Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   2   3   4   5   6   7   8   9   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
5 
Azərbaycan  Respublikası  Prezidentinin    Sərəncamı  ilə  təsdiq  edilmiş 
“Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası” 
sənədində    də  elektron    dərslərin  təşkili,  təhsil    təyinatlı    elektron  resursların 
hazırlanması,    şagirdlərin  planşetlərlə    təchiz    edilməsi  kimi    məsələlər    öz  
əksini tapmışdır. Bu  məsələlərin  ölkəmizdə həlli  mobil təhsilin    yaradılmaslı 
və inkişafına  dəstək verə  bilər.  
Mobil  Təhsil  (MT)  təhsilin müasir  inkişafının yeni mərhələsidir. 
MT  çevik,  əlyetərli,  fərdi təhsili dəstəkləyən  texnologiyaların  köməyi 
ilə  həyata  keçirilir.    Öyrənənlərin    mobil  telefon      və  müxtəlif      mobil  
qurğulardan  kütləvi  istifadə  imkanlarından   təhsil məqsədləri  üçün  səmərəli  
istifadə    edilə  bilər.      Bu  amillər      Mobil    Təhsilin    dünyada    çox    geniş   
yayılmasına    səbəb      olmuşdur.    YUNESKO-nun    “Təhsil    hamı    üçün”   
proqramının    məqsədlərində    qeyd    edildiyi    kimi    MT    bütün  dünyada  
uşaqların,    gənclərin,    yaşlıların  inkişafına  dəstək  verən  keyfiyyətli    təhsil  
xidmətləri  təqdim  edə  bilər.  
Mobil Təhsilin mahiyyəti və əhatə dairəsi.  MT  mobil  texnologiyaların  
öyrədici    imkanlarına    əsaslanır.      Bu      metod   əsasən    konkret    (əvvəlcədən  
nəzərdə    tutulmuş)    məkanda    olmaq    imkanı  olmayan  öyrəncilərə    mümkün, 
əlyetərli    resuslardan    istifadə  edərək      öyrənmə      imkanı    yaradır.  Mobil  
təhsildən  təhsilin müxtəlif  pillələrində  istifadə edilə  bilər.  MT  öyrənənlərə    
şəraiti    asanlıqla    dəyişdirməyə,    eyni  zamanda    sanki  bir  neçə  təhsil 
müəssəsində  təhsil  almağa imkan verir.  MT  yeni  tip universitet  və  təlim  
metodlarının  yaradılmasını  nəzərdə tutur.  Çünki,  ənənəvi  sinif şəraitindəki  
dərsdə  qarşılıqlı  ünsiyyət  imkanları  məhduddur.   
MT    təhsil    paradiqmasını    dəyişir.    Bu  zaman    təhsilin    funksiyası   
məktəbdənkənar  mühitə  keçir,    mövcud  tədris  proqramlarının   qüsurlarının 
ləğvinə  yönəlir.    MT    təhsilin    həyat    və    praktik      fəaliyyətlə  
əlaqələndirilməsinə  xidmət  edir.  MT –in    məktəb,  universitet  və digərləri  
stationar  tipli  təhsil müəssəsi ilə əlaqəsi   azdır.   Bu  vəziyyət  ənənəvi  təhsil 
sistemi ilə  MT  arasında   ziddiyyət  yaradır.  Belə  ki,  ənənəvi  təhsil     tədris  
proqramı    və    şagirdlərin    fərdi    nailiyyətlərinə    əsaslandığı    halda,    MT  
şagirdlərin    təhsil    maraqlarına,    yaranan    müxtəlif        tələb  və  ehtiyaclara  
əsaslanır.   
MT qurğuları və  səbəkələri. 
MT  aşağıdakı   qurğular  vasitəsi ilə həyata keçirilir:  


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
6 
1.
 
Mobil  telefon.   
2.
 
Fərdi  audio qurğular (mp3, mp4  player).  
3.
 
Daşına bilən yüngül  fərdi kompüterlər  (məs.: planşet  tipli fərdi 
komputerlər, netbooklar, kiçik notebooklar).    
Belə    mobil    qurğuların    mütəmadi    olaraq    sayı  artmaqdadır.    Bura 
elektron  oyunlar,  rəqəmsal  diktafonlar,  elektron  kitab  və  lüğətlər,    həmçinin 
məhdud  imkanlı    (fiziki  qüsurlu)  şagirdlər    üçün  əlavə  vasitələr  daxildir.    Bu 
qurğular  çoxfunksiyalı    olub,    şifahi  nitqi,    audio,  video    materialların  
axtarışlarını,    səslənməsini,  oxunuşunu,    yazılışını,      hesablamaların  
aparılmasını,    müxtəlif    oyunları    və    digər    imkanları  dəstəkləyirlər.      MT  
məqsədləri  üçün  belə  qurğuların    seçilməsi  şagirdin yaşayışından, yerləşdiyi  
məkandan,    təlim  məqsədlərindən    v.s.      amillərdən  asılıdır.    Gənc  nəsl    və  
yeniyetmələr  mobil telefonlar  və fərdi  pleyerlərdən  istifadə edirlər.  Tələbələr  
isə  daha  çox    kompak    fərdi    kompyüterlərdən,    smartfonlardan,  
notebooklardan    istifadə  edirlər.    Bu  qurğuları    öz  aralarında    birləşdirən,    
İnternetə qoşan şəbəkə  imkanları da  vacibdir.   
Simsiz  birləşmə  imkan verir ki,  uşaqlar  hərəkətdə  olarkən belə   bir-
birləri  ilə   əlaqələrini  itirməsinlər.  GPS  (peyk naviqasiya  sistemi)  şagirdin  
yerini  dəqiqləşdirməyə  imkan  verir.    Bunun  vasitəsi  ilə      informasiya  
mübadiləsi  aparmaq  mümkündür.  
Tədris  metodikası  və  MT 
MT    xüsusi    kompüter    siniflərinin    yaradılmasini    tələb  etmir.  
Tələbələrin    online    tətbiqləri  ilə  təmin  edilməsində    müəllimlərə    əlavə  
imkanlar    yaradır.    Praktik    iş  şəraitində  şagird  bir  əli  ilə  hansisa  bir  iş  görə 
bilər,  digər əli ilə isə mobil  qurğu vasitəsi ilə informasiya  mübadiləsi  apara   
bilər.  MT   daha çox    “yüngül”    məzmunlu,  sadə  kontentlə  işləməyə  imkan 
verir,    məs.:    audio  materiallarla    işləməyə,    mətn  mübadiləsinə,      müxtəlif 
sorğularda  iştiraka,  təlim  konspektləri   ilə  tanış olmağa imkan verir. 
Dinamik siniflər. MT   yeni  rabitə vasitələri,  birgə iş   imkanları təqdim 
edir.  Həmçinin  sinif  və  sinifdənkənar    təlimi  əlaqələndirir,      şagird    evə  
gedərkən  yolda  və yaxud  dərsdə olarkən təhsil  ala bilər.  
 Qiyabiçi      tələbələrlə    əlaqə.      MT    Qiyabiçi    tələbələrə      informasiya  
mübadiləsi  etməyə,  onlara  suallar göndərməyə,  öz  yaşayış yerlərində olarkən  
yeni  vərdişlərin  formalaşmasına imkan yaradır.  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə