Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   2   3   4   5   6   7   8   9   10   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
15 
 
Bu  metodun  izahlı  illüstrativ  metoddan  fərqi  bundadır  ki,  müəllim  izah  edəcəyi 
materiala aid suallar qoyur, özü də onlara cavab verir. Bu tərz tələbəni az da olsa, «hərəkətə» 
gətirir.  Qoyulmuş  sual  onu  düşündürür,  müstəqil  surətdə  mülahizə  yürütməyə  təhrik  edir, 
suala cavab tapmaq səyi oyadır. 
IV. Deduktiv metod 
Bu halda hazır biliklər dinləyicilərə deduktiv nəticələr çıxarmaq yolu ilə təqdim olunur. 
Müəllim – izahlı illüstrativ, yaxud problemli şərh yolu ilə ümumi müddəları, prinsipləri izah 
etdikdən sonra onlar müxtəlif obyektlər və hadisələr haqqında konkret mülahizələr söyləməyi, 
nəticələr çıxarmağı təklif edir. 
V. Qismən axtarış və ya evristik metod 
Bu  halda  tələbələrin  idraki  tapşırıqların  həlli  üzərində  aktiv  «axtarışları»  təşkil  olunur. 
Problem  müəllim  tərəfindən,  yaxud  evristik  proqram  və  ya  göstərişlərlə  müəyyən  edilir. 
Problemi tələbənin özü də müstəqil olaraq müəyyənləşdirə bilər. Bu zaman problem üzərində 
təfəkkür  işi  produktiv  xarakter  daşıyır.  Şübhəsiz,  pedaqoq  bu  işə  tələbəni  mərhələ-mərhələ 
istiqamətləndirilir  və  onun  icrasına  nəzarət  edilir.  Burada  eyni  zamanda,  müvafiq  təlim 
texnologiyalarından  istifadə  də  istisna  deyil.  Tələbə  proqramlardan,  tədris  vəsaitlərindən  və 
kompüterdən  istifadə  etməklə  müstəqil  surətdə  işini  istiqamətləndirir  və  özünə  nəzarət  edə 
bilir.  Evristik  müsahibənin  bir  forması  olan  bu  metod  seminar  və  kollekviumlarda  tələbənin 
idrak maraqlarını inkişaf etdirməyə, onu fəal təfəkkür əməliyyatları aparmağa imkan verir. 
Müstəqil  evristik  «axtarışlarda»  müəllim  obyekt  və  hadisələr  haqqında  tələbələrə 
«hazır»  biliklər  təqdim  etmir.  Tələbəyə  bu  məlumatları  «axtarıb  tapmağı»  tapşırır.  Ancaq 
tələbə  bu  axtarışlarda  tam  müstəqil  olmur.  Müəllim  «axtarış»  prosesini  hiss  edilmədən 
(köməkçi  suallar  verməklə,  nəyisə  deməklə  və  s)  idarə  edir.  Tələbə  qarşıya  qoyduğu 
problemin  şərtlərini  müəyyənləşdirib  təhlil  edir,  onun  həlli  ilə  bağlı  hipotezlər  irəli  sürür. 
Onların  doğru  olub-olmaması  haqqında  müəllim  tərəfindən  informasiya  alır.  Yaxud  özü 
müstəqil surətdə irəli sürdüyü mülahizələrin düz və səhv olduğunu aydınlaşdırır. 
Hipotezin,  yaxud  hər  hansı  bir  ideyanın  irəli  sürülməsi  «axtarışın»  əsas  və  həlledici 
komponenti  kimi  özünü  göstərir.  Bu  mərhələdə  müəllim  özünün  idarəetmə  və  nəzarət 
fəaliyyətini  elə qurur ki, tələbə axtardığına  mümkün qədər çox  yaxınlaşsın.  Axtarış real peşə 
fəaliyyətinin təzahür etdiyi  şəraiti  yaratmaqla tədris tapşırıqları üzərində gedə  bilər. Didaktik 
oyunlar real istehsal proseslərini müəyyən mənada «təkrar» etməklə tələbəni produktiv zehni 
və əməli  fəaliyyətə daha artıq yaxınlaşdırır. Didaktiv oyunların tətbiqi  və  müxtəlif tərzlərdən 
istifadə  edilməsi,  şübhəsiz,  bu  metodun  mahiyyətini  dəyişmir.  Fərdi,  qrup  və  ya  kollektiv 
halda aparılan «axtarış»lar zamanı həm də diskussiyadan, fikir mübadiləsindən istifadə oluna 
bilər. 
VI. Tədqiqatçılıq metodu 
Tədris  materialının  təhlili,  problemlərin  qoyulması  və  həlli,  şifahi  və  ya  yazılı 
təlimatların  verilməsindən  sonra  tələbələr  müstəqil  olaraq  müvafiq  ədəbiyyatı  və  mənbələri 
müəyyənləşdirir, öyrənir, müşahidələr aparır, axtarış xarakteri daşıyan müxtəlif əməliyyatlar 
icra edirlər. 
Tədqiqatçılıq 
fəaliyyəti 
tələbədə 
təşəbbüskarlıq, 
müstəqillik  və  yaradıcılıq 
qabiliyyətlərinin  inkişafı  üçün  daha  əlverişli  şərait  yaradır.  Təlim  metodları  tədriclə  elmi 
tədqiqat metodlarına yiyələnməyə imkan verir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
16 
 
  VII. Tələbənin tədris materialı üzərində müstəqil iş metodları 
Məlumdur ki, tələbə dərsliyi, yaxud  mühazirə  mətnini tam  mənimsəyənə qədər oxuyur. 
Yeni  materialı  bütün  dəqiqliyi  ilə  dərk  etdikdən  sonra  informasiyanın  bu  blokunda  olan 
bilikləri tətbiq  edərək,  müxtəlif  tapşırıqları  yerinə  yetirir. Tapşırıqlar,  təlim  materialını  əhatə 
edən suallar, yaxud biliklərin tətbiqini tələb edən misallar, məsələlər, praktik işlər formasında 
ola bilər. 
Praktik  işlərin  icrası  zamanı  biliklərin  tətbiqi  mərhələlərlə  baş  verir.  Tələbə  əvvəlcə 
tapşırığın icrası zamanı mətnə və ya müəllimə müraciət edir, sonra tədriclə hafizəsinə istinad 
etməyə başlayır. Bu yolla müəyyən əməliyyatlar avtomatlaşır. İnformasiyaların sonrakı bloku 
üzərində iş burada davam etdirilir. 
Təlim  materialı  üzərində  tələbənin  iş  metodları  bir  sıra  əlamətlərinə  görə  ayırd  edilir: 
ixtiyari  və  qeyri-ixtiyari;  əməliyyatların  və  formaların  növləri;  işin  bir,  yaxud  bir  neçə 
mərhələli olması və s.  
Təlim  materialı  üzərində  tələbənin  iş  metodları  digər  müxtəlif  parametrlərlə  də 
müəyyənləşdirilə bilər. 
Göstərilən  xarakteristikalara  əsasən  təlim  materialı  üzərində  tələbənin  iş  metodlarını 
belə təsnif etmək olar: 
a) təlim materialını öyrənə-öyrənə qazanılmış bilikləri tətbiq etmək; 
b) tapşırıqların icra prosesində təlim materialı üzərində iş; 
c) mərhələli iş. 
Təlim  materialı  üzərində  tələbələrin  müstəqil  işləri  didaktik  oyunlarda  kollektiv 
fəaliyyətin  modelləşdirilməsi  şəraitində  həyata  keçirilə  bilər. Belə  bir  şəraitdə  müəyyən  rolu 
icra  edən  tələbə  bu  və  ya  digər  tapşırığın,  məsələnin  həlli  zamanı  necə  fəaliyyət  göstərmək 
lazım olduğunu yaxşı bilir. Tələbə bu yolla tədriclə gələcək əmək fəaliyyətinə hazırlanır, onun 
mütəxəssis kimi formalaşması təmin edilir. 
Müasir şəraitdə ali məktəb təcrübəsində istifadə olunan bu metodları müəyyən edərkən 
hansını seçmək, yaxud onlardan birini seçərkən, hansı əlamətinə görə istinad etmək lazımdır? 
Bu metodlardan hansının daha optimal təlim imkanları var?  
Təlim  metodlarını  optimal  surətdə  seçmək  üçün  Y.K.Babanski  aşağıdakıları  nəzərə 
almağı vacib bilirdi: 

 
əvvəlcə,  materialın  müstəqil, yaxud müəllimin rəhbərliyi altında öyrəniləcəyi nəzərə 
alınmalıdır: əgər, tələbə xüsusi gərginlik sərf etmədən, az vaxt kəsiyində materialı öyrənə bi-
lirsə,  müəllimin  köməyinə  ehtiyac  yoxdur.  Əgər  tələbə  müstəqil  olaraq  təlim  materialını 
mənimsəyə  bilmirsə,  yaxud  bunun  üçün  çox  vaxt  və  enerji  sərf  edirsə,  onda  müəllimin 
köməyi mütləq lazımdır; 

 
reproduktiv  və  produktiv  metodların  qarşılıqlı  əlaqəsi  və  nisbəti  nəzərə  alınmalıdır. 
Müxtəlif şərait və imkanlar olduğu təqdirdə produktiv metodlara üstünlük verilməlidir; 

 
idrakın  induktiv  və  deduktiv,  analitik  və  sintetik  yollarının  qarşılıqlı  əlaqəsini  və 
nisbəitini  düzgün  müəyyənləşdirmək  lazımdır.  Əgər  tələbə  deduktiv  və  analitik  yolla  bilik 
əldə  etmək  bacarığına  malikdirsə,  onda  deduktiv  və  sintetik  metodlarla  işləməkdə  çətinlik 
çəkməyəcəkdir.  Deduktiv  və  sintetik  metodlar  daha  məhsuldar,  daha  ciddi,  həm  də  elmi 
idraka daha yaxın metodlardır; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə