Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
120 
Dramaturgiya  tariximizdə  ilk  milli  faciənin  əsasını  Nəcəf  bəy  Vəzirov 
qoymuşdur (“Müsibəti-Fəxrəddin”). Maarifçi dramaturgiyanın inkişafında yeni 
mərhələ  N.Vəzirovun  yaradıcılığı  ilə  başlayır.  Vəzirov  maarifçi  dramın  təkcə 
ideya  hüdudları  yox,  həm  də  həyatı  əhatə  çərçivəsini  genişləndirir,  səhnədə 
ictimai geriliyin tənqidini və realist-maarifçi didaktikanın hüdudlarını böyüdür. 
Bunlardan  birincisinə  mülkədar-ağa,  ikincisinə  ziyalı-bəy  surətlərinin 
nümunəsində  nail  olur:  rədd  olunan  vərdiş,  psixologiya  və  adətlərdə  köhnəlik 
inkar edilir, müsbət rezoner surətlərin səhnədə birbaşa bəyan etdiyi şikayətlərdə 
və monoloq-nəsihətlərdə təbliğ olunan yeniliyin məzmunu izah olunur. 
Dramaturqun  məzhəkə  və  məsxərə  janrında  yazdığı  dram  əsərləri  milli 
folklordan,  xalq  oyun  tamaşalarının  kompozisiya  qurumundan,  forma 
elementlərindən,  məzmun  xüsusiyyətlərindən  bəhrələndiyindən süjeti aydın  və 
sadə,  dili  zəngindir.  Yaradıcılığının  sonrakı  illərində  də  xalq  xalq  dramlarına, 
meydan oyunları prinsiplərinə əsaslandığına görə N.Vəzirovun komediyalarının 
əksəriyyətinin adı atalar sözü ilə verilib.  
“Daldan  atılan  daş  topuğa  dəyər”,  “Sonrakı  peşmançılıq  fayda  verməz”, 
“Adı  var,    özü  yox”,  “Yağışdan  çıxdıq  yağmura  düşdük”-hamısı  həyat  və 
məişətin  ən  müxtəlif  sahələrində  özünü  göstərən  “müsəlman  avamlığının” 
təhlilinə həsr edilmişdir. 
“Yağışdan  çıxdıq  yağmura  düşdük”  pyesi  dram  yaradıcılığının  ilk 
mərhələsini  qabarıq  səciyyələndirmək  baxımından  xüsusilə  maraqlıdır. 
Yağışdan  çıxdıq,  yağmura  düşdük  komediyası  dramaturqun  yaradıcılığında 
M.F.  Axundovun  yaradıcılığının  davamı  sayılır.    Bu  dövr  dramaturgiyanın 
ümumilikdə  maarifçi  səciyyəsi də  bu pyesin təhlilində qabarıq  meydana çıxır. 
Pyesin qəhrəmanı Əşrəfbəy maarifçi ideyalardan ilham alan ali təhsilli bir ziyalı 
gəncdir. Sxolastik ehkamlara və zahiri dini ibadətlərə kortəbii riayətdən tutmuş 
elçilik  adət-ənənəsinə  qədər  hər  şeyə  marifçi  mövqedən  yanaşır:  bütün  əsər 
boyu (pyesin həm “yağış”, həm də “yağmur” hissəsində) onun məfkurəsi savad, 
mərifət,  halallıq  və  mədəniyyət  proqramı  nəzəri  didaktikadan  –  maarifə 
inamdan,  başa  ağıl  qoymaqdan  irəli  getmir.  Gördüyü  iş,  əməl  də  ondan  ibarət 
olur  ki,  “yağış  vaxtı”    baş  verən  “böhranlı”  hadisələrə  münasibətdə  hamıdan 
soyuqqanlı  hərəkət  edir,  yalnız  böhran  keçəndən  sonra  isə  yeni  “müasir” 
qaydada  Cəvahir  xanıma  evlənmək  təklif  edir.  O,  yaxşı,  işgüzar,  səliqəli 
təsərrüfatçıdır.  Gecə-  gündüz  bağda,  biçində,  dəyirmanda  kəndlilərlə  birgə 
zəhmət  çəkən,  ziyalı  bəy  obrazı  kimi  təsvir  və  təbliğ  olunur.  əşrəfbəy 
hadisələrin  yalnız  birinci  hissəsində  -  “yağış  vaxtı”  iştirak  edir,  “yağmur” 
mərhələsindəki  hadisələrdə  biz  artıq  onu  görmürük.  Əsas  qəhrəmanın  –  Hacı 
Qənbərin başına gələn yeni hadisədə isə Dilbər və Yetər daha fəal iştirak edir. 
Ikinci  hissədə  artıq  tərbiyə  missiyasını  gənc,  fəal,  gözəl  qız  –  qulluqçu  Yetər 
yerinə  yetirir.  Adətən,  ədəbi  təhlillərdə  Hacı  Qənbər  son  dərəcə  tamahkar, 
abırsız  və  əxlaqsız,  zalım  və  amansız  bir  dərəbəy,  pul,  qazanc  və  hakimiyyət 
hərisi  kimi  qiymətləndirilir.  Belə  bir  baxış  məzhəkəyə  məhdud  və  sxematik 
sosioloji  çərçivədən  baxmaqdan  irəli  gəlir.  Hacı  Qənbərin  “eşq  macərası”  da 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
121 
gülməli    macəradır,  “qorxulu  macəra”  deyil,  onunla  əylənirlər,  ona  gülürlər, 
istədikləri  oyunu  başına  gətirirlər,  ona  ciddi  münasibət  bəsləmirlər.  Hacı 
Qənbər pyesdə iki dəfə “ ağlını itirir” : birinci dəfə maddi iflas xəbərini alanda, 
ikinci dəfə Yetərə vurulanda. Amma bu dəlilikdən heç biri  – nə eşqdən, nə də 
sərvətdən  bəla-  sosial-tragik  əlamətə  malik  deyil  və  hər  ikisindən  çıxış  yolu 
tapılır.  Digər  tərəfdən  “  yağmur”  və  “  yağış”  dəliliyi  məna  və  məntiqcə  bir-
birini  rədd  edir.  Birinci  halda,  o  “pulunu  itirdiyi”  üçün  ağlını  itirirsə,  ikinci 
halda  məhz  həmin  pulu  o  altı  yaşlı  Yetərin  ayaqları  altına  atmağa  hazır 
vəziyyətdə olanda “ dəli vəziyyətində” təsvir olunur. Məzhəkənin radikal sosial 
əhəmiyyəti- onun  məişətdə,  mənəviyyatda, ailə  və əxlaqda radikal  yeniliyi  ilk 
dəfə müşahidə və təsvir etməsindədir: ikinci ( hətta üçüncü və daha artıq ) arvad 
almaq  lap  yaxın  vaxtlara  qədər  həyatda  təbii,  ciddi,  hətta  bəzən  tragik  tarixçə 
kimi qəbul olunurdu. Indi  isə o, həyatda da, sənətdə də bir  məzhəkə kimi  baş 
verməyə başlamışdır!... 
N.Vəzirov  adət  və  münasibətlərdə,    əxlaq  və  məişətdə  ötmüş  əsərlərin 
qalığı olan avamlığın qənimi idi.  
Hər  iki  dramaturqun  yaradıcılığına  nəzər  saldıqda  sanki  cəhalətə, 
nadanlığa, avamlığa üsyan sezirik. Nümunə gətirdiyimiz hər iki dram əsərində 
maarifçilik  aydın  şəkildə  özünü  büruzə  verir.  M.F.Axundzadənin  “Hekayəti-
Molla  İbrahimxəlil    kimyagər  “  əsərində  avam,  cahil,  fırıldaqçı,  kələkbaz 
insanlara  qarşı  şair  Hacı  Nuru,  N.  Vəzirovun  “Yağışdan  çıxdıq  yağmura 
düşdük” pyesində isə maarifçi ideyalardan ilham alan Əşrəfbəydir.  
 
 
İstifadə olunan ədəbiyyat
1.
 
B.Əhmədov “ XX əsr Azərbaycan ədəbiyyatı tarixi”. 
2.
 
N. Vəzirov . Seçilmiş əsərləri. - Bakı : Çaşıoğlu, 2006. - 296 s 
3.
 
N.Vəzirov . Seçilmiş əsərləri “ŞƏRQ-QƏRB” BAKI-2005 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə