Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
30 
 
 
Şagirdlərin sualarla əlaqədar söylədikləri cavablar lövhədə qeyd edilir. 
 
Tədqiqat  sualı:Atomun  quruluşu  ilə  əlaqədar  söylənilmiş  mülahizələri  təhlil 
edin.Atomun  quruluşunu  günəş  sisteminə  bənzətmək  olarmı?  Əgər  olarsa  onda  bu  fikrin 
mahiyyətini əsaslandırın. 
Tədqiqatın  aparılması:Bunun  üçün  şagirdləri  dörd  qrupa  bölərək  onları 
Tomson,Rezerford,  Küri    Bor  kimi  şərti  adlarla  adlandırırıq.  Həmin    qruplara  tədqiqat 
sualları yazılmış tapşırıq vərəqləri paylanır. 
Tomson:Şəkildə  gördüyünüz  model  haqda  nə  deyə  bilərsiniz?  Bu  modelin 
mahiyyətini, elmi əsaslarını izah edərək şərh edin. 
Rezerford  qrupu
:Atom  haqqında  ilk  fikri  kim  irəli 
sürmüşdür?  Bu  ideyanın  mahiyyəti  və  özünü  doğruldub 
doğrultmamasının səbəblərini şərh edin?  
Küri:
Alovda,  bərk  cisimlərdə,  mayelərdə  də  atomlar 
mövcuddurmu? Ətraflı şərh edərək əsaslandırmağa çalışın 
Bor
:
Atomun  quruluşu  ilə  əlaqədar  meydana  çıxan 
paradoks və  onun aradan qaldırılması  ilə əlaqədar təklifləri şərh 
edin. 
İnformasiya mübadiləsi: 
 Şagirdlər tədqiqat ətrafında informasiya mübadiləsi edirlər. 
Tomson:
Bu  helium  atomunun  sadələşdirilmiş  modelidir:  İki  protondan  və  iki 
neytrondan  ibarət  bir  nüvə  ətrafında  fırlanan  iki  elektron  təsvir  edilmişdir.  Sonda  bu 
zərrəciklərlə əlaqədar əlavə məlumat verilir. 
REZERFORD:
Atom  (yunanca  ἄτομος  (ὕλη)  átomos  (hýle)  "bölünməz"),  kimyəvi 
elementin bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyidir. Elmin inkişaf tarixi 
böyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq b.e.ə. V əsrdə Demokrit 
abstrakt  şəkildə  atom  haqqında  fikir  söyləmişdir.  O,  hesab  edirdi  ki,maddələr  çox  kiçik 
bölünməz  zərrəciklərdən- atomlardan təşkil olunmuşdur.Yalnız XXəsrdə  müəyyən edildi ki, 
atomlar bölünəndir və daha kiçik zərrəciklərdən təşkil olunmuşdur.  
Küri:
Atom  materiyanın  bir  hissəsidir.  Demokrit  hesab  edirdi  ki,  istənilən  əşyanın 
xarakteri  –  onun  kütləsi,  formasıvə  s.  onun  atomlarının  xassələri  ilə  təyin  olunur.  Məsələn, 
alovda atomlar daha itidir, buna görədə o yanma qabiliyyətinə malikdir. Bərk cisimlərdə onlar 
kələ-kötürdür, ona görədə onlar  bir-biri  ilə möhkəm  əlaqədə olurlar, suda  isə onlar hamardır, 
bu  suyun  axmasına  imkan  verir.  İnsan  qəlbidə  Demokritə  görə  atomlardan 
təşkilolunmuşdur.da  
Bor:
Atom-  elementin  bütün  kimyəvi  xassələrini  özündə  saxlayan  ən  kiçik 
zərrəcikdir,müsbət  yüklü  nüvədən  və  mənfi  yüklü  elektronlardan  ibarət  elektroneytral 
hissəcikdir.Hazirda  110  kimyəvi  element  elmə  məlumdur.  Kimyəvi  elementlərin  dövri 
sistemdə  sıra  nömrəsi  onların  atomundakı  protonların  sayına  bərabərdir.Hər  bir  atomun 
proton və neytronlarının kütlələrinin cəmi kütlə ədədi 
adlanır. Atomun quruluşunda meydana 
gələn paradoks (klassik mexanikaya görə) Borun təklif etdiyi əlavələrlə öz həllini tapdı. 
 
İnformasiyanın müzakirəsi: 


METODİKA VƏ TƏCRÜBƏ 
31 
 
Qrupların  seçilmiş  nümayəndələri  verilmiş  tədqiqat  suallarının  cavablarını,  atomun  
əlaqəli  sistem  olmasını,  nüvənin  quruluşu  ilə  əlaqədar  söylənilmiş  müxtəlif  modellərin 
mahiyyətini  və  çatışmayan  cəhətlərini,  meydana  çıxan  paradoks  və  ondan  çıxış  yolunu 
söyləmiş Bor postulatları ilə əlaqədar məlumat verirlər. 
Atomun  quruluşu  haqqında  bir  neçə  model  təklif  edilmişdir.Bunlardan  biri  Tomson 
modelidir.Bu modelə görə, atom radiusu
m olan kürə formasındadır. Müsbət yüklər bu 
kürənin bütün həcmi boyu bərabər paylanır,mənfi yüklü elektronlarisə onun daxilində”keksdə 
kişmiş”  kimi  yerləşir.Tomson  şüalanmanı  izah  etmək  üçün  elektronları  tarazlıq  vəziyyəti 
ətrafında rəqsi hərəkətdə qəbul etmişdir.Bir sıra 
fiziki  hadisələri  izah  etməsinə  baxmayaraq, 
Tomson modeli uğur qazanmadı. 
Bir  neçə  ildən  sonra  Tomsonun  şagirdi 
Rezerfordun  apardığı  təcrübələrbu  modelin 
həqiqətə  uyğun  olmadığını  üzə  çıxardı  və  öz 
modelini  təqdim  etdi.Rezerford  şəkildə  təsvir 
olunmuş  təcrübəni  apardı.Radioaktiv  maddə  Q 
qurğuşun  qabın  içində  yerləşdirilir.  Radioaktiv 
maddədən  çıxan  nazik  α-zərrəciklər  seli  böyük 
sürətlə(
m/san)  F  qızıl  lövhəsinə  yönəldilir. 
Ondan  keçən  və  qayıdan    α-zərrəciklərimüşa-
hidə etmək üçün üzərinə xüsusi maddə (lümini-
sensiyaedici)  çəkilmiş  E  ekranından  istifadə 
etmişdir.  Hər  bir  zərrəcik  ekranla  toqquşaraq 
parıltılar(sintilyasiya)yaradır. 
Parıltılar 

mikroskopu  vasitəsilə  müşahidə  edilir.Təcrübə 
zamanı  gözlənilmədən  aşkar  edilmişdir  ki,  α-
zərrəciklərin  az  bir  qismi 
-dən  kiçik 
bucaqlar altında səpilir. 
Çox nadir hallarda isə(təxminən iki min 
zərrəcikdən  biri) 
  bucaq  altında  qayıdır.  α-zərrəciklə  atomun  müsbət  yükü  arasındakı 
Kulon dəfetmə qüvvəsinə (
=k
) görə. 
Düsturdan  göründüyü  kimi,r-məsafəsi  kiçildikcə  α-zərrəciyi  dəf  edən  qüvvə    böyük 
olur.  
Rezerfordun təklif etdiyi atomun planetar modelinə görə,atom müsbət yüklü nüvədən 
və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. 
Rezerford təcrübələri atomun quruluş modelini belə izah etdi: 
1.Atomun,demək  olar  ki,bütün  kütləsi  onun  nüvəsində  toplanmışdır  və  onun  ölçüsü 
atomun ölçüsü ilə müqayisədə çox kiçikdir. 
2.Atom nüvəsi müsbət yükə malik olub, e-elementar yükün elementin dövri sistemdəki 
Z sıra nömrəsi hasilinə bərabərdir(Ze). 
3.Elektronlar  nüvə  ətrafında  dairəvi  orbitlər  üzrə  hərəkət  edir.Onların  sayı  Z-ə 
bərabərdir.  
Atom  nüvəsinin  nə  qədər  kiçik  olduğundan  danışiriq,  onun  içində  yerləşən  bir 
protonun ölçüsü isə 10
-15
 metrdir. Bu ölçülər aşağıdakı şəkildə göstərilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə