Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


 Fənn kurikulumlarında məzmun standartları



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə63/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   59   60   61   62   63   64   65   66   ...   111

214 
 
5.3.3. Fənn kurikulumlarında məzmun standartları 
 
Kurikulumlarda  ilkin  olaraq  təlimin  məzmunu  öz  əksini  tapır  və  ənənəvi 
proqramlardan  fərqli  olaraq,  nəticələr  formasında  verilir,  şagirdlərin  yiyələnəcəkləri 
bilik  və  fəaliyyəti  konkret  ifadə  etməklə  şəffaf  xarakter  daşıyır.  Mahiyyət  etibarilə 
bacarıqlardan ibarət olan bu nəticələr minimum tələb kimi təsdiq olunduğundan həm 
də standart hesab edilir. 
Azərbaycanda  təhsil  standartlarının  formalaşması  ilə  bağlı  təşəbbüslər  ötən 
əsrin 90-cı illərinə təsadüf edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, 
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında minimum 
təhsil standartları müəyyənləşdirilməsi qərara alındı.  
Konsitusiyasının tələbinin  həyata keçirilməsi  istiqamətinə görülən tədbirlərdən 
biri 
kimi, 
Azərbaycan 
hökuməti  tərəfindən  1999-cu  ildə  “Azərbaycan 
Respublikasında  ümumi  orta  təhsilin  dövlət  standartları”  təsdiq  edildi.  Sonralar 
islahatın  gedişi prosesində təhsil standartlarının  hazırlanması sahəsində  inkişaf etmiş 
ölkələrin təcrübəsi öyrənildi və 2005-ci ildən etibarən kurikulum islahatı çərçivəsində 
yeni təhsil standartlarının hazırlanılmasına başlanıldı. 
Hazırda təlimin məzmununu ifadə edən bu standartlar kurikulumlarda verilərək, 
onların əsasını təşkil etməklə, mühüm əhəmiyyət daşıyır. 
Məzmun  standartları  mahiyyət  etibarilə  nəticə  şəklində  olub,  özündə  konkret 
mənimsəniləcək  biliyi  və  fəaliyyəti  ehtiva  (əks)  edir.  Bilik  komponentində  nəyin 
öyrədiləcəyi, fəaliyyət komponentində isə necə nümayiş etdiriləcəyi göstərilir. 
Fənn  kurikulumlarında  fənnin  məzmunu  standartlar  şəklində  ifadə  olunur. 
Məzmun  standartları  şagirdlərdən  gözlənilən  ümumi  təlim  nəticələrini  fənnin 
imkanları  baxımından  xüsusiləşdirir.  Hər  bir  standart  iki  mühüm  komponentdən 
ibarətdir:  məzmun  (bilik)  və  fəaliyyət  (bacarıq).  Standartlar  öyrədiləcək  məzmundan 
xəbər  verir  və  bacarığın  xüsusiyyətini  göstərir.  Hər  bir  standart  alt-standartlarla 


215 
 
müşayiət  edilir.  Bu,  bir  neçə  məqsədə  nail  olmağa  imkan  verir.  Tədqiqatçılar  alt-
standartları aşağıdakı kimi səciyyələndirirlər: 
1. Alt-standartlarda mürəkkəb fikirlər daha sadə fikirlərə bölünür. 
2. Alt-standartlar  təlim  məqsədlərinin  müəyyən  olunması  üçün  zəmin  olan 
komponentləri əks etdirir. 
3. Sinifdən-sinfə keçdikcə alt-standartlar dəyişir. 
Bu xüsusiyyətlərin hər birini daha ətraflı nəzərdən keçirək. 
Alt-standartlarda mürəkkəb fikirlər daha sadə fikirlərə bölünür. 
Milli  Kurikulumda  müəyyən  edilmiş  ümumi  təlim  nəticələri  fənnin  səciyyəvi 
cəhətlərindən  çıxış  edərək  xüsusiləşdirilsə  də,  ayrı-ayrı  mövzuların  təlim 
məqsədlərinin  müəyyənləşməsi  üçün  onların  ümumiliyi  qorunub  saxlanılır.  Bu 
ümumilik  müxtəlif  təlim  məqsədlərinə  nail  olunarkən  həmin  standartlara  dönə-dönə 
müraciət  etmək  imkanını  genişləndirir.  Təhsilin  hər  hansı  mərhələsinin  sonu  üçün 
müəyyənləşmiş məzmun standartı müxtəlif mövzuların tədrisi zamanı təlim prosesinin 
hədəfinə çevrilir. 
Ümumiliyin  qorunub  saxlanması  məzmun  standartlarında  fikir  mürəkkəbliyi 
yaradır.  Bu  mürəkkəbliyə  alt-standartlarda  aydınlıq  gətirilir.  Mürəkkəb  fikrin  sadə 
fikirlərə bölünməsi müəllim fəaliyyətinin düzgün təşkilinə şərait yaradır. 
Alt-standartlar  məzmun  komponenti  üzrə  sadələşdirildiyi  kimi,  fəaliyyət 
komponenti  üzrə  də  aydınlaşdırılır.  Məzmun  standartında  fəaliyyət  “nümayiş 
etdirmək” feili ilə ifadə edilmişdir. Alt-standartlarda nümayiş etdirməyin monoloji və 
dialoji nitq imkanları göstərilir. Yəni şagird nitq bacarıqlarını nümayiş etdirmək üçün 
müxtəlif  mövzularda,  müxtəlif  nitq  etiketlərinə  riayət  edərək  həm  monoloq,  həm  də 
dialoq şəraitində danışmalıdır. 
Alt-standartlar  təlim  məqsədlərinin  müəyyən  olunması  üçün  zəmin  olan 
komponentləri əks etdirir. 
Standartlarda  öz  əksini  tapan  məzmun  və  fəaliyyət  alt-standartlarda  məzmun 
üzrə  biliyin  kateqoriyaları,  fəaliyyət  üzrə  bacarığın  xüsusiyyətləri  baxımından 


216 
 
konkretləşdirilir ki, bunlar da təlim məqsədlərinin müəyyən olunmasına şərait yaradır. 
Deyilənləri sxem şəklində aşağıdakı kimi göstərmək olar: 
Standart:  məzmun  (şagird  nəyi  bilir?),  biliyin  kateqoriyaları  (deklorativ, 
prosedural, kontekstual). 
Standart:  fəaliyyət  (biliyi  necə  nümayiş  etdirir?),  bacarığın  xüsusiyyətləri 
(idraki-koqnutiv, affektiv-emosional, psixomotor-hərəki).  
 
 
 
 
 
 
 
 
 
 
                          
5.3.4. Biliyin kateqoriyaları  və fəaliyyətin xüsusiyyələri. 
 
Tədqiqatçılar  biliyin  üç  kateqoriyasını  müəyyən  etmişlər:  deklorativ, 
prosedural və kontekstual . 
•  Deklorativ bilik hər hansı bir anlayışın dərk edilməsi kimi qəbul edilə bilər. 
Bu  bilik  növü  verilən  fənlə  bağlı  mühüm  informasiyalar  kimi  dəyərləndirilir. 
Mütəxəssislər 
deklorativ 
biliyi 
Amerika 
psixoloqu 
Benjamin 
Blumun 
taksonomiyasında altı mərhələnin ən aşağı iki  mərhələsi olan bilmə və anlama ilə də 
əlaqələndirirlər.  Deklorativ  bilik yaddaşa  əsaslanır.  Bunlar  fənlərə  aid  bütün  mühüm 
terminlər,  ifadələr,  təriflərdir  ki,  şagirdlərin  onları  bilməsi  təlimin  sonrakı 
STANDART 
Məzmun 
Şagird nəyi bilir? 
Fəaliyyət 
Bildiyini necə nümayiş etdirir?  
Deklorativ 
Prosedural 
Kontekstual 
Biliyin kateqoriyaları  
Bacarığın xüsusiyyətləri 
İdraki (koqnitiv) 
Affektiv (emosional) 
Psixomotor (hərəki) 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə