Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   2   3   4   5   6   7   8   9   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
11 
 
Tarixi  kateqoriya  olan  təlim  metodları  cəmiyyətin  təkamül  səviyyəsi,  konkret  tarixi 
şəraitdə  hökmran  olan  ictimai  münasibətlər,  milli  mentalitet,  elmin  və  texnikanın  inkişaf 
səviyyəsi müasir təhsilin məqsəd və vəzifələri ilə şərtlənir. 
Təhsilin  humanistləşdirildiyi,  qloballaşdığı  və  vahid  dünya  məkanına  inteqrasiya 
edildiyi müasir dövr təlim metodlarını «müstəqillik, şüurluq və fəallıq»; «sərbəst iş prosesində 
öyrətmək»; «ünsiyyət və əməkdaşlıq prosesində öyrənmək»; «özüm edirəm-anlayıram»; «fəal 
axtarış» və digər prinsiplər əsasında qurmağı tələb edir. 
Metodlar bu tələblər əsasında qurulduğu təqdirdə, təlim prosesinin səmərəliliyini təmin 
etmək,  milli  və  bəşəri  dəyərlərə  yiyələnən,  yaradıcı  və  tənqidi  düşünməyi  bacaran,  fəal  və 
təşəbbüskar insanlar yetişdirmək mümkün olar. Təlim prosesində aparıcı qüvvə olan müəllim 
təlim metodlarından yaradıcılıqla istifadə etməli, ənənəvi təlim metodlarını daha artıq təkmil-
ləşdirməli, «inkişafı öz arxasınca aparan təlim  metodlarına üstünlük verməli»,  biliklərin əldə 
edilməsi yolunda «bələdçilik» etməyə imkan verən metodlar tətbiq etməlidir. 
Ümumiyyətlə,  obyekti  və  onun  nomenklaturasını  dəqiq  müəyyən  etmədən,  təsnifat 
vermək  mümkün  deyil.  Əgər,  metodun  nomenklaturasını  dəqiq  vermək  mümkün  olsaydı, 
onda  hər  bir  metod yalnız  bir qrupa daxil olardı.  Halbuki, mövcud olan təsnifatların  heç  biri 
bu  tələbə  tabe  olmur  və  hər  hansı  bir  metod  müxtəlif  qruplara  daxil  edilir.  Məsələn:  təlim 
prosesində  praktik  metodlarda  sözdən,  izahdan,  əyanilikdən  istifadə  etmədən  keçinmək 
mümkündürmü?  Yaxud,  lisani  metodlar  tətbiq  edilərkən  əyani  vasitələrə,  qrafik  işlərə, 
illüstrasiya  və  demonstrasiyaya  müraciət  edilmirmi?  Məgər  ənənəvi  adlandırılan  metodlar 
məntiqi təfəkkürü, yaradıcılıq qabiliyyətini, müstəqillik və təşəbbüskarlığı inkişaf etdirmirmi? 
Hər şey müəllimin işə yaradıcı münasibətindən asılıdır. 
Təlim  metodlarının  təsnifatı  verilərkən,  təkcə  öyrətmə  və  öyrənmə  fəaliyyətinin  zahiri 
formaları  və  vasitələri  deyil,  həm  də  tədris  edilən  fənnin  səciyyəvi  xüsusiyyətləri,  konkret 
məzmunun mənimsənilməsi qanunauyğunluqları nəzərə alınmalıdır. 
Bir  daha  qeyd  edək  ki,  hər  bir  metod  -  qarşıya  qoyulmuş  məqsədə  muvafiq  nəzərdə 
tutulmuş nəticənin əldə edilməsinə imkan verən şüurlu və ardıcıllıqla icra olunan əməliyyatlar 
sistemidir. Aydın məqsəd olmadan təlim subyektinin məqsədəuyğun fəaliyyətini təşkil etmək 
mümkün  deyil.  Ümumiyyətlə,  məqsədi  aydın  dərk  edən  insan  müxtəlif  vasitələrdən  istifadə 
etməklə  müəyyən  əməliyyatlar  həyata  keçirir,  addımlar  atır,  bir  sözlə,  səliqəli  fəaliyyət 
göstərir.  İnsanın  öz  fəaliyyətində  istifadə  etdiyi  vasitələr  intellektual,  praktik  və  əşyavi  ola 
bilər. İş prosesində  hansı  yol və vasitədən istifadə etmək lazım olduğunu müəyyənləşdirmək 
üçün  obyektin  xüsusiyyətləri,  fəaliyyət  prosesində  onda  baş  verə  biləcək  dəyişikliklər 
haqqında müəyyən bilgilərin olması vacibdir. Əgər, metod düzgün seçilmişsə, nəzərdə tutulan 
məqsədəuyğun  nəticələr  alınmalıdır.  Gözlənilən  nəticə  alınmırsa,  deməli,  metod  obyektə 
uyğun seçilməyib, yaxud düzgün istifadə olunmayıb. 
Pedaqoji ədəbiyyatda təlim metodları haqqında verilmiş təsnifatlar öz xüsusiyyətlərinə və 
mahiyyətinə  görə  bir-birindən  fərqlənirlər.  Biz  burada  daha  artıq  əsaslandırılmış  təsnifatlar 
üzərində dayanmağı lazım bilirik. 
Təlim  metodlarının ənənəvi təsnifatı (D.O.Lordkipanidze,  E.Y.Qolant, İ.T.Oqorodnikov, 
M.Ə.Muradxanov, B.Əhmədov, Y.Talıbov, Ə.Ağayev, İ.İsayev, L.Qasımova, R.Mahmudova, 
S.İ.Perovski, İ.A.Sorokin və b.). 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
12 
 
Bilik  mənbələrinə  əsaslanan  bu  metodlar  sırasına  söz,  kitab  və  dərslik  üzərində  iş 
metodlar, əyani və praktik metodlar və videometod daxil edilir. 
Təlim  metodlarının  idrak  fəaliyyətinin  xarakterinə  görə  təsnifatı  (İ.Y.Lerner, 
M.N.Skatkin). 
Bu təsnifat  təhsil  alanların  müstəqil  idrak  fəallığının  mərhələlərinə  əsaslanır  və  buraya 
izahlı-illüstrativ, reproduktiv, problemli izah, evristik və tədqiqatçılıq metodları daxil edilir. 
Təlim metodlarının didaktik məqsədlərinə görə təsnifatı (Q.İ.Şukina, İ.T.Oqorodnikov). 
Bu  təsnifata  əsasən  təlim  metodları  iki  qrupa  bölünür:  1)  təlim  materialının  ilkin 
mənimsənilməsini  təmin edən  metodlar  (şifahi  şərh,  müsahibə,  kitabla  iş,  evristik  müsahibə, 
disput  və  s.);  2)  biliklərin  tətbiqini  təmin  edən  praktik  işlər  (nümunə  əsasında  icra  olunan 
çalışmalar, izah edilən çalışmalar, variativ çalışmalar). 
Təlim  metodlarının  bir  və  yaxud  bir  neçə  əlamətinə  görə  təsnifatı  (M.İ.Maxmutov, 
V.F.Palamarçuk, V.İ.Palamarçuk). 
İki əlamətinə görə təsnifatda (binar təsnifat) öyrətmə metodları və öyrənmə metodlarının 
uzlaşması əsas götürülür və buraya məlumatverici-icraedici, izahlı-reproduktiv, təlimatverici-
praktik, 
stimullaşdırıcı-qismən  axtarış,  sövqedici-axtarış 
metodları 
daxil 
edilir 
(M.İ.Maxmutov). 
Bir  neçə  əlamətinə  görə  təsnifatda  (polinur  təsnifat)  bilik  mənbələri,  idrak  fəallığının 
səviyyəsi,  təlim-idrak 
fəaliyyətinin 
məntiqi  vəhdətdə  götürülür  (V.F.Palamarçuk, 
V.İ.Palamarçuk). 
Təlim 
metodlarının 
tədris-idrak 
fəaliyyətinin 
funksiyasına 
göpə 
təsnifatı 
(Y.K.Babanski). 
Bu təsnifata əsasən təlim metodları üç qrupa bölünür: a) tədris-idrak fəaliyyətinin təşkili 
və həyata keçirilməsi metodları (lisani (söz), əyani, praktik, induktiv və deduktiv, reproduktiv, 
produktiv  və  problem  axtarışı,  müstəqil  iş  metodları,  müəllimin  rəhbərliyi  altında  iş 
metodları);  b)  tədris-idrak  fəaliyyətinin  stimullaşdırılması  və  motivləşdirilməsi  metodları 
(təlim maraqlarını stimullaşdıran metodlar, təlim prosesində məsuliyyət və borc hissini inkişaf 
etdirən metodlar); c) tədris-idrak fəaliyyətinin keyfiyyətinə nəzarət və özünənəzarət metodları 
(şifahi, yazılı, laborator-praktik, nəzarət və özünənəzarət). 
Təlim  metodlarını  öyrədən  və  öyrənən  arasında  əməkdaşlığının  formalarına  görə 
təsnifatı (L.Klinqberq). 
Bu  təsnifata  monoloji  metodlar  (mühazirə,  nəql,  demonstrasiya)  dialoji  metodlar 
əməkdaşlıq formaları (fərdi, qrup, frontal, kollektiv) daxil edilir. 
Təlim  metodlarının  təlim  prosesinin  mərhələlərinə  görə  təsnifatı  (N.Kazımov, 
Ə.Həşimov). 
Bu  təsnifata  təlimin  başlıca  mərhələlərinə  uyğun  olaraq  dörd  qrup:  a)  yeni  tədris 
materialının əsasən qavranılmasına xidmət edən metodlar (şərh,  mühazirə, kitab üzərində iş, 
müşahidə);  b) bilik, bacarıq və vərdişlərin formalaşmasına xidmət edən metodlar (problemli 
vəziyyət, evristik müsahibə, laboratoriya işi, tədqiqatçılıq işləri, təkrarlar, çalışmalar); c) bilik, 
bacarıq və vərdişlərin tətbiqinə xidmət edən metodlar (məsələ və misal həlli, texniki və ölçmə 
vasitələrindən, avadanlıq və cihazlardan istifadə, əyani vasitələrin hazırlanması, təbii şəraitdə 
görülən iş, nitq və təfəkkür üzrə iş); ç) təlimdə müvəffəqiyyətə nəzarət metodları aid edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə