Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
42 
şagird  və  müəllimləri  qane  edirmi?  Daha  dəqiq  desək  bu  üsul  vasitəsi  ilə 
tədrisin  təşkilində  Azərbaycan  faunasının  öyrədilməsi  öz  əksini  tapırmı?  Bu 
suala cavab  vermək üçün aşağıdakılara  nəzər  yetirək. Əvvəlcə onu qeyd  edək 
ki, nə yeni nə də köhnə biologiya dərsliklərində Azərbaycan faunasına aid heç 
bir  parazit  adı  çəkilməyib.  Parazitlərin  hansı  mühitdə  yaşadığı  qeyd  edilib  və 
hansı  ölkədə  daha  çox  yayıldığı  verilməyib.  İndisə  daha  ətraflı  müqayisə 
edək.Bildiyimiz  kimi  istifadə  edilən  biologiya  dərslikləri  2014-cü  ildə 
kurikulum  proqramı  əsasında  yenidən  işlənmiş  tərtib  edilmişdir.  Burada 
heyvanlar  aləminə  dair  biliklər  əsasən  7-ci  sinif  dərsliyində  verilsə  də,  uyğun 
mövzular üzrə 6-cı sinif dərsliyində də rast gəlinir. Tədrisin təşkili isə fəal təlim 
metodu  ilə  aparılır.  Biologiya  7-ci  sinif  dərsliyində  “Biomüxtəliflik.  Nadir  və 
nəsli  kəsilmək  təhlükəsi  olan  yerli  faunanın  mühafizəsi”  mövzusunda 
Azərbaycan  faunasının  öyrədilməsi  imkanları  daha  genişdir.  Bu  mövzuda 
biomüxtəlifliyin  saxlanması,  “Qırmızı  kitab”,  “Mühafizə  olunan  ərazilər” 
haqqında geniş biliklər verilir. 
Bu qayda olaraq, dərsliklərdə heyvanlar aləmi tiplər üzrə verilir. Köhnə 
dərsliklərdə volvoks haqqında-koloniya haqqında kürə şəkilli, 2 qamçı, 1 nüvə 
və  tək  xromotoforun  olması,  qamçıları  vasitəsi  ilə  diyirlənərək  hərəkət  etməsi 
və  adının  mənasının  da  burdan  götürüldüyü  qeyd  edilib.  Yeni  kitablarda  isə 
koloniya  halında  olduğu  və  yaşıl  evqelenadan  fərqli  olaraq  1  xloroplast  və  2 
qamçısı  olduğu  göstərilib.  Bundan  başqa  yeni  kitablarda  qamçılılar  sinfi 
haqqında  leyşmaniyalar,  triponosomlar,  lyambliyamlar  haqqında  heç  bir 
məlumat verilməyib. Bundan başqa ən qorxulu xəstəliklərdən sayılan malariya 
xəstəliyi  haqqında  ancaq  onu  törədən  parazitin  adı  qeyd  edilib.  İnsanın  ona 
yoluxma  halları  və  bu  xəstəlikdən  qorunma  halları  qeyd  edilməyib.  Köhnə 
dərsliklərdə  bu  mövzu  daha  ətraflı  qeyd  edilib.  Ancaq  nə  yeni  nə  də  köhnə 
dərsliklərdə bu xəstəliyin yayıldığı ərazilər qeyd olunmayıb. 
Molyuskalar tipi haqqında yeni dərsliklərdə çox qısa məlumatlar verilib. 
Ən əsası isə Molyuskalar tipinin əhəmiyyəti qeyd olunmayıb. 
Balıqlar haqqında köhnə kitablarda nə qədər növü olduğu göstərilməyib 
və  hansı  ərazidə  daha  çox  yayıldığı  qeyd  edilməyib.  Bununla  yanaşı  balıq 
növlərinin  istehsalatda  hansı  məqsəd  üçün  istifadə  edilməsi  qeyd  edilməyib. 
Bildiyimiz kimi  balıqlarda kürü tökmə  vaxtı  müxtəlifdir,  bu  bəhsdə  balıqların 
dəstələri  verildiyi  halda  bu  haqda  məlumat  yoxdur.  Bundan  başqa  “Qırmızı 
Kitab”a düşən balıqların adı çox az çəkilib  və  balıqların ekologiyası  haqqında 
heç  bir  məlumat  verilməmişdir.  Balıqların  qorunması  və  əhəmiyyəti  haqqında 
demək olar ki, heç bir məlumat yoxdur. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
43 
Suda-quruda  yaşayanlar  haqqında  köhnə  kitablarda  məlumat  çoxdur. 
Şagirdlərin daha çox əziyyət çəkdiyi bölmə çoxalma və inkişaf çox gözəl izah 
edilmişdir.  Yeni  dəsliklərdə  bu  o  qədər  də  mükəmməl  verilməyib.  İnkişaf 
haqqında iki cümlə ilə kifayətləniblər. Bundan başqa suda-quruda yaşayanların 
müxtəlifliyi  haqqında  qısa  məlumatlarla  yanaşı  onların  hansı  ərazilərdə 
yayıldığı qeydə alınmayıb. Onların əhəmiyyəti haqqında məlumatlar şagirdləri 
qane  etmir.  Suda-quruda  yaşayanların  qorunması  qeyd  edilməyib,  ölçüsü  belə 
verilməmişdir.  Çoxalma  və  inkişaf  haqqında  da  az  məlumat  verilib. 
Azərbaycanda neçə növ kərtənkələnin yaşadığı yumurta-bala doğanlar haqqında 
heç  bir  məlumat  yoxdur.  Sürünənlərin  beş  dəstəsi  haqqında  verilən 
məlumatlarda  onların  yaşadığı  ərazilər,  onların  əmələ  gəlmə  tarixi,  onları 
qorumaq  üçün  görülən  tədbirlər  haqqında  heç  bir  məlumat  yoxdur.  Bundan 
başqa  qədim  sürünənlərin  nəslinin  kəsilmə  səbəbləri  haqqında  heç  bir  qeyd 
yoxdur. Tipə daxil edilən siniflər haqqında məlumatlar çox azdır.  
Quşlar  haqqında  məlumatlar  yeni  kitablarda  çox  azdır.  Lələr  örtüyü 
haqqında ancaq lələklərin adı qeyd olunub, onların əhəmiyyəti qeyd edilməyib. 
Həmçinin  çoxalma  və  inkişaf  haqqında  sağ  yumurtalığın  ixtisar  olunma 
səbəbləri  qeydə  alınmamışdır.  Bundan  başqa  quşların  təkamülü  haqqında  heç 
bir  məlumat  verilməyib.  Quşların  müxtəlifliyi,  yayıldığı  ərazilər,  əhəmiyyəti, 
yaşadığı  mühit,  nəsli  kəsilmək  üzrə  olan  quşlar,  onların  qorunma 
yollarıgöstərilməyb. Ancaq köhnə dərsliklərdə bunlar haqqında geniş məlumat 
verilmişdir.  Məsələn,  dəvəquşukimilər  və  emokimilər  Afrikada,  İranda, 
Ukraynada,  Monqolustanda,  Çində  tapılır.  Qutanlar  və  leyləkkimilərin 
Azərbaycanda  yayılmış  növləri  vardır.  Azərbaycanda  çəhrayı  və  qıvrımleylək 
qutana rast gəlinir və adları “Qırmızı kitab”a daxil edilmişdir. Bundan başqa iri 
və  kiçik  qarabataq  növü-iri  qarabataq  Xəzər  dənizinin  bəzi  adalarında,  kiçik 
qarabataq  Qızılağac  körfəzində,  Ağgöl  və  Varvara  su  anbarı  ətrafında  rast 
gəlinir.  Flaminqokimilər  Azərbaycanda  Qızılağac  qoruğunda  nəsil  verir. 
Qazkimilər  isə  Azərbaycanda  qışda  daha  çox  olur.  Qızılağac  və  Ağgöl 
qoruqlarında  geniş  yayılmışdır.  Qızılquşkimilərin  Azərbaycanda  36  növü 
yayılıb. Toyuqkimilərin  isə  Avstraliyada,  Qafqaz dağlarında  və  Azərbaycanda 
yayılan  növlər  var.  Bəzi  növləri  “Qırmızı  kitab”a  düşüb.  Durnakimilərin 
Azərbaycanda  3  növü  geniş  yayılmışdır.  Ancaq  onlardan  da  “Qırmızı  kitab”a 
düşən nümayəndələri vardır. Göyərçinkimilər, ağacdələnkimilər və sərçəkimilər 
əsasən Azərbaycanda, Afrikada, Cənubi Asiyada, Antraktidada yaşayan növləri 
vardır. Göyərçinkimilərin bəzi nümayəndələri “Qırmızı kitab”a daxil edilib. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə