Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
22 
Ali texniki məktəblərdə riyaziyyat təlimində peşəyönümlü 
tədqiqat məsələlərinin rolu 
 
İmran Bayramov 
p.f.d., dosent 
Milli Aviasiya Akademiyası 
E-mail: imranb1963@mail.ru 
 
 
Xülasə 
Məqalə  ali  texniki  məktəblərin  riyaziyyat  təlimində  peşəyönümlü  məsələlərin 
roluna  həsr  olunmuşdur.  Göstərilmişdir  ki,  peşəyönümlü  məsələlərin  həllində 
informasiya  kommunukasiya  texnologiyalarından  (İKT-dən)  istifadə  təlimi  daha 
səmərəli  edər.  Burada,  həmçinin  İKT-dən  istifadə  etməklə  peşəyönümlü  məsələlərin 
həll sxemi də verilmişdir.  
 
Аннотация 
Роль  профессионально-ориентированных  исследовательских  задач  в 
обучении математики в высших технических учебных заведениях 
 
Abstract 
The  role  of  the  professional  -oriented  research  tasks  in  teaching  of 
mathematics in the higher technical educational institutions 
 
Açar sözlər: peşəyönümlü məsələ, informasiya və kommunikasiya texnologiyası 
Ключевые  слова:  профессионально-ориентированных  задач,  информационная  и 
коммуникационная технология 
Key words: professional-oriented tasks, information and communication technology 
 
 
Ali texniki məktəblərdə riyaziyyatın tədrisi bir tərəfdən ixtisas fənlərinin 
öyrənilməsi  üçün  tamamilə  məhdud  riyazi  aparatla  təminatı,  yəni  tələbələrə 
onların peşə  fəaliyyətləri üçün universal silahın  verilməsini, digər tərəfdən  isə 
onların  elmi  dünyagörüşünün  inkişafını,  gələcək  mütəxəssisin  şəxsiyyətinin 
formalaşdırılmasını təmin etməlidir. Bu halda riyaziyyat elminin tətbiqindən və 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
23 
onun  texniki  problemlərə  müdaxilə  imkanlarından  söhbət  gedir.  Lakin 
mütəxəssisdə  ixtisas  tələbləri  ilə  yanaşı  onun  ümumi  intellekti,  verilmiş 
problemin  mənasını anlamaq qabiliyyəti və  həmin problemi optimal  həlletmək 
bacarığı  da  olmalıdır.Əsas  idrak  priyomları,  əməliyyat  və  hərəkətləri  əsasən 
identik  olsalar  da,  insanların  şəxsi  keyfiyyətlərindən  formalaşmış  fərdi 
xüsusiyyətlərindən  də  asılıdır.  Ona  görə  də  təlim  prosesində  gələcək  peşə 
fəaliyyətlərinin  xüsusiyyətləri  nəzərə  alınmaqla  ümumi  idrak  priyomları  və 
əməliyyatları məqsədyönlü təkrar istifadə olunmalıdır.Müqayisə, analiz, sintez, 
abstraksiya,  ümumiləşdirmə  və  konkretləşdirmə  əməlləri  riyazi  nəzəriyyələrin 
öyrənilməsində,  tədris  tapşırıqlarında,  xüsusən  tətbiqi  və  peşəyönümlü 
məsələlərin  həllindəaktuallaşır.  Ona  görə  də  riyazi  təfəkkürün  inkişafı 
prosesində 
gələcək 
mühəndislərin 
texniki 
peşə 
təfəkkürü 
də 
formalaşdırılmalıdır. 
İşinin  xarakterinə  görə  mühəndis  tez-tez  texnoloji,  layihələndirmə, 
tədqiqat tipli müxtəlif istehsalat məsələləri həll etməli olur. Yəni peşəsiylə bağlı 
məsələlər həll etməli olurlar. 
Peşəyönümlü  tədqiqat  məsələsi  dedikdə,  predmet  sahəsində  qeyri-
müəyyən 
situasiyanın 
abstrakt 
modelini 
təsvir 
edən;informasiya 
kommunukasiya  texnologiyalarından  istifadə  etməklə  riyazi  vasitələrlə  həll 
olunan; yeni tədqiqatlara yol açan məsələlər nəzərdə tutulur.  
Peşəyönümlü məsələni professional keyfiyyətdə həll etmək bacarığı hər 
bir  mühəndis  üçün  zəruridir.  Ona  görə  də  pedaqoq  alimlərin  əksəriyyəti 
məsələnin  həlli  prosesinə  böyük  diqqət  ayırmağı  tövsiyə  edirlər.  Psixoloq 
alimlərisə  “məsələ”  termini  dedikdə  elə  situasiya  nəzərdə  tuturlar  ki,  insandan 
(subyektdən)  məchulun  onun  məlum  olanlarla  əlaqəsi  əsasında  tapılmasına 
yönəlmiş  hər  hansı  hərəkət  tələb  olunsun.  Onlar  göstərirlər  ki,  şərtlərdən  asılı 
olaraq subyektin hərəkəti tapmasında aşağıdakı üç hal mümkündür: 
1.
 
Subyekt  bu  hərəkətin  qaydasına  (alqoritminə)  malikdir,  yəni  məsələni 
həll  etmək  qaydası  həlledənə  məlumdur.  Belə  məsələlər  sdandart 
məsələlər adını almışdır.; 
2.
 
Məsələnin  həll  alqoritmi  var,  lakin  subyekt  onu  bilmir.  Başqa  sözlə, 
məsələnin  həll  üsulu  var,  lakin  o,  həlledənə  məlum  deyil. 
Həllüsulunuhəlledənin özü tapmalıdır. Belə  tip  məsələlər qeyri-standart 
məsələlər (axtarış tipli, yaradıcı tipli, problem tipli) adlanır.  


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
24 
3.
 
Hərəkətin  alqoritmi  nə  subyektə,  nə  də  elmə  məlum  deyil.  Belə 
məsələlər  orijinal  yaradıcı  məsələlər  adlanır.  Belə  məsələlərin  həllinin 
axtarılmasınin  psixoloji  mexanizmi  ciddi  diskussiya  predmetinə  səbəb 
olur.  Bu,  adətən  həyat  təcrübəsi  ilə  tələbələrin  təsəvvürləri  və  elmi 
bilikləri,  problemin  nəzəri  həlli  imkanı  və  onun  praktiki  həll  oluna 
bilməməsi, məlum faktlar və onların izahı üçün çatışmazlıq, birqiymətli 
cavabın  alınması  üçün  verilənlərin  kifayət  etməməsi  və  artıqlığı 
arasındakı  ziddiyyət;müəyyən  bir  təklifin,  ideyanın,  nəticənin  inkar 
edilməsi situasiyası; tədqiqat məsələsinin çoxvariantlı situasiyası zamanı 
baş verir. 
Mövzuyla  bağlı  ədəbiyyatların  əksəriyyətində  müəlliflərin  əksəriyyəti 
həll  strukturu  keyfiyyətində  alınmış  həllin  doğruluğunun  yoxlanmasını  təklif 
edirlər.  Bunun  özü  elə  mühəndis  xüsusiyyətini  təşkil  edir,  yəni  məsələnin 
həllinin  son  nəticə  alınana  qədər  davam  etdirilməsi  və  alınmış  cavabın 
adekvatlığının yoxlanması mühəndisin əsas xüsusiyyətlərindən biridir. 
Adətən,  hər  bir  məsələ  özlüyündə  real  problemli  situasiyanı  ifadə  edir. 
Problemli situasiya-intellektual çətinliyin psixi vəziyyəti olub, bir tərəfdən ciddi 
arzu  ilə  problemi  həll  etmək,  digər  tərəfdən  isə  bunun  ehtiyat  biliklərdən 
istifadə  etməklə  və  ya  məlum üsullardan  istifadə  etməklə  həll edilə  bilməməsi 
deməkdir. Belə ki, yeni biliklərin əldə edilməsi və ya yeni hərəkət üsulları üçün 
təlabat yaradır.  
Problemli  situasiyanın  analizi  müstəqil  şüurlu  fəaliyyətin  mühüm 
mərhələlərindən  biridir. Bu  mərhələdə  nə  verildiyi,  nə  məlum olduğu  və  onlar 
arasındakı  əlaqə,  həmçinin,  məchulun  xarakteri  və  onun  məlum  verilənlərə 
münasibəti  müəyyən  olunur.  Bütün  bunlar  problemi  formalaşdırmağa  və  onu 
problemli  məsələlər  zənciri  (bir  məsələ  də  olar)  şəklində  təsvir  etməyə  imkan 
verir. 
Problemli  məsələ  problemdən  dəqiq  tərifi  və  məhdudiyyətləri  ilə  (yəni 
nə  verilib  və  nəyi  təyin  etmək  lazımdır)  fərqlənir.  Problemlərin  düzgün  ifadə 
olunması  və transformasiyası dəqiq  və konkret problemli  məsələlər zəncirində 
problemin  həllinə  böyük  töhfə  verir.Bu  zaman  hər  bir  problemli  məsələ  ilə 
ardıcıl  olaraq  işləmək  lazımdır.  Problemli  məsələnin  mümkün  həlli  üçün 
əvvəlcə  müəyyən  fərziyyələr  və  təkliflər  irəli  sürülür.Sonra  fərziyyə  və 
təkliflərin  çoxluğundan  kifayət  qədər  əsaslandırılmış  bir  neçə  hipotez  irəli 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə