Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
19 
İKT-nin 
inkişafının 
getdikcə 
daha 
da 
sürətlənməsi, 
cəmiyyətin 
informasiyalaşdırılmasının dönməz hal alması insan fəaliyyətinin bütün sahələrinə güclü təsir 
göstərməkdədir.  Yaranan  situasiya  təhsil  sistemində  köklü  dəyişikliklər  edilməsinin 
zəruriliyini diktə edir. Bunun üçün  isə təhsil sisteminin
 
üzərinə  ikiqat vəzifə düşür:  əvvəlcə 
təhsilin özünün məzmunu dəyişməli, sonra isə yeniləşmiş təhsil cəmiyyəti dəyişdirməlidir [9]. 
Hazırda  Azərbaycan  da  daxil  olmaqla,  dünyanın  bütün  qabaqcıl  ölkələrində  həyata 
keçirilən  və ən  böyük təhsil  islahatı  hesab olunan təhsilin  informasiyalaşdırılması prosesləri 
də  bu  məqsədə  xidmət  edir.  Təhsilin  informasiyalaşdırılması  –  insanların  informasiya 
cəmiyyətindəki  həyat  şəraitinə  uyğun  hazırlanması  prosesidir.  Təhsilin  informasiya-
laşdırılmasında  əsas  məqsəd  -  əhaliyə  geniş  spektrdə  elektron  təhsil  xidmətləri  təqdim 
edilməsi  və  yaşadığı  məkandan,  yaşından,  fiziki  imkanlarından  asılı  olmayaraq  cəmiyyətin 
bütün üzvləri üçün istənilən vaxt təhsil almaq imkanlarının yaradılması, təhsil xidmətlərinin 
əlyetərliliyinin  təmin  olunmasıdır.  Bu  məqsədə  çatmaq  üçün  bir  sıra  məsələlərin 
(İnformasiya-təhsil  mühitinin  yaradılması,  təhsil  müəssisələrinin  və  təhsili  idarəetmə 
orqanlarının  informasiya  texnologiyaları  ilə  təminatı,  təhsil  müəssisələrində  lokal  şəbəkənin 
qurulması  və  İnternetə  yüksək  sürətli  çıxışın  təmin  olunması,  elektron  tədris  resurslarının 
yaradılması  və  s.)  həlli  istiqamətində  bir  sıra  tədbirlər  həyata  keçirilir,  lakin  “şəxsiyyətin 
informasiya  mədəniyyəti”  adlanan  komponent  nəzərə  alınmadan  bu  prosesi  uğurla  həyata 
keçirmək mümkün deyil. 
İnformasiya mədəniyyəti nədir?  Bu suala birmənalı cavab vermək çox çətindir. Elmi 
ədəbiyyatda informasiya mədəniyyəti anlayışına dair çoxlu sayda yanaşmalar mövcuddur. 
“İnformasiya mədəniyyəti” anlayışı iki fundamental anlayışa əsaslanır: informasiya və 
mədəniyyət.  Bu  baxımdan,  həmin  anlayışın  izahında  əsasən  “kulturoloji”  və  “informasiya” 
yanaşmaları fərqləndirilir. 
Kulturoloji yanaşma çərçivəsində informasiya mədəniyyəti informasiya cəmiyyətində 
insanın həyat fəaliyyəti tərzi kimi, insanın ümumi mədəniyyətinin formalaşması prosesinin bir 
tərkib hissəsi kimi nəzərdən keçirilir. 
İnformasiya  yanaşması  çərçivəsində  informasiya  mədəniyyəti  kimi  informasiyanın 
axtarılması,  seçilməsi,  saxlanması,  ötürülməsi  və  təhlilinə,  professional  fəaliyyət  sahələrinə 
dair informasiya tələbatlarının ödənilməsinə yönəlmiş bilik, bacarıq və vərdişlərin məcmusu 
nəzərdə tutulur. 
İnformasiya mədəniyyətinə dair müasir tədqiqatlarda informasiya yanaşması üstünlük 
təşkil edir. Çünki  müvafiq problem elmə  informasiya  sahəsindən gəlir. Yəni qeyd etdiyimiz 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
20 
kimi, problemin aktuallığı İKT-nin  inkişafı  nəticəsində cəmiyyətdə  informasiyanın  həcminin 
yüksək sürətlə artması ilə əlaqədardır [9]. 
İnformasiya mədəniyyətinə dair bir sıra tədqiqatların təhlili onu deməyə əsas verir ki, 
tədqiqatçılar müxtəlif terminologiyadan istifadə etsələr də, sonda informasiya mədəniyyətinin 
eyni elementləri üzərində dayanırlar: 
-
 
İnsanın informasiya dünyagörüşünə malik olması; 
-
 
İnformasiya tələbatına uyğun müxtəlif mənbələrdən informasiya əldə etmək və öz 
fəaliyyətində tətbiq etmək bacarığı; 
-
 
Yeni informasiya texnologiyalarından istifadəyə dair bilik və bacarıqlar; 
-
 
İnformasiya fəaliyyəti zamanı hüquqi və etik normalara əməl olunması. 
Bəzən  “kompyuter  savadlılığı”  və  “informasiya  mədəniyyəti”  anlayışlarını 
qarışdırırlar.  Əslində  isə,  kompyuter  savadlılığı,  başqa  sözlə,  kompyuterlə  işləmək  bacarığı 
informasiya  mədəniyyətinin  tərkib  hissələrindən  biridir.  Məsələn,  Amerika  standartlarına 
görə, o insan informasiya mədəniyyətinə malik hesab olunur ki, özünün informasiya tələbatını 
müəyyənləşdirərək,  lazım  olan  informasiyanı  axtarıb  tapmaq,  qiymətləndirmək  və  öz 
fəaliyyətində  tətbiq  etmək  qabiliyyətinə  malik  olsun  [8].  Başqa  sözlə,  informasiya 
mədəniyyəti insanın həyat və ya peşə fəaliyyəti dövründə qarşıya qoyulmuş məqsədə çatmaq 
üçün həlli vacib olan məsələlərin həllində ona lazım olan informasiyanın əldə edilməsi, emal 
olunması  və  tətbiqini  nəzərdə  tutur.  Kompyuter  hazırda  bütün  bu  informasiya  proseslərini 
həyata keçirmək üçün çox güclü və əlverişli vasitə olduğundan, insan onun köməyi ilə lazım 
olan  bir  çox  əməliyyatları  yerinə  yetirə  bilər.  Bu  baxımdan  da,  kompyuterdə  işləmək,  onun 
proqram  və  aparat  təminatı  haqqında  bilgilərə  malik  olmaq,  eləcə  də,  digər  informasiya 
texnologiyalarını  tətbiq  etmək  bacarıqlarının  olması  insanın  informasiya  mədəniyyətini 
xarakterizə edən əsas xüsusiyyətlərdəndir. 
İnformasiya  mədəniyyətinin  əsas  komponentlərindən  biri  informasiya  tələbatını 
müəyyənləşdirmək bacarığıdır. Mütəxəssislərin fikrincə, informasiya tələbatı - öz fəaliyyətini 
müvəffəqiyyətlə davam  etdirmək  və  müəyyən  məsələləri  həll etmək üçün  insana  lazım olan 
informasiyadır.  İnformasiya  tələbatı  hər  hansı  bir  bilik  sahəsində  olan  boşluğu  doldurmaq 
zəruriyyətindən  irəli  gəlir.  Müxtəlif  peşə  sahiblərinin,  həmçinin  orta  və  ali  təhsil 
müəssisələrində  təhsil  alanların  informasiya  tələbatı  məsələlərinin  araşdırılması  zamanı 
tədqiqatçılar  bu  fikrə  gəlmişlər  ki,  insanlar  çox  vaxt  özlərinin  informasiyaya  olan  tələbatını 
qısa  və  dürüst  şəkildə  ifadə  edə  bilmirlər.  Lazım  olan  informasiyanı  əldə  etmək  üçün 
informasiya  sorğularını  formalaşdırmaqda,  tərtib  olunmuş  sorğular  əsasında  informasiyanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə