Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix20.09.2017
ölçüsü4,51 Kb.
#877
1   2   3   4   5   6   7   8   9   ...   35

 
 
 

                                                                        
2.  K A F E D R A N I N   T A R İ X İ 
 
        ADPU-nun Elmi  Şurasının 2015-ci  il 12 saylı  iclasının  protokolundan  çıxarışa  əsasən  İngilis dili  kafedrası  2015/2016-
cı  tədris  ilində    ADPU-nun    Xarici    dillər    kafedrasının    bazası  əsasında  yaradılmışdır.  Azərbaycan  Respublikası    Təhsil  
Nazirliyinin  04.04.1997-ci  il  tarixli 198 saylı  əmri  ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizatı, 
kadr  potensialı    və    strukturuna    qoyulan  minimum  normalar”ın  tələbləri    nəzərə  alınaraq    kafedraların  idarə  olunmasının 
yaxşılaşdırılması  məqsədilə  Xarici  dillər  kafedrasindan    alman,    fransız  və  fars  dilləri  ilə  bağlı  fənlərin  götürülməsi  və    orada 
yalnız  ingilis  dili  ilə  bağlı  fənlər  qaldığı  üçün  həmin  kafedranın  İngilis    dili    kafedrası    adlandırılması  qərara    alınmışdı.         
(ADPU-nun    Elmi  Şurasının    09.10.2015-ci  il  tarixli  iclasının  qərarına  əsasən  (protocol 

12)  ADPU-nun  rektorunun 
20.10.2015-ci il tarixli  3/288 saylı  əmri ). 
 
                                                                    
3.  K A F E D R A Y A    R Ə H B Ə R L İ K  
 
          Azərbaycan    Dövlət    Pedaqoji  Universitetinin    rektorunun  21.12.  2015-ci  il  tarixli  1/856    saylı    əmrinə  əsasən  filologiya 
üzrə fəlsəfə doktoru, dosent Alıyeva Gülçöhrə Babaəli qızı  İngilis dili kafedrasina  müdir təyin edilmişdir  
 
                                                        4.  K A F E D R A  H A Q Q I N D A  Ü M U M İ  M Ə L U M A T 
 
        1937/1938-ci  tədris  ilində  Azərbaycan    Pedaqoji  İnstitutunun    nəzdində  ingilis,  fransız  və  alman  dilləri  üzrə  üç  şöbədən 
ibarət  Xarici  dillər  fakültəsi  təşkil  edilmişdi.  Həmin  tədris    ilində    fakültədə  154  tələbə  təhsil  almağa    başlamışdı.  Alman  dili 
şöbəsinin Azərbaycan
  

  
rus  bölmələri, ingilis və fransız dili şöbələrinin isə yalnız  rus bölməsi  fəaliyyət göstərirdi.  O zaman 


 
 
 

Xarici  dillər fakültəsinə  dos. Neff Otto rəhbərlik edirdi. 1939-cu ildə Xarici dillər fakültəsinın nəzdində ingilis dili, fransız dili, 
alman dili kafedraları yaradılır. Həmin ildə fakültənin dekanı  P.İ.Krom  təyin  edilir.   
        1941-ci  ildə  APİ-nin  Xarici  dillər  fakültəsi  S.M.Kirov  adına  ADU-nun  tərkibinə    daxil    edilir,  iki    il    sonra    isə    yenidən  
APİ-nin nəzdində bərpa olunur. Böyük Vətən müharibəsindən sonra xarici dil tədrisi sahəsində kadr hazırlığı ilə əlaqədar olaraq 
SSRİ  Nazirlər  Sovetinin  1947-ci  il  10  dekabr  tarixli  qərarına  əsasən  APİ-nin  Xarici  dillər  fakültəsinin  bazası  əsasında  Xarici 
Dillər İnstitutu yaradılır.  
        Həmin dövrdə APİ-də xarici dillərin  qeyri - ixtisas fənni kimi tədris olunduğu  Qərbi Avropa  dilləri  kafedrası təşkil  olunur  
və  kafedraya  Xudaverdiyev  rəhbərlik edir.  İlk  illərdə yeni  yaradılan kafedranın 9 əməkdaşı olmuşdur. 1951-1953-cü illərdə 
Xarici dillər kafedrası E.M.Təkinskayanın rəhbərliyi altında fəaliyyət göstərmişdir. 
        1953-cü    ildə   kafedra   yenidən   bağlanmış   və  1961-ci  ilə qədər  ingilis,  fransız  və alman dillərini tədris  edən  8  nəfərdən 
ibarət olan xarici dil müəllimləri “Erməni dili və ədəbiyyatı” kafedrasının tərkibində fəaliyyət göstərmişdi.  
        Xarici dillərin tədrisini yaxşılaşdırmaq haqqında SSRİ Nazirlər Sovetinin 1961-ci il 27 may tarixli qərarı ilə əlaqədar olaraq 
1962-ci  ildə  APİ-də  Xarici  dillər  kafedrası  təşkil  edilmiş  və  ona  rəhbərlik  dos.Yəqubi  Əsəd  Rza  oğluna  tapşırılmışdı.  Kafedra 
əməkdaşları ingilis, fransız, alman və fars dillərini tədris edirdilər. 1967-ci ildə  kafedrada 1 dosent, 7 baş müəllim, 13 müəllim və 
iki  böyük  laborant  fəaliyyət  göstərmişdi.  Xarici  dil  kafedrasına  uzun  müddət  rəhbərlik  etmiş  Ə.R.Yəqubi  Azərbaycan 
Respublikasının ali məktəblərinin humanitar fakültələri üçün fars, fransız və əski Azərbaycan yazısı üzrə ilk tədris proqramları, 
dərsliklər    və  dərs  vəsaitlərinin  müəllifi  olmuşdur.  O,  Xarici  dillərin  tədrisinin  asanlaşdırılması  və  müddətcə  qısaldılması 
problemi  ilə  bağlı  kafedrada    yerinə  yetirilən  elmi  işlərini  mətbuatda  silsilə  məqalələr  şəklində  nəşr  etdirmişdi.  Onun 
“Azərbaycanda    təlim-tərbiyə    mədəniyyəti,    təhsil    və    pedoqoji    fikir    tarixi  ”(2005)  adlı  əsəri  Azərbaycanın  təhsil  tarixinə 


 
 
 

dəyərli    töhfə  olmuşdur.    Sonrakı  illərdə  kafedraya  M.C.Əsgərzadə,  L.A.Skobelova,  prof.  Arif  Tahirov  və  prof.  Balaxan 
Hüseynov (1987-2008)  rəhbərlik  etmişlər. 2008-ci ildə Xarici dillər  kafedrasının bazasında iki  kafedra  yaradıldı: Xarici dillər 
və  İngilis  dili  və  onun  tədrisi  metodikası  kafedraları  yaradıldı.  2008-2011-ci  illərdə    filologiya    üzrə    fəlsəfə  doktoru,  dos. 
Gülçöhrə  Alıyeva    Xarici  dillər    kafedrasının  müdir  əvəzi,  2011-2015-ci    illərdə  həmin    kafedranın  müdiri    vəzifəsində 
çalışmışdır.                 
     
 
                                    5.  M Ü Ə L L İ M   H E Y Ə T İ N İ N   T Ə R K İ B İ   V Ə   Ü M U M İ    D Ə R S   Y Ü K Ü 
 
           Hazırda kafedranın 53 əməkdaşı  vardır.  Onlardan 5-i   fəlsəfə doktoru,  4-ü dosent, 11-i baş  müəllim, 36-sı  tam stat  və 
17-si    yarımstat    müəllim  vəzifəsində  çalışır.
   
Kafedrada  saathesabı  yolu  ilə  dərs  yükü    yerinə    yetirən  19    müəllim  dəvət 
olunmuşdur. 
       2016/2017- ci  tədris  ilində  kafedranın  ümumi  dərs  yükü 35586 saat olmuşdur  və saatlar  səviyyələr, bölmələr, şöbələr  
üzrə aşağıdakı  kimi  bölünmüşdü:  
                          
       Bakalavriat   əyani   az.   - 30843     //
      
Bakalavriat   əyani  rus   - 2998                  Cəmi
:   33.841
 
                                                
       Magistratura   əyani  az.    -1469     //    Magistratura   əyani  rus   -   47                    Cəmi:       
1516
 
 
       Bakalavriat     qiyabi   az.     -154  /
/      
Dissertanta  rəhbərlik            - 75                    Cəmi:        229     


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə