nitrat  turşusunun 
qarışığından da istifadə edilir (200 q kalium- bixromat + 1litr qatı nitrat turşusu). 
Qabı  xrom  qarışığı  ilə  yumaq  istədikdə,  əvvəlcə  su  ilə  yaxalamaq,  sonra  isə 
qabın  dörddə  bir  hissəsi  qədər  zəif  qızdırılmış  yuyucu  qarışıq  töküb,  yavaş-yavaş 
qarışdırmaq  şərti  ilə  qabın  divarlarına  yaymaq  lazımdır.  Xrom  qarışığı  saxlanıldığı 
qaba qaytarılır. Təmizlənəcək qab isə bir neçə dəqiqədən sonra su kəmərinin suyu ilə 
yaxalanır. 
Yuyulmuş  qabı  qurudarkən  adi  suyun  tərkibində  olan  həll  olmuş  duzlar  onun 
divarlarında  ləkə  kimi  qala  bilir.  Odur  ki,  qabı  qurutmazdan  qabaq  distillə  suyu  ilə 
yaxalamaq lazımdır. 
 
İşçi məhlulların hazırlanması. 
Saf  maddələrlə  yanaşı,  kimyəvi  eksperiment  zamanı  məhlullardan  da  istifadə 
edilir.  Ona  görə  də  müəllim  müəyyən  qatılıqda  məhlul  hazırlanmasını  dəqiq 
bilməlidir. Məhlulun xarakteristikası onun qatılığı ilə ifadə olunur. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə