Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   32   33   34   35   36   37   38   39   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
100 
 
 
 
 


 
127 
 
Praktik psixoloq üçün tələb olunan İKT üzrə peşə bacarıqları 
 
Azərbaycan Dövlət Pedaqoji Universitet 
 
                                                         A.Ş.İskəndərova 
                                                                doktorant 
 
 
Xülasə 
Məktəb  psixoloqunun  fəaliyyətinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Burada  əsas  məsələ 
gənc nəslin sağlam psixoloji inkişafı, təlim və tərbiyəsidir. Bunun öhdəsindən gəlmək üçün isə bir sıra 
peşə bacarıqlarına, o cümlədən
 
İKT üzrə peşə bacarıqlarına yiyələnməlidir.  
 
Açar sözlər: Praktik psixoloq, peşə fəaliyyəti, İKT üzrə peşə bacarıqları 
 
Основной  проблемой  здесь  является  здоровое  психологическое  развитие  молодых  людей, 
обучение и образование., приобретающих профессиональные навыки.
 
 
 
Ключевые слова: 
Практический психолог, профессиональная деятельность,  
Summary 
These  features  are  based  on  the  functions  of  educational  institutions  in  which  they  operate. 
The  main  issue  here  is  the  healthy  psychological  development  of  young  people,  training  and 
education. It is to acquire vocational skills to cope with a number. Depends on his personal qualities 
acquiring vocational skills.
 
Keywords:
 Practical psychologist, , professional activities, 
 
 
 
 
Müasir dövrdə cəmiyyət həyatında gedən proseslər, yeniləşmə yalnız iqtisadi, hüquqi, 
ideoloji  sahələrlə  məhdudlaşmır,  insanın  düşüncə  və  davranış  tərzinə,  özünə  və  başqalarına 
münasibətinə təsir edir. Cəmiyyətin demokratikləşdirilməsi, humanistləşdirilməsi, azad bazar 
iqtisadiyyatına  keçid  bir  tərəfdən  bu  sistemintələblərinə  cavab  verən  şəxsiyyətlərin 
formalaşmasını  zəruri  edirsə,  digər  tərəfdən  də  insanların  bu  prosesdə  necə  iştirak  etməsi 
onun  həyata  keçməsini  şərtləndirir.  Bu  proseslər  insanların  şəxsiyyətinə  mühüm  təsir  edir. 
Beləki,  onların  gündəlik  problemləri  daha  da  mürəkkəbləşir.  Buna  görə  də  son  zamanlarda 
insanların praktik psixoloji xidmətə olan tələbatı atmasının müşahidə olunması təsadüfi deyil. 
İnsanlara praktik psixoloji xidmət göstərən mütəxəssis praktik psixoloqdur. Praktik psixoloq-
psixologiya  ixtisası  üzrə  ixtisas  təhsilinə  malik  olan,  psixi  hadisə,  proses,  hal  və  xassələri 
ölçmək, diaqnozlaşdırmaq, qiymətləndirmək, korreksiya etmək sahəsində müvafiq metodları 
bilən və onları tətbiq etməyi bacaran mütəxəssisdir.  
“Ayrılıqda  hər  bir  insan–psixoloqdur”-deyərək  insani  “tədqiqatçı”  kimi  səciyyələndirən 
C.Kelli göstərir ki, insan daim özünü öyrənir, fiziki və psixoloji müdafiənin yollarını axtarır.  
Bu  imkanları  zəif  inkişaf  etmiş  kifayət  qədər  insan  var.  Onlar  təklikdə  özünün  mürəkkəb 
psixoloji problemlərini həll edə  bilmir, başqasının köməyinə, yardımına ehtiyac duyurlar. 
Dosent  L.Ş.Əmrahlı  praktik  psixolqun  fəaliyyətinin  bəzi  məsələlərini  izah  edib  və  onlar 
aşağıdakılardır: 


 
128 
 

 
Psixoloq öz fəaliyyətində insanların həll etməkdən ötrü psixikanın qanunauyğunluqları 
ilə təbiət və cəmiyyət elmlərinin inteqrasiya yaradır. 

 
Psixologiya elmi ilə  yanaşı digər dahələrdə aparılan müasir tədqiqatlara əsaslanmaqla 
cəmiyyəti  insan  psixologiyası  ilə  bağlı  yeniliklərlə  tanış  edir,  onlara  obyektiv  elmi 
məlumatlar çatdırır. 

 
Psixoloji  problemlərə  rasional  yanaşmaqla  onun  psixofizioloji  vəziyyəti  haqqındakı 
fərziyyələr arasında ən doğru olanı seçir, fəaliyyət məhsullarının təhlilinə əsaslanaraq 
düzgün xarakterizə edir. 

 
İnkişafda olan insanın hərtəfli şəxsiyyət kimi formalaşaraq cəmiyyətdə yer tutmasına, 
yaranmış problemlərin həllində özünü istiqamətləndirməsinə və özünütənzimləməsinə 
kömək edir, onu yaradıcı, inkişafetdirici fəaliyyətə yönəldir.(1) 
Cəmiyyətin  hər  bir  sahəsində  praktik  psixoloji  xidmət  mövcuddur  və  onun  sturkturu, 
fəaliyyət  xüsusiyyəti  özünəməxsus  qaydada  qurulur.  Həmçinin  məktəb  praktik 
psixoloqunun  fəaliyyət  sahəhəri,  istiqamətləri,  vəzifələri  fəqli  şəkildə  özünü  göstərir. 
Burada gənc nəslin sağlam psixoloji inkişafı, təlimi və tərbiyəsidir.  
Məktəb psixoloqunun peşə  fəaliyyəti təhsildə praktik psixoloji xidmətin 6 əsas istiqaməti 
əsasında təşkil olunur: maarifləndirmə, profilaktika, diaqnostika, korreksiya, konsultasiya 
və konsiliumlar.  
Müasir  dövrdə  Respublikamızın  biri  çox  məktəblərində  məktəb  psixoloqları  fəaliyyət 
göstərir.  Ancaq  bəzi  məktəblərdə  fəaliyyət  göstərən  məktəb  psixoloqları  öz  məqsəd  və 
vəzifələrini,  fəaliyyət  istiqamətlərini, tətbiq olunmalı  metodları tam dəqiq  bilmədiklərinə 
görə işini düzgün qura bilmir. Ə.Ə.Əlizadəyə görə, psixoloji xidmət praktika sahəsi olsa 
da,  onun  köklü  nəzəri-metodoloji  problemlər  var.  Psixolojixidmətin  səviyyəsinin 
keyfiyyətcə  yüksədilməsi  bilavasitə  həmin  problemlərin  sistemli  həllindən  asılıdır. 
“Respublikamızda psixoloji xidmət nəzəriyyəsi və təcrübəsi kontekstində önəmli uğurlar 
əldə  edilib.  Biz  bu  cəhəti  iftixar  hissi  ilə  qeyd  edirik,  lakin,  bununla  belə,  göstərmək 
lazımdır  ki,  məktəb  psixoloqlarının,  xüsusilə  psixopraflaktika,  psixokorreksiya  və 
psixokonsultasiya  sahələrindəki  təcrübələri  çox  vaxt  ,  təəssüf  ki,  dövrün  tələbləri  ilə 
səsləşmir. Psixoloji maarifləndirmə, psixoloji konsilium, psixodiaqnostika və s. məzmunu 
və  sistemi  də  elmi-metodik  ölçülərlə  müəyyənləşdirməli,  orjinal  “məktəb  psixoloqu 
modeli”nin yaradılmasına xüsusi diqqət yetirilməlidir..(2) 
Məktəb  psixoloqu  professional  hazırlığı  onun  insan  psixikası  haqqında  inteqrasiyalı 
biliklərə  malik olması  ilə  müəyyənləşir. Ona görə  belə  çoxsahəli  xidmət göstərməli olan 
məktəb  psixoloqu  bir  sıra  bacarıq  və  səriştələrə,  şəxsi  və  ixtisas  keyfiyyətlərinə  malik 
olmalıdır.  Öz  peşəkarlığını  artırmaq  üçün  əlindən  gələni  etməlidir.  Bu  mövzuyla  bağlı 
Çələbiyev  N.Z.  “Təhsil  sistemində  psixoloji  xidmət”    kitabında  belə  yazır:  “Praktik 
psixoloqun  fəaliyyəti  o  halda  səmərəli  ola  bilər  ki,  o  öz  iş  təcrübəsi  əsasında  peşəkarlıq 
səviyyəsini  daim  artırmaq  qayğısına  qalsın,  öz  həmkarları  ilə  müntəzəm  dialoq  aparsın, 
elmi  ədəbiyyatları  daim  izləməklə  elmi-nəzəri  hazılıq  səviyyəsini  yüksəltmək  səylərini 
artırsın”.(3) 
VV.Rubsova  görə  psixoloq  öz  fəaliyyətini  düzgün  qura  bilməsi  üçün  ilk  əvvəl 
özünütəhsilin qayğısına qalmalıdır: 


 
129 
 

 
psixologiya  sahəsində  keçirilən  elmi-praktik  konfranslar,  dəyirmi  masa  və 
diskussiyalarda, təcrübəli praktik psixoloqların seminarlarında iştirak etmək; 

 
məktəb  təcrübəsi  üçün  spesifik  və  ya  qeyri  spesifikpsixoloji  vəziyyətin,  hal  və 
situasiyaların  yaranma  səbəbləri,  təzahürləri  və  həlli  yolları  ilə  bağlı  biliklərini 
genişləndirmək; 

 
diaqnostika və korreksiya təcrübəsini artırmaq; 

 
kitabxana və ya korreksiya təcrübəsini artırmaq; 

 
kitabxana  və  ya  mağazalarda,  kitab  sərgilərində,  təhsil  yarmarkalarında  olmaq, 
İKT-dən istifadə etməklə yeni psixoloji ədəbiyyatlarla tanış olmaq; 

 
yaş, inkişaf və təlim psixologiyasının müasir metodları ilə tanış olmaq; 

 
dünyanin taninmış praktik psixoloqlarının  biblioqrafiyası  və  iş təcrübəsi  ilə  tanış 
olmaq; 

 
magistratura,  doktorantura  pillələri  üzrə  ixtisas  təhlini  artırmaq,  ixtisasartırma 
kurslarından keçmək. (5) 
Məktəb psixoloqu həmçinin İKT-dən, müasir məlumat vasitələri, telekommunikasiya 
texnologiyalarında düzgün  istifadə etməyi  bacarmalıdır. Məhz  bunlardan  istifadə etməklə o, 
öz  həmkarları  ilə  asanlıqla  əlaqə  saxlaya,  düzgün  axtarış  saitlərdən  sitifadə  etməklə  elmi 
məlumatlara  yiyələnə,  kompüterin  funksiyalarından  istifadə  edərək  lazım  olan  kitab  və 
jurnalları  əldə edə, internetdən istifadə edərək dünyada olan elmi  yeniliklərdən xəbərdar ola 
bilər. 
Məktəbdə  psixoloji  maarifləndirmənin  təşkili  psixoloqun  ümdə  vəzifələrindəndir. 
Beləki,  psixoloji  maarifləndirmə  məktəb  kollektivinin  psixoloji  mədəniyyətin  artırılmasında 
mühüm rol oynayır. Psixoloji maarifləndirmə zmanı məktəbin şagird və pedaqoji kollektivi, o 
cümlədən valideynlər  psixologiyanın fundamental biliklərinə sahib olur, uşaq, yeniyetmə və 
gənclərin  psixoloji  problemlərin  çoxunu  həll  etməyin  mümkünlüyü  baxımdan  valideynlərdə 
psixoloji xidmətə maraq oyanır, məktəb rəhbərləri özlərinin idarəetmə qabiliyyətlərini inkişaf 
etdirmək, idarəetmə psixologiyasını öyrənmək üçün məktəb psixoloqu ilə əməkdaşlığa maraq 
göstərir,  psixoloqun  fəaliyyəti  haqqında  məlumat  almış  məktəb  şagirdləri  və  valideynlər  öz 
problemlərini  aradan  qaldırmaq  üçün  məkətb  psixoloquna  müraciət  etməyə  səy  göstərir, 
pedaqoji  konfiliktlərin  aradan  qaldırılması  yolları  haqqında  məktəb  kolektivi  müəyyən 
məlumat edə bilir. Bunları nəzərə alaraq deməkolar ki, psixoloji maarifləndirmə əsas fəaliyyət 
istiqamətlərdən biridir. Bu işi düzgün yerinə yetirmək, kütlə qarşısında çıxış etmək üçün üçün 
məktəb  psixoloqu  səlis,  düzgün,  ifadəli,  təsirli,  emosinal  nitq  qabiliyyətinə  malik  olmalı, 
ünsiyyətcil  olmaqla  insanların  diqqətini  cəl  etməyi  bacarmalı,  səmimi  münasibət  qurmaqla 
onlara  verdikləri  biliklərin  faydalılığına  inandırmalı,  insanları  psixolji  baxımdan  yaxşı 
tanımaqla onlara fərdi yanaşmağı bacarmalı, insanların inamını qazanmaq üçün özünə inamlı 
olmalıdır. 
Müəyyən  psixoloji  problemlərin  qarşısını  almaq,  nəticələrini  zəiflətmək  üçün, 
qabaqlayıcı  tədbirlər  görmək  işi  psixopraflaktika  kimi  psixoloji  xidmətin  mühüm  sahəsi 
məşğul  olur.  Bu  işi  həyata  keçirmək  üçün  psixoloq  ilk  növbədə  müşahidəçilik  qabiliyyəti 
olmalıdır  ki,  məktəbin  pedoqoji  kollektivi,  şagird  və  valideynlərin  psixoloji  sağlamlığını 
müşahidə  edərək  mövcud  problemləri  aydınlaşdıra  bilsin.  Bu  problemlərin  mahiyyətini 


 
130 
 
anlamaq  üçün  isə  istifadə  olunan  metodlardan  olan  sorğuların  tərtibində  güclü  məntiq  tələb 
olunur  ki,  bu  da  psixoloq  üçün  tələb  olunan  əsas  şəxsiyyət  keyfiyyətlərindəndir.  Həmçinin 
problenləri  aradan  qaldırmaq  üçün  aparılan  söhbətlər,  təhlillər  aparmaq  üçün  isə  düzgün 
analiz aparmaq lazımdır. Bunu nəzərə alaraq psixoloq üçün vacib keyfiyyətlərdən olan analiz 
etmə qabiliyyətinə hər bir məktəb psixoloq da sahib olmalıdır.  
Əsa  məqsədi  psixikanın  inkişaf  səviyyəsinin,  şəxsiyyətin  psixoloji  vəziyyətinin 
öyrənilməsi yollarını müəyyənləşdirmək olan psixodiaqnostika praktik psixologiyanın insanın 
psixi aləminin sabit və dəyişən vəziyyətinin ölçülməsi vasitələrdən, qaydalarından bəhs edən 
sahəsidir.  Praktik  psixoluqun  fəaliyyətinin  özəyini  təşkil  edən  psixodiaqnostika  mühüm 
əhəmiyyət  kəsb  edir.  Beləki,  psixodiaqnosyika  işi  düzgün  yerinə  yetirilməsə  ondan  sonrakı 
işi-psixokonsultasiya  işi  də  düzgün  quqrul  bilməz.  Bu  baxımdan  praktik  psixoloq  müəyyən 
diaqnoz  qoymaq  üçün  lazım  olan  metodika  seçməlidir  ki,  buna  da  məsuliyyətlilik,  səbrlilik 
kimi şəxsi keyfiyyətlər tələb olunur. Yəni düzgün  metodika  seçərkən tələsməmək, tez qərar 
verməmək  lazımdır.  Digər  tərəfdən  məsuliyyətli  şəkildə  diaqnostik  metodikanı  həyata 
keçirmək lazımdır.  
Məlumdur  ki,  praktik  psixoloq  uşaqların  psixi  sağlamlığını,  idrak  proseslərini, 
konitiv(dərketmə) sferasini, intellektini, şəxsiyyətini, şəxsiyyətlərarası münasibətlərini, aktiv-
iradi sferasının diaqnostikasını aparır. Belə bir mürəkkəb fəliyyətin öhdəsindən gəlmək üçün 
təbii  olaraq  yüksək  peşəkarlıq  tələb  edir.  Psixoloq  həmişə  özünün  peşəkarlıq  səviyyəsinin 
artmasına diqqət yetirməlidir ki, buda onun özünü düzgün qiymətləndirməsindən aslıdır. Öz 
fəaliyyətini  düzgün  analiz  etməyi  bacarmalıdır  ki,  buda  psixoloqun  özünü  təkmilləşdirmə 
bacarığından aslıdır. 
Müasir  dövrdə  baş  verən  mürəkkəb  proseslər  insaların  şəxsiyyətinə,  davranışına, 
düşüncəsinə təsir edir ki, buda insanların praktik psixoloqa ehtiyacının artmasına səbəb olur. 
Bunu  nəzərə  alaraq  təhsildə  psixoloji  xidmətin  təşkilində  də  bu  problemlərin  aradan 
qaldırmaq  üçün  məktəb  psixoloqu  fərdi  və  qrup  şəkildə  konsultasiayalar  aparmalıdır. 
Psixokonsultasiya zamanı praktik psixoloq kliyentin üzləşdiyi psoxoloji çətinliklərin həlli ilə 
bağlı  istiqamət  verir.  Bu  işin  səmərəli  olması  üçün  ilk  növbədə  psixoloq  zəruri  biliklərə 
yiyələnməlidir ki, lazım olan terapiya növündən istifadə edə  bilsin. Kliyenti özünü rahat hiss 
etməsi  üçün  düzgün  ünsiyyət  qurmağı  bacarmalıdır.  Psixoloq  klieyntin  inamını,  güvənini 
qazanmaq üçün səmimi olmalı və fərdə uyğun münasibət qurmalıdır. Praktik psixoloq özünü 
kliyentdən  daha  üstün,  mükəmməl,  ağıllı  fərd  kimi  göstərməməlidir.  Bütün  bunları  elemək 
üçün praktik psixoloq təvazökarlıq kimi fərdi süsisyyətə malik olmalıdır. 
Psixoloq tərfindən psixoloji baxımdan sağlam olan, lakin bu və  ya digər çətinlikləri 
üzləşmiş  insanın  psixoloji  vəziyyətinin  yaxşılaşdırılmasına  yönəldilmiş,  psixikasında, 
şəxsiyyətində  və  davranışındakı  çatışmazlıqların  aradan  qaldırılması  məqsədi  ilə  tətbiq  olan 
psixokorreksiya  işi  mürəkkən  xarater  daşıyır.  Korreksiya  psixoloqdan  praktik  və  sosial 
psixologiyanın  nəzəri  bilikləri  mənimsəməsini  tələb  edir  ki,  bu  tələbi  yerinə  yetrimək  üçün 
özünü  təhsil  bacarığına  sahib  olmalıdır.  Korreksiya  işini  düzgün  qurmaq  üçün  psixoloji 
xidmət  təcrübəsi  vacibdir  ki,  bu  da  psixoloqdan  əməksevərlik  kimi  fərdi  xüsusiyyəti  tələb 
edir.  Praktik  psixoloq  həmçinin  insanlarla  işləmək  marağının,  qabiliyyətinin  olmasını  tələb 
edir  ki,  bu    bacarıqlara  sahib  olmaq  üçün  isə  nəzakətlilik,  mehribanlıq  kimi  şəxsi 
keyfiyyətlərə malik olmalıdır. 


 
131 
 
Psixokorreksiya  situasiya  yaradarkən  psixoloq  kliyentin  öz  problemlərini  ortaya 
qoymasında,  açıqlamasında  maraqlı  olmasına  təsir  edə  biləcək  psixoloji  mühit,  əlverişli 
atmosfer  yaratmalıdır.  Bu  ,  problemin  optimal  həllinə  kömək  edə  biləcək  mühüm  psixoloji 
təsirlərdən  biri  sayılır.  Otağın  quruluşundan,  avadanlıqların  formasi,  rəngi,  düzülüşündən 
başlayaraq  psixoloqun  özünün  xarici  görnüşünə  qədər  hər  şeyə  nəzərə  alınmaqıa  müvafiq 
cavab verməlidir. Bütün bu tələbləri yerinə yetirmək üçün psixoloq həmçinin  səliqəli olmalı, 
otağın və əşyaların səliqəli olmasına fikir verməlidir.  
Müxtəlif  xaraekterli  psixoloji  problemlərin  aradan  qaldırılması  məqsədilə 
mütəxəssislər arasında aparaılan fikir mübadiləsi- müzakirələr və məsləhətləşmələr psixoloji 
konsilium  adlanır  ki,.  Bu  mənada  təhsil  sistemində  psixoloqun  təşkilatçılığı  və  iştirakı  ilə 
aparılan konsiliumlar bilavasitə onun subtektlərində, təhsil prosesində, tədrissə,  idarəermədə 
tyaranmış  problemlərin  aradan  qaldırılmasına  yönəldilir.  Bu  baxımdan  təhsil  sistemində 
işləyən  praktik  psixoloqların  keçirdikləri  psixoloji  konsiliumların  mövzusunu  təhsil 
problemləri  ilə bağlı olan məsələlər təşkil edir. Bu  işi yerinə yetirərkən praktik psixoloqdan 
bəzi  şəxsi  keyfiyyətlər  tələb  edir.  Keyfiyyətlər  arasında  ən  mühüm  isə  kollektivçilik, 
idarəçilik və  təşkilatçılıq bacarığıdır.  
Ümumiyyətlə  psixoloq  öz  fəaliyətini  düzgün  və  dəqiq  yerinə  yetirməsi  üçün  bir  sıra  şəxsi 
xüsusiyyətlərə və peşə bacarıqlarına sahib olmalıdır. Praktik psixoloqun fəaliyyətini üç fərqli 
cəhətinə  görə  dəyərləndirirlər:  praktik  psixoloqun  şəxsi  xüsusiyyətləri,  peşə  bilikləri,  peşə 
bacarıqları.  Bu  üç  cəhət  praktik  psixoloqun  peşəkar  fəaliyyəti  zamanı  istifadə  olunan 
xüsusiyyətlərdir.  Peşəkar  olan  psixoloqla  peşəkar  olmayanı  ayırd  edən  konkret 
xüsussiyyətlərin nələr olduğu dəqiq deyil. Bu mövzuda müxtəlif fikirlər mövcuddur. 
Türkiyə  praktik  psixoloqların  apardığı  tədqiqatlarda  məktəblərdə  işləyən  məktəb 
psixoloqundan tələb olunan şəxsi keyfiyyət və bacarıqları müəyyən etmişlər: 
1.
 
böyük məktəblilərə ailə təhsili verə bilmək bacarığı; 
2.
 
Yeniyetməlik psixologiyası mövzunu ətraflı bilmək; 
3.
 
İmtahan sistemlərini tanıtdıra biləcək informasiyaya sahib olmaq; 
4.
 
Psixoloji xidmət göstərmək; 
5.
 
Sinifi idarəetmə bacarığı 
6.
 
Peşə seçimində şagirdlərə kömək etmək 
7.
 
Peşə biliklərinə sahib olmaq 
8.
 
İnkişafetdirci  təhsil  haqqında  məlumatlı  olmaq,  rahat  dərs  öyrənmək  müəyyən 
bacarıqları öyrətmək 
9.
 
Ünsiyyət  bacarıqlarına,  bədn  dilindən  düzgün  istifadə  etmə  qabiliyyətinə  sahib 
olmaq və s. (4) 
Hazırda  məktəblərdə  psixoloqların  sayının  get-gedə  artması  təhsil  sahəsindəki 
problemlərin praktik həllinə müəyyən təkan versə də, hələlək məktəblərdə psixoloji xidmətin 
statusu  aşağıdır.  Məktəb  psixoloqları  uşaq  şəxsiyyətinin  inkişafı  və  tərbiyəsi  nəzəriyyəsini 
zənginləşdirə  biləcək  yeni  faktlar  əldə  etmək,  inkişafın  qanunauyğunluqlarını  şərtləndirən 
səbəb-nəticə əlaqələrini müəyyən etmək imkanlarına malik deyillər. Ona görə də Azərbaycan 
Təhsil  sistemində  psixoloji  xidmətin  milli  mentalitetə,  düşüncə  tərzinə  və  eyni  zamanda 
mütərəqqi beynəlxalq təcrübə ilə inteqrasiyaya əsaslanan modeli yaradılmalıdır. 


 
132 
 
 
                                                                Ədəbiyyat  
1.
 
Əmrahlı L.Ş. Məktəb psixoloqu. Metodik vəsait.Bakı., 2014, 173s. 
2.
 
Əmrahlı L.Ş. Psixoloji xidmət. I. Kitab. Psixoloji xidmətin əsasları. Bakı., MBM, 2007, 283s.  
3.
 
Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət”  Nəzəriyyə və təcrübə. 2 hissə. Dərs 
vəsaiti. ADPU, Bakı, 2008., 310 s. 
4.
 
Selim Bektaş, Oğuzhan Çelik, Namik Kemal Haspolat, Fikrət Gülaçtı. Göreve yeni atanan 
psikoljik danışmanların (rehber öğretmenlerin) sahib olması gərəkən özəllik və beceriler. Okul 
Psikolojik Danışman E-Bülteni. İzmir., 2014., 15-16s. 
5.
 
Рубцов В.В. Служба практической психологии образования: современное состояние и 
перспективы развития // Вопросы психологии, 2003, №6, с. 32-40.  
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə