Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix20.09.2017
ölçüsü4,51 Kb.
#877
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 
 
 
141 
15.
 
 m. Nəcəfova Könül Cəlil qızı 
 
 
Nəcəfova Könül Cəlil qızı 28 sentyabr 1982 ildə Gəncə şəhərində anadan olmuşdur.1999-cu ildə 
Mingəçevir  şəhəri  M.Hüseynzadə  ad  3  saylı  orta  məktəbini  əla  qiymətlərlə  bitirmişdir.  2001-ci  ildə  Azərbaycan  Dillər 
Univestetinin  Dilşunazlıq  Tərcümə  (ingilis  dili)  fakültəsinə  qəbul  olmuşdur.  2004-cü  ildə  universitetin  bakalavr  piləsini 
fərqlənmə diplomu  ilə  bitirmiş  və  həmin ildən  ADU-nın magistratura pilləsində  təhsilini davam etdirmişdir. 2006-ci ildə 
ADU-nın  magistratura  pilləsini  bitirmişdir.  Elə  həmin  il  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  Xarici  dillər  
kafedrasında laborant vəzifəsində çalışmışdır. 2007-ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər (indiki 
İngilis dili) kafedrasında 1 ştat müəllim vəzifəsində çalışır. 
 
 
 
 
 


 
 
 
142 
                                                    16.  m. Ağamirzəyeva Esmira Həmzəağa qızı 
 
 
 Ağamirzəyeva  Esmira  Həmzəağa  qızı  1980-cı  il  iyun  ayının  1-də  Şamaxı  rayonunda  ziyali  ailəsində 
anadan  olmuşdur.  1987-1997-ci  illərdə  Bakı  şəhəri  Xətai  rayonunun  249№-li  orta  məktəbində 
oxumuşdur. 
1997-ci  ildə  Azərbaycan  Dillər  Universitetinin  Filologiya  fakültəsinin  ingilis  dili  ixtisasının 
bakalavr  pilləsinə  qəbul   olmuşdur.  2001-ci  ildə  bakalavr  pilləsini  fərqlənmə  diplomu  ilə  bitirmis  və 
həmin  ildə  Azərbaycan  Dillər  Universitetinin  Filologiya  fakültəsinin  İngilis  dilinin  tədrisi 
metodologiyası  və  metodikası  ixtisaslaşması  üzrə  magistratura  pilləsinə  daxil  olmuşdur.  2003-cü  ildə  bu  ixtisasın  magistratura 
pilləsini fərqlənmə diplomu ilə bitirmiş və 2004-2007-ci illərdə Qafqaz Universitetində İngilis dili fənnini tədris etmişdir. 
2006-cı  ildən  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  İngilis  dili    kafedrasında  müəllim  vəzifəsində  çalışır.  2008-ci 
ildə Nəsimi adına Dilçilik İnstitutunun Dil nəzəriyyəsi ixtisası üzrə qiyabi doktoranturasına qəbul olunmuşdur. 
        23  fevral  2016-ci  il  tarixində  “Milli  dillərin  termin  yaradıcılığında  alınmalar  (Azərbaycan  və  ingilis  dillərinin  materialları 
əsasında)” adlı dissertasiya işini müdafiə etmişdir. Dissertasiya mövzusu ilə bağlı 8 məqalə, 4 tezis çap olunmuşdur. 
 
 
 
 


 
 
 
143 
                                           17. m. Həsənova Şəhla Natiq qızı 
 
 
 
 Həsənova  Şəhla  Natiq qızı  1  Aprel  1983-cü ildə Tovuz şəhərində anadan olmuşdur. 2000-ci ildə 
Tovuz şəhəri ,Yusif Sadıqov adına orta məktəbi fərqlənmə ilə bitirmişdir.  Elə həmin il Azərbaycan 
Dövlət Dillər Universitetinin Filologiya fakultəsinə qəbul olmuşdur. 2004-cü ildə universitetin bakalavr 
pilləsini bitirmiş və həmin ildən ADU- nun dilşunaslıq fakultəsinin magistratura pilləsində təhsilini 
davam etdirmişdir. 2006-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir 2006-cı ildə ADPU-nin ingilisi dili kafedrasında 
laborant vəzifəsində işləmişdir. 2007 - ci ildə həmin kafedrada yarım ştat müəllim vəzifəsində calışmışdır. 2008-ci ildən isə tam 
ştat müəllim vəzifəsində calışır. . 2012-ci ildə ADPU-nin doktorantura pilləsinə qəbul olmuşdur . Hal-hazırda təhsilini davam 
edir. 
 
 
 
 
 
 


 
 
 
144 
                                            18. m. Həmidova Tovuz Ərşad qızı 
Həmidova Tovuz Ərşad qızı 1975-ci il, avqustun 1-də Qubadlı rayonu Dəmirçilər kəndində anadan olmuşdur. 1982-ci ildə 
Qubadlı rayon Dondarlı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1994-cü ildə 
Azərbaycan Dövlət Dillər Universitetinə daxil olmuşdur. 1998-ci ildə həmin universitetin ingilis-alman dilləri fakültəsinin 
filologiya ixtisasının bakalavr dərəcəsini almışdır. 1998-ci ildə Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon Dondarlı 
kənd orta məktəbində ingilis dili müəllimi kimi işə başlamışdır. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis ədəbiyyatı 
ixtisası üzrə magistratura şöbəsinə daxil olmuş və 2002-ci ildə həmin şöbəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən 
2007-ci ilə kimi Bakı Dövlət Universitetinin Xarici dillər kafedrasında saathesabı ingilis dili müəllimi işləmişdir. 2009-cu ilin 
əvvəllərindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili kafedrasında saathesabı müəllim və həmən ilin 
sentyabrından tam ştat müəllim kimi işləyir. 
 
 
 
 
 


 
 
 
145 
19. m. Qasımova Pərvanə Mirələm qızı 
 
    
Pərvanə Mirələm qızçı Qasımova 8 mart 1974-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. 1990-cı 
ildə Bərdə rayonundakı 1 saylı orta məktəbi bitirmişdir. 1993-cü ildə   Azərbaycan Dövlət Dillər İnstitunun Filologiya fakultəsinə 
qəbul  olmuş  və  1997-ci  ildə  institutun  bakalavr  pilləsini  bitirmiş  və  həmin  ildən  ADDİ-nin  magistratura  pilləsində      təhsilimi 
davam  etdirmişdir.  1999-cu  ildə  ADDİ-nin  magistratura  pilləsini  bitirmişdir.  1999-cu  ildən  Azərbaycan    Dövlət    Pedaqoji  
Universitetinin  Xarici dillər (indiki İngilis  dili) kafedrasında 1 ştat müəllimvəzifəsində çalışır. 6 elmi məqaləi çap olunub. 
 
 
 
 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə