TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
27
Göstərilən kompetensiyaların effektivliyinin dəyişməz şərti kimi, onların fundamental
texnoloji (baxılan halda psixo-pedaqoji və ixtisasyönümlü sahələr) elmlərin əsasları ilə
bağlılığı götürülür. Bu halda effektivliyin əldə olunması üçün texnoloji fənlərin işçi
proqramlarının modifikasiyası və baza bilik və bacarıqların peşə hazırlığının fundamental
təşkilində nəzərdə tutulmuş bilik və bacarıqlara inteqrasiyası həyata keçirilməlidir.
Professional-kreativ kompetensiyaların formalaşmasında peşəkar pedaqoji kadr
hazırlığının idərəolunması həm hazırda müasir iqtisadiyyatda innovasiya layihələrinin və
elmtutumlu texnologiyaların geniş inkişafı, həm də açıq informasiya şəbəkələrinə asanlıqıa
daxil olmanın əlverişliyi ilə bağlıdır. Belə şəraitdə tədris prosesində hazır biliklərin ötürülməsi
məsələləri öz aktuallığını itirir. İnsanların inkişafı üçün onlara motivasiyanın fasiləsiz
özünüinkişaf mexanizminin aşılanması öz fəaliyyətini aktuallaşdırır. Deməli, pedaqoji kadr
hazırlığında professional-kreativ kompetensiyaların formalaşdırılması əhəmiyyətli rol
oynayır.
Kreativ bacarıqlar dedikdə, təhsil sistemində öz əhəmiyyətliliyi ilə xüsusi maraq kəsb
edən məsələlərin həlli üçün yeni ideya və metodların, onların formalaşdırılması,
idarəolunması mexanizmlərinin hazırlanması, effektiv tədris kursları üzrə yeni layihələrin
işlənilməsi və tələbələrin elmi yaradıcılığının inkişafının təmin olunması kimi əsas
qabiliyyətlərin məcmusu başa düşülür. Bu halda tədris layihələndirmələri (referatların,kurs
işlərinin, kurs layihələrinin və s. yazılması) elmi yaradıcılığın başlanğıc fazası kimi çıxış edir.
Bu etapda fəaliyyət kompilyativ (müstəqil tədqiqat aparmadan, başqalarının əsərlərindən
istifadə olunma) və reproduktiv xarakter daşıyaraq və elmi yaradıcılıq səviyyəsinə qaldırılaraq
kreativ momentlərlə zənginləşdirilir. Bu keçid öyrənənlərin problem üzrə peşəkar təhsil
sahəsində geniş maştabda tədqiqatlara cəlb olunmasına şərait yaradır.
Kreativ kompetensiyaların formalaşdırılması məzunların hazırlığının strukturu ilə sıx
birləşərək şəxsiyyətin refleksiv-kommunikativ qabiliyyətlərinin inkişafına səbəb olur.
Refleksiv-kommunikativ kompetensiyaların inkişaf formaları müxtəlif və dəyişkəndir. Bu
kompetensiyalar qruplar və şəxsiyyətlərarası mədəni ünsiyyəti yaradaraq, tələbələrin və
müəllimlərin şəxsi inkişaf proqramlarının kommunikativ keyfiyyətlərinin yüksəldilməsinə və
özünütəkminləşdirməsinə qədər sahələri əhatə edir. Bu kompetensiyaların müvəffəqiyyətli
inkişafı tələbə özünüidarə sisteminin konfliktsiz, əməkdaşlıq və bərabərlik şəraitində həyat
fəaliyyətinin formalaşmasına köməklik göstərir.
Modelin texnoloji bloku ümumiyyətlə tədris-təhsil prosesinə qabaqcıl informasiya və
istehsalatla bağlı texnologiyaların, eyni zamanda psixoloji və pedaqoji texnologiyaların tətbiqi
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
28
və keyfiyyətinin idarəolunmasına istiqamətləndirilir. Səriştəli məzun (pedaqoq) hazırlığının
texnoloji müşaiyət edilməsi blokunun birinci komponenti (modulu) olan təhsilvermə
servisinin multimedia modullu elektron kommunikasiya sistemlərinin müasir inkişaf
mərhələsində təhsil servisinin multimedia funksiyasının reallaşdırılmasını həyata keçirir.
Blokun ikinci istehsal texnologiyaları komponeti pedaqoji kadr hazırlığının təhsil-
tədris prosesində innovasiyaların tətbiqinin genişləndirilməsini özünün əsas məqsədi hesab
edir. Bu proseslərin öyrənilməsi və tətbiqi, eyni zamanda keyfiyyətli kadr hazırlığının təmin
olunması üçün xüsusi ixtisas kafedralarının ümumtəhsil müəssisələrində filiallarının
açılmasını, elm-istehsalat və xüsusi istehsalat birliklərinin resurs mərkəzləri sisteminin
yaradılmasını və pedaqoji yönümlü ali məktəblərin profillərlə bağlı fakultələrinin filiallarının
açılmasını zərurətə çevirir.
Blokun üçüncü psixoloji texnologiyalarla bağlı komponenti (modulu) müəllimlərin və
tələbələrin peşəkarlıq və şəxsi inkişafında onların psixoloji dəstəklənməsi və təlim sahəsində
səmərəli fəaliyyətin təşkilinin həyata keçirilməsi xüsusi rol oynayır. Psixoloji özünüinkişaf
tədris müəssisələrinin bazasında fəaliyyət göstərən praktik psixologiya mərkəzlərində,
variativ tədris planlarına daxil edilmiş fakultətiv, elektiv psixologiya kurslarında,
özünüidarəetmə ilə bağlı treninqlərdə həyata keçirilməlidir.
Blokun dördüncü pedaqoji texnologiyalarla bağlı komponenti (modulu) tələbələrin
səriştəli hazırləğının idarəedilməsi sistemində təbiətəmüvafiqlik prinsipi əsasında təhsil
prosesinin iştirakçılarının mərhələli inkişafını təmin edən mühitin yaradılmasını və
aşağıdakıların həll olunmasını əsas məqsəd kimi qarşıya qoyur :
-
peşəkar özünüinkişaf üçün tələb olunan biliklər sisteminə yiyələnmə;
-
peşə fəaliyyətdə qazanılmış biliklərin tədris prosesində və real situasiyalarda
tətbiqi üçün bacarıqlara yiyələnmə;
-
peşə sahəsində qarşıya qoyulmuş məqsədlərin sublimasiya olunmuş
-
bilik və bacarıqlar əsasında həyata keçirilməsi üçün qabiliyyətlərin qazanılması.
Bunlar inteqrasiya proseslərinin sistemli idarəedilməsinin əhəmiyyətini ön plana
çəkərək, texnoloji blokun komponentləri (modulları) arasında üfiqi əlaqələrin effektivliyini
yüksəldir. Belə əlaqələrin qurulması aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir :
-
kafedranın müəllimləri üçün öyrədici seminarların, dəyirmi masaların keçirilməsi;
-
dərslərdə müəllimlərin qarşılıqlı iştirakının təmin edilməsi, dərslərin
-
təhlili və onların səmərəli təşkili üçün müəyyən təkliflərin verilməsi;
Dostları ilə paylaş: |