Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   2   3   4   5   6   7   8   9   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
14 
Hətta  informasiya  bərabərsizliyinin  yaxın  vaxtlarda  sosial  bərabərsizliyin 
dərinləşməsinə  səbəb  ola  biləcəyi  barədə  fikirlər  söylənilir.  Bir  tərəfdən,  informasiya 
texnologiyaları yeni imkanlar açaraq, sosial məkanı daraldır və sosial fərqliliyi azaldır. Digər 
tərəfdən, informasiyanın paylanması, müxtəlif insanların informasiyaya çıxış imkanının təmin 
olunması baxımından cəmiyyətdə müşahidə olunan qeyri-bərabərlik ona gətirib çıxarır ki, bir 
qisim insanlar digərlərinə nisbətən üstünlüyə malik olurlar. Bu isə tədricən, iqtisadi, sosial və 
ya  siyasi  üstünlüyə  gətirib  çıxarır.  Başqa  sözlə  desək,  informasiya  bərabərsizliyi  sosial 
bərabərsizliyə səbəb olur . 
Qeyd  edək  ki,  informasiya  əlyetərliliyi  problemi  ilə  bağlı  olan  informasiya 
bərabərsizliyi  problemi  bütün  dünyanı  narahat  edən  ümumbəşəri  bir  problemdir.  Bir  sıra 
inkişaf etməkdə olan ölkələr üçün əlyetərlilik problemi əhalinin əksər hissəsinin savadsızlığı 
ilə,  inkişaf  etmiş  telekommunikasiya  infrastrukturunun  olmaması  ilə,  dil  baryeri  ilə  (ingilis 
dilini  bilməməklə  -  İnternetdəki  informasiya  resurslarının  böyük  bir  hissəsi  bu  dildədir) 
əlaqədardır. 
Amma  bu  məsələnin  həlli daha çox  insanların  informasiya  mədəniyyətinin  səviyyəsi 
ilə bağlıdır. Hər hansı bir problemi həll etmək istəyən insanlar özlərinin informasiya tələbatını 
ödəmək  üçün  hansı  informasiya  mənbələrinə  müraciət  etməyi,  informasiya  sorğusunu 
məqsədyönlü şəkildə  həyata keçirməyi, axtarış  strategiyasını düzgün qurmağı, əldə etdikləri 
informasiyanın həqiqiliyini, informasiya mənbəyinin nə dərəcədə mötəbər olduğunu müəyyən 
etməyi,  informasiya  və  biliklərin  istifadəsi  zamanı  hüquqi  və  etik  aspektləri  nəzərə  almağı
 
bacarmalıdırlar [4]. Eyni zamanda, onlardan müasir informasiya texnologiyalarından yüksək 
səviyyədə istifadə ilə bağlı praktik vərdişlərə malik olmaq tələb olunur. 
İnsanın informasiya cəmiyyətinə hazırlığı məsələsi beynəlxalq rakursda 
Qlobal  informasiya  cəmiyyətinin  formalaşması  problemlərinin,  o  cümlədən 
informasiya  bərabərsizliyinin  təhlili  ilə  bir  çox  beynəlxalq  təşkilatlar  məşğul  olur,  onlardan 
biri  də  YUNESKO-dur.  Bu  təşkilat  tərəfindən  cəmiyyətin  informasiyalaşması  proseslərinin 
mədəni,  hüquqi,  mənəvi,  etik  və  sosial  nəticələri  ardıcıl  olaraq  öyrənilir.  Eyni  zamanda, 
mütəmadi  olaraq  bu  problemlərin  həllinə  yönəlmiş  beynəlxalq  konfranslar  təşkil  olunur, 
proqramlar həyata keçirilir. Bunlardan biri dünyanın bir sıra ölkələrində reallaşdırılan “Hamı 
üçün  informasiya”  Proqramıdır.  Bu  proqram  insanların  informasiya  cəmiyyətindəki  həyat 
şəraitinə hazırlanması tədbirlərini əhatə edir. 
İnsanların  informasiya  hazırlığı  birbaşa  iqtisadi  inkişafa  təsir  edən  amillərdəndir. 
Hesab  olunur  ki,  lazım  olan  informasiyanı  tapmaq  və  tətbiq  etmək  bacarığı  yoxsulluq, 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
15 
sağlamlıq  problemləri,  keyfiyyətli  təhsil,  fəlakətlərin  qarşısının  alınması,  ətraf  mühitin 
qorunması  kimi  bir  sıra  qlobal  və  mürəkkəb  problemlərin  öhdəsindən  gəlməyə  kömək  edə 
bilər. 
Həmin  proqram  çərçivəsində  informasiya  cəmiyyəti  məsələləri  üzrə  beynəlxalq  on-
layn Observatoriya yaradılmışdır [5]. Onun yaradılmasında əsas məqsəd beynəlxalq, regional 
və  milli  informasiya  siyasətinin  müşahidə  olunması,  həmçinin  informasiyanın  bərabər  və 
ümumi əlyetərliliyi problemləri üzrə beynəlxalq debatlar üçün forumların təşkil olunmasıdır. 
YUNESKO-nun  həyata  keçirdiyi  beynəlxalq  informasiya  siyasətinin  əsasında  insan 
amili dayanır. Məhz insan informasiyanın həm yaradıcısı və həm də istehlakçısıdır. Ona görə 
də  cəmiyyətin  bugünkü  və  gələcək  inkişafı  da  onunla  bağlıdır.  Bu  baxımdan,  özünün 
yaradıcılıq  potensialını  artırmaq  və  istifadə  etmək  üçün  informasiya  cəmiyyətində  insan 
xüsusi  bacarıq  və  vərdişlərə  malik  olmalıdır.  Bu  bilik  və  bacarıqların  məcmusu  hazırda 
rusdilli  elmi  ədəbiyyatda  “şəxsiyyətin  informasiya  mədəniyyəti”,  ingilisdilli  mənbələrdə  isə 
“informasiya  savadlılığı” kimi  müəyyən olunur. YUNESKO-nun təşəbbüsü  ilə 2003-cü  ildə 
qəbul  olunmuş  “İnformasiya  savadının  artırılması”  haqqında  Praqa  Bəyannaməsi  də 
şəxsiyyətin  informasiya  cəmiyyətindəki  həyat  şəraitinə  hazırlanması,  onun  informasiya 
dünyagörüşünün artırılması məsələsinə beynəlxalq səviyyədə diqqət yetirilməsinin nəticəsidir. 
Hazırda  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyasının  nəzdində  İnformasiya 
mədəniyyəti  bölməsi  fəaliyyət  göstərir.  Bu  təşkilatın  himayəsi  altında  1998-ci  ildən 
başlayaraq informasiya mədəniyyəti problemlərinə dair beynəlxalq elmi konfranslar keçirilir 
[6]. 
Rusiya,  Ukrayna  və  digər  keçmiş  sovet  respublikalarında  informasiya  mədəniyyəti 
problemlərinə - şəxsiyyətin, eləcə də, müxtəlif peşə sahiblərinin (iqtisadçının, hüquqşünasın, 
müəllimin  və  s.)  informasiya  mədəniyyətinin  formalaşdırılmasına  dair  çoxlu  sayda  elmi 
araşdırmalar  aparılır.  Fəlsəfə,  pedaqogika,  sosiologiya,  informatika,  kitabxanaşünaslıq  və  s. 
kimi  müxtəlif  elm  sahələrinin  nümayəndələri  informasiya  mədəniyyəti  problemləri  və  onun 
müxtəlif aspektlərinin öyrənilməsi ilə məşğul olurlar. 
Rusiyanın  Kemerovo  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetində  bu  sahədə 
aparılan  tədqiqatlar  xüsusilə  diqqəti  cəlb  edir.  Burada  akademik  N.İ.Gendinanın  rəhbərliyi 
altında  bir  qrup  mütəxəssis  tərəfindən  “Şəxsiyyətin  informasiya  mədəniyyətinin 
formalaşması: tədris fənninin məzmununun nəzəri əsaslandırılması və modelləşdirilməsi” adlı 
monoqrafiya  yazılmış,  şəxsiyyətin  informasiya  mədəniyyətinin  formalaşdırılması 
konsepsiyası bəyan olunmuşdur [7]. Bu institutda aparılan çoxillik tədqiqatlar nəticəsində orta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə