Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   2   3   4   5   6   7   8   9   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
13 
 
Təlim  metodlarının  mənimsəmə  prosesinin  mexanizmi  əsasında  təsnifatı  (A.Abbasov, 
H.Əlizadə). 
Mənimsəmə  prosesinin  mexanizminə  əsasən  metodlar  iki  qrupda  ümumiləşdirilir:  a) 
yeni  bilik  əldə  olunmasına  kömək  edən  təlim  metodları  (məlumatverici-inkişafetdirici  və 
evristik  metodlar); b) bilik, bacarıq  və vərdişlərin möhkəmləndirilməsinə və tətbiqinə xidmət 
edən təlim metodları (şərh edilən təmrinlər, nümunə üzrə təmrinlər, variativ təmrinlər, praktik 
təmrinlər). 
Hazırda pedaqoji ədəbiyyatda təlim metodlarının təsnifatı sahəsində axtarışlar bu gün də 
davam edir. 
Ümumiyyətlə,  ancaq  bir  məqsədə  xidmət  edən  «təmiz»  metod  yoxdur.  Təlim-idrak 
fəaliyyətinin  hər  bir  anında,  hər  bir  məqamında  müxtəlif  metodlar  biri-birilə  uzlaşır  və 
onlardan biri daha əsas və aparıcı olur. 
Təlim  metodları  və  tərzləri  tarixən  yaranıb  və  getdikcə  təkmilləşmiş,  nəsildən-nəslə 
ötürülərək zənginləşmişdir.  Metodlardan  yaradıcılıqla  və ustalıqla  istifadə  etmək üçün onlar 
dərindən mənimsənilməlidir. 
Aydındır  ki,  yeni  cəmiyyət,  yeni  məktəb,  yeni  məzmunda  aparılan  islahatlar,  «vaxtı 
keçmiş»,  «köhnəlmiş»  metodlarla  «vidalaşmağı»,  özünü  doğrulda  bilməyən  metodlardan  əl 
çəkməyi, zamanın tələbindən doğan təhsil alanların düşüncə tərzinə müvafiq yeni metodların 
yaranmasını  tələb  edir.  Təhsil  alanların  təlim  motivasiyasını,  tələbatını,  müstəqilliyini  və 
təşəbbüskarlığını,  yüksək  təfəkkür  tərzini,  idrak  fəallığını,  təlimə  məsuliyyətli  münasibətini 
formalaşdıran,  elmə  ehtiraslı  münasibət  yaradan,  təlimi  humanistləşdirməyə  istinamətləndi-
rən,  öyrənəni  və  öyrətmə  prosesinin  subyektini  diqqət  mərkəzində  saxlayan  yeni  təlim 
metodlarına (diskussiyalar,  problemli  situasiyalar,  insert-qeydetmə sistemi,  «əqli  hücum»lar, 
«rollu oyunlar», «dairəvi söhbət», «cütlər və qruplarla iş», rəy mübadiləsi və s.) geniş meydan 
verilməlidir.  Müəllim  indiyə  qədər  özünü  doğruldan  reproduktor  rolundan  imtina  etməli, 
biliklərin əldə edilməsi yolunda bələdçilik etməlidir. 
Təlim metodlarının ümumi xarakteristikası. Müasir dövrdə respublikamızın ümumtəhsil 
məktəblərində tətbiqi baxımdan təlimin interaktiv metodlarından səmərəli surətdə və ustalıqla 
istifadə  pedaqoji  mühitdə  öz  yerini  möhkəmləndirməkdədir.  Bu  sahədə  qazanılmış  təcrübə 
öyrənilir, ümumiləşdirilərək məktəblərdə tətbiq olunmaqdadır. 
Təhsil  sisteminin  müvəffəqiyyətlə  inkişaf  etdiyi,  təhsilin  məzmunun  əsaslı  surətdə 
dəyişdiyi  indiki  şəraitdə  müəllimlərin  təlimin  ənənəvi  metodlarından,  köhnəlmiş  dərs 
formalarından  tamamilə  əl  çəkəcəyi  və  öz  işlərində  yalnız  ən  yeni,  ən  mütərəqqi  təlim 
metodlarından  istifadə  edəcəkləri  gün  yaxınlaşsa  da,  hələ  də  ali  məktəblərdə  ənənəvi  təlim 
metodlarının  tətbiqi  davam  edir.  Doğrudur,  yaradıcı  müəllimlər  ali  məktəbin  ənənəvi  təlim 
metodlarına  yeni  cizgilər,  yeni  tərzlər  əlavə  edirlər.  Lakin  hələlik  bu  sahədə  ciddi  yeniliklər 
nəzərə  çarpmır.  Buna  görə  də  biz  ali  məktəbdə  geniş  surətdə  tətbiq  edilməkdə  olan  bir  sıra 
metodların qısa xarakteristikasını verməklə kifayətlənəcəyik. 
 
№  Metod 
Öyrədənin fəaliyyəti 
Öyrənənin fəaliyyəti 
 
I

İzahlı-illüstrativ metod 
Təlim  materialı  və  onun  bütün 
komponentləri  dəqiq  və  ardıcıl 
surətdə şərh edilir 
Materialın  qavranılması  və 
dərk edilməsi 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
14 
 
 
I
II 
 
Reproduktiv metod 
Biliyin  tətbiq  edilməsi  qaydaları 
göstərilir,  təlimat  verilir,  müvafiq 
yollar göstərilir 
Reproduktiv  və  alqoritmik 
fəaliyyət 
I

 
Problemli şərh metodu 
Problem 
müəyyənləşdirilir, 
konkret  vəzifələr  və  həlli  yolları 
göstərilir 
Müstəqil 
mülahizələrin 
söylənməsi,  suallara  cavab 
tapılması 
 Deduktiv metod 
Biliklər – nəticələr çıxarmaq yolu 
ilə təqdim edilir 
Konkret  mülahizələrin  irəli 
sürülməsi, 
nəticələr 
çıxarılması 
 

Qismən  –  axtarış  və  ya 
evristik metod 
Problem 
müəyyən 
edilir. 
Tələbənin  axtarıcılıq  fəaliyyəti 
dolayısı yollarla idarə olunur 
Produktiv xarakterli fəaliyyət 
V

Tədqiqatçılıq metodu 
Şifahi  və  ya  yazılı  təlimatlar 
verilir 
Müstəqil 
tədqiqatçılıq 
fəaliyyəti 
 
V
II 
Tələbənin  tədris  materialı 
üzərində 
müstəqil 
iş 
metodları 
Nəzarət, 
qiymətləndirmə 
və 
korreksiya işi aparılır 
Tapşırıqların  icrası,  sualların 
cavablandırılması,  məsələ  və 
misal həlli, praktik işlər 
 
I. İzahlı-illüstrativ metod 
Tələbələr  mühazirədə  yeni  informasiyalar  alır,  dərsliklərdən,  dərs  vəsaitlərindən, 
metodik 
ədəbiyyatdan  istifadə  etməklə  qazandıqları  bilikləri  zənginləşdirir  və 
möhkəmlədirirlər.  Mühazirədə,  yeri  gəldikdə,  ekran  vasitələrindən  istifadə  etməklə  biliklər 
əyaniləşdirilir.  «Hazır»  şəkildə  təqdim  olunmuş  biliklər,  faktlar,  mülahizələr,  nəticələr 
tələbələr  tərəfindən  qavranılır  və  dərk  edilir.  Bu  halda  tələbələrin  ancaq  reproduktiv  (bər-
paedici) təfəkkürü inkişaf edir. 
Ali  məktəbdə  izahlı-illüstrativ  metod  geniş  informasiya  vermək  baxımından  ən  çox 
tətbiq  olunan  metoddur.  Müəllim  yeni tədris  materiallarının  şərhini  verir.  Tələbənin  vəzifəsi 
isə şifahi şəkildə təqdim olunan məlumatları dinləmək, qeydlər aparmaq və onları anlamaqdır. 
Tələbə keçmiş biliklərinə istinad etməklə müqayisələr edir, ümumiləşdirmələr aparır, nəticələr 
çıxarır  və onları əsaslandırır. Bütün  bu  fəaliyyət növləri reproduktiv-xarakter daşıyır. Çünki 
bu proseslər müəllimin təqdim etdiyi məlumatların, biliklərin məzmunu ilə müəyyənləşir. 
Müəllimdən materialın dəqiq və ardıcıl əlaqəli surətdə şərhi və onun tələbə üçün zəruri 
olan bütün komponentlərinin qeyd edilməsi tələb olunur. Bir sözlə, tələbə xüsusi səy və fikri 
gərginlik sərf etmədən, əziyyət çəkmədən «hazır» biliklər alır. 
II. Reproduktiv metod 
Tələbələr  qazandıqları  nəzəri  bilikləri  verilən  nümunə,  yaxud  qaydalar  əsasında  tətbiq 
edirlər.  Tələbələrin  fəaliyyəti  alqoritmik  xarakter  daşıyır,  başqa  sözlə,  analoji,  oxşar 
situasiyalarda  biliyin  tətbiq  edilməsi  qaydaları  göstərilir,  təlimat  verilir,  müvafiq  yollar 
göstərilir.
  
III. Problemli şərh metodu
 
Müəllim müxtəlif mənbələrdən və vasitələrdən istifadə edərək problemi müəyyənləşdirir 
və  tələbələr  qarşısında  qoyur,  tələbələrin  qarşısında  duran  idrak  vəzifələrini  konkretləşdirir. 
Sonra  isə  müxtəlif  baxışları,  yanaşma tərzlərini,  mülahizələri  müqayisə edərək  sistemləşdirir 
və qoyulmuş problemin həlli yolunu aşkarlayır. Tələbə «elmi axtarışın» «tamaşaçısı» olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə