Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   2   3   4   5   6   7   8   9   ...   47

RƏSMİ SƏNƏDLƏR 
 
Təhsildə İKT 
8 
Burada  orta  ixtisas  təhsili  müəssisələrinin  maliyyələşdirilməsinin  yalnız  dövlət 
büdcəsindən  deyil,  təhsil  alan  subyektlərin  maliyyəsi  hesabına  həyata  keçirilməsi,  təhsil 
xidmətlərinin 
sahələrini 
genişləndirməklə, 
alternativ 
maliyyələşmə 
mənbələrinin 
formalaşdırılması sisteminin yaradılması nəzərdə tutulur. 
 1.5. Tədbirlər Proqramının maliyyə təminatı 
Proqramın  dövlət  orta  ixtisas  müəssisələri  üzrə  maliyyə  təminatını  dövlət  büdcəsinin 
mərkəzləşdirilmiş  xərclərində  Təhsil  Nazirliyinin  xərclər  smetasında  nəzərdə  tutulmuş 
vəsaitlər  və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  digər  mənbələr 
təşkil edir. 
 1.6. Gözlənilən nəticələr 
Proqramın reallaşması aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir: 
-  orta  ixtisas  təhsilində  dövlət  təhsil  standartları  ilə  müəyyənləşdirilən  keyfiyyətlərin  əldə 
olunması; 
- məzunların əmək bazarında rəqabət qabiliyyətinin və peşə çevikliyinin yüksəldilməsi; 
- orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması; 
-  şəxsiyyətin  tərbiyəsində,  onun  yaradıcılıq  fəallığında  orta  ixtisas  təhsili  müəssisələrinin 
rolunun artması; 
- şəxsiyyətin təhsilə və peşəyə olan marağının artması; 
-  əmək  bazarının  ehtiyacları  ilə  mütəxəssis  hazırlığının  aparılmasında  uyğunluğun  əldə 
olunması; 
-  orta  ixtisas  təhsili  müəssisələrində  mütəxəssis  hazırlığı  strukturunun  onun  yerləşdiyi 
regionun tələbatı ilə uyğunlaşdırılması; 
-  orta  ixtisas  təhsili  müəssisələri  tərəfindən  əhaliyə  göstərilən  təhsil  xidmətlərinin 
genişləndirilməsi; 
- orta ixtisas təhsilində dövlət ictimai idarəetmə sisteminin yaradılması; 
- orta ixtisas təhsili sisteminin istehsal və xidmət sahələri ilə əlaqəsinin möhkəmləndirilməsi, 
sosial tərəfdaşlıq subyektləri arasında əməkdaşlığın səmərəliliyinin yüksəldilməsi; 
-  təhsil  prosesinin  təminatının,  təhsil  alanların  və  işçilərin  sosial  müdafiəsinin,  tədris 
müəssisələrinin  maddi-texniki  bazasının  inkişafı  üçün  orta  ixtisas  təhsili  müəssisələrinin 
maliyyələşdirmə imkanlarının genişləndirilməsi; 
-  orta  ixtisas  təhsili  müəssisələri  müəllim  və  rəhbər  işçilərinin  peşəkarlıq  səviyyəsinin 
yüksəldilməsi  məqsədi  ilə  orta  ixtisas  təhsilli  kadrların  ixtisaslarının  artırılması  və  yenidən 
hazırlanması sisteminin təkmilləşdirilməsi; 


RƏSMİ SƏNƏDLƏR 
 
Təhsildə İKT 
9 
-  dövlət  təhsil  standartlarının  tələblərinə  uyğun  olaraq  yeni  nəsil  dərsliklərin,  tədris-metodik 
ədəbiyyatın və təlim vasitələrinin yaradılması; 
-  tədris  prosesində  informasiya  sistemlərindən  və  texnologiyalarından,  telekommunikasiya 
şəbəkələrindən istifadənin inkişaf etdirilməsi; 
- orta ixtisas təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi; 
- beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlanması. 
 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
10 
İNSANLARIN İNFORMASİYA CƏMİYYƏTİNƏ HAZIRLIĞI VƏ ONLARDA 
İNFORMASİYA MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASININ BƏZİ 
ASPEKTLƏRI 
 
R.M. Əliquliyev 
AMEA-nın müxbir üzvü, professor 
AMEA İnformasiya Texnologiyaları İnstitutu 
 
R.Ş. Mahmudova 
AMEA İnformasiya Texnologiyaları İnstitutu 
 
XÜLASƏ 
Məqalədə  informasiya  cəmiyyəti  şəraitində  yaşayıb  fəaliyyət  göstərmək  üçün  insanın  hazırlıq 
səviyyəsi  ilə  bağlı  məsələlər  araşdırılmışdır.  Eyni  zamanda,  bu  cəmiyyətin  yaratdığı  imkanlardan 
istifadə  etmək  üçün  insanların  lazımi  bilik  və  bacarıqlarının  olmaması  ilə  bağlı  meydana  çıxan 
problemlər və beynəlxalq aləmdə bu problemlərin həlli istiqamətində görülən işlər öz əksini tapmışdır. 
Bir  sıra  inkişaf  etmiş  ölkələrdə  təhsil  alanlar  üçün  lazımi  bilik  və  bacarıqları  müəyyən  edən 
mövcud  standartlar  tədqiq  edilmiş,  şəxsiyyətin  informasiya  mədəniyyətinin  formalaşdırılmasının 
vacibliyi əsaslandırılmışdır. Məqalədə həmçinin informasiya mədəniyyətinin formalaşdırılmasının bəzi 
aspektlərinə aydınlıq gətirilmişdir. 
 
GİRİŞ 
Vaxtilə müxtəlif elm sahələrini təmsil edən alimlərin, mütəfəkkirlərin təsvir etdikləri, 
görmək istədikləri informasiya cəmiyyəti artıq reallığa çevrilib. 
Sivilizasiyanın  inkişafının  növbəti  mərhələsi  olan  bu  cəmiyyətin  əsas  fəlsəfəsi  milli 
mənsubiyyətindən,  dinindən,  fiziki  imkanlarından,  sosial  durumundan  və  yaşından  asılı 
olmayaraq bütün insanlar üçün istənilən anda və istənilən yerdən lazımi informasiya və bilik 
əldə etmək imkanlarının  yaradılmasıdır. Göründüyü kimi, artıq hər kəs üçün informasiya və 
biliklərin əlyetərliyinin təmin olunması üçün texnoloji vasitələr meydana çıxmışdır. Radio və 
televiziya  kimi,  ənənəvi,  həmçinin  internet  kimi  yeni  informasiya  vasitələrinin  mövcudluğu 
planetin  hər  bir  sakininin  həyatda  ona  lazım  olan  informasiyaya  sərbəst  çıxışının  təmin 
edilməsinə  şərait  yaradır.  Bu  hüquqların  təmin  edilməsi  üçün  təhsil,  iqtisadiyyat  və  s. 
sahələrdə müvafiq problemlərin həll edilməsi tələb olunur. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
11 
İnformasiya cəmiyyətində insanın hazırlıq səviyyəsinə dair tələblər 
Təcrübə göstərir ki,  bu  yeni  cəmiyyətin  formalaşması  və  intensiv  inkişafı,  insanların 
buna  uyğun  informasiya  hazırlığı  olmadan  mümkün  deyil.  İnsanların  müasir  cəmiyyətin 
yaşayış tərzinə uyğunlaşması onların informasiyanın əldə edilməsi, emalı, təhlili və yayılması 
sahəsindəki bilik və bacarıqları ilə birbaşa bağlıdır. Müasir cəmiyyətin xüsusiyyəti belədir ki, 
istənilən  növ  fəaliyyətin  səmərəliliyi  çox  vaxt  onun  informasiya  təminatının  səviyyəsindən 
asılı olur. 
Bunun  mahiyyəti  ondan  ibarətdir  ki,  hansı  sahədə  işləməsindən  asılı  olmayaraq  hər 
kəs  mütləq  informasiya  texnologiyaları  sahəsində  müəyyən  biliklərə  və  vərdişlərə 
yiyələnməlidir. Ona görə də, məzunlarda öz ixtisasına dair professional keyfiyyətlərlə yanaşı, 
yeni  texnologiyalar,  eyni  zamanda,  informasiya,  onun  mahiyyəti,  xüsusiyyətləri,  emalı  və 
yeni  növ  informasiya  yaratma  üsulları,  müasir  informasiya  mədəniyyəti  və  onun 
xüsusiyyətləri haqqında biliklər aşılanmalıdır [1]. 
Əvvəllər  insanın  malik  olduğu  bacarıq  və  vərdişlər,  yiyələndiyi  hər  hansı  bir  ixtisas 
ömrü  boyu  onun  üçün  yetərli  idi.  İKT  əsrində  isə  o,  öz  bilik  və  bacarıqlarını,  yeni 
texnologiyaların  inkişaf  sürətinə  uyğun  şəkildə  dəyişməyə,  yeni  bilik  və  bacarıqlar  əldə 
etməyə hazır olmalıdır. Əvvəlki cəmiyyətə xas olan hər hansı bir işi bacarmaq, nə isə istehsal 
etmək qabiliyyəti hazırkı dövr üçün yetərli deyil [2]. Yeni yaranan cəmiyyətin özünəməxsus 
yeni  tip  iqtisadiyyatı  formalaşır  və  bu  iqtisadiyyat  informasiyalaşdırma  vasitələrinin 
istehsalını,  həmçinin  informasiya  məhsullarını,  xidmətlərini  və  informasiya  bazarını  özündə 
birləşdirir.  İnformasiya  iqtisadiyyatı  adlanan  bu  iqtisadiyyat  bir  sıra  fərqli  xüsusiyyətlərə 
malikdir.  İnformasiya  sənayesi,  informasiya  məhsulları  və  xidmətləri  həddən  artıq  elmi 
tutumludur. Ona görə də daxili və xarici bazarda onların keyfiyyəti və rəqabətədavamlılığı bu 
və  ya  digər  ölkənin  texnoloji  inkişaf  və  yeni  informasiya  texnologiyalarından  istifadə 
səviyyəsindən  əhəmiyyətli  dərəcədə  asılıdır.
 
Eyni  zamanda,  informasiya  iqtisadiyyatının 
məhsulları iqtisadiyyatın digər sahələrinin – sənaye, tikinti, nəqliyyat və s. inkişafı üçün əsas 
faktora çevrilir. İnformasiya iqtisadiyyatının inkişafı əhalinin məşğulluğunun yeni strukturunu 
yaradır, fərdi əməyin və yaradıcılığın yeni formalarının inkişafını tələb edir. 
Bu  gün  sistemli  təfəkkürə  malik  olmaq,  eksperimentə,  əməkdaşlığa  hazır  olmaq  - 
peşəkarlığı dəyərləndirən başlıca keyfiyyətlərdir. Hansı sahədə işləməsindən asılı olmayaraq, 
problemləri aşkara çıxarmağı və həll etməyi bacaran, strateji təfəkkürə malik insanlar lazımdır 
[2,3]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə