Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
21 
axtarıb  tapmaqda  çətinlik  çəkirlər.  Halbuki  insan  informasiya  tələbatını  ödəmək  üçün 
informasiya  axtarışını  təşkil  etməyi,  yerindən  asılı  olmayaraq  istənilən  mənbədən  onu  əldə 
etməyi bacarmalıdır. 
İnformasiya  mədəniyyətinin  əsas  göstəricilərindən  biri,  elektron  mənbələr  də  daxil 
olmaqla,  bütün  növ  informasiya  mənbələri  haqqında  məlumatlı  olmaq,  bu  mənbələrin  hər 
birində  axtarış  etməyi  bacarmaq,  informasiya-axtarış  sistemlərinin  xüsusiyyətlərini  bilmək 
hesab olunur. 
Bundan başqa, informasiya mədəniyyətinə malik olan insan toplanmış informasiya ilə 
işləməyi, onu strukturlaşdırmağı, sistemləşdirməyi, ümumiləşdirməyi  və  aydın  şəkildə digər 
insanlara  təqdim  etməyi  bacarmalıdır.  Eyni  zamanda,  informasiya  ilə  işləyərkən  hüquqi  və 
etik  normalara  əməl  olunması,  onun  təhlükəsizliyini  təmin  etmək  bacarığı  da  vacib 
komponentlərdir.  İnsanın  informasiya  cəmiyyətinə  hazırlanması  prosesində  bunların  nəzərə 
alınması çox vacibdir. 
İnsanların informasiya mədəniyyətinin formalaşdırılmasını zəruri edən amillərdən biri 
də təhsildə köklü dəyişikliklərin edilməsini nəzərdə tutan yeni təhsil paradiqmasının meydana 
çıxması  ilə  əlaqədardır.  Yeni  təhsil  paradiqmasının  əsasında  fasiləsiz  təhsil  ideyası  dayanır. 
Fasiləsiz təhsil ideyasının reallaşdırılması son dövrlərdə dünyada biliklərin sürətli artım tempi 
ilə  insanın  bu  bilikləri  mənimsəmək  qabiliyyəti  arasında  meydana  çıxan  ziddiyyətin  aradan 
qaldırılmasını  nəzərdə  tutur.  Təhlillər  göstərir  ki,  son  zamanlar  informasiyanın  həcminin 
həndəsi silsilə ilə artması müşahidə olunur ki, bu da insanların böyük həcmdə informasiyanı 
mənimsəməyə və emal etməyə hazırlanmasını tələb edir. 
Tədqiqatçılar hesab edirlər ki, vəziyyətdən çıxış yolu yeni təhsil modellərinin işlənib 
hazırlanmasıdır,  çünki  ənənəvi  təhsil  sistemi  informasiya  cəmiyyətinin  tələblərinə  cavab 
vermir. Yəni hər hansı şəxs 11 il orta məktəbdə, 6 il ali məktəbdə təhsil aldıqdan sonra məlum 
olur ki, artıq  bu  biliklər  lazım deyil. Bu o deməkdir ki,  insanlara  hansısa  bilik  və  vərdişləri 
öyrətmək kifayət etmir, öyrəndikləri tez bir zamanda köhnələrək aktuallığını  itirir,  insanlara 
məhz zəruri bilik və vərdişləri müstəqil şəkildə əldə etməyi öyrətmək lazımdır. Başqa sözlə, 
təhsil  müəssisələri  tələbələrə,  ilk  növbədə,  necə  öyrənməyi,  seçdikləri  sahədə  daim  bilik  və 
bacarıqlarını necə yüksəltməyi öyrətməlidir. Artıq istehsal texnologiyalarının yeniləşmə sürəti 
nəsillərin  dəyişməsi  tempini  xeyli  üstələdiyinə  görə,  təkcə  təkmilləşdirmə  və  əlavə  hazırlıq 
deyil, həm də bütün əmək fəaliyyəti dövründə yeni fəaliyyət növlərini dəfələrlə mənimsəmək 
lazım gəlir. Bu baxımdan da, informasiya cəmiyyətinin tələbi fasiləsiz təhsilə keçid, hər kəsə 
bütün  ömrü  boyu  fasiləsiz  təhsil  alma  imkanlarının  yaradılmasıdır.  Fasiləsiz  təhsilin  həyata 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
22 
keçirilməsi  üçün  isə,  ilk  növbədə,  insanlarda  müstəqil  təhsil  alma  vərdişlərinin  inkişaf 
etdirilməsi,  tədris  prosesi  iştirakçılarının,  o  cümlədən  də  müəllimlə  təhsil  alanın  yüksək 
informasiya  mədəniyyətinin  formalaşdırılması  zərurətini  ortaya  çıxarır.  Həm  də  təhsilin 
fasiləsizliyi  baxımından  informasiya  mədəniyyətinin  formalaşdırılması  da  daimi  proses 
olmalıdır [1, 10]. 
İnformasiya  cəmiyyətində  yalnız  mütəxəssislərin  deyil,  bütün  əmək  qabiliyyətli 
əhalinin  müəyyən  dərəcədə  yeni  informasiya  mədəniyyətinə  malik  olması  vacibdir.  Bu, 
onların ümumi intellektual səviyyəsinin yüksəldilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri və 
sosial praktikada onlardan istifadə imkanlarını bilmələri üçün lazımdır. Cəmiyyət elm, texnika 
və  texnologiyaların  yeni  nailiyyətlərini  qəbul  etməyə  əvvəlcədən  hazırlanmalıdır,  bu 
məsələnin  həllinə  xidmət  edən  ən  mühüm  tədbirlərdən  biri  insanlarda  informasiya 
mədəniyyətinin formalaşdırılmasıdır. Həmin vəzifə isə, ilk növbədə, müasir təhsil sisteminin 
üzərinə düşür. 
Təhsil  sistemində  bu  amilin  nəzərə  alınması,  orta  məktəblərdən  başlayaraq  təhsilin 
bütün  pillələrində  “İnformasiya  mədəniyyəti”  fənninin  tədris  planlarına  salınması,  müvafiq 
dərslik və dərs vəsaitlərinin hazırlanması, bu fənni tədris edəcək müəllimlərin hazırlanması  – 
təhsilin  informasiyalaşdırılması proseslərinin uğurla  həyata keçirilməsinin  vacib  şərtlərindən 
biri olmalıdır. 
Şəxsiyyətin  informasiya  cəmiyyətinin  şərtlərinə  uyğun  hazırlanması  prosesində 
müsbət  nəticələrə  nail  olmaq  üçün  informasiya  texnologiyalarının  təhsilə  tətbiqi  sahəsində 
müəllimlərin hazırılğı, pedaqoqların informasiya mədəniyyətinin olması mühüm amildir. Bu 
mürəkkəb  məsələnin  həlli  üçün  təhsil  sahəsində  çalışan  işçilərin  hamısının  yeni  İKT 
vasitələrindən  istifadə  etməyə  hazırlanması,  pedaqoqların  informasiya  mədəniyyətinin 
formalaşdırılması,  bütün  tələbələrin,  xüsusən  də,  pedaqoji  ixtisaslara  yiyələnənlərin  İKT 
sahəsində hazırlığı vacibdir. 
İnformasiya mədəniyyətinin linqvistik, psixoloji və etik aspektləri 
Öncə  qeyd  etmək  lazımdır  ki,  informasiya  mədəniyyəti  inteqrativ  mədəniyyət 
formasıdır  və  kompyuter  mədəniyyəti,  linqvistik  mədəniyyət,  mütaliə  mədəniyyəti,  nitq 
mədəniyyəti, informasiya təhlükəsizliyi mədəniyyəti və s. kimi komponentləri əhatə edir. Bu 
baxımdan da, insanın informasiya mədəniyyətinin formalaşdırılması mürəkkəb və çoxaspektli 
prosesdir. 
İnformasiya  mədəniyyətinin  formalaşdırılması  zamanı  onun  linqvistik  aspektlərinin 
nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, cəmiyyətin inkişaf tempinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə