Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
28 
əsaslanaraq  onları  həm  öyrənənə  çatdırmaq,həm  də  mənimsətmək,  əslində 
qeyri-mümkün  işə  çevrilir.  Əgər  əvvəllər  bilikləri  əldə  etmək  üçün  şagirdi  iki 
əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə,bu gün həmin mənbələr 
çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur.  
Bu  səbəbdən  müasir  təlimin  başlıca  vəzifələrindən  biri  öyrənməyi 
öyrətməkdir.Yalnız  təlim  metodlarının  keyfiyyətcə  dəyişdirilməsi  böyük 
səmərə  verə  bilər.Bu  tələblərin  nəzərə  alınması  yeni  biliklərə  müstəqil 
yiyələnmə  üsullarını  özündə  birləşdirən  fəal  təlim  texnologiyalarına  üstünlük 
verməyi tamamilə zəruri edir. 
Miqyasından,  informasiya  resurslarının  xarakterindən  və  tətbiq 
sahəsindən 
asılı 
olmayaraq 
istənilən 
tip 
informasiya 
sisteminin 
ümumiləşdirilmiş  strukturunu təsvir etmək olar.  Göründüyü kimi,  informasiya 
sistemi altsistem adlanan bir neçə hissədən ibarətdir. 
Altsistem ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir. 
Altsistemlər  informasiya sisteminin  bütövlükdə  fəaliyyətinin təmin  edilməsinə 
xitmət  edirlər.  Odur  ki,  onlara  təminedici  altsistemlər  deyilir.  Həmin 
altsistemlərə  texniki,  riyazi,  proqram,  informasiya, təşkilati  və  hüquqi  təminat 
altsistemləri aiddir. 
 Texniki təminat 
Texniki təminat –informasiya sisteminin işləməsinə xidmət edən texniki 
vasitələr  kompleksindən  və  həmçinin  həmin  vasitələr  və  texnoloji  proseslər 
üçün  uyğun  sənədlərdən  ibarətdir.  Texniki  vasitələr  kompleksinə  aşağıdakılar 
daxildir. 
-
 
hər hansı modelə aid kompüterlər; 
-
 
informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və əks 
etdirilməsi ücün qurğular; 
-
 
kommunikasıya  vasitələri  (informasiyanı  ötürən  və  qəbul  edən 
qurğular və rabitə kanalları); 
-
 
təşkilati-texniki vasitələr və s. 
Sənədlərdə  texniki  vasitələrin  ilkin  seçimi,  onların  istismarının  təşkili, 
verilənlərin emalının texnologiyası, texnoloji təchizat kimi məsələlər öz əksini 
tapır. Sənədləri şərti olaraq 3 qrupa bölmək olar: 
-
 
texniki  təminata  aid  dövlət  və  sahə  standartlarını  əhatə  edən 
ümumsistem sənədləri; 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
29 
-
 
texniki  təminatın  həyata  keçirilməsinin  bütün  mərhələlərinə  aid 
metodikanı əhatə edən xüsusi sənədlər; 
-
 
texniki  təminata  aid  həsabatların  aparılmasında  istifadə  olunan 
normativ arayış sənədləri. 
Texniki  təminatın  təşkilində  əsasən  2  formadan  istifadə  olunur: 
mərkəzləşdirilmiş və qismən və ya tam mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş 
texniki  təminat  böyük  kompüterlərdən  və  hesablama  mərkəzlərindən  istifadə 
olunmasına  əsaslanır.  Mərkəzləşdirilməmiş  texniki  təminatda  isə  funksional 
altsistemlərin  bilavasitə  istifadəçilərin  iş  yərlərində  quraşdırılmış  fərdi 
kompüterlərdə reallaşdırılması nəzərdə tutulur. 
Riyazi və proqram təminatı 
Riyazi  və  proqram  təminatı  İS-in  məqsədlərini  və  vəzifələrini 
reallaşdırmaq,  həmcinin  texniki  vasitələr  kompleksinin  normal  fəaliyyətini 
təmin  etmək  ücün  riyazi  metodlar,  modellər,  alqoritmlər  və  proqramlar 
toplusudur. 
Riyazi təminat vasitələrinə aşağıdakılar aiddir: 
-
 
idarəetmə  və  informasiya  proseslərinin  modelləşdirilməsi 
vasitələri; 
-
 
tipik idarəetmə məsələləri; 
-
 
riyazi  proqramlaşdırma,  riyazi  statistika,  kütləvi  xidmət, 
coxluqlar və qəyri-səlis coxluqlar nəzəriyyələri və s. 
Proqram  təminatına  ümumsistem  və  xüsusi  proqram  vasitələri  və 
həmcinin proqram sənədləri aiddir. 
Ümumsistem  proqram  təminatı  kompüterin  və  əməliyyat  sisteminin 
funksional  imkanlarını  artıran,  verilənlərin  emalı  prosesinin  idarə  edilməsi  və 
nəzarət funksiyalarını yərinə yətirən, informasiyanın təhlükəsizliyini təmin edən 
və s. proqramlar kompleksindən ibarətdir. 
Xüsusi proqram təminatı konkret informasiya sisteminin reallaşdırılması 
üçün proqramlar kompleksindən ibarətdir. 
Proqram  sənədlərində  həll  olunan  məsələlərin  təsviri,  alqoritmləşdirmə 
üçün  tapşırıqlar,məsələlərin  iqtisadi-riyazi  modəlləri,  ayrı-ayrı  proqram 
komponentlərinin  funksiyaları  və  xarakteristikaları,  onlarla  işləmək  ücün 
təlimatlar və s. əks olunur. 
İnformasiya təminatı 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
30 
 İnformasiya  təminatı  altsisteminin  vəzifəsi  sistemi  vaxtında  və  lazımi 
informasiya  ilə  təmin  etməkdir.  Bu  altsistem  informasiyanın  qəbul  olunmuş 
üsullarla  təsnifatı  və  kodlaşdırılması,  sənədləşdirmənin  unifikasiya  edilməsi, 
müəssisədə  dövr  edən  informasiya  axınlarına  uyğun  sxemlər  və  verilənlər 
bazalarının qurulma metodologiyası əsasında yaradılır. 
 Sənədləşdirmənin  vahid  formada  aparılması  dövlət,  sahə  və  bölgələr 
səviyyələrində  nəzərdə  tutulur.  Burada  əsas  məqsəd  istehsalatın  müxtəlif 
sahələrindəki  göstəricilərin  müqayisəsinin  uyğunlaşdırılmasıdır.  Aşağıdakı 
tələblərə görə standartlar qəbul olunmuşdur: 
-
 
sənədləşdirmə vahid sistemlə aparılmalıdır; 
-
 
idarəetmənin  müxtəlif  səviyyələrindəki  sənədlər  vahid  formalarla 
tərtib edilməlidir; 
-
 
rekvizitlərin və göstəricilərin strukturu və tərkibi standartlara uyğun 
olmalıdır; 
-
 
sənədlərin  vahid  formalarının  hazırlanması,  qeydiyyatı  və  tətbiqi 
qaydaları standarta uyğun olmalıdır. 
Sənədləşdirmənin  vahid  sisteminin  olmasına  baxmayaraq,  əksər 
təşkilatları araşdıranda bir sıra tipik çatışmazlıqlar rast gəlir, məsələn: 
-
 
əllə emal olunan sənədlərin coxluğu; 
-
 
müxtəlif sənədlərdə əyni göstəricilərin təz-təz təkrarlanması; 
-
 
coxlu  sayda  sənədlərlə  işləmək  mütəxəsislərə  daha  vacib 
məsələlərin həllinə mane olur; 
-
 
işlənib  hazırlanan,  lakin  istifadə  olunmayan  göstəricilərə  rast 
gəlinir. 
İnformasiya 
təminatının 
əsas 
vəzifələrindən 
biri 
göstərilən 
çatışmazlıqların aradan qaldırılmasıdır.  
Verilənlər  bazalarının  qurulma  mətodologiyası
 
verilənlər  bazalarının 
layihələndirilməsinin  nəzəri  əsaslarına  söykənir.  Bu  mətodologiyaya  görə 
verilənlər  bazasının  layihələndirilməsi  «yuxarıdan-aşağıya»  prinsipi  əsasında 
ardıcıl iterasiya ilə yerinə yetirilən  mərhələlərlə aparılır. İlkin mərhələdə tətbiq 
sahəsinin informasiya baxımından araşdırılması nəticəsində verilənlər bazasına 
qoyulan  tələblər  müəyyənləşdirilir  və  təhlil  olunur.  Sonra  tətbiq  sahəsinin 
informasiya-məntiq  (infoloji)  modeli  yaradılır,  daha  sonra  verilənlər  bazasının 
idarəetmə sistemi seçilir və s.  
Təşkilati təminat 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə