Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
16 
ALİ PEDAQOJİ TƏHSİLİN İNFORMATLAŞMASI, REALLIQLAR VƏ 
PERSPEKTİVLƏR 
 
Y.Ə. Məmmədov 
AMEA-nin müxbir üzvü, professor 
Azərbaycan Dövlət Pedaqoji Universitetinın rektoru 
 
Son  illər  Azərbaycan  iqtisadiyyatı  özünün  intensiv  inkişaf  mərhələsinə  qədəm 
qoymuşdur. 
Bu  ilk  növbədə,  müasir  dövrdə  müstəqil  Azərbaycan  dövlətçiliyinin  yaradıcısı 
ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi, sosial-iqtisadi kursunun, bu kursun layiqli 
davamçısı  olan  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  son  5  ildə  həyata 
keçirdiyi iri miqyaslı köklü islahatların məntiqi nəticəsidir. 
Ölkədə  ictimai-siyasi  həyatın  durmadan  demokratikləşməsi,  müasir  hüquqi  dövlətin, 
bazar  iqtisadiyyatının  təşəkkül  tapması,  yüksək  iqtisadi  artımın  təmin  olunması  əsasında 
sosial inkişaf sahəsində effektiv dövlət siyasəti formalaşmış və uğurla həyata keçirilməkdədir. 
Məxsusi  olaraq,  milli  təhsil  sisteminin  dünya  standartları  tələblərinə  mü-vafıq, 
beynəlxalq təhsil sisteminə, Boloniya prosesinə  inteqrasiya  çərçivəsində,  inkişaf etdirilməsi, 
sosial  siyasətin  strateji  istiqamətlərindən  biri  kimi  daimi  dövlət  qayğısında  və  diqqət 
mərkəzindədir. 
Milli Təhsil Sisteminin  modernləşdirilməsi  yönümündə  həyata keçirilən dövlət təhsil 
siyasəti  ilk  növbədə,  pedaqoji  təhsilin  müasir  tələblər  səviyyəsində,  mükəmməl  texnoloji 
bazis üzərində yenidən qurulmasını şərtləndirir. 
Azərbaycan  Respublikasmın  Təhsil  Nazirliyinin,  Dünya  Bankınm  ekspertlərinin 
"Azərbaycan Respublikasının Təhsil sistemində islahatlar" layihəsi çərçivəsində birgə işləyib 
hazırladıqları "Azərbaycan Respublikasmda fasiləsiz pedaqoji təhsilin və müəllim hazırlığının 
Konsepsiya  və  Stategiyasf'nın  2008-ci  ildən  başlayaraq  realizə  olunması,  Nazirlər  Kabineti 
tərəfındən  2008-2015-ci  illər  ərzində  bu  konsepsiyanın  həyata  keçirilməsi  məqsədi  ilə 
Tədbirlər  Planının  təsdiq  edilməsi  bu  sahədə  atılan  mühüm  dövlət  tədbiri  kimi 
dəyərləndirilməlidir. 
Bütövlükdə  "Azərbaycan  Respublikasında  fasiləsiz  pedaqoji  təhsilin,  müəl-lim 
hazırlığınm Konsepsiya və Stategiyasf'nın və müvafıq Tədbirlər Planının realizə edilməsi, ilk 
növbədə  pedaqoji  kadr  hazırlığında  innovativ  təhsil  modellərinin  sistemli  şəkildə  tətbiqi  ilə 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  17 
bağlıdır.  Konsepsiyada  pedaqoji  təhsil  siste-mində  struktur-funksional  xarakterli 
innovasiyalarla  yanaşı,  məhz  müasir  pedaqoji  təlim-tədris  modellərinin  realizə  edilməsi, 
mühüm strateji istiqamət kimi birmənalı şəkildə təsbit olunmuşdur. 
Bu  ilk  növbədə,  Konsepsiyada  fasiləsiz  pedaqoji  təhsilin  informatlaşması  prosesinin 
intensivləşməsi,  pedaqoji  kadr  hazırlığında  texnoloji  təlim  metodikalarından  səmərəli  və 
effektiv  istifadə  olunması  ilə  əlaqədar  konkret  təşkilati,  texniki-texnoloji,  elmi-metodik 
məsələlərin həllinə dair müddəalarda öz əksini tapmışdır. 
Daha  geniş  planda,  elektron  təlim  texnologiyalarının  fasiləsiz  pedaqoji  təhsildə 
hərtərəfli  və  intensiv  tətbiqi,  İKT-lərin  səmərəli  istifadəsi,  ümummilli  texnoloji  təlim 
mühitinin yaradılması ilə sıxı surətdə əlaqədardır. 
Bu  nöqteyi  nəzərdən  milli  təhsil  sisteminin  İKT  infrastrukturunun  inkişafında 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  21.VII.2004-CÜ  il  tarixli  355  saylı 
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə 
təminatı  Proqramı"  xüsusi  əhəmiyyətə  malikdir.  Məhz  bu  Dövlət  Proqramının  icrası 
nəticəsində təhsil sisteminin İKT əsasında qurulmasında ciddi dönüş əldə edilmişdir. 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  10  iyun  2008-ci  il  fərmanı  ilə 
təsdiq  edilmiş  "2008-2012-ci  illərdə  Azərbaycan  Respublikasında  təhsil  Sisteminin 
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda yaxın perspektivdə milli təhsil sistemində 
texnoloji təlim mühitinin yaradılmasında aşağıdakı stateji istiqamətlər müəyyən edilmişdir: 
-
 
təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi; 
-
 
elektron təhsil texnologiyalarının genişləndirilməsi; 
-
 
təhsil sistemində idarəetmənin informasiyalaşdırılması; 
-
 
kadr potensialının gücləndirilməsi; 
-
 
normativ hüquqi bazanın genişləndirilməsi. 
"2008-2012-ci 
illərdə 
Azərbaycan 
Respublikasında 
təhsil 
Sisteminin 
informatlaşdınlması üzrə Dövlət Proqramı"nın icrası bütövlükdə müasir tələblərə cavab verən 
milli  təhsil  sisteminin  formalaşdırılmasına,  dünya  təhsil  məkanına  inteqrasiyasına  şərait 
yaratmaqla,  öz  növbəsində  pedaqoji  kadr  hazırlığının  texnoloji  əsaslarla  inkişafına  zəmin 
yaratmış olur. 
Konsepsiyada  pedaqoji  təhsilin  texnoloji  əsaslarla  qurulması  və  inkişafı,  müəllim 
heyətinin  hazırlanması  və  təkmilləşməsi  üzrə  müasir  təhsil  modellərinin,  İKT  yönümlü 
pedaqoji  innovasiyaların  geniş  tətbiqini  nəzərdə  tutur.  Öz  növbəsində  pedaqoji  təhsildə 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
18 
innovativ texnologiyaların geniş vüsət alması, test texnologiyalarının inkişafını şərtləndirmiş 
oldu. 
Daha geniş rakursda, test texnologiyalarının tətbiqi, pedaqoji kadr hazırlığında təhsilin 
keyfıyyətinə nəzarət sisteminin özəyini təşkil edir. 
Bu  istiqamət  üzrə  görülən  işlər  "Tədbirlər  Planf'nda  bir  sıra  bəndlərdə  öz  əksini 
tapmışdır. 
Məxsusi  olaraq,  Tədbirlər  Planf'nda  pedaqoji  ixtisaslar  üzrə  təhsil  alan  tələbələrin 
biliyinin  cari  və  yekun  qiymətləndirilməsində  yeni  müasir  üsulların,  texnologiyaların, 
informasiya  və  kommunikasiya  vasitələrinin  tətbiqi  üzrə  mütəmmadi  olaraq  iş  aparılması 
nəzərdə tutulur. 
Ölkədə  pedaqoji  təhsilin  flaqmanı  olan  ADPU-da  təhsilin  innovativ  inkişafının  bu 
stateji  istiqaməti  üzrə  2007-2008-ci  tədris  ilindən  başlayaraq,  təlimin  keyfıyyətinin  cari  və 
yekun qiymətləndirilməsində elektron test texnologiyalarının tətbiqinə başlanılmışdır. 
Universitetdə 
tələbələrin 
biliklərinin 
qiymətləndirilməsində 
elektron 
test 
texnologiyalarının  tətbiqinin  həyata  keçirilməsi  məqsədi  ilə,  ilk  növbədə  müvafıq  texniki-
texnoloji  resursların  işlənib  hazırlanması,  maddi-texniki  bazanın  yaradılması  istiqamətində 
kompleks tədbirlər planı işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. 
Qısa  bir  müddət  ərzində  Universitetin  "Kompüter  Mərkəzi"ndə  test  imtahanlarının 
keçirilməsi  üçün  geniş  informasiya  tutumlu,  müasir  elektron  qurğu  və  avadanlıqlarla  təchiz 
olunmuş  120  ədəd,  yüksək  operativliyə  malik  fərdi  kompüterlərdən  ibarət  kompüter  parkı 
yaradılmışdır. 
Dünya təhsil standartlarının tələblərinə cavab  verən  bu elektron attestasiya  bazasının 
yaradılmasına  və  istismarına,  mükəmməl  peşə  vərdişlərinə  malik  texniki  heyət,  proqramçı 
kadrlar cəlb olunmuşdur. 
Eyni  zamanda,  universitetin  tədris  bölmələrində,  fakültə  və  kafedralarında  çalışan 
professor və müəllim heyəti müvafıq təlimat əsasında, yüksək didaktiv-metodoloji potensiala 
malik  test  materiallarının  işlənib  hazırlanmasına  müvafıq  qiymətləndirmə  metodikalarının 
tətbiqinə səfərbər edilmişdir. 
Universitetin  inzibati, professor və  müəllim  heyətinin,  yüksək professionallığa  malik 
texniki  mütəxəssislərinin  birgə  səyi  nəticəsində,  cari  tədris  ilinin  birinci  yarımilində  test 
imtahanlarının keçirilməsi daha geniş, mütəşəkkil xarakter almışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə