Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   2   3   4   5   6   7   8   9   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 

 
(J.F.Xarlamov); habelə müəllimin və şagirdlərin qarşılıqlı fəaliyyət qaydaları (M.Mehdizadə) 
sistemi kimi də dəyərləndirilir. 
Təlim metodu anlayışının mahiyyəti «qarşıya qoyulmuş məqsədə optimal yolla necə nail 
olmalı?»  sualına  verilən  cavabla  bağlıdır  (B.Əhmədov).  Digər  müəlliflər  təlim  metodu 
deyərkən,  təlim  prosesində  qarşıya  qoyulmuş  vəzifələri  yerinə  yetirmək  üçün  müəllimlə 
şagirdlərin  birlikdə  göstərdiyi  fəaliyyətin  səmərəli  yollarını  nəzərdə  tuturlar  (Y.Talıbov, 
Ə.Ağayev, İ.İsayev, A.Eminov). 
Təlim  metodu  qarşıda  duran  didaktik  məqsədlərə  nail  olmaq  üçün  müəllim  və 
şagirdlərin birgə fəaliyyətinin yollarını əks etdirir (M.A.İsmixanov). 
Təlim  metodu  öyrədənin  və  öyrənənin  təlimin  didaktik  vəzifələrinin  həll  edilməsinə 
yönəlmiş birgə fəaliyyətidir (L.Qasımova, R.Mahmudova). 
 Təlim  metodu  təlimin  mərhələlərinə  uyğun  olaraq  müəllimin  rəhbərliyi  altında 
tələbələrin  müəyyən  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməsi,  tərbiyə  olunması  və  inkişaf 
etməsi yollarıdır (N.M.Kazımov). 
Göründüyü kimi,  bütün bunlar təlim  metodlarının izahında müxtəlif  nöqteyi-nəzərlərin 
olduğunu  təsdiq  edir.  Bu  izahların  hər  birinin  özünəməxsus  xüsusiyyətləri  olsa  da,  ümumi 
cəhətləri də çoxdur. 
Ümumiyyətlə, metoda verilən bütün izahlarda:  

 
təhsil-tərbiyənin qarşısında duran vəzifələr; 

 
təhsil  verənin  və  təhsil  alanların  birgə  fəaliyyəti  və  qarşılıqlı  əməkdaşlığının 
xarakteri; 

 
mənimsəmə yolları nəzərə alınır. 
Təlim metodlarına verilən izahları ümumiləşdirsək aşağıdakı nəticələrə gələ bilərik: 

 
«ictimai  sifariş»ə  və  dövlətin  mənafeyinə  və  milli  xüsusiyyətlərə  uyğun  olaraq 
təhsilin qarşısında duran məqsəd və vəzifələr dəqiq surətdə konkretləşdirilməlidir; 

 
qarşıya 
qoyulmuş 
məqsədə 
və 
vəzifələrə 
uyğun 
olaraq 
məzmun 
müəyyənləşdirilməlidir; 

 
bilik mənbələri müəyyənləşdirilməlidir; 

 
təlim tərzləri sistemindən istifadə olunmalıdır; 

 
təlim metodu müəllimin öyrətmə fəaliyyətini əks etdirərək «necə öyrətmək?» sualına 
cavab verməlidir; 

 
təlim  metodu  təhsil  alanın  öyrənmə  fəaliyyətini  əks  etdirərək,  «necə  öyrənmək?» 
sualına cavab verməlidir; 

 
təlim  metodu  birgə  fəaliyyətin,  başqa  sözlə,  öyrədənlə  öyrənənin  qarşılıqlı 
əməkdaşlığı yollarını müəyyənləşdirməlidir; 

 
pedaqoji prosesin məntiqi, qanunauyğunluqları və prinsipləri nəzərə alınmalıdır; 

 
təhsil-tərbiyə prosesinin iştirakçılarının fəallığı təmin olunmalıdır; 

 
təhsil alanların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır; 

 
müəllimin ustalığı nəzərə alınmalıdır; 

 
təlim metodu pedaqoji prosesin komponentlərini əhatə etməlidir. 
Metodun  burada  qeyd  etdiyimiz  və  qeyd  etmədiyimiz  bir  çox  səciyyəvi  xüsusiyyətləri 
bir  daha  sübut  edir  ki,  doğrudan  da,  metodun  tam,  dolğun,  əhatəli  və  birmənalı  izahı 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 

 
olmadığına  görə  onun  tərifini  də  vermək  çox  çətindir.  Yuxarıda  qeyd  edilən  izahların  hər 
birində  metodun  bu  və  ya  digər  xüsusiyyətləri  ön  plana  çəkilir.  Ən  yaxşı  hesab  olunan  izah 
belə, olduqca mürəkkəb, çoxmənalı, çoxüzlü, çoxcəhətli hadisə olan metodu tam əhatə etmək 
imkanına malik deyil. 
Təlim  metoduna  müxtəlif  izahlardan  doğan  nə  cür  tərif  verilirsə-verilsin,  o,  mütləq 
müəllimin  öyrədici  fəaliyyəti  və  təhsil  alanların  aktiv  təlim-idrak  fəaliyyətinin  təşkili  kimi 
komponentləri nəzərdə tutmalıdır. Müəllimin öyrədici fəaliyyəti və təhsil alanların təlim-idrak 
fəaliyyəti  tədris  materialının  mənimsənilməsinə  və  bununla  bağlı  didaktik  vəzifələrin  yerinə 
yetirilməsinə yönəlməlidir. 
Deməli, təlim metodu özündə aşağıdakı əsas əlamətləri birləşdirməlidir:  

 
təlimin məqsədi; 

 
təlimin  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq  müəyyənləşdirilmiş  əməliyyatlar 
sistemi, başqa sözlə, texnologiyalar; 

 
zəruri vasitələr; 

 
mənimsəmə üsulu; 

 
təlim subyektlərinin qarşılıqlı təsirinin xarakteri; 

 
obyektin dəyişilməsi prosesi; 

 
metodun tətbiqinin verdiyi nəticələr (əldə edilmiş məqsəd). 
Metodun  özündə  birləşdirdiyi  əlamətlərdən  də  məlum olur ki,  təlim  prosesinin  obyekti 
(müəllimin təsir obyekti) olan təhsil alan şəxs (şagird, tələbə), həm də bu prosesin subyektidir. 
Yəni  təlim  prosesinin  gedişinə,  müəllimin  təsirinə  uyğun  olaraq  tələbənin  (öyrənənin) 
göstərdiyi  fəaliyyətə  onun  motivləri,  diqqəti,  tələbat  və  maraqları,  iradəsi  və  istəkləri, 
qabiliyyət  və  bacarıqları  əsaslı  surətdə  təsir  göstərir.  Əgər  müəllim  tələbəni  (öyrənəni) 
qarşısına qoyduğu konkret məqsədlərə ardıcıl sistemlə yönəldə bilmirsə, onda metod istənilən 
nəticəni verə bilməz. 
Buradan da aydın olur ki, təlim metodunun strukturu təlim prosesinin obyektlərinin (və 
deməli,  həm  də  subyektlərinin)  fəaliyyəti  istiqamətləri  ilə  müəyyənləşir.  Metod,  hər  şeydən 
əvvəl  müəllimin  məqsədini,  onun  malik olduğu  vasitələri  və  bunlara  müvafiq  istifadə etdiyi 
texnologiyaları  nəzərdə  tutmalıdır.  Müəllim  məqsədinə  uyğun  istifadə  etdiyi  vasitələr  və 
texnologiyalar  tələbənin  (öyrənənin)  müvafiq  məqsədlər  və  malik  olduğu  vasitələrə  rəğmən 
fəaliyyət  göstərməsini  təmin  etməlidir.  Sonuncu  isə  tələbənin  tədris  olunan  materialı 
mənimsəməsinə  və  beləliklə  də  təlimin  məqsədlərinə  nail  olmasına,  müəyyən  nəticələr  əldə 
etməsinə  səbəb  olur.  Əldə  olunmuş  nəticə  metodun  düzgün  seçilməsinin  və  təlimin  vəzi-
fələrinin optimallaşmasını müəyyən edən kriteriyadır. 
Beləliklə,  hər  bir  metod müəllimin təhsilin  məzmununu  mənimsətmək  məqsədilə təhsil 
alanların  idrak  və  praktik  fəaliyyətinin  təşkilinə  yönəlmiş  məqsədyönlü  əməliyyatlar 
sistemidir. Təlim metodu tədris materialının dərk edilməsi və mənimsənilməsi ilə nəticələnən, 
öyrədən və öyrənənin fəaliyyət prosesidir. Bu fəaliyyət tələbənin (öyrənənin) öyrənilən obyek 
üzərində apardığı işdir. 
Məlumdur  ki,  təhsilin  məzmunu  öz  tərkibinə  görə  müxtəlif  və  rəngarəngdir.  Təhsilin 
məzmununu  əks  etdirən  hər  bir  tədris  fənni  özünəməxsus  xüsusiyyətlərə  malikdir.  Deməli, 
ümumdidaktik metodlar da fənnin məzmununa uyğun müəyyənləşdirilməlidir. Lakin metodun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə