Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 421,11 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix17.10.2017
ölçüsü421,11 Kb.
#5313
növüYazi
  1   2   3   4   5   6   7   8   9   ...   15




 

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 

RİYAZIYYAT VƏ ONUN TƏDRİSİ METODİKASI KAFEDRASI 

(P A S P O R T ) 

 

 

 

 

 

 

 

         Bakı – 2016/17 

 





 

MÜNDƏRİCAT 

1.  Ön söz ..................................................................................................................................................................................... 3 

2.  Kafedranın tarixi ................................................................................................................................................................... 4 

4.  Kafedra haqında ümumi məlumat ........................................................................................................................................ 5 

5.  Kafedranin istifadə etdiyi tədris modeli ............................................................................................................................... 6 

6.  Müəllim heyətinin tərkibi və ümumi dərs yükü ................................................................................................................... 7 

7.  Kafedranın tədris fəaliyyəti haqqında məlumat .................................................................................................................. 8 

7.1.  Tədris olunan fənlər barəsində qısa təsvir .......................................................................................................................... 9 

7.2.  Fənlər üzrə tədris və tədris-işçi proqramlar .......................................................................................................................10 

7.3.  Kafedranın tədris etdiyi əsas fənlərin proqram hazırlığı barədə məlumat .............................................................................  

7.4.  Kafedranın tədris etdiyi əsas fənlərin dərslik, dərs vəsaiti və metodik vəsaitləri barədə məlumat ......................................13 

8.  Kafedra əməkdaşlarının elmi yaradıcılıq fəaliyyəti haqqında məlumat ............................................................................14 

8.1.  “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının 2014-2016-cı illər üçün elmi-tədqiqat işinin planı .........................14 

8.2.  Kafedranın doktoran və dissertantları ................................................................................................................................18

 

8.3.  Kafedra əməkdaşlarının elmi məqalələri və çap işləri ..........................................................................................................  



9.  Kadr potensialinin möhkəmləndirilməsi istiqamətində iş, kafedranin kadr banki haqqinda plan..................................29 

10.  Kafedra əməkdaşlarinin qisa tərcümeyi – hali ....................................................................................................................30 

11.  Kafedranin illik iş plani (nümunə) .......................................................................................................................................52 

12.  Kafedranin əsasnaməsi .........................................................................................................................................................55 

 



 

 



 

1.

 

ÖN SÖZ 

 

Azərbaycan   təhsil  sistemi  öz  keçid periodunu  yaşayır.  Belə ki,  Azərbaycan  təhsili inkişaf  eləmiş  ölkələrin 



təhsil  sisteminin  standartlarına  çatmaq üçün  müxtəlif qabaqcıl təcrübələri əsas  götürərək  onları işdə tətbiq  edir. 

Bu  yolda  bir  sıra  nailiyyətlər  əldə  etmişdir.  Belə  ki,  təhsilin  orta  məktəb  və  ali  məktəb  səviyyələrində  tədris 

olunan fənlər arasında əlaqələr daha dərindən araşdırılır. Təhsildə yaranan fənlərarası boşluqlar  tədricən aradan 

qaldırılır. Bu iş riyaziyyatın tədrisində həmişə aktual bir məsələ olmuşdur. Riyaziyyat və onun tədrisi metodikası 

kafedrasının tədris etdiyi fənlər üçün bu məsələlər özünü daha qabarıq göstərir. 

Müasir  dövrdə  riyaziyyatın  tədrisi  metodikası  qabaqcıl  ölkələrin  təhsilinə  inteqrasiya  olunur.  Təhsildə 

diferensiallaşma  və  humanistləşmə  həyata  keçirilir.  Təlimdə  insan  amili  ön  plana  çəkilir,  şəxsiyyətə 

istiqamətlənir və təlim zamanı İKT geniş şəkildə istifadə olunur. Bütün dünyada olduğu kimi respublikamızda da 

oniki illik təhsilə keçid planlaşdırılır. Universitetimizdə müəllim kadrların hazırlanması buna istiqamətlənmişdir. 

 

 



 

 

 



 

 



 

2.



 

KAFEDRANIN TARIXI 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və onun tədrisi metodikası kafedrası  1930-1931-ci ildə yaranmışdır. 

Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrası  müasir  riyaziyyatın  təhsilin  müasir  aktual  problemlərinə  həsr  olunmuş  tədqiqat 

işi  aparılan  əsas  mərkəzlərdən  biri  kimi  tanınmışdır.  Kafedranın  elmi  istiqamətinin  müəyyənləşməsində  uzun  illər  kafedranın 

müdiri  olmuş,  prof.B.Ə.Ağayevin  və  onun  tələbəsi  dos.Ə.Y.İbrahimovun  xüsusi  rolu  olmuşdur.Bunlardan  başqa  kafedraya 

prof.S.S.Sadıqov,  dos.T.M.Əliyeva  rəhbərlik  etmişlər.2003-cü  ildən  kafedraya  pedaqogika  üzrə  elmlər  doktoru,  professor 

A.S.Adıgözəlov  rəhbərlik  edir.  Dos.S.M.Nəsibov,  dos.K.S.Əskərov,  dos.Ə.A.Quliyev,  dos.İ.F.Əliyev  və  başqalarının  xüsusi 

xidmətləri  olmuşdur.Kafedranın  fəaliyyəti  müddətində  riyaziyyat  təhsilinin  politexnik  təlimlə  əlaqələndirilməsi,  fənndaxili  və 

fənlərarası əlaqələrin öyrənilməsi, riyaziyyat təlimində informatikanın tətbiqləri problemləri araşdırılmış və mühüm elmi-metodik 

nəticələr alınmışdır. Bu nəticələrin bir çoxu dünyanın yüksək reytinqli elmi jurnallarında çap olunmuşdur. 



3.

 

KAFEDRAYA RƏHBƏRLIK 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun əmri pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Səfərxan  oğlu 

Adıgözəlov  2003/2004-cü tədris ilindən “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda  

kafedraya rəhbərlik edir.  

 

 



Yüklə 421,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə