Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   2   3   4   5   6   7   8   9   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
13 
1.  Normativ   əsasnamələr.   İlk  növbədə tədris  müəssisəsinin ərazisində 
mobil qurğudan  istifadə qaydaları    müəyyənləşməlidir.   Həmçinin,   mülkiyyət  
hüququ və istifadə hüququnu   tənzimləyən normalar  müəyyənləşməlidir. 
2.  Konpentensiyaların    (səriştəliyin  )  inkişafı.    MT-dən  istifadə  üçün 
əməkdaşların   yenidənhazırlanması məqsədəuyğundur.  Yeni  metodkaların və  
texniki dəstəyin həyata keçməsi üçün müəssisələr  işə yeni mütəxəssislər  cəlb 
edə bilər. Bundan  əlavə  mobil  pedaqogika   üzrə mütəxəssisin  cəlb edilməsi 
və müəssisə   daxilində  belə  təcrübənin  yaradılması  əhəmiyyətli  ola  bilər. 
3.  Əməkdaşların    mükafatlanırılması.      Təhsil    müəssisənin  
əməkdaşlarının  fərdi   inkişafı,  peşə səriştəliyinin yüksəldilməsi  məqsədi  ilə  
mobil texnologiyadan  istifadə  stimullaşdırılmalıdır.   Bu  texnologiyadan  daha  
səmərəli  istifadə  edən əməkdaşlar  mükafatlandırılmalıdır. 
4. Təşəbbüslərin  dəstəklənməsi.  Müəssisədə nüfuz sahibi olan insanlar,  
innovasiyalara meylli  kadrlar   sistematik olaraq  MT-nin səmərəliyi  haqqında 
ictimaiyyətdə və kollektivdə  müsbət   rəy formalaşdıra bilərlər. 
5. Yerli  qaydaların müəyyən  edilməsi.  Mobil  texnologiyaların  tətbiqi  
müəyyən    müqavimətlərlə    rastlaşa  bilər.    Bu    texnologiyaların    tətbiqini  
asanlaşdırılması  üçün yeni qaydalar hazırlanmalıdır. 
MT-nin prespektivləri . 
Mobil    qurğular      gələcəkdə    də    həyatımızın    müxtəlif      sahələrinə  
nüfuz    etməyə  davam  edəcəklər.      Mobil    rabitə    vasitəsi  ilə  qeyri-ənənəvi,  
innovativ      təhsilin  böyük  potensialı  var.    Xüsusən  tibbi    maariflənmədə,   
sağlamlığa  fərdi  nəzarətdə,  ekoloji    maariflənmədə,    xarici  dillərin 
öyrənilməsində    v.s.    daha  geniş  yayılacaqdır  .   Mobil  qurğuların  sayının  çox 
olması qlobal səviyyədə məlumatların yığılması, emalı  və   əyanıləşdirilməsini 
asanlaşdırır.  Bulud  hesablamaları   personalın distant təhsilinin təşkilini,  tədris 
resuslarının   paylanmasını  və  bu  prosesdə MT  texnologiyalarının  tətbiqini   
xeyli asanlaşdırır .   
Məktəblərdə   telefon  və digər mobil qurğulardan istifadə  bu  gün  bəzi  
hallarda  qadağan  edilir.    Lakin  bu  qadağalar  uzun  sürə  bilməz.    Mobil 
telefonlardan   məqsədəuyğun  istifadə   imkanı   (məs.: savadlığın səviyyəsinin  
yüksəlməsi,  hesablama    vədrişlərinin  formalaşması)      və  digər    qlobal    idrakı  
təlabatların  təmini  mobil qurğular vasitəsi ilə aparılacaq.    


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
14 
Mobil  texnologiyanın    gələcəyi    yüksək    texnologiyaların  inkişafına 
əsaslanır.  Bu  imkan  verir  ki,  tələbələr    zəruri    resuslara    istənilən  nöqtədə,  
istənilən vaxt əlyetərlik qazansınlar.    
MT  ilə  əlaqəli  təkliflər  və tövsiyyələr. 
MT-in    üstünlüyündən    tam  istifadə    BMT-nin    “Hamı  üçün  təhsil” 
qlobal  təşəbbüsü    məqsədlərinə    cavab  verir.    MT-in    inkişafı  üçün  aşağı 
addımların  atılması   zəruridir: 
1.  Qeyri-ənənəvi,  qeyri-formal,      gündəlik  mühitdə,  istənilən    şəraitdə  
təhsil      dəyərləri  yüksəkdir.    Şagirdlərin    özlərini  reallaşdırmağa    can  atması,  
yeni  təlim  vasitələri  ilə  daha  səmərəli    həyata  keçirilir.    Şagirdlərin    belə 
təşəbbüslər i dəstəklənməlidir. 
2.  Coğrafi    cəhətdən    müxtəlif    məkanda    olan    şagirdlər    mobil 
texnologiya  vasitəsi  ilə  bilik  və  təcrübə  mübadiləsi    apararaq,    mühim  tədris 
resuslarına sahib olurlar. 
3.  Elektron    təlimin    tərkib    hissəsi  olan,    mobil    pedaqoji    metod    və  
üsulların inkişafı üçün inventisiyanı  genişləndirmək  zəruridir. 
4.  MT    sahəsində    gələcək    tədqiqatların  inkişafı    zəruridir.        MT-nin 
hüquqi-  normativ    bazası    yaradılmalıdır.    Mobil    pedaqogika        üzrə 
müəllimlərin hazırlığına,    onların   daim məlumatlandırılmasına  ehtiyac  var .  
Mobil  texnologiya  vasitəsi  ilə  özünütəhsillə    məşğul  olan  müəllimlər   
mükafatlandırılmalıdır.  
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                             


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
15 
İstifadə olunan ədəbiyyat
1.
 
И.Б.Ахмедов.  Открытые  образовательные  ресурсы  в  развитии 
инновационного  образования.  Материалы  Всероссийской  научной  конференции 
«Информационные технологии в образовании 21-го века». Москва, 2011. 
2.
 
И.В.Роберт, В.А.Поляков Основные направления научных исследований 
в области информатизации профессионального образования. М. : Информатика 
и Образования 2004, 68 с. 
3.
 
Т.Б.Павлова  Подготовка  преподавателя  педагогического  вуза  к 
деятельности  в  современной  информационной  образовательной  среде: 
Автореферат дисс. …канд. пед. наук. Спб.: 2010. 
4.
 
А.Н.Сергеев  Теоретические  основы  и  технологии  обучения  в  сетевых 
сообществах  Интернета:  монография.  Волгоград:  Изд-во  ВГПУ  «Перемена», 
2010 (апр.). 183 с. 
5.
 
Глобализация и системы обеспечения качества высшего образования / 
С.А. Запрягаев, Е.В. Караваева, И.Г. Карелина, А.М. Салецкий. – М.: Изд-во МГУ, 
2007. – 292 с. 
 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə