Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
19 
geniş  tətbiq  etmək  olar.  Bu  məqsədlə  şagirdlərə  blok-sxem  dilinin  əlifbası 
öyrədilir.  Aşağı  siniflərdən  başlayaraq  şagirdləri  hesablama  sxemləri  üzərində 
alqoritmlərin təsviri metodları ilə tanış etmək olar. Məsələn, 5-ci sinifdə səh.46-
da  verilən  çalışmanı  nəzərdən  keçirək:  “  əməllər  ardıcıllığını  ifadələr  şəklində 
yazın”  
 
 
 
12 
15 
 
 
 
+90 
 
5-9-cu  siniflərin  tədris  materialında  hesablama  sxemlərinə  aid  kifayət 
qədər çalışmalar vardır. Həmin hesablama sxemləri şagirdlərdə  məsələ həllinin 
gedişini  və  məntiqini  əvvəlcədən  görmə  bacarığını  tərbiyə  edir.  Bu  riyaziyyat 
məsələlərinin  həlli  vərdişlərinin  formalaşması  üçün  alqoritmik  əmrlərin  ən 
mühüm əlamətidir. Hər hansı ifadənin qiymətini hesabladıqda şagirdlərin tərtib 
etdiyi  hesablama  sxemləri  onları  hesab  əməllərinin  dəqiq  yerinə  yetirilməsi 
kimi  alqoritm  anlayışına  gətirir.  Həmin  əməllər  ardıcıllığı  müxtəlif  şəkildə 
yazılır:  geniş formada və ya cədvəl formasında. Riyaziyyat 5 dərsliyin səh 42-
də  verilən  6  nömrəli  çalışmanı  nəzərdən  keçirək:  1-dən  30-a  qədər  (1  və  30 
daxil olmaqla)  ədədlərin  venn diaqramındakı  yerini  blok-sxemə  görə  müəyyən 
edin. 
Şagirdlərə  blok-sxem  dilini  təliminə  həll  edilən  əsas  məsələləri 
sadalayaq: 
a)
 
Riyaziyyat  təhsilində  alqoritmik  xəttin  didaktik  təhlilinin  aparılması, 
blok-sxem dilində alqoritmlərə yiyələnmə; 
b)
 
Alqoritmik  və  müasir  riyazi  mədəniyyət  arasındakı  münasibətin 
öyrənilməsi; 
c)
 
Sonralar  tətbiqi  istiqamətin  gücləndirilməsi  üçün  uiversal  dil  kimi 
blok-sxem dilinin ümumtəhsil dəyərlərinin aşkar edilməsi; 
d)
 
Məktəb  riyaziyyat  kursunun  alqoritmik  istiqamətinin  metodik 
konsepsiyasiyasının əsas müddəalarının əsaslandırılması. 
 
 
 
45 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
20 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Riyaziyyatın  öyrənilməsi  prosesində  şagirdlərdə  alqoritmik  mədəniyyətin 
formalaşması  müasir  riyaziyyat  tədrisi  metodikasının  aktual  problemlərindən 
biridir. Məhz bu baxımdan blok-sxem dilində alqoritmlərin təsviri vasitələri və 
metodlarına yiyələnmək bacarığının formalaşması ilə əlaqədar şagirdlər məsələ 
həllinin müasir güclü riyazi metodlarından biri ilə tanış olurlar. 
Blok- sxem dilində alqoritmlərin təsvir vasitələri və metodlarına yiyələnmə 
bacarığının  formalaşması  ideyası  proqramlaşdırma  təlimində  mərkəzi 
məsələdir. 
Alqoritmlərin  təsvir  vasitələri  və  metodlarına  yiyələnmə  şagirdlərdən 
uzunmüddətli  xüsusi  hazırlıq  tələb  etmir;  alqoritmlərin  blok-sxem  dilində 
qurulması metodikası hər hansı xüsusi metodu bilməyi tələb etmir. Blok-sxem 
şagirdlərə  məsələnin  qurulmasına  yanaşmanı  və  düzgün  məntiqi  mühakimə 
aparılmasını tapmağa imkan verir. 
başlanğıc 
ədədləri bir bir 
nəzərdən keçir 
Bu 
ədəd 6-ya 
bölünür? 
Bu ədəd 4-ə 
bölünür?
 
 
Bu ədəd 4-ə 
bölünür?
  
bölünür
,bölünü

Bu ədədi III sahəyə 
yaz  
Bu ədədi II 
sahəyə yaz  
 
Bu ədədi I sahəyə yaz  
 
Bu ədədi IV sahəyə 
yaz  
 
yox 
hə 
hə 
hə 
yox
 
yox
 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
21 
Ümumtəhsil  məktəblərin  riyaziyyat  kursunda  blok-sxem  dilinin  təlimi 
aşağıdakı prinsiplər üzərində qurulmuşdur: 
1.
 
Şagirdlərdə blok-sxemləri qurduqda məsələ həlli gedişini təsəvvür etmə 
bacarığı və vərdişləri formalaşdırılsın; 
2.
 
Mürəkkəb  məsələlərin  həllində  şagirdlərə  smərəli  kömək  edilir  və 
məsələnin  daha  sadə  məsələlərə  ayrılması  yolu  ilə  başa  düşmə  təşkil 
edilir; 
3.
 
Şagirdlərdə  məsələ  həllinin  gedişini  daha  əyani  təsvir  edən  müəyyə 
səciyyəvi alqoritmik təsəvvürlər, bacarıq və vərdişlər artırılır; 
4.
 
Məsələni  həll  etmədən,  onun  həllinin  tapılması  şagirdlərdə  planlı  və 
məqsədyönlü baxışlar yaradır və göz yaddaşı genişlənir; 
5.
 
Şagirdlərdə  yeni  biliklərə,  materialın  möhkəm  mənimsənilməsinə  və 
alqoritmlərin  təsviri  vasitələri  və  metodlarına  yiyələnmə  bacarıqlarının 
formalaşmasına ümid yaranır; 
 
İstifadə olunan ədəbiyyat
1.
 
Adıgözəlov  A.S.  Orta  məktəbdə  riyaziyyatın  tədrisi  metodikası.  ümumi 
metodika. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı,2015 
2.
 
Abdullayev  C.S.  və  b.  İnformatikanın  tədrisi  metodikası.  Bakı,  Təhsil,  2003, 
240 səh. 
3.
 
Pələngov  Ə.Q.  Abdullayeva  M.V.    İnformatikanın  tədrisi  metodikası.      Dərs 
vəsaiti   Bakı, 2000 
4.
 
Monaxov  V.M.Formirovanie    alqoritmiçeskoy  kulğturı  şkolğnika  pri  obuçenii 
matematike.  
5.
 
Lapçik M.P. Metodika prepodavaniə informatiki. M. Prosvehenie 2001 
 
 
 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə