Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
40 
cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 
növü sürünənlərdən ( 5 növ zəhərli ilan), 11 növü suda-quruda yaşayanlardan, 
357  növü  quşlardan,  qalanı  onurğasız  heyvanlardan  ibarətdir.  Həşəratların  12 
min növü yayılmışdır. Kür-Araz ovalığında və dəniz səviyyəsindən 500-600 m 
hündürlüyə  qədər  sahələrdə  (yarımsəhra  və  quru  çöllərdə)  quraqlıq 
heyvanlarından  dövşan,  tülkü,  çaqqal,  cəld  kərtənkələ,  qırmızıquyruq  qum 
siçanı,  Kiçik  Asiya  qum  siçanı,  ərəb  dövşanı,  quru  tısbağası,  gürzə,  koramal, 
çöl  siçanı  və  s.-ə  rast  gəlmək  olar.  Qamışlıqlarda  və  sahil  zonalarında  çöl 
donuzu,  qamışlıq  pişiyi,  çaqqal,  su  siçovulu,  su  ilanı,  bataqlıq  qunduzu, 
quşlardan vağ, soltan toyuğu, turac, qızılqaz, kəklik, ördək, qaşqaldaq yaşayır. 
Respublikanın  ərazisindən  axan  çaylarda  çəki,  çapaq,  ilan  balığı,  sıf,  xəşəm, 
naxa və bobla kimi balıq növləri vardır. 
Tuğay  meşələrində  heyvanat  aləmi  çöl  donuzu,  dovşan,  tülkü,  çaqqal, 
porsuq, kirpi, ilan, kərtənkələdən ibarətdir. Bu ərazilərdə bayquş, ağacdələn, qu-
qu  quşu,  qaratoyuq  və  s.  quşlar  məskən  salır.  Ölkənin  digər  düzənlik 
meşələrində və dağətəyi kolluqlarda həmçinin ayı, cüyür, vaşaq, sincab, maral, 
vəhşi pişik, yenot, sağsağan, sarıköynək, ağacdələn yaşayır. 
 
Meşələr heyvanlar aləmi ilə ən zəngin ərazilərdir. Burada maral, qonur 
ayı, dağ keçisi, qarapaça, bəbir, dələ, vaşaq, meşə pişiyi, köpkər, porsuq, sincab, 
oxlu  kirpi,  çöl  donuzu  vardır.  Meşələrdə  ağacdələn,  kəklik,  turac,  qaraleylək, 
qartal,  bülbül,  Qafqaz  tetrası,  Zaqafqaziya  qırqovulu  kimi  quşlara  və  s. 
heyvanlara rast gəlinir. 
Yüksək dağ çəmənlikləri və qayalıqlar dövşan, tülkü, dağ keçisi, bəbir, 
qar  çiçanı,  qarapaça,  canavar,  çaqqal,  Xəzər  uları,  Qafqaz  uları,  kərkəs  üçün 
yaşayış  yeridir.  Bu  ərazilərdə  quşlardan  toğlugötürən,  göyərçin,  kəklik, 
bildirçin,  alacəhrə,  sürünənlərdən  gürzə,  kələz,  quru  qurbağasına  rast  gəlinir. 
Xəzər  dənizinin  sahil  rayonlarında,  adalarda  və  şirin  sulu  göllərdə  çoxlu 
miqdarda köçəri və daimi yaşayan quşlara rast gəlinir. 
Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq 
ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helmintlər), 300 növdən 
artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 
311  növ  molyusklar,  101  növ  və  yarımnöv  balıqlar,  10  növ  suda-quruda 
yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər (o cümlədən 
13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ 
yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. 
Azərbaycanda  363  quş  növü  qeydə  alınsa  da,  həqiqətdə  onların  sayı 
daha  çoxdur.  Belə  ki,  bu  günədək  mövcud  bütün  növlər  hələlik  müəyyən 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
41 
edilməyib.  Bu  da  ilk  növbədə  miqrasiya  edən  və  ötüb  keçən  növlərə  aiddir. 
Bundan  başqa  bir  çox  növlər  ölkə  ərazisinə  gələrək  öz  areallarını 
genişləndirməkdə  davam  edir.  məsələn,  kiçik  və  halqalı  qur-qur  quşu  kimi. 
Azərbaycanda  qeydə  alınan  növlər  17  dəstə  və  60  fəsiləyə  mənsubdurlar. 
Bunların 40%-i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 
27%-i  qışlayan  və  10%-dən  çoxu  köç  vaxtı  qeydə  alınan  növlərdir. 
Azərbaycanın  ornitofaunası-xüsusilə  də  su-bataqlıq  quşlarının  növ  tərkibi  və 
ekoloji qrupları da zəngindir.  
Azərbaycan  ornitofaunasından  36  növ  quş  Azərbaycan  “Qırmızı 
Kitabı”na, 23 növ Dünya “Qırmızı Kitabı”na daxil edilib. Azərbaycanda quşlar 
üçün  əsas  təhlükə  yaşayış  yerlərinin  azalması  (meşələrin  qırılması,  su 
sahələrinin  qurudulması,  əkinlərin  genişləndirilməsi,  quşların  qanunsuz  ov 
edilməsi,  adalardakı  yuvalama  düşərgələrindən  yumurtaların  yığılması, 
narahatçılır amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə 
getməsi,  istirahəti  və  s)  neft  çıxarılması  və  daşınması,  elektrik  xətləri  və 
başqalarıdır.  Quşların,  ilk  növbədə  su-bataqlıq  quşlarının  qorunması  üçün 
Qızılağac  və  Ağgöl  qoruqları  təşkil  edilib  ki,  burada  500  mindən  çox  quş 
qışlayır.  
Azərbaycanın  zəngin  faunasının  qorunması  daima  ölkə  rəhbərliyi 
tərəfindən  diqqətdə  saxlanılıb.  Bu  səbəbdəndir  ki,  respublkikamızda  nadir  və 
nəsil  kəsilməkdə  olan  faunanümunələrinin  qorunub  saxlanılması  məqsədi  ilə 
qoruq, yasaqlıq və Milli parklar yaradılır, onların əraziləri genişləndirilir.Bütün 
dünyada olduğu kimi Azərbaycanda da nəsli kəsilən və kəsilməkdə olan fauna 
növlərinin  adı  “Qırmızı  Kitab”a  salınır.  Bu  kitab  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi 
dövlət sənədidir. Respublikanın  bütün ərazisində, o cümlədən Xəzər dənizinin 
Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin 
vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks 
etdirir. “Qırmızı kitab”a 108 növ heyvan-məməlilərin 14, quşların 36, balıqların 
5,  amfibiya  və  reptiliyaların  13,  həşəratların  40  növ  və  yarımnövləri  daxil 
edilib. 
Bioloji  növ  müxtəlifliyinin  əsas  səbəbi  regionun  geoloji  tarixi  və 
müxtəlif  iqlim  şəraitinin  olmasıdır.  Bəs  Azərbaycan  faunası  biologiya 
dərsliklərində öz əksini necə tapır? Bu suala cavab vermək üçün köhnə və yeni 
biologiya dərsliklərinə göz gəzdirmək lazımdır. Bildiyimiz kimi yeni biologiya 
dərslikləri  kurikulum  proqramı  əsasında  yazılmış  və  interaktiv  təlim 
metodlarının  tətbiqi  ilə    öyrədilir.  Bu  vaxt  ortaya  belə  bir  sual  çıxır:Bu  üsul 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə