Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   2   3   4   5   6   7   8   9   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
7 
Şagird    bilik    (informasiya)    yaradıcısı  kimi.    Şagirdlər    məlumatları  
şərh,  müzakirə    və    mübadilə  edərkən,    müəllimin  rolu    tədricən    dəyişir,    o  
mütləq  informasiya  daşıyıcısı  rolundan    məsləhətçi    və  istiqamətləndirici   
roluna keçir.  Müəllim  yaradılan  informasiyanın  həmmüəllifi,   tərəfmüqabili   
olur,  şagirdlər  arasında  belə  müzakirələrin  nəticəsində    yeni,  aktual  pedaqoji  
resus yaranır. 
Yaddaş  üçün  qeydlər  .  Təlim    şəraitində    informasiyaların    qeydiyyatı  
və konspekləşdirilməsi asanlaşır.  Bu amil şagirdin dərsdə fəallığını  artırır.   Bu  
şagirdin dərsdə iştirakını,  müzakirələrdə  fəallığını  bir  fakt olaraq sübut edir, 
formal və qeyri-formal təlimi əlaqələndirir. 
 Fasiləsiz    təhsil.  Müəyyən    zamandan      sonra    şagirdlər  daha 
məsuliyyətli  olacaqlar.  Nəticədə    onların  fasiləsiz    təhsil  vərdişləri  inkişaf 
edəcək.    Bunun  əsas  mənbəyi  mobil  təhsil  vasitəsi  ilə  sosial  şəbəkələrə  
əlyetərlikdir.   Bu təlim  məqsədlərə  və  insanın  həyatboyu  karyera    inkişafına  
imkan  verəcək.   
Praktikada  bir  çox  təhsil  müəssisələri    öz  divarları    arasında    mobil  
telefondan    istifadəyə  imkan  vermir,    amma    proses    düz  qurularsa,      MT 
ideyalari    inkişaf  edərsə,    mobil  telefon  güclü    təlim  alətinə    çevrilə  bilər. 
Həmçinin    MT vasitəsi  ilə    təhsildə   ənənəvi     idarəetmə    sistemi  və    virtual 
təhsil sistemini əlaqələndirmək mümkündür. 
Təhsildə  mobil və naqilsiz  texnologiyaların üstünlükləri. 
Naqilsiz    və  simsiz  texnologiyaların  təhsildə    xeyli    üstünlükləri  var. 
Bunlar  aşağıdakılardır: 
1.
 
Şagirdlər    üçün  mövcud    olan  üstünlüklər.  Təhsildə    əlyetərliyin 
genişlənməsi,    bahalı    olmayan  texnologiyalardan    gündəlik  
istifadə. 
2.
 
Öz  ritmində  öyrənmək  imkanı.  Bu  fərdi  təlimə  imkan  yaradır.  Bu  
zaman  fərdi təhsildə   konfedensiallıq    (gizli,  sirli,  xəlvəti) təmin  
edilə    bilər,    halbuki    məktəb  kompüterlərindən  istifadə    zamanı  
konfedensiallıq  mümkün  deyil,    məlumatların  itməsi    və  ya  
yayılması  halları ola  bilər.  
3.
 
Ünsiyyətin    populyar      üsullarının    dəstəkləməsi.    Məs.:    Audio  
materiallara  və sosial  şəbəkələrə  mobil əlyetərlik   imkanı   yaranır,  
konkret  təlim ehtiyacları  təmin edilir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
8 
a)
 
Əlavə   resuslara müraciət edərək, məktəb proqramından  
kənar    əlavə    mövzulara  müraciət  edilə  bilər,  müəyyən  
idrakı  maraqlar    təmin  edilə    bilər.    Bu    imkan    əsasən 
pulsuz öyrədici resuslar  vasiətəsi ilə həyata keçirilə bilər. 
b)
 
Kompakt    fərdi    kompüterlərdən    istifadə.    Bu  zaman 
təlimdə    rəqabət    şəraitinin    yüksəlməsinə,    mühüm  
həyati    bilik  və  bacarıqların      əldə    edilməsinə,    iş 
metodlarının təkmilləşdirilməsinə  imkan yaranır. Belə ki,  
kompakt  fərdi  kompüterlər  müasir  işgüzar  mühitin və 
tədrisin mühüm alətinə çevrilir. 
4.
 
Ünsiyyətin dəstəklənməsi. 
a)
 
Təlim  prosesindəki  təəssuratların  operativ olaraq  tələbə  
yoldaşları ilə bölüşmək imkanı. 
b)
 
Təlimdə    mümkün    problemərin    diaqnostikası  və 
qiymətləndirilməsi. 
c)
 
Risk  qrupunda  olan  şagirdlərin  psixoloji  dəstəklənməsi.  
Bu  sosial    şəbəkə  və  ya  fərdi  məsləhətçi,  hamı  müəllim  
vasitəsi  ilə  həyata keçirilir. 
5.
 
Təhsil müəssəsi  üçün mövcud  olan  üstünlüklər. 
Əsas  üstünlük   əhalinin təhsilə cəlb edilməyən təbəqəsinin   təlimə cəlb 
edilməsindən  ibarətdir.  Ümumən    isə    təhsil  müəssəsi  üçün  aşağıdakı 
üstünlüklər mövcuddur.   
a)
 
Öyrədici  materiallar   mobil tətbiqlər,  bloqlar,   elektron 
kitablar vasitəsi ilə daha əlyetərli olub,  geniş auditoriyanı 
əhatə  edir.  Bu    vasitələr  potensial  tələbələrin  diqqətini 
cəlb edir. 
b)
 
Ehtiyacı  olan  sosial  qruplara  dəstək.        MT    bu  qrup  
insanların  həyat  şəraiti    və    səviyyəsini  yüksəltməyə 
kömək edir. 
6.
 
Təhsilin keyfiyyətinin yüksəldilməsi. 
a)
 
Tədris  proqramının  canlandırılması,    materialların 
dinamik    təqdimatı,    animasiya    imkanları,    təlim 
metodlarının  yenidən  qiymətləndirilməsi. 
b)
 
b)  Coğrafi cəhətdən müxtəlif məkanlarda   olan şagirdlər  
lokal    xarakterli    yeni    təlim  resusları    yarada  bilər,    öz 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
9 
biliklərini,  müşahidələrini və tədqiqat mətnlərini bir-biri 
ilə paylaşa  bilərlər. 
7.
 
Fasiləsiz    təhsilin    dəstəklənməsi.    Təhsilin    şagirdlərin  dəyşən 
imkanlarına  uyğunlaşması,  biliklərin  yenilənməsi  və  genişlənməsi  
məqsədi ilə təhsilin fasiləsizliyinin  təminatı. 
8.
 
MT-nin    təhsil  sisteminə    milli    və  beynəlxalq    səviyyədə    verdiyi  
üstünlüklər. 
a)
 
Sosial  və  iqtisadi səbəblərdən  təhsildən təcrid  olunmuş  
insanların  təhsildə iştirakına şərait yaradılir. 
b)
 
Fasiləsiz    təhsil    mədəniyyəti    formalaşır,      şagirdlər  
nəinki  sistematik  bilik  alırlar,   həm də  fərdi istifadədə 
olan  texnologiya    vasitəsi  ilə  zəruri  hallarda    əlavə 
informasiya alır,  biliklərini genişləndirirlər. 
c)
 
Hər     şəraitdə   təhsil  imkanıyaranır.   Bu zaman  insanlar  
istənilən  şəraitdə  təhsilalma  imkanları    qazanırlar.  Öz  
potensialından  maxsimum istifadə etməyə çalışırlar. 
d)
 
Şagirlərin mobillik imkanlarının artması hesabına,  tədris 
resurslarına  və  çevik  təhsilə    məhdudiyyətsiz    əlyetərlik  
hesabına  təhsilin  qlobal  imkanları  yaranır. 
 
MT-nin inkişafında problem  və məhdudiyyətlər. 
MT-nin  inkişafında  aşağıdakı    kimi    problemlər    var:    maliyyə  
problemi,    təşkilati    problem,  səriştənin    çatışmazlığı,  istifadə      çətinlikləri,   
kənd    yerində  MT-in  tətbiqi  məhdudiyyəti,    təhsildə    mobil  texnologiyaların  
tətbiqinin    mümkün    neqativ  nəticələri.    Bu    problemlərin    hər  birinə  ayrıca  
diqqət  yetirmək  maraqlı olaq.  
1.
 
Maliyyə    problemi.        MT-in  geniş  tətbiqi  məqsədi  ilə  mobil 
qurğuların  istehsalçıları  bir  çox  hallarda   sponsor  qismində çıxış edirlər.  
Bunun nəticəsində   bir sıra ölkələrdə  xeyli   uşaqlar mobil  qurğularla  təchiz 
olunmuşlar.  İstehsalçıların  bu  addımı  ümumi   prosesə  ilkin təkan versə də,   
mobil qurğunu işlək vəziyyətdə saxlamaq    üçün   kifayət  deyil.  Bu səbəbdən  
şagirdlərin    özlərinə    məxsus    mobil  qurğudan    da    istifadə    (ucuzlu    mobil 
qurğulardan)  edilməsi   mümkündür. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə