Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
44 
 
Məməlilər  haqqında da  yeni dərsliklərdə  məlumatlar çox azdır. Burada 
məməlilərin  insan  həyatında  rolu,  əhəmiyyəti,  məməlilərin  müxtəlifliyi, 
yayılması  növləri  yaşadığı  mühit  haqqında  məlumatlar  demək  olar  ki, 
verilməyib.Köhnə, dərsliklərdə isə əksinə yaranma tarixindən bu günə qədər hər 
şey  qeyd  edilib.  Məsələn,  Kisəli  məməlilər  və  ilk  məməlilər-kisəli  məməlilər 
Avstraliyada  geniş  yayılmışdır.  İlk  məməlilər  Avstraliya  və  Yeni  Qvineyada 
yayılıb.  Ali  məməlilər  isə  17  dəstə  və  5000-ə  qədər  növü  qeydə  alınıb. 
Azərbaycanda 7 dəstə, 97 növ yaşayır.Cücüyeyən məməlilərdən Azərbaycanda 
adi  və  yekə  qulaq  kirpi  geniş  yayılmışdır.  Onların  yalnız  3  növü  “Qırmızı 
kitab”a  daxil  edilmişdir.Promakimilər  Asiya,  Afrika,  Amerikanın  tropik  və 
subtropik  ərazilərində  yaşayır.  Dovşankimilərdən  Azərbaycanda  boz  dovşan, 
Xəzər dənizi adalarında isə ada dovşanları yaşayır. 
Azərbaycanda siçankimilərin çoxlu növləri yayılmışdır. Demək olar ki, 
siçankimilər yer kürəsinin hər yerində yaşayırlar. Antraktidada leminqlər, tayqa 
zonasında  çöl  siçanları,  sincablar  enliyarpaq  meşələrdə  süleysin,  səhrada  qum 
siçanı, ərəbdovşanı və s. rast gəlinir. Sincablar və qunduzlar Cənubi Amerika və 
Azərbaycanda geniş yayılmışdır. 
Balinakimilərin  və  suitikimilərin  bəzi  növləri  Xəzər  dənizində  yaşayır 
və  adı  “Qırmızı  kitab”a  daxil  edilmişdir.  Yırtıcı  məməlilərdən  ağ  ayı  şimal 
buzlu okeanda, boz ayı isə meşələrdə yaşayır. Pişiklər fəsiləsinin nümayəndələri 
Azərbaycanda  yaşayır  və  yalnız  şir  və  hepardın  nəsli  kəsilmişdir.  Avropa  və 
Asiyada isə yırtıcı məməlilərin 20 növünün boz ayı, zolaqlı kaftar, çöl pişiyi və 
s.  adı  “Qırmızı  kitab”a  düşmüşdür.  Xortumlukimilər  isə  Asiyada,  Afrikada 
yayılmışdır. 
Tək və cütdırnaqlılardan Azərbaycan faunasına maral və cüyür daxildir. 
Maral  hal-hazırda  böyük  Qafqaz  dağlarının  İsmayıllıdan  Balakənə  qədər 
ərazidə  yayılıb. Cüyür Azərbaycanın dağ  meşələrində  yayılmışdır. Xallı  maral 
isə  Lənkəran  meşələrində  yayılıb.  Ceyran  və  Şirvan  qoruğunda 
məskunlaşmışdır. Qoruq və yasaqlıqlar haqqında bunları deyə bilərik. Zaqatala 
qoruğunda nəcib maral, cüyür, tur və s. yayılmışdır. Şirvan qoruğunda 200 baş 
ceyran  vardır.  Laçın  yasaqlığı  dağ  keçisi,  çöl  donuzu,  cüyür  və  s.  qorunur. 
Ordubad yasaqlığında muflon, dağ keçisi, bəbir və s. qorunur. 
Yuxarıda  verdiyimiz  məlumatların  heç  biri  yeni  dəsliklərdə  öz  əksini 
tapmayıb.  Kurikulum  proqramı  əsasında  tərtib  olunan  dərsliklərdə  mövzuların 
qısadılması  şagirdlərin  mövzuların  mənimsəməsinə  mənfi  təsir  göstərir.  Ona 
görə ki, uyğun mövzularda tədrisi nəzərdə tutulan bir sıra məlumatlar tədqiqat 
tapşırıqları  şəklində  verilir  və  onların  yerinə  yetirilməsi  üçün  mənbələr 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
45 
göstərilir.  Bu  mənbələrin  bir  qismi  kiril  əlifbası  ilə,  bəziləri  xarici  dillərdə 
(ingilis, rus və s.) verildiyinə görə şagirdlər mövzunun tam mənimsənilməsində 
çətinlik  çəkirlər.  Eyni  zamanda  yerli  faunanın  öyrədilməsi  də  müəllimlərdən 
xüsusi  yanaşma  tərzi  tələb  edir.  Ona  görə  ki,  mövcud  dərsliklərdə  yerli  fauna 
haqqında  məlumatlar  epizodik  şəkildə  verilir  və  onların  öyrədilməsi 
müəllimlərə dərsdənkənar və sinifdənkənar məşğələlərdə mövcud imkanlardan 
səmərəli istifadə etmək zərurəti yaradır. 
Biologiyanın tədrisində Azərbaycan faunasının öyrədilməsində İKT-nin 
rolu da böyükdür. İKT-nin tətbiqi şagirdlərə yaşadığı ərazinin flora və faunasını 
öyrətməyə, müşahidə etməyə və biologiya müəllimlərinin rəhbərliyi ilə təbiətin 
kiçik tədqiqatçılarına çevrilməyə imkan yaradır. 
 Azərbaycan  faunasının  öyrədilməsi  üzrə  dərsliklərin  və  dərs 
vəsaitlərinin  imkanlarının  təhlili,  nadir  və  nəsli  kəsilməkdə  olan  növlərin 
qorunmasının  yolları,  biologiyanın  tədrisində  yerli  faunanın  fəal  təlim 
metodları  ilə  öyrədilməsi,  İKT-nin  tədrisin  təşkilində  tətbiqi  geniş    imkanlar 
yaradır. 
Dərslərin  müşaiyəti  üçün  elektron  didaktik  nümayiş  materialları  – 
özündə aparat vasitələrinin köməyilə nümayiş olunan və instrumental proqram 
vasitələrinin köməyilə hazırlanan,  mühazirələrin aparılması üçün olan elektron 
materialları təsvir edir.  
Elektron  didaktik  nümayiş  materialları  Respublikanın  bütün 
ərazisində,  o  cümlədən  Xəzər  dənizinin  Azərbaycan  Respublikasına  mənsub 
olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi 
tədbirləri haqqında məlumatları özündə əks etdirir.  
 
 
İstifadə olunan ədəbiyyat
1.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə 
təhsil proqramı (kurikulumu), (6-11-ci siniflər), Bakı, 2013. 
2.
 
Seyidli Y., Quliyev Q,  Əhmədbəyli X., Zoologiya, Ümumtəhsil məktəblərinin 7-
8-ci sinifləri üçün vəsait. Bakı nəşr 2012, 320 s. 
3.
 
Seyidli Y., Əhmədbəyli X., Əliyeva N. Biologiya-6. Ümumtəhsil məktəblərinin 
6-cı sinfi üçün dərslik. Bakı, 2013, 160 s. 
4.
 
Seyidli Y., Əhmədbəyli X., Əliyeva N. Biologiya-7. Ümumtəhsil məktəblərinin 
7-cı sinfi üçün dərslik. Bakı, 2014, 144  s. 
5.
 
İnternet resursları. 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə