Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
57 
Bu məzmun xətti sağlamlığı təmin edən və ona təhlükə törədən amillər 
barədə biliklərin əldə olunmasını, sağlam həyat tərzi, sağlamlıq və təhlükəsizlik 
arasında  üzvi  əlaqələrin  öyrənilməsini  təmin  edir.  Bununla  da  sağlamlıq 
anlayışı  yalnız  xəstəliyin  və  fiziki  çatışmazlığın  olmaması  kimi  yox,  həm  də 
fiziki, mənəvi və sosial rifahın əsası kimi dərk olunur. 
Müasir şəraitdə böhranlı hallardan çıxmaq üçün hər bir şagird fövqəladə 
və  təhlükəli  hadisələr  zamanı  düzgün  davranmağı, özünü  və  yaxınlarını  əməli 
olaraq mühafizə etməyi bacarmalıdır. Ona görə də bu məzmun xəttində diqqət 
yetirilən  əsas  məsələlərdən  biri  də  şagirdlərin  öz  həyat  və  fəaliyyətində 
təhlükəsizlik  məsələlərinin rolunu dərk etmələri,  bu problemlə üzləşdikdə onu 
şəxsi  və  cəmiyyət  mənafeləri  ilə  uzlaşdırmaqla  səmərəli  şəkildə  həll  edə 
bilmələridir.Bu məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir: 

 
Sağlam həyat tərzi; 

 
Həyat fəaliyyətinin təhlükəsizliyi; 

 
Fövqəladə hallarda mühafizə. 
Sağlam  həyat  tərzi  alt-xətti  üzrə  bilik  və  bacarıqlara  yiyələnməklə 
şagirdlər  sanitar,  gigiyenik  qaydalara  əməl  edən,  həyatın  bütün  nemətlərindən 
şüurlu surətdə bəhrələnən, hər cür zərərli vərdişlərdən (siqaret çəkmək, alkoqol 
və  narkotik  maddələrdən  istifadə)  uzaqlaşmağı,  lazım  gəldikdə  özünə  və 
yoldaşlarına  yardım  etməyi  bacaran  fərdlər  kimi  formalaşırlar.  Onlar  qida  ilə 
sağlamlıq arasındakı qarşılıqlı əlaqələri və qidaları seçmə zamanı düzgün qərar 
verməyi  öyrənirlər.  Reproduktiv  sağlamlığın  qorunması  yollarını  mənimsəyir, 
həm  öz  sağlamlıqları,  həm  də  gələcək  nəslin  sağlamlığı  üçün  məsuliyyəti  öz 
üzərlərinə götürmə bacarıqlarına yiyələnirlər. 
Şagirdlər  müxtəlif  parazitar  infeksion  və  digər  yoluxucu  xəstəliklərdən 
qorunma  vərdişləri  qazanır,  insanda  ümmunodefisit  virusu  (İİV)  vasitəsilə 
törənən  QİÇS  (qazanılmış  immun  çatışmazlığl  sindromu)  xəstəliyi  barədə 
bilgilər alır, ondan qorunma yollarını öyrənirlər. 
Həyat  fəaliyyətinin  təhlükəsizliyi  alt-xətti  vasitəsilə  şagirdlər  evdə, 
küçədə, məktəbdə, ictimai yerlərdə, çöldə təhlükəsiz davranış qaydaları barədə 
bilgilər  qazanır,  hər  cür  təhlükədən  və  xoşagəlməz  hallardan  qorunma 
bacarığına  yiyələnirlər.  Konfliktlərin  həlli  texnikasına,  təhlükəli-hədələyici 
vəziyyətlərdən uzaqlaşma  yollarına, sağlam  münasibət qurma, qəzəbi  və stresi 
idarə etmə vərdişlərinə yiyələnirlər. 
  Onlar bütün növ minaların və partlamamış hərbi sursatların insan həyatı 
üçün  təhlükəsini  və  bu  təhlükə  ilə  üzləşdikdə  nə  etmək  lazım  olduğunu 
öyrənirlər. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
58 
Fövqəladə  hallarda  mühafizə  alt-xətti  vasitəsilə  şagirdlər  regionda 
(rayonda)  ən  çox  ehtimal  olunan,  yaxud  baş  verən  təbii  fəlakətlərin,  güclü 
istehsalat  qəzalarının 
səciyyəvi 
xüsusiyyətləri, 
habelə 
yaxınlıqdakı 
müəssisələrdə  işlədilən  təhlükəli  kimyəvi  maddələrin  növləri  və  zədələyici 
xassələri  barədə  bilgilərə  yiyələnir,  belə  qəzalar  və  fəlakətlər  zamanl  özünü 
qoruma,  mühafizə  vasitələrindən  istifadə  etmə  və  təhlükəli  yerlərdən 
köçürülənlərə  müəyyən  olunmuş  qaydalara  uyğun  davranmaq  bacarıqları 
qazanırlar.  
Fövqəladə şəraitdə, məsələn, zəhərlənmə, yanıq, donvurma, əzilmə, sınıq, 
qanaxma,  elektrik  zədələnmələri  və  s.  hallarda  ilk  tibbi  yardım  və  qarşılıqlı 
yardım  bacarıqlarına  yiyələnirlər. Məzmun  xəttinin ümumi  nəticələrinə aiddir. 
Şagird

 
Sağlam  həyat  tərzinin  insan  sağlamlığı  üçün  əhəmiyyətini 
qiymətləndirir,  gündəlik  həyatında  onun  qaydalarını  mənimsədiyini 
nümayiş edirir; 

 
Məişətdə  və  ictimai  yerlərdə  təhlükəsiz  davranış  qaydalarına  əməl 
etdiyini, hər cür təhlükədən və xoşagəlməz hallardan qoruna bildiyini 
nümayiş etdirir; 

 
Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı insan həyatı və 
sağlamlığı  üçün  yarana  biləcək təhlükəni  qiymətləndirir, tələb olunan 
davranış  qaydalarına  əməl  edir,  onların  nəticələrinin  aradan 
qaldırılmasında  fərdi şəkildə  və kollektivlə  birgə iştirak edir,  ilk tibbi 
yardım göstərir. (1. s.15, 16, 17). 
 
Biologiyanın  Həyat  bilgisi  ilə  əlaqəli  tədrisində  tibbi-gigiyenik 
anlayışların  öyrədilməsinin  səmərəli  yolları  araşdırılmış  və  aşağıdakılar 
müəyyən edilmişdir: 
1.
 
Həyat  bilgisi  fənninin  məzmunundan,  tibbi-gigiyenik  anlayışların 
biologiya dərslərinə gətirilməsi; 
2.
 
Dərsin  motivasiya  mərhələsində  Həyat  bilgisi  fənnində  keçilən  tibbi-
gigiyenik anlayışlara istinad edilməsi; 
3.
 
Dərsdə  tədqiqatın  aparılması  mərhələsində  tibbi-gigiyenik  anlayışlarla 
bağlı problemlərin həll edilməsi; 
4.
 
Dərsin  müzakirə  mərhələsində  həyat  bilgisi  fənnindən  keçilən  tibb 
istiqamətli mövzularla əlaqələrin yaradılması; 
5.
 
Dərsin  ümumiləşdirmə  hissəsində  həyat  bilgisi  üzrə  tibbi-gigiyenik 
məsələlərə istinad edilməsi; 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
59 
6.
 
Yaradıcı  tətbiqetmədə  həyat  bilgisinə  xas  olan  tibbi-gigiyenik 
məsələlərə dair praktik işlərlə əlaqələrin yaradılması; 
7.
 
Qrupların,  fərdin  bilik  və  bacarıqlarının  hər  iki  fənn  üzrə 
qiymətləndirilməsində  tibbi-gigiyenik  biliklər  üzrə  meyarların  və 
səviyyələrin müəyyən edilməsi. 
8.
 
Ev  tapşırıqlarının  verilməsində  Həyat  bilgisindən  öyrənilən  tibbi-
gigiyenik  məsələlərə  istinad  etməklə,  fərdin  yaradıcı  fəaliyyətinin, 
qabiliyyətinin, istedadının üzə çıxarılmasına şəraitin yaradılması və s. 
Biologiyanın tədrisinin  həyat bilgisi  fənni  ilə əlaqə  imkanları  müəyyən 
edilmiş  yolların  dərslərdə  istifadə  edilməsinin  səmərəliliyini  təsdiq  edir. 
Müəllimlər fənlər arasındakı əlaqə imkanlarını nəzərə alaraq göstərilmiş metod, 
forma  və  yollarından  istifadə  etməklə  təlimdə  yüksək  nailiyyətlər  əldə  edə 
bilərlər. Məxsusi olaraq, biologiyanin həyat bilgisi ilə əlaqəli tədrisində tibbi-
gigiyenik anlayişlarin öyrədilməsində elektron təlim vasitələrinin, elektron 
tədris  resurslarının,elektron  təlim  məlumat  resurslarının  tətbiqi  təlimdə 
yüksək naaliyyətlər əldə edilməsinə geniş imkanlar açılır. 
 Elektron  tədris  resursları-elektron  şəkildə  təqdim  olunan  vasitələri 
özündə təmsil edir və təlim prosesini təmin etmək üçün nəzərdə tutulur.  
Elektron  tədris  məhsulları  -  ənənəvi  tədris  prosesində  sərbəst  didaktik 
funksiya daşıyır, eyni zamanda elektron təhsil sisteminə inteqrasiya edir.  
Elektron təlim məlumat resurslarının aşağıdakı növləri var:  

 
Elektron təlim sistemi  

 
Müəllif mühazirə kurslarının elektron surəti  

 
Tapşırıqların,  testlərin,  tədris  metodik  vəsaitlərin,  laborator  işlərin, 
məlumat kitabçalarının elektron kolleksiyaları  

 
Dərsin gedişi üçün didaktik nümayiş elektron materiallar  

 
Tədris prosesinin təşkilində tənzimləyici sənədlər  

 
Komputer proqramları  
Biologiyanin  həyat  bilgisi  ilə  əlaqəli  tədrisində  tibbi-gigiyenik 
anlayişlarin  öyrədilməsində  elektron  təlim  vasitələrinin  Elektron  tədris 
resursları  Elektron  təlim  məlumat  resurslarının  tətbiqi  təlimdə  yüksək 
nailiyyətlər əldə etməyə geniş imkanlar açır. 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə