Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix20.09.2017
ölçüsü4,51 Kb.
#877
1   ...   27   28   29   30   31   32   33   34   35

 
 
 
167 
 
 
41.  m. Zeynallı İlahə Vahid qızı 
 
İlahə Vahid qızı Zeynallı 23 sentyabr 1986-сı ildə Yevlax şəhərındə anadan olmuşdur. 2004-сü ildə Yevlax şəhər 
Kövər kəndi ,T.İsmayılov adına orta məktəbi bitirmişdir. Elə həmin il Azərbayсan Dillər Universitetinin İngilis dili  
fakültəsinə qəbul olmuşdur. 2008-сi ildə universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmiş və həmin 
ildən ADU-nun magistratura pilləsində təhsilini davam etdirmişdir. 2011-сi ildə ADU-nun magistratura pilləsini 
fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2013- сü illərdə Azərbayсan Həmkarlar İttifaqları Konfederasiyasının 
Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. 2013- сü ildən Azərbayсan Dövlət Pedaqoji Universitetinin 
Xarici dillər (indiki İngilis dili) kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır. 5 elmi məqaləsi çap olunub.
 
 
 
 
 
 
 


 
 
 
168 
 
 
 
42. m. Hüseynova Günel Ehtiram qızı 
 
 
Hüseynova Günel Ehtiram qızı 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri, Nəsimi 
rayonundakı  28  saylı  orta  məktəbi  bitirmişdir.  Elə  həmin  il  Azərbaycan  Dillər  Universitetinin  Tərcümə 
fakultəsinə  qəbul  olmuşdur.  2002-ci  ildə  universitetin  bakalvr  pilləsini  bitirmişdir.  Elə  həmin  ildə 
RENESSANS  Elm-İstehsalat    Birliyində  baş  laborant  vəzifəsinə  təyin  olmuşdur.  2003-cü  ildə  Azərbaycan 
Dillər  Universitetinin  magistratura  pilləsində  təhsilimi  davam  etdirmişdir.  2004-cü  ildə  Azərbaycan  Dövlət  Pedaqoji 
Universitetinə  Xarici  dillər  kafedrasına  baş  laborant  təyin  olunmuşdur.  2005-ci  ildə  Azərbaycan  Dillər  Universitetinin 
magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində Xarici dillər 
kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır. 
3 elmi məqaləsi dərc olunub. 
 
 
 
 


 
 
 
169 
 
                                                 
43. m. Miriyeva Aynur Fizuli qızı 
Miriyeva  Aynur  Füzuli  qızı  21  oktyabr  1975-ci  ildə  Bakı  şəhərində  anadan  olmuşdur.  1992-cı  ildə  Bakı  şəhərı,  Səbail 
rayonundakı  190  saylı  orta  məktəbi  bitirmişdir.  Elə  həmin  il  Azərbaycan  Dillər  Universitetinin  İngilis  dili  fakültəsinə  qəbul 
olmuşdur. 1997-ci  ildə  universiteti  fərqlənmə diplomu  ilə bitirmişdir.  Pedaqoji  fəaliyyətimə 2007- ci  ildən  - 2010-cu  ilə qədər 
Xarici  dillər  kursunda  ingilis  dili  müəlliməsi  vəzifəsində  çalışmaqla  başlamışdır.  2010-cu  ildən  -  2012-ci  ilə  qədər  27  saylı 
bağçada  müqavilə  ilə  ingilis  dili  müəlliməsi,  2012-ci  ildən  -  2014-cü  ilə  qədər  Azərbaycan  Dövlət  Dənizçilik  Akademiyasının 
İngilis dili kafedrasında ingilis dili müəlliməsi vəzifəsində çalışmışdır. 2014- ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin  
İngilis dili kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır. 1 elmi məqaləsi çap olunub. 
 
 
 
 
 


 
 
 
170 
 
44. m. Əsədova Sevinc Sabir qızı 
 
 
 
 
 
Əsədova Sevinc Sabir qızı 14 iyul 1975-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuşdur. 1981-ci ildə Xətai 
rayonu  95No-li  orta  məktəbə  daxil  olub  1992-ci  ildə  bitirmişdir.  1992-ci  ildə  Azərbaycan  Dövlət  Dillər  Universitetinə  daxil 
olmuş 1997-ci ildə həmin universiteti bitirmişdir. 1994-cü ildə Xətai rayonu 95 No-li orta məktəbdə laborant vəzifəsində, 1997-ci 
ildən 1998-ci ilə qədər Dnepropetrovsk Universitetində ingilis dili müəllimi vəzifəsində, 1998-ci ildən 2001-ci ilə qədər Dağıstan 
Dövlət  Universitetində  ingilis  dili  müəllimi  və  metodist  vəzifələrində  çalışmışdır.  2001-ci  ildən  2010-cu  ilə  qədər  Nazirlər 
Kabineti  nəzdində  Kənd  Təsərrüfatı  Kreditləri  üzrə  Dövlət  Agentliyində  Dünya  Bankın  müxtəlif  layihələrində  tərcüməçi  və 
satınalmalar  (tədarük)  üzrə  mütəxəssis  vəzifələrində  çalışmışdır.  2011-ci  ildən  ADPU-da  İngilis  dili  Kafedrasında  ingilis  dili 
müəlliməsi vəzifəsində çalışmışdır. 2013-cü ildən fəlsəfə doktoru proqramı üzrə “Dil nəzəriyyəsi” ixtisası üzrə dissertant qəbul 
olmuşdur. Dissertasiya mövzusu “Zooleksemlərin linqvistik xüsusiyyətləri” adlanır.  
 
 
 
 


 
 
 
171 
 
45. m. Dadaşova Şəlalə Dadaş qızı 
 
Şəlalə Dadaş qızı Dadaşova  28 oktyabr  1971-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 1978-ci ildə Siyəzən  rayon 2 
saylı orta məktəbin 1-ci sinfinə daxil  olmuş, 1988-ci ildə həmin məktəbi bitirmişdir.  
 
 
 
 
 
 
1990-cı  ildə  Azərbaycan  Dövlət  Dillər  İnstitutuna    daxil  olmuş  və  1995-ci  ildə  (5illik  təhsil  əsasında)  həmin  institutu 
ingilis-alman  dilləri  ixtisası  üzərə  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  Həmin  ildən  institutda  (ingilis  dilinin  fonetikası 
kafedrasında) laborant, daha sonra müəllimə vəzifəsində çalışmışdır. 
1996-cı  ildən  paralel  olaraq  Bakı  Asiya  Universitetində  (özəl  təhsil  müəsisəsi)  tam  ştat  müəllimi  vəzifəsində  fəaliyyət 
göstərmişdir 
2015-ci  ildən  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici  dillər (indiki  ingilis dili) kafedrasında 0.5 ştat  müəllimi 
vəzifəsində çalışır.  
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə