Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
25 
sürülür. Daha sonra bu hipotezlərin ardıcıl yoxlanması ilə problemli məsələlər 
həll edilir. 
Problemin  həllinin  düzgünlüyünün  yoxlanmasına  məqsədin  qoyuluşu, 
məsələnin  şərtləri  və  alınmış  nəticələr  daxildir.  Bu  zaman  problemin  axtarış 
yolunun analizi böyük məna kəsb edir.Yəni geri qayıdıb, bir də baxmaq lazım 
gəlir  ki,  bəlkə  problemin  daha  dəqiq  və  aydın  formalaşdırılması  mümkündür. 
Burada  ən  əsas  cəhət  səhvlərin  analizinin  aparılması  və  düzgün  olmayan 
fərziyyə  və  hipotezlərin  məna  və  səbəblərini  aydınlaşdırmaqdır.  Bütün  bunlar 
təkcə  konkret  bir  problemin  həllinin  doğruluğunu  yoxlamaq  deyil,  həm  də 
tələbələrin  qiymətli  təcrübə  və  bilik  əldə  etmələri  üçündür.  Bu  deyilənlərdən 
aydın olur ki, peşəyönümlü tədqiqat məsələlərinin universal həll sxemi yoxdur.  
Mövzuya  aid  ədəbiyyatların  öyrənilməsi  nəticəsində  peşəyönümlü 
tədqiqat  məsələlərinin  İKT  -dən  istifadə  etməklə  həllinin  ümumi  sxemini 
aşağıdakı kimi təsvir etmək olar: 
1.Məsələnin seçilməsi. 
2.Məsələnin şərtinin riyazi dildə təsviri. 
3.Riyazi və ixtisas biliklərinin inteqrasiyası. 
4.Refleksiv nəzarət,hipotezin irəli sürülməsi. 
5.İrəli sürülmüş hipotezlərin yoxlanması üçün İKT-nin imkanlarının 
analizi. 
6.Riyazi modelin qurulmasıvə onun İKT-dən istifadə etməklə tədqiqi. 
7.Fikirdə yerinə yetirilmiş əməliyyatların refleksiv analizi. 
8.Alınmış nəticələrin interpretasiyası və onların peşə sahəsinə tətbiqi. 
9.Alınmış nəticələrin real şərtlərə adekvatlığının qiymətləri. 
10.Gözlənilən nəticənin alınıb-alınmaması. 
Beləliklə,  peşəyönümlü  tədqiqat  məsələlərinin  həlli  prosesini  üç 
aləmdəfəaliyyət kimi təsvir etmək olar:  
-
 
abastraktaləmdə riyazi bilklərlə təsvir; 
-
 
subyektin hissi (şəxsi)aləmində; 
-
 
real  aləmdə.  Bu  aləmdə  informasiya  mühitinə  həm  ixtisas  bilikləri  və 
həm də İKT daxildir. 
Buradan belə nəticəyə gəlmək olar ki, məsələyə təkcə tələbənin koqnitiv 
təcrübənin  mənimsənilməsi  kimi  deyil,  həm  də  emosionalqiymətli  təcrübənin 
də əldə oluması, həmçinin tədqiqat fəaliyyəti kimi də baxmaq lazımdır.Belə ki, 
əgər  məsələnin  həlli zamanı tələbə  şəxsiyyət kimi özünü göstərirsə, onda belə 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
26 
məsələ şəxsiyyəti inkişafetdirici funksiyaya malik olmalıdır. Bu tip məsələlərin 
həlli  zamanı  tələbəməsələnin  həll  üsulunun  seçilməsinə  səy  göstərməli  və  bu 
həll  üçün  məsuliyyəti  öz  üzərinə  götürməli;həllin  nəticəsini  qiymətləndirməli; 
tədqiqat  məsələlərinin  həllinə  motivasiyasını  dəyişdirməli  və  bunun  əsasında 
özündə  kompetentlik  hissləri  formalaşdırmalı;  tədris  prosesində  çətinlikləri  və 
maneələri kompetent və optimal  surətdə aradan qaldırmağa  hazır olmalı;  peşə 
fəaliyyəti sferasında məzmunlu və icraedici sərbəstliyə yiyələnməlidir. 
 
 
İstifadə olunan ədəbiyyat
1.
 
“Azərbaycan  Respublikasının  inkişafı  naminə  informasiya  və  kommunikasiya 
texnologiyaları 
üzrə 
Milli 
Strategiya 
(2003-2012-ci 
illər) 
// 
http://www.nicts.az: 8101- /azeri/index_az.html. 
2.
 
Qəndilov  R.T.,  Əliyev  A.F.  Təhsildə  yeni  informasiya  və  kommunikasiya  tex-
nologiyaları:  problemlər,  prioritetlər  //  Azərbaycan  Respublikası  Təhsil 
Problemləri İnstitutunun elmi əsərləri, 2003, №1, s. 59-61. 
3.
 
Quliyev  A.  Təlimin  komputerləşdirilməsinin  psixoloji  problemləri  //  Azərbay-
can məktəbi, 1997, №2, s. 47-53. 
4.
 
Mahmudov V.H. Təhsildə informasiya və kommunikasiya texnologiyalarından 
istifadə // Təhsil, mədəniyyət, incəsənət, 2004, №2, s.16-19. 
5.
 
Pələngov Ə.Q., Bəşirova Q.İ. İnformasiya və telekommunikasiya vasitələrindən 
istifadə  yolları  /  “İnformasiyalaşdırma,  kibernetika  və  informasiya  texnolo-
giyalarının  müasir  problemləri,.  Respublika  elmi  konfransının  əsərləri,  I  cild. 
Bakı: 2003, s. 86-88. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
27 
İnformasiya sisteminin arxitekturasi və ümumi strukturu 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Xankişiyeva Nərmin Mahir qızı  
Magistrant 
 
 
Резюме 
К статье на тему «Архитектура и общая структура информационных 
систем»  
-
 
В данной статье были затронуты следующие вопросы: 
-
 
под системы информационных систем; 
-
 
техническое обеспечение информационной системы; 
-
 
математическое  и  техническое  обеспечение  информационной 
системы; 
-
 
организационное обеспечение информационной системы; 
-
 
информационное обеспечение информационной системы; 
 
 
Abstract 
K article titled "Architecture and the general structure of information systems" 
In this article, the following questions were raised: 
-
 
Under the system of information systems; 
-
 
Technical maintenance of the information system; 
-
 
Mathematical and technical support of information systems; 
-
 
Organizational support for information systems; 
-
 
Information support information system; 
 
Ключевые  слова:  Информатика,  компьютер,    автоматизированный, 
технология, система. 
Key words: Information science, computer, automated, technology, system. 
 
Ənənəvi  təlim  sisteminin  ən  mürəkkəb  problemlərindən  biri  istifadə 
olunan  pedaqoji  texnologiyaların  konservatizmi,qeyri-çevik  olmasıdır.Müasir 
informasiya–  kommunikasiya  dövründə  elmin  müxtəlif  sahələrində  toplanmış 
bilik  kütləsi  elə  sürətlə  artır  ki,  təlimin  ənənəvi  sxem  və  prinsiplərinə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə