Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   2   3   4   5   6   7   8   9   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 

 
ancaq  məqsədə  və  məzmuna  görə  müəyyənləşdirilməsi  istənilən  nəticəni  verməzdi.  Odur ki, 
təsirə  məruz  qalacaq  obyektin  səciyyəsini,  fərdi  xüsusiyyətlərini  dərindən  bilmək  və 
əməliyyatlar sistemini müəyyənləşdirərkən bunları nəzərə almaq lazımdır. 
Təlim  metodunu  seçərkən  təlim  prosesində  dəyişdiriləcək  obyektin  xüsusiyyətlərini 
yaxşı bilmək lazımdır. Təlimdə bu obyekt tələbədir (öyrənəndir). Tələbənin xüsusiyyətləri isə 
onun  təlim  prosesinə  göstərdiyi  münasibətdə,  informasiyaları  necə  qavramasında, 
mənimsənilmiş məzmunun təsiri altında necə dəyişməsində özünü göstərir.  
Deməli, hər bir tədris  fənninin  məzmunun  mənimsənilməsi  yollarını  və  mənimsəmənin 
necə cərəyan etdiyini müəyyənləşdirmək zərurəti meydana gəlir. 
Təhsilin  məqsəd  və  məzmununu,  onların  mənimsənilməsi  yollarını,  öyrədən  və 
öyrənənlərin  fəaliyyətlərinin  məqsədyönlü  istiqamətlərini  müəyyənləşdirməklə  hər  bir 
metodun spesifik xüsusiyyətlərini aşkarlamaq mümkündür. 
Artıq çoxdan sübut olunmuşdur ki,  hər  bir tədris  fənninin  mənimsənilməsinin  spesifik 
yolları mövcuddur. 
Fikrimizi  misalla  əsaslandıraq.  İstər  idrak,  istərsə  də  təlim  prosesində  gerçəklik 
haqqında  müəyyən  biliklərin  əldə  edilməsi,  hər  şeydən  əvvəl,  müşahidələrin  nəticəsi  olaraq 
qavramadan başlayır. 
Qavrama ilk əvvəl – görmə, eşitmə, toxunma, dad və digər duyğu üzvləri vasitəsilə baş 
verir.  İnsan  bu  yolla  cisim  və  hadisələri  duyur.  Duyulan  və  qavranılan  insan  şüurunda 
müəyyən  iz  buraxır.  Duyğu  və  qavrayış  sayəsində  toplanmış  təcrübə  ilə  yeniləri  arasında 
assosiativ əlaqələr yaranır, müqayisələr aparılır. Bu yolla əldə edilən bilik tədriclə yadda qalır. 
İnsan  təkcə  obyektiv  gerçəkliyi  deyil,  həm  də  onu  bu  və  ya  digər  dərəcədə 
ümumiləşdirən  anlayışları,  mülahizələri,  formulları,  sxemləri  və  s.  qavrayır,  bu  simvolik 
ümumiləşdirmələri real obyektlərlə müqayisə edərək yeni biliklər qazanır və onları hifz edir. 
Hafizə  prosesləri  olmadan  insan  obyektiv  gerçəkliyin  cisim  və  hadisələri  arasında 
mövcud olan əlaqə və asılılıqları dərk edə bilməz. Bunsuz istənilən məqsədəuyğun fəaliyyət, 
biliklərin reallaşdırılması da mümkün olmaz. 
Təlim  prosesində  biliklərin  belə  bir  ardıcıllıqla  mənimsənilməsi  müəllim  tərəfindən 
müxtəlif fəaliyyət növləri ilə müşayiət olunur və nəticədə təhsil alanlar ətraf aləmin real cisim 
və  hadisələri,  yaxud  onların  simvolik  olaraq  tanış  olur  və  qavrayaraq  yadda  saxlayırlar. 
Qazanılmış  biliklərdən  istifadə  etmək  yollarını  öyrətmək  məqsədilə  onları  tətbiq  etdirməklə 
müvafiq bacarıqların formalaşmasını təmin etmək və bacarıqların vərdişlərə çevrilməsi üçün 
işi  dönə-dönə  icra  etdirmək  lazımdır.  Möhkəmlənmiş  bacarıqlar  işi  daha  tez  və  keyfiyyətlə 
icra etməyə  imkan  verir. Beləliklə, elmə,  bəşəriyyətə çoxdan  məlum olan  fəaliyyət qaydaları 
təhsil  alanın  bacarıq  və  vərdişlərinə  çevrilir,  təhsil  alan  təhsilin  məzmununun  ikinci 
komponentini – biliklərin tətbiqi yollarını öyrənir. 
Ancaq  nə  hazır  informasiyaların  qavranılması,  nə  də  bacarıq  və  vərdişlərin  aşılanması 
yaradıcılıq qabiliyyətinin inkişafını təmin edə bilməz. 
Tələbədə (öyrənəndə)  yaradıcılıq qabiliyyətini  inkişaf etdirmək məqsədilə onu müvafiq 
situasiyalara  salıb  qarşısında  yeni  problemlər  qoymaq  lazımdır.  Tələbənin  qarşısına  qoyulan 
yeni  problemlər  ondan  yaradıcılıq  səyi  göstərmək,  məlum  biliklərdən  yeni  şəraitdə  istifadə 
etmək,  yeni  mülahizələr  söyləmək,  problemin  həllinin  yeni  yollarını  tapmaq  bacarığının 
inkişafına təkan verir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
10 
 
Aydındır  ki,  yaradıcı  fəaliyyətin  əvvəlcədən  dəqiq  müəyyənləşdirilmiş  əməliyyatlar 
sistemini  yaratmaq  mümkün  deyil.  Yaradıcı  fəaliyyət  və  onun  məhsuldarlığını  təmin  edə 
biləcək  şərait  və  amillər  haqqında  məlumatlar,  yaradıcılıq  təcrübəsinin  mənimsənilməsini 
yalnız asanlaşdıra bilər. Yaradıcılıq təcrübəsinin qazanılmasının ən etibarlı və sınanmış  yolu 
tələbənin  qarşısında  qoyulan  problemləri  müstəqil  həll  etmək  üçün  göstərdiyi  fəaliyyətdir. 
Məhz  müstəqil  fəaliyyət  prosesində  tələbədə  yaradıcılıqla  bağlı  psixoloji  durum  formalaşır. 
Bilik, bacarıq və vərdişlər öyrənmə prosesində əldə edildiyi halda, yaradıcılıq təcrübəsi yalnız 
və  yalnız  yeni  problemləri  həll  etdikcə  qazanılır.    Müəllim  tələbəni  fəaliyyətin  bu  növünə 
tədriclə  –  yeni  problemləri  aşkar  etmək  və  öyrənilən  biliklərin  kontekstinə  daxil  etmək, 
problemin həllini istiqamətləndirməklə  cəlb edə bilər.  
 Bütün bunlarla  yanaşı, təhsil alanların emosional  sferasını da  inkişaf etdirmək, onlarda 
ətraf aləmə, müxtəlif fəaliyyət sahələrinə, təhsil prosesinə, o cümlədən, özünə və başqa insan-
lara münasibət formalaşdırmaq lazımdır.  
Qarşıda duran bütün bu vəzifələrin effektiv həlli təlim metodunun düzgün seçilməsindən 
və səmərəli tətbiqindən asılıdır. 
Təlim  metodu  elə  seçilməli  və  elə  tətbiq  olunmalıdır  ki,  təhsil  alan  hər  kəs  özünün 
elmlərə  yiyələnmək sahəsində  müvəffəqiyyət qazandığını, daim  irəlilədiyini,  hər gün cüzi də 
olsa müəyyən nailiyyətlər əldə etdiyini psixoloji cəhətdən hiss etsin. 
Yüksək  təlim  göstəricilərinə  nail  olmaq  üçün  əsil  peşəkar  müəllim  öz  fənnini  yaxşı 
bilməklə  yanaşı,  kifayət  qədər  pedaqoji  təcrübəyə  malik  olmalıdır.  Eyni  zamanda,  həm  də 
təlim  metodlarına,  müxtəlif  priyomlarla  yaxşı  silahlanmalı,  onlardan  məqamında  və 
yaradıcılıqla  istifadə  etməyi  bacarmalıdır.  Bunun  üçün  hər  bir  müəllim  metodlar  sistemini 
aydın  təsəvvür  etməli,  onlara  məxsus  xüsusiyyətlərin  oxşar  və  fərqli  cəhətlərindən  birinin 
digərindən üstünlüklərini və nöqsanlarını yaxşı bilməlidir. 
 Təlim metodlarının təsnifatı.Ənənəvi təlim  metodları  ilə  yanaşı,  müasir dövrdə təlimin 
bir  sıra  daha  effektiv  metodları  müəyyənləşdirilmişdir.  Söz  yox  ki,  metodların  çoxluğu 
onların  qruplaşdırılması  və  təsnifatı  tələbini  irəli  sürür.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
metodların  təsnifatında  bu  günə  qədər  fikir  eyniliyi  müşahidə  olunmur.  Bu  da  istər-istəməz 
olduqca müxtəlif konsepsiyaların mövcudluğuna səbəb olmuşdur. 
Artıq qeyd edildiyi kimi təlim metodu çoxcəhətli, çoxtərəfli bir törəmədir və metodların 
təsnifatı  verilərkən  bu  və  ya  digər  cəhət  əsas  götürülür.  Bu  səbəbdən  də  təlim  metodların 
çoxlu sayda təsnifatları yaranır. 
Təlim  metodlarının  təsnifatı  dedikdə,  onların  bu  və  ya  digər  əlamətinə,  yaxud  bir  neçə 
xüsusiyyət  eyniliyinə  görə  müəyyən  ardıcıllıqla  düzülüşünü  nəzərdə  tutur.  Pedaqoji 
ədəbiyyatda  bu  günə  qədər  onlarla  təsnifat  verilmişdir.  Ümumiyyətlə,  təlim  prosesini  daha 
səmərəli, intensiv, effekkiv və məhsuldar qurmağa imkan verən, müasir inkişafının tələblərinə 
uyğun  olan,  təlim  praktikası  və  ictimai  həyatla  daha  sıx  bağlı,  təhsilin  qarşısında  duran 
məqsəd  və  vəzifələri  yüksək  optimallıqla  həll  etməyə  imkan  verən  təsnifatları  uğurlu  hesab 
etmək olar. 
Təlim  prosesinə  yaradıcı  yanaşma  prinsipinə  istinadən  müasir  didaktika  sübut  edir  ki, 
təlim metodlarının vahid və dəyişməz təsnifatını vermək mümkün deyil.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə