Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 421,11 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix17.10.2017
ölçüsü421,11 Kb.
#5313
növüYazi
1   ...   7   8   9   10   11   12   13   14   15

51 

             

 

Həsənova Solmaz Hüseyn qızı 

ADPU-nun Riyaziyyat İnformatika fakultəsinin “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının 

baş müəllimi 

İş telefonu :  (994)  12  493  77  03 

Qısa bioqrafik məlumat  

Həsənova Solmaz Hüseyn qızı 7aprel 1943-cü ildə Bakı şəhərində anadan olub. 1961-ci ildə Bakıda 18saylı rus 

məktəbini bitirib. Evlidir,3qızı,1oğlu vardır.  

Təhsili, elmi dərəcəsi və elmi adı. 

Ali təhsillidir. 1967-ci ildə V.J.Lenin adına APİ-nin (ADPU) fizika-riyaziyyat fakültəsini bitirmişdir.  



Əmək   fəaliyyəti  

1961-1962 ildə Lenin adına APİ-də katibə.  

1967-1973 ildə “Elementar riyaziyyat və riyaziyyatın tədrisi metodikası” kafedrasında laborant.  

1973-1996 ci illərdə APİ-nin “Riyaziyyat və onun tədrisi metodikası ” kafedrasında müəllim  

1996-cı ildən “ADPU-də Riyaziyyat və onun tədrisi metodikası” kafedrasında baş müəllim.   

 

TƏDQİQAT SAHƏSİ 

Riyaziyyatın tədrisi metodikası.  



 

BEYNƏLXALQ SİMPOZİUM VƏ KONFARANSLARDA İŞTİRAKI 

2015-cı ildə Bakıda “Müəllim hazırlama siyasəti və problemləri” V beynəlxalq konfrans.  

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

1.Riyaziyyat müəllimlərinin ekran vasitələrindən istifadə edilən dərslərə hazırlanması. (Lenin adına APİ-nin elmi əsəsrləri 1976 

N2) 

2. Уроки математики в V  классе (по новому учебнику) Pedaqoji Universitetinin xəbərləri. Bakı. ADPU.2013 



3. К изучению темы «Проценты» в V  классе. V Beynəlxalq konfransın materialları. Bakı 2015.  

4. К методике изучения процентных расчётов в VI  классе. (по действующему учебнику). Bakı 2015 



 


52 

 

11.

 

KAFEDRANIN İLLİK İŞ PLANI (NÜMUNƏ) 

 

“Təsdiq edirəm” 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru 

 ______________ t.e.d., prof. C.M.Cəfərov 

“____”  ______________ 2016-cü il 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

“Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının illik iş planı nümunəsi 

İŞ PLANI 

I.  TƏŞKİLATİ   İŞLƏR 



          İŞİN  MƏZMUNU 

İCRA VAXTI 

İCRAÇI 

2016-2017-ci tədris ili üçün dərs 



bölgüsünün yerinə yetirilməsinə 

nəzarət 


 

    Il boyu 

 

Kafedra müdiri 



 

2016-2017-ci il üçün dərs böl- 



güsünün hazırlanması 

May-iyun 

 

Kafedra müdiri 



 

Sillabusların müzakirəsi və təsdiqi 



 

Sentyabr 2016 

Kaf. müdiri, fənn müəllimləri 

Fərdi planların yazılması və təsdiqi 



Sentyabr 2016 

Kaf.müd., fənn 

müəl. 



Buraxılış və kurs işləri mövzu- 



larının təsdiqi 

Sentyabr 2016 

Kaf.müd., fənn 

müəllimləri, 

Seçmə fənn, kurs və seminar mövzu 



ların təsdiqi 

Sentyabr 2016 

Kafedra müdiri, fənn müəllimləri 

Kafedra üzrə fənlərin tədris 



Il  boyu 

Kafedra müdiri və 




53 

proqramlarının hazırlanması 

müəllimlər 

Kafedra iclaslarının təşkili və keçirilməsi  



Il  boyu 

Kafedra müdiri 

və laborantlar 

9  


Universitet və fakultənin keçir- 

diyi tədbirlərdə iştirak etmək 

Il  boyu 

Kafedra əməkdaşları 

 

                    



                                                                  II. TƏDRİS  İŞLƏRİ 

Kollokviumların, məqbul və imtahanların 



keçirilməsinə nəzarət etmək 

Il  boyu 

Kafedra müdiri 

Orta məktəbdə riyaziyyat və informatika fənlərinin 



tədrisini yaxşılaşdırmaq üçün vəsaitlərinhazırlanması 

 

Il boyu 



Kafedra müdiri, 

müəllimlər 

və laborantlar 

 



Açıq dərslərin təşkili 

Il boyu 


Kafedra müdiri 

b\l M.Məmmədova 

Tələbə tədris işlərinin təşkili və icrasına nəzarət 



etmək  

Il boyu 


Kaf.müdiri və 

fənn müəllimləri 

Pedaqoji təcrübənin təşkili və aparılmasına nəzarət 



İl boyu 

Kafedra müdiri və 

müəllimlər 

                                                                   

 

III. ELMİ    İŞLƏR 

2016-cı il üçün planlaşdırılmış 



elmi işlərin müzakirəsi və hesabatlarının qəbul 

edilməsi  

Oktyabr- 

dekabr 


kaf.müdiri, müəllimlər  

 



2017-ci il üçün elmi-tədqiqat işlərinin hazırlanması 

və yarım- 

illik hesabatların dinlənilməsi 

Yanvar-iyul 

Kaf.müdiri və 

müəllimlər 

 



54 

Doktorant və dissertantların nami- 



zədlik minimumların keçirilməsi 

üçün təşkilati işlər 

 

Qrafik 


əsasında 

 

Kafedra müdiri 



Kafedranın elmi və metodiki 

seminarlarının aparılması 

Il boyu 


 

Kafedra müdiri 

 



Tələbələrin elmi tədqiqat işlərinə  



cəlb edilməsi 

Il boyu 


Kafedra müdiri 

 



Elmi məqalələrin müzakirəsi və 

çapa təqdim edilməsi 

Il boyu 

Kafedra müdiri 

Elmi metodiki konfranslara məru- 



zələrin təqdim edilməsi 

Il boyu 


Kafedra müdiri, müəllimlər 

Magistrlərin dissertasiya mövzu-larının müəyyən 



edilməsivə kafed 

ra iclasında müzakirəsi və təsdiqi  

Sentyabr- 

oktyabr 


Kafedra müdiri 

Müəllimlər 

Magistrlərin kafedranın tədbirlərindəvə 



mühazirələrdə iştirakını təmin etmək 

Il boyu 


kafedra 

 

 

İş planı kafedranın 07.09.2016-cı  il tarixli iclasında təsdiq olunmuşdur. 

 

Riyaziyyat və onun tədrisi metodikası 

 

kafedrasının müdiri:   

 

 

 

 

 

        prof.A.S.Adıgözəlov 

 

 

 

 

 

 

 


55 

12.

 

KAFEDRANIN ƏSASNAMƏSİ 

Azərbaycan 

Dövlət  Pedaqoji  Universitetinin  Elmi 

Şurasının  “  08”  _sentyabr_  2016-cı  il  tarixli  “_1”  saylı 

protokolu ilə təsdiq edilmişdir. 

 

 

 

 

 

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və onun tədrisi metodikası  kafedrası  haqqında  

  

ƏSASNAMƏ 

            1. Riyaziyyat və onun tədrisi metodikası kafedrasının ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əsas tədris, elmi 

struktur  bölməsi  olub,  bir  və  ya  bir  neçə  yaxın  fənlər  üzrə  tədris,  metodiki  və  elmi-tədqiqat,  elmi-pedaqoji  və  elmi  işçilərin 

hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında yenidən işlərini həyata keçirir. 

             2.  Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  kollektivi  Azərbaycan  Respublikası  qanunvericiliyinə,  Təhsil 

Qanununa,  ali  məktəblər  haqqında  Əsasnaməyə,  ali  məktəbin  Nizamnaməsinə,  ali  təhsil  müəssisəsinin  professor-müəllim 

heyətinin vəzifələrə seçilməsi və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir. 

            3. Riyaziyyat  və onun tədrisi  metodikası  kafedrasına  ümumi  rəhbərlik, bir qayda olaraq elmlər doktoru, professor  və  ya 

elmlər doktoru elmi  dərəcəsi və elmi rütbəsi olan kafedra  müdiri tərəfindən həyata keçirilir. Kafedra  müdirinin ayrı-ayrı sahələr 

üzrə (tədris, elmi, tərbiyə və s.) ictimai əsaslarla müavinləri olur. 

            4. Riyaziyyat və onun tədrisi metodikası kafedrasının kollektiv idarəetmə orqanı onun iclasında öz səlahiyyətlərini həyata 

keçirən kafedra kollektividir. Kafedra iclaslarının tərkibi müzakirə olunan məsələlərə əsasən müəyyən edilir. 

           Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  iclasları  zərurət  olduqda,  ancaq  bir  həftədən  gec  olmayaraq 

(məzuniyyət dövrü istisna olunmaqla) çağrılır. 

5.  Riyaziyyat və onun tədrisi metodikası kafedrasının tərkibinə kafedra müdiri, professorlar, dosentlər, məsləhətçilər, baş 

müəllim, müəllim və assistentlər, elmi işçilər, aspirantlar, digər kateqoriyadan olan işçilər daxildirlər. 



56 

6. Riyaziyyat və onun tədrisi metodikası kafedrasının əsas vəzifələri: 

-  bütün  təhsil  formaları  üçün  tədris  planlarında  nəzərdə  tutulmuş  mühazirələrin,  laboratoriya,  praktiki,  seminar  və  digər 

dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması; 

- kurs və diplom işlərinə (layihələrinə) istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi; 

- kurs imtahanlarının və məqbullarının keçirilməsi; 

-         dövlət imtahanlarının təşkili və keçirilməsi; 

-         təhsil alanlar arasında tərbiyə işinin təşkili; 

-     kafedrada  tədris  edilən  fənlər  üzrə  tədris  proqramlarının  işlənib  hazıırlanması  və  müvafiq  qaydada  təsdiq  üçün  təqdim 

olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi; 

- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə 

dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi; 

-         elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi; 

-         tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və 

nəşr edilməsi üçün rəy verilməsi; 

- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi; 

 - respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin 

öyrənilməsi və yayılması, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi; 

 - tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi; 



57 

-         elmi-pedaqoji və elmi kadrların; 

-         kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə 

edilib rəy verilməsi; 

-         qabaqcıl  təcrübənin  öyrənilməsi  və  onlara  elmi-metodiki  köməklik  göstərilməsi  məqsədilə  müxtəlif  müəssisə  və 

təşkilatlarla əlaqələrin təşkil edilməsi; 

-         xalq  təsərrüfatının  müxtəlif sahələrində  mədəniyyət,  elm,  səhiyyə,  maarif  və  s.  sahələrdə   çalışan  mütəxəssislərin 

ixtisaslarının artırılmasına köməklik göstərmək; 

- ali təhsil müəssisələrinin məzunları və bu kafedraların aspirant məzunları ilə daim əlaqənin təşkil edilməsi; 

-         elmi biliklərin təbliğ edilməsi. 

7.  Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  ən  azı  5  professor-müəllim  (o  cümlədən,  3  nəfər  elmi  dərəcəyə 

malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü 3,0 min saatdan az olmamalıdır. 

Bir  sıra  kafedralar:  fiziki  hazırlıq,  xarici  dil  (dilçi  mütəxəssislər  hazırlayan  ali  məktəblərdən  başqa),  rəsm  qrafika 

kafedraları elmi dərəcəsi və elmi adı olan işçilər olmadıqda da yaradıla bilər. 

8.  Riyaziyyat və onun tədrisi metodikası kafedra iclaslarına digər ali məkrəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və 

təşkilatların işçiləri də dəvət oluna bilər. 

1. Riyaziyyat və onun tədrisi metodikası kafedrasının  iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir: 

-   kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin, elmi, tədris-yardımçı 

heyəti, aspirantların, staj keçənlərin və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları; 

 - kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları; 




58 

-         müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi; 

-         kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası; 

-         kurs və diplom layihələrinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, layihələrin 

müdafiəyə buraxılması; 

-         elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi; 

-         kafedra müdirinin müavinlərinin namizədliyi; 

-         öz  səlahiyyətləri  daxilində  xarici  ölkələrə,  staj  keçməyə  və  ixtisasartırma  fakültələrinə  ezam  etmək,  doktoranturaya 

keçirmək, yaradıcılıq məzuniyyətləri vermək; 

            - öz səlahiyyətləri daxilində sərəncamda olan və ya məqsədli ayrılmış vəsaitin tədris, elm və sosial tələblərə xərclənməsi. 

             10.  Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrası    qarşısında  duran  vəzifələri  yerinə  yetirmək  üçün  öz  səlahiyyətləri 

daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar çıxara bilər. 

             Kafedra  iclasında qəbul  olunan  qərarlar  barədə  fakültənin  elmi  şurasına,  zərurət  olduqda  isə  ali  məktəb  rektorluğuna  və 

elmi şurasına məlumat verir. 

             11.  Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  iclaslarında  aşağıdakı  məsələlər  barədə  təklif,  tövsiyə  və  ya 

təqdimat qəbul edilir: 

-         kafedra müdirinin seçilməsi; 

-         müəllim və elmi işçilərin işə qəbulu, onlarla müqavilə bağlanması, mövcud Əsasnaməyə 

uyğun olaraq onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi; 



59 

            - aspiranturaya, magistraruraya, doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması; 

-         dissertasiyaların müdafiəyə qəbul edilməsi; 

-         institut və ya fakültə tərəfindən elmi və tədris-metodiki əsərlərin nəşri; 

-         tələbələrin müəyyən fənnlər üzrə fərdi planla təhsilə keçirilməsi; 

-         işçilərin və təhsil alanların həvəsləndirilməsi və ya cəzalandırılması; 

-         kafedraların müəllimlərinin, elmi işçilərin və digər əəkdaşların tutduqları vəzifədən kənar 

edilməsi; 

-         digər təkliflər. 

12. Kafedra iclaslarında qərarlar açıq və gizli səsveermə yolu ilə sadə səs çoxluğu ilə qəbul 

edilir. 

             Tədris-metodiki  məsələlərin  və  kafedra  əməkdaşlarının  işə  qəbul  olunanlar  haqqında  təqdimatların  müzakirəsi  zamanı 

tədris-tərbiyə prosesində şəxsən iştirak edən kafedra üzvləri həlledici səsə malikdirlər. 

            Qərarlar qəbul edilərkən kafedra üzvlərindən birinin təklifi ilə gizli səsvermə aparıla bilər. 

            13.  Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri: 

-         kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir; 

-         hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir; 

-         kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir; 




60 

-         aylıq əmək haqqı fondu daxilində və kafedranın büdcədən kənar vəsaiti hesabına 

kafedranın ştat tərkibini təklif edir; 

-         fakültədə, ali məktəbdə, kənar təşkilatlarda kafedralanı təmsil edir; 

-         kafedra müdirinin müavinləri vəzifələrinə namizədlər təklif edir; 

-         kafedranın  fəaliyyətinin  nəticələrinə  görə  kafedranın  kollektivi,  fakültə,  aliməktəb  elmi  şuraları  və  rəhbərlik  qarşısında 

məsuliyyət daşıyır. 

             14.    Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  müdirinin  müxtəlif  sahələr  üzrə  (tədris,  elm,  tərbiyə  və  sə) 

müavinləri mövcud qaydada seçilir. 

            15. Riyaziyyat  və onun tədrisi  metodikası  kafedrasının  mövcud qaydada ali  məktəb (fakültə) elmi şurasının təqdimatına 

əsasən rektorun əmri ilə yaradılır və ləğv edilir. 

             16.    Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  professor-müəllim  və  elmi  heyərinin  vəzifələrə  seçilməsi  bir 

qayda olaraq mövcud əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir. 

             17.    Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  kargüzarlığı  mövcud  qaydada  təsdiq  edilmiş  nomenklaturaya 

uyğun olaraq aparılır. 

             18.  Riyaziyyat  və  onun  tədrisi  metodikası  kafedrasının  tərkibindəki  digər  struktur  qurumların  Əsasnaməsi  Ali  məktəb 

haqqında Əsasnaməyə, bu Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir. 

Əsasnamə kafedranın “08” “sentyabr” 2016-ci il tarixli iclasında qəbul edilmişdir. 

       


                Kafedra müdiri:                                            prof.A.S.Adıgözəlov

 

Yüklə 421,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə