Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə5/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   2   3   4   5   6   7   8   9   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
10 
2.
 
Təşkilati  problemlər.    Bəzən    təhsil    müəssisələri      müəllimləri  
inandırmağa    çalışır ki,   MT   boş  əyləncə  deyil,  təhsilə   ciddi  dəstək  verə  
bilən  perspektivli    bir  texnologiyadır.        Bəzən    təcrübəli    müəllimlər    hesab 
edirlər ki,  MT  tədris prosesini  nəzarətdən çıxa bılər.  Belə ki,  MT-in  tətbiqi   
zamanı   uşaq öz təşəbbüsü  ilə sinif otağınından  kənarda da   təlim ala  bilər.   
Elektron  materialların    müəlliflik    hüququ    hələ    də    qeyri-müəyyən 
olduğundan,    mobil  qurğularda      istifadə  üçün    faydalı      elektron  resuslar  
kəmiyyət  və  keyfiyyət  baxımından   kifayət   qədər  deyil.  Mobil əlavələrin 
və  mobil  tətbiqlərin  hazırlanması      müəllimlərdən    daim  ixtisaslarının  
yüksəldilməsini,  həmçinin  əlavə mütəxəsislərin  bu  işə  cəlb edilməsini tələb 
edir. 
3.
 
Səriştəliyin  azlığı.  Müəllimlər        öz    şagirdlərinə        MT  
texnologiyalarından    istifadə    imkanlarını      təqdim  etməkdə    bəzən    çətinlik 
çəkirlər.    Bu  sahədə müəllimlərin  təcrübəsizliyi,  biliklərinin  azlığı,   tədrisin  
səmərəliliyinin  qiymətləndirilməsi    üsullarına      bir  daha  yenidən    baxmağa   
ehtiyac  yaradır.  Belə  ki,  MT  təlim  prosesində    birqiymətli  nəticə  verməyə 
də   bilər. Uşaqlar mobil   qurğulardan   ünsiyyət   vasitəsi    kimi   necə   istifadə  
etmək    lazım    olduğunu  bilsələr  da,  öyrədici    vasitə  kimi      ondan    səmərəli  
istifadə  edə  bilmirlər.  Müəllimlər şagirdlərin  MT  dəstək   verməkdə,   bu işə 
rəhbərlik  etməkdə   bəzən  çətinlik   çəkirlər.  
4.
 
 İstifadə  çətinlikləri.    Mobil    qurğunun            qidalanma  
akkumliyatorunun    uzunmüddətli      fasiləsiz  işləməsi    MT  üçün    müəyyən 
çətinliklər yaradır.  Displeyin  kiçik  ölçüdə  olması,  mətnin rahat oxunmasında  
müəyyən  çətinlik yaradır.  Bundan  başqa   mobil qurğunun İnternetə qoşuması  
da əlavə  xərc tələb edir ki,  bu  da bir  problem yarada bilər.    Hava şəraitinin  
necə  olması  da   (yağışlı, günəşli)  açıq  havada  mobil təhsilin  reallaşmasına   
mane olur. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
11 
5.
 
Kənd  yerlərində    MT  üçün  məhdudiyyət.    Geniş    zolaqlı    İnternet  
əhalinin    az    məskunlaşdığı    yerlərdə,    kiçik    yaşayış    məntəqələrində    geniş  
yayılmamışdır.    İnternet    provaderləri      naqilsiz    geniş    zolaqlı  xidmətlər   
təqdim edə bilirlər.  Lakin bunun əhatə nöqtələri,  əlyetərli   nöqtələri azdır  (bu 
məqsədlə  bəzən    rouming    xidmətindən    istifadə  etmək    zəruriyyəti    yaranır).  
Peyk    vasitəsi  ilə   təqdim edilən İnternet,  dünyanın  istənilən  nöqtəsində  geniş 
zolaqlı      xidmət        təklif  edə  bilir,    lakin  bu  bahadır.  Ehtimal    edilir  ki,  
gələcəkdə  kənd  yerlərində  geniş zolaqlı  İnternet  xidməti  WiMax  vasitəsi ilə 
təqdim edilə bilər.  Bu halda  xidmət   daha  ucuz olacaq
6.
 
Təhsildə    mobil    texnologiyalardan    istifadənin    mümkün    neqativ 
nəticələri.    Mobil    texnologiyaların    fəal    tətbiqi  insanlar  arasında    ünsiyyətin  
azalmasına,      qarşılıqlı  münasibətlərin    zəifləməsinə    səbəb  ola    bilər.    Bu  isə  
stres    hallarını    yüksəldə    bilər.  Hər      yerdə    mobil    qurğulardan    maxsimum  
istifadə  insanların  şəxsi  təhlükəsizliyi üçün  də  təhdidlər yaradır.   
 MT  xeyli əlavə  maliyyə yatırımı və müəllimlərin  yenidən  hazırlığını 
tələb edir.  Pedaqoji  nöqteyi  nəzərdən  MT  həddən  ziyadə  çox  işləndikdə 
təhsil  anlayışını  nüfuzdan  salar,    təhsili        özünütəhsillə    əvəz  edər,    təsadüfi, 
sistemsiz        faktların  öyrənilməsi,    məlumatların      səthi    mənimsənilməsi  
nəticəsində  biliklərin  dərinliyi  yox,      səthiliyi  və  genişliyi    müşahidə    edilə  
bilər.   
MT-nin tətbiq  nümunələri   
 1. Fərdi   və  kütləvi  təhsil.  MT     çox  sayda  şagirdlərin,  cəmiyyət  
və      sosial  şəbəkələrin      tələb  və  ehtiyaclarını,      iş  yerində  insanların  təhsil 
ehtiyaclarını  ödəmək  üçün    məqsədəuyğundur.    MT  şagirdlərin  nailiyyətlərini  
müəyyənləşdirməyə və  operativ qeydiyyat  aparmağa  imkan yaradır. Şagirdlər 
mobil    texnologiyalardan  təlim  prosesində  istifadənin  səmərəli    yollarını  
müəllimlərlə   müzakirə etməli,  daha  yaxşı istifadə təcrübəsini öyrənməlidilər.   
Bu  təhsil  texnologiyası      fiziki  qüsuru  olan  şagirdlər    üçün  daha 
məqsədəuyğundur.    Kütləvi  təhsilin    təşkilində,    savadlığın      yayılmasında, 
müəyyən    hesabi    bacarıq  və  vərdişlərin  inkişaf  etdirilməsində,  habelə 
müəllimlərin  yenidən    hazırlanmasında  MT  kömək  edir.      MT  vasitəsi  ilə 
sinifdaxili  ünsiyyəti   təkmilləşdirmək  mümkündür.   MT   şagirdlərə   imkan 
verir ki,  öz ideallarını  yoldaşları  ilə  bölüşsün,    mobil sorğularda iştirak etsin. 
Beləliklə,   şagirdlərin  utanma kompleksi  ( hissi )   onları  narahat etmir,    bu  


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
12 
amillər  tədrisə  marağı    artırır.    MT    böyük    qrup    şagirdlərlə    dərs  keçərkən  
fərdi  yanaşmağa  da   imkan yaradır. 
Kütləvi    qiyabi  təhsilin  təşkilində  də  mobil  texnologiyanın    imkanı 
böyükdür.  Dünyanın  istənilən nöqtəsində  olan qiyabiçi  tələbələr   bir-biriləri   
ilə  mobil  texnologiya  vasitəsi    ilə    rabitə    yaradır,    məlumat  və  təcrübə 
mübadiləsi  həyata keçirdirlər. 
2.
 
Müəllimin    MT    sahəsində  metodik    və    texniki  hazırlığı  zəruridir.  
Müəllimlərın    MT  texnologiyaları,    mobil  pedaqogika    üzrə  hazırlıq    keçməsi  
zəruridir.  Onların bu  sahədə  özlərinə inamını  artırmaq  üçün  müvafiq texniki 
bilik və bacarıqlara  sahib olması zəruridir.  Müəllimlər  fərdi  təhsilin  təşkili 
üçün    mobil    texnologiyalardan  istifadəni    bacarmalı,    öyrədici    material  
hazırlamağı    bilməli,    öz  tədqiqatlarının    nəticələrini    və    metodik   
təəcrübələrini  bir-biri ilə mübadilə etməyi bacarmalıdırlar.  
3.
 
Gender  təhsili  və  şagirdlərin  mobil  təlimi.  Mobil qurğular vasitəsi 
ilə    hamını-  qızları  və  qadınları,    oğlanları  və  kişiləri  təhsilə  cəlb  etmək 
mümkündür.  Bu xüsusən ucqar kəndlərdə  olan qızların  təhsildən   yayınması  
problemini qismən   həll  etməyə   imkan   verə bilər. Yazmağı  və  hesablamağı 
öyrədən təlim  belə  insanların  digərlərindən  asıllığını azaldır.   Məs. : qadınlar   
mobil  təhsilə      cəlb    edilərək  müəyyən  mətnləri  oxumağı  və  yazmağı  öyrənə 
bilərlər,  məs.: Hindistanın   ucqar   kəndlərində  uşaqlar, qocalar oyun vasitəsi  
ilə  ingilis dilini  oyrənirlər.                               
4.
 
 Əlil   insanların  təhsilində   mobil   texnologiyalar.   Mobil  qurğular  
fiziki cəhətdən  qüsurlu  insanların təhsilalmasına,  peşə hazırlığında  sərbəstlik  
əldə etməsinə kömək edə bilər.  Məs.:   dilin öyrənilməsinə dair  audio mətnlər, 
lüğətlər,  səsli  kitablar  (audio  kitablar)    kimi    resursların      mobil  qurğulara  
yüklənməsi, onların sərbəst şəkildə öyrədilməsini təmin edə bilər.  Nitqin sintez 
edilməsi, nitqin tanınması  əlil insanlara mobil texnologiyalar  vasitəsi  ilə  daha  
yaxşı öyrıdilə  bilər.  
Təhsil  müəssisələrinin MT-ə  münasibəti.  Hüquqi  baza. 
Təhsil   müəssisələrində    MT-ə  əsasən  elektron  təhsilin  bir istiqaməti   
kimi  baxılır.    Lakin  bu    yanaşma  məhduddur.    Ona  görə  ki,    MT-in      unikal  
xüsusiyyətləri      nəzərə  alınmır.    Təhsil      müəssisələri    yeni    texnologiyaları  
tətbiq  edərkən,  aşağıdakılar  nəzərə  alınmalıdır: 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə