Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   2   3   4   5   6   7   8   9   ...   47

 
Təhsildə İKT 
2 
İ.N. İsmayılov, A.S. Əhmədli 
Respublika təhsil sistemində YİTV-nin tətbiqi mərhələləri və texnologiyaları ...................... 66 
 
Ə.M. Məmmədov 
İnformologiya elminin öyrənilməsi problemləri .................................................................... 73 
 
Ə.Q. Pələngov 
XI sinifdə həndəcədən “konus və onun müstəvi kəsikləri” mövzusunun möhkəmləndirilməsi 
təcrübəsindən ....................................................................................................................... 78 
 
Ş.X. Nəbiyeva 
Şagird intellektinin inkişaf etdirilməsində informasiya kommunikasiya         
texnologiyalarının rolu ......................................................................................................... 83 
 
KOMPÜTER TƏLİM TEXNOLOGİYALARI 
 
E.V. Seyidzadə 
İnformatikanın kompüter təlim proqramları vasitəsilə proqramlaşdırılmış tədrisi yolları  ...... 98 
 
Yasemin Koçak Usluel, Aysun Umay 
İbtidai məktəb riyaziyyat müəllimlərinin dərslərdə İKT-dən istifadə şərtləri ....................... 105 
 
Özcan Demirel 
Xarici dil müəllimlərinin təhsilində informasiya texnologiyalarının yeri ............................. 110 
 
P.M.Qafarova 
Gənc nəslə “Yaşil paket”   layihəsi üzrə ekoloji biliklərin verilməsi....................................117 
 
KONFRANS VƏ SƏRGİLƏR 
“Fasiləsiz pedaqoji təhsildə elektron təlim texnologiyalarının tətbiqi” mövzusunda elmi-
metodik konfrans ................................................................................................................ 123 
 


RƏSMİ SƏNƏDLƏR 
 
Təhsildə İKT 
3 
2010-2013-CÜ İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASININ ORTA İXTİSAS 
TƏHSİL SİSTEMİNDƏ İSLAHATLAR ÜZRƏ TƏDBİRLƏR PROQRAMI 
 
AZƏRBAYCAN RESPUBLİKASININ 
NAZİRLƏR KABİNETİ 
QƏRAR 
№ 6 
Bakı şəhəri, 13 yanvar  2010-cu il 
 "2010-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili  sistemində 
islahatlar üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında 
  
Azərbaycan Respublikasının orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində 
inkişaf  etdirilməsi,  ölkə  iqtisadiyyatının  inkişaf  istiqamətlərinə  əsasən  əmək  bazarının 
tələbatına  uyğun  olaraq  istehsal  və  xidmət  sahələrinin  yüksək  keyfiyyətli  orta  ixtisaslı 
kadrlarla  təmin  edilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
QƏRARA ALIR
1. "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar 
üzrə Tədbirlər Proqramı" təsdiq edilsin (əlavə olunur). 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
 Azərbaycan Respublikasının Baş naziri      A.Rasi-zadə  
  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 yanvar tarixli 6 nömrəli 
qərarı ilə təsdiq edilmişdir 
2010-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili  sistemində 
islahatlar üzrə Tədbirlər Proqramı 
 1. Ümumi müddəalar 
  
1.1. Giriş 
Ölkənin  sosial-iqtisadi  inkişafı  ilə  bağlı  məsələlərin  həllində,  formalaşan  bazar 
münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin təhsilə olan tələbatının ödənilməsində orta 
ixtisas  təhsilinin  özünəməxsus  yeri  vardır.  Təhsilin  bu  pilləsi  təhsil  sisteminin  müəyyən 
səviyyəsi  olmaqla,  iqtisadiyyatın  müxtəlif  sahələrinin  ixtisaslı  kadrlarla  təmin  olunmasında 
mühüm rol oynayır. 


RƏSMİ SƏNƏDLƏR 
 
Təhsildə İKT 
4 
Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla, bir-biri ilə bağlı iki 
məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və eyni zamanda onların ümumi icbari 
təhsil almalarını həll edir. 
Orta  ixtisas  təhsili  ölkədə  milli  təhsil  sisteminin  nüfuzunun  yüksəlməsində  və 
cəmiyyətin intellektual potensialının formalaşmasında da əhəmiyyətli rola malikdir. Bu təhsil 
kifayət  qədər  kütləvi  ixtisas  təhsili  kimi  vətəndaşların  təhsil  və  mədəni  səviyyəsinin 
yüksəldilməsinə xidmət edir. 
Hazırda orta ixtisas təhsili  müəssisələrinin sayının kifayət qədər olması, onların ölkə 
ərazisi  üzrə  bərabər  paylanması,  bu  təhsil  pilləsində  mütəxəssis  hazırlığının  nisbətən  az 
müddət  və  xərc  tələb  etməsi  ölkə  iqtisadiyyatının  və  sosial  sahənin  tələbatına  uyğun  orta 
ixtisaslı kadrların hazırlanmasına geniş imkan yaradır.  
  
1.2. Mövcud vəziyyət 
Bazar  münasibətləri  şəraitində  iqtisadiyyatın  infrastrukturu  orta  ixtisaslı 
mütəxəssislərdən  yeni  peşəkarlıq  keyfiyyətləri,  sistemli  təfəkkür,  düşüncə,  ekoloji,  hüquqi, 
informasiya  bilikləri,  kommunikativ  mədəniyyət,  sahibkarlıq  mədəniyyəti,  öz  fəaliyyətini 
şüurlu  şəkildə  təhliletmə  qabiliyyəti,  qeyri-müəyyənlik  şəraitində  müstəqil  fəaliyyət, 
məsuliyyət və s. tələb edir. 
Bu keyfiyyətləri özündə ehtiva edən mütəxəssislər hazırlamaq üçün orta ixtisas təhsili 
sahəsində  müvafiq  islahatların  aparılması  bu  sistemin  şəbəkəsinin  və  daxili  strukturunun 
təkmilləşdirilməsi,  mövcud  orta  ixtisas  təhsili  müəssisələrinin  bazasında  yeni  tipli  tədris 
müəssisələrinin  yaradılması  və  təhsilin  məzmununa  qoyulan  tələblərin  yenidən 
müəyyənləşdirilməsi kimi vəzifələrin həll edilməsi zərurətini yaradır. 
Son  illər dövlət tərəfindən təhsil sahəsində aparılan  islahatlar nəticəsində orta ixtisas 
təhsili müəssisələrinin müstəqil fəaliyyəti və inkişafı üçün hüquqi, iqtisadi və digər zəminlər 
yaradılmış,  onların  şəbəkəsi  xeyli  təkmilləşdirilmişdir.  Ancaq  bir  sıra  orta  ixtisas 
məktəblərinin  ayrı-ayrı  nazirlik,  konsern  və  birliklərin  tabeliyində  olması  bu  sahənin  işində 
müəyyən  qədər  pərakəndəlik  yaradırdı.  Ona  görə  də  "Azərbaycan  Respublikasında  təhsil 
sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 
iyun tarixli 349 nömrəli Fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas 
təhsili müəssisələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi orta 
ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun 
və  təhsil  müəssisələri  şəbəkəsinin  təkmilləşdirilməsinə  geniş  imkan  yaratmışdır.  Belə  ki, 
respublikada  bir  sıra  texnikumların  birləşdirilməsi  nəticəsində  onların  maddi-texniki  bazası, 
pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla, yeni tipli orta 
ixtisas təhsil müəssisələri - kolleclər yaradılmışdır. Bu tipli təhsil müəssisələrinin sayı artaraq, 
hazırda orta ixtisas təhsili müəssisələrinin ümumi sayının yarıdan çoxunu təşkil edir. 
Eyni zamanda, ölkədə təhsil komplekslərinin  yaradılması  sahəsində də 2000-ci  ildən 
başlayaraq,  müəyyən  işlər  görülmüş,  Milli  Rəssamlıq  Akademiyasının  nəzdində  İncəsənət 
Kolleci,  Milli  Konservatoriyanın  nəzdində  Musiqi  Kolleci,  Azərbaycan  Memarlıq  və  İnşaat 
Universitetinin nəzdində isə İnşaat Kolleci yaradılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə