Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   2   3   4   5   6   7   8   9   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
12 
Sürətlə dəyişən dünyada  yaşamaq  və  fəaliyyət göstərmək üçün  insandan  yeni şəraitə 
tez  uyğunlaşmaq  qabiliyyəti,  daim  təhsilini  təkmilləşdirmək,  öz  sahəsində  baş  verən  son 
tədqiqatlara, yeniliklərə diqqət yetirmək tələb olunur . 
Son  dövrlərdə  bürokratik  üsulla  deyil,  yeni  üsulla  karyera  əldə  etməyi  əks  etdirən 
termin  meydana  çıxıb  -  layihə  təfəkkürü  [2].  Yalnız  informasiya  ilə,  layihələrlə  işləyən 
insanları informasiya analitikləri adlandırırlar. Çox vaxt onların daimi işi olmur, bir layihədən 
digər  layihəyə  keçirlər.  Layihələrlə  işləmək  üçün  insan  bir  sıra  yüksək  keyfiyyətlərə  malik 
olmalıdır:  yüksək  yaradıcılıq  qabiliyyətinə,  peşəkarlığa,  müstəqil  şəkildə  araşdırmalar 
aparmaq, eyni zamanda, kollektivdə işləmək bacarığına, ünsiyyət qurmaq qabiliyyətinə və s. 
Beynəlxalq  ünsiyyət  vasitəsinə  çevrilmiş  xarici  dillərdən  1-2-ni  (xüsusən  də,  ingilis  dilini) 
bilmək  layihə  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  çox  vacibdir.  Bu  gün  müxtəlif  ölkələrdə 
yaşayaraq, İnternet üzərindən birgə layihələrdə iştirak etmək üçün geniş imkanlar var. Hazırda 
əmək  bazarında,  uğurla  həyata  keçirilmiş  bu  cür  layihələrdə  iştirak  edənlər  çox  yüksək 
qiymətləndirilir. 
Beləliklə, informasiya cəmiyyətinin formalaşması şəraitində insan resurslarına tələblər 
dəyişir.  İKT-nin  köməyi  ilə  göstərilən  informasiya  xidmətləri  spektrinin  genişlənməsi, 
informasiya  ilə  işləmək  üçün  insandan  yeni  mədəniyyət  forması  tələb  edir.  İnformasiya  ilə 
işləmək  üçün  lazım  olan  ənənəvi  mədəniyyətə  yeni  tələblər  əlavə  olunur.  Çünki  İKT 
informasiya  mübadiləsinin  forma  və  üsullarını  dəyişdirir.  Bunun  dərk  edilməsi  və 
mənimsənilməsi  insanın  informasiya  mədəniyyətinin  və  biliklər  cəmiyyətinə  hazırlığının 
ayrılmaz hissəsidir [2]. 
Kompyuter və digər İKT vasitələri – sadəcə informasiya resursunun istifadə edilməsi 
üçün  texniki  imkanlardır.  Əsas  odur  ki,  insan  hansı  informasiyanı  necə  mənimsəyir,  onun 
informasiya potensialını nə təşkil edir. Yeni şəraitdə insana olan tələblər əhəmiyyətli dərəcədə 
dəyişdiyindən  bu  məsələlərin  öyrənilməsi  vacibdir.  İnformasiya  resursları  və  rabitə 
vasitələrinin  əvvəlkindən  daha  geniş  spektrdə  olması,  habelə  xammal,  əmək  və  enerji 
resurslarının  məhdudluğu  ona  gətirib  çıxarır  ki,  informasiya  inkişaf  üçün  başlıca  resursa 
çevrilir. Bir çox tədqiqatçıların  fikrincə,  informasiyaya  malik olmaq şəxsiyyət səviyyəsində, 
həmçinin ölkə səviyyəsində strateji üstünlük yaradır[2,3]. 
İnformasiya cəmiyyəti quruculuğunda əsas məsələlərdən biri insanların informasiya 
hazırlığı  məsələsidir.  Bu  cəmiyyətdə  müasir  İKT-nin  imkanları  barədə  biliklərin 
genişləndirilməsi,  kompyuterlə  iş  vərdişlərinin  inkişaf  etdirilməsi,  elektron  informasiya  ilə 
işləmək mədəniyyətinə malik olmaq tələb edilir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
13 
Hətta  müəssisə  və  təşkilatların  kompyuter  texnikasına  tələbatı,  hər  kəsin  İnternetə 
çıxışı  tamamilə  təmin  olunsa,  informasiya  əldə  etmək  və  informasiyalaşdırma  haqqında 
qanunlar  qəbul  edilsə  belə,  insanların  informasiya  cəmiyyətinə  hazırlığı  məsələsi  həll 
olunmasa, bu hüquqi tədbirlər sadəcə xoş məramlar olaraq qala bilər. İnsanların informasiya 
cəmiyyətindəki  həyat  şəraitinə  uyğun  şəkildə  hazırlanması  üçün  onların  informasiya 
mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. 
İnformasiya cəmiyyətində informasiya bərabərsizliyi problemləri 
İnformasiya  cəmiyyətinin  qurulması,  insanın  bu  cəmiyyətdə  yeri  və  informasiyaya 
sərbəst  çıxış  imkanlarının  təmin  olunması  məsələsi  bu  gün  beynəlxalq  ictimaiyyətin  diqqət 
mərkəzindədir.  2003  və  2005-ci  illərdə  uyğun  olaraq  Cenevrədə  və  Tunisdə  informasiya 
cəmiyyəti məsələlərinə həsr olunmuş və dövlət başçıları səviyyəsində keçirilən Ümumdünya 
sammitlərində bu məsələlər geniş müzakirə obyekti olmuşdur. 
Məlumdur  ki,  Tunisdə  keçirilən  Ümumdünya  Sammiti  beynəlxalq  səviyyədə 
informasiya  cəmiyyətinin  inkişaf  strategiyasının  işlənib  hazırlanmasında  ikinci  mərhələ  idi. 
Bu sammitdə səsləndirildi ki, yeni yaranan cəmiyyətdə əsas dəyər, sadəcə, informasiyanın özü 
deyil, onu tətbiq etmək bacarığıdır, yəni biliklərdir. 
İnformasiya  cəmiyyəti  konsepsiyasının  əsasında  dörd  əsas  prinsip  dayanır: 
informasiyanın  ümumi  əlyetərliliyi;  fikirlərin  ifadə  edilməsində  sərbəstlik,  mədəni 
müxtəlifliyə hörmət və hamının keyfiyyətli təhsil almaq imkanının təmin olunması [4]. 
Bəşəriyyət  tərəfindən  toplanmış  nəhəng  həcmdə  informasiyanın  əlyetərliliyi 
probleminin  həlli  elə  də  asan  deyil,  yəni  bu  məsələni  yalnız  texniki  məsələ  hesab  etmək 
olmaz.  İnformasiya  və  biliklərin  əlyetərlilik  səviyyəsinin  müxtəlifliyi  cəmiyyətdə  yeni 
bərabərsizliyə  -  informasiya  bərabərsizliyinə  gətirib  çıxarır.  İnformasiya  bərabərsizliyinin 
mahiyyəti  ondan  ibarətdir  ki,  informasiya  cəmiyyətinin  formalaşması  nəticəsində  yaranan 
yeni  informasiya  mühitinə  çıxış  imkanı  ayrı-ayrı  insanlar,  müəssisələr,  regionlar  və  hətta 
ölkələr  üçün  müxtəlifdir.  Bununla  əlaqədar  son  zamanlar  “informasiya  zənginləri”  və 
“informasiya yoxsulları” kimi anlayışlar geniş istifadə edilir. 
Əvvəllər,
 
İKT-nin inkişafı, aparat və proqram vasitələrinin ucuzlaşması sayəsində bu 
bərabərsizliyin aradan qaldırılmasına ümid edilirdi, amma bir sıra tədqiqatçılar əks situasiyanı 
qeyd edirlər: informasiya bərabərsizliyinin səviyyəsi İKT-nin inkişafı ilə birlikdə çox sürətlə 
yüksəlir.  Başqa  sözlə,  informasiyalaşdırma  sahəsindəki  yüksək  inkişaf  informasiya 
bərabərsizliyini daha da dərinləşdirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə