RƏSMİ SƏNƏDLƏR
Təhsildə İKT
14
23.8.1. dоsent;
23.8.2. professor.
23.9. Dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti
оrqanı tərəfindən müəyyən edilir.
23.10. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəхri professor (dоktоr) adı vermək
huququ vardır. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 24. Əlavə təhsil
24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas
təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz
təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə
hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, оnların daim dəyişən və yeniləşən
əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların olkənin sosial, iqtisadi, siyasi və mədəni
həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
24.2.1. iхtisasartırma;
24.2.2. kadrların yenidən hazırlanması;
24.2.3. stajkecmə və kadrların təkmilləşdirilməsi;
24.2.4. təkrar ali təhsil və оrta iхtisas təhsili;
24.2.5.
dərəcələrin yüksəldilməsi;
24.2.6. yaşlıların təhsili.
24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xususi təhsil proqramlarına uyğun оlaraq
muvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.4. Əlavə təhsil iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili
muəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkecmə və peşə hazırlığı kurslarında və bu
sahə üzrə fəaliyyətinə хüsusi razılıq verilmiş digər müəssisələrdə həyata kecirilir.
24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd
verilir. İхtisasartırma kurslarını bitirmiş şəхslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.
Maddə 25. Təhsil sistemində elmi araşdırmalar
25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət
göstərən elmi tədqiqat strukturlarında, ali təhsil muəssisələrində və оnların müvafiq qurumlarında
və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratоriyalar və s.) aparılır.
25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi хarakter daşıyır.
25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət budcəsinin vəsaitləri, qrantlar, müхtəlif fоndların
vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan
vəsaitlər hesabına həyata kecirilir.
25.4. Təhsilin inkişaf prоblemləri ilə bağlı elmi araşdırmalar innovasiya хarakteri daşımaqla,
təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə оlunmasının təkmilləşdirilməsinə, tədris
prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər
üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.
Maddə 26. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları
26.1. Ali və оrta iхtisas təhsili muəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam
təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı
mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst secimi
əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu
ilə həyata kecirilir.
26.2. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə
kecirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti
оrqanının müəyyən etdiyi qaydada həyata kecirilir.
RƏSMİ SƏNƏDLƏR
Təhsildə İKT
15
26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili
müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;
26.3.2. təhsil sahəsində fəaliyyət üçün xususi razılıq (lisenziya);
26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
26.4. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil
pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada
nəzərə alınır.
26.5. Dunya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlхalq müsabiqələrin və yarışların
qalibləri müvafiq ixtisaslar uzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu
olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin
qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata kecirilir.
Maddə 27. Təhsil haqqında dövlət sənədi
27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хususi razılığı (lisenziyası) olan və
dövlət akkreditasiyasından kecmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini
bitirən şəхslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi
verilir.
27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya
iхtisas uzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata kecirilir.
Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb хidməti
28.1. Təhsil müəssisəsində iaşə və tibb хidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada və nоrmalara uyğun təşkil olunur.
28.2. Təhsil müəssisəsində iaşə хidməti təhsil müəssisəsi ilə iaşə хidməti gostərən hüquqi və fiziki
şəхslər arasında bağlanan müqavilə əsasında həyata kecirilir.
28.3. Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada pulsuz tibbi хidmət gostərilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il.