Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix20.09.2017
ölçüsü4,51 Kb.
#877
1   ...   27   28   29   30   31   32   33   34   35

 
 
 
172 
 
 
 
 
 
 
 
 
 
 
  
46. b.m. Həsənova Nazdı Vəli qızı
 
 
Həsənova  Nazdı  Vəli  qızı  12.06.1957-ci  ildə  Azərbaycan  Respublikası  Mirbəşir  (hazırki  Tərtər) 
şəhərində anadan olmuş, azərbaycanlıdır.  
1964-cü ildə Naftalan şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1974-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 
Elə həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olmuş, 1979-cu ildə ingilis-fransız dilləri 
ixtisası üzrə institutu bitirmişdir. Təyinatla Qasım İsmayılov rayonunun Komarov kənd orta məktəbinə ingilis dili müəllimi kimi 
göndərilmişdir. 
1982-ci ildən Qasım İsmayılov rayonunun Qaşaltı kənd 8 illik məktəbinə köçürülmüşdir.  
1988-ci ildən Naftalan şəhər 2 saylı orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirmişdir.  
1993-1998-ci illərdə Naftalan şəhər 2 saylı orta məktəbdə təlim-tərbiyə üzrə direktor müavini işləmişdir.  
2001-ci  ildə  Bakı  şəhərində  keçirilən  “İlin  yaxşı  müəllimi”  müsabiqəsində  iştirak  etmiş,  III  yerə  layiq  görülərək  diplomla 
təltif olunmuşdur.  
2006-cı ildə irəli çəkilərək Naftalan şəhər 2 saylı orta məktəbin direktor vəzifəsinə təyin olunmuş, 2010-cu ildə öz ərizəmlə 
bu vəzifədən azad olmuş və həmin məktəbdə ingilis dili müəllimi kimi çalışmışdır.  
2011-ci ilin sentyabr ayının 15-dən Azərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasına ingilis dili müəllimi təyin 
olunmuşdur.  
Prezidentimizin  sərəncamına  əsasən  AMİ-nin  ADPU-ya  qoşulması  ilə  əlaqədar  05.07.2016-cı  ildən  keçmiş  AMİ-dən  azad 
olunmuşdur.  
15.09.2016-cı ildən ADPU-nun ingilis dili kafedrasında ingilis dili müəllimi kimi işləməyə başlamışdır 


 
 
 
173 
 
47. m. Məmmədkərimova Zülfiyyə Məmməd qızı 

 
Məmmədkərimova  Zülfiyyə  Məmməd  qızı 13  avqust 1992-ci  ildə  Bakı  şəhərində  anadan  olmuş.  2009-cu  ildə  5  nömrəli 
orta  məktəbi  bitirmiş  və  həmən  il  Bakı  Slavyan  Universitetinin  Xarici  dil  müəllimliyi  (İngilis  dili)  fakültəsinə  daxil  olmuşdur. 
2013-cü  ildə Bakı Slavyan  Universitetinin  magistratura pilləsini  bitirmiş  və  həmən  il  Odlar Yurdu Universitetində doktorantura 
pilləsində təhsilimi davam etdirmişdir. 2015-ci  ildə  Azərbaycan Müəllimlər İnstitutunda Xarici dillər kafedrasında baş laborant 
çalışmış  və  2016-cı  ildən  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  İngilis  dili  kafedrasında  0,5  ştat  müəllim  vəzifəsində 
çalışır. 4 tezis, 3 elmi məqaləsi  çap olunub. 
 
 
 
 
 
 


 
 
 
174 
 
                                                                 
KAFEDRANIN  İLLİK  İŞ   PLANI  (NÜMUNƏ) 
 
“Təsdiq edirəm” 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin  rektoru 
______________ t.e.d., prof. C.M.Cəfərov 
“____”  ______________ 2016-cı il 
 
 
                                                       
Azərbaycan   Dövlət   Pedaqoji   Universitetinin 
“İngilis dili ”   kafedrasının   illik  
İŞ   PLANI
 
I Tədris işləri 
İşin məzmunu 
Tarix 
İcraçı 


 
 
 
175 
1.
 
2016/2017-cı  tədris  ili  üçün  kafedranın  iş 
planının müzakirəsi və təsdiqi.  
2.
 
Müəllimlərin 
sillabuslarının 
və 
fərdi 
planlarının müzakirəsi və təsdiqi. 
3.
 
Test işlərinin vəziyyəti. 
4.
 
Qış  və  yaz  (əyani,  qiyabi  şöbələr  üzrə) 
imtahan sessiyasına hazırlıq haqqında. 
5.
 
İmtahan-qəbul  sessiyası  dövründə  tələbələrlə 
məsləhət saatlarının keçirilməsi haqqında. 
6.
 
Qış-yaz  imtahan  sessiyasının  nəticələrinin 
müzakirəsi. 
7.
 
Kurs işlərinin müzakirəsi və təsdiqi haqqında. 
8.
 
“İlin  müəllimi”  müsabiqəsində  kafedra 
müəllimlərinin iştirakı. 
9.
 
Tədris  planlarının  yerinə  yetirilməsi  və 
sillabusların,  təqvim  planlarının  icrasına 
nəzarət. 
sentyabr 
sentyabr 
sessiya qabağı 
dekabr-may 
yanvar-iyun 
fevral-iyun 
sentyabr-fevral 
sentyabr-oktyabr 
sentyabr-iyun 
kafedra 
kafedra 
kafedranın test kom. 
k/müəllimləri 
k/müəllimləri 
kaf.fransız dili müəl. 
kaf.fransız dili müəl. 
k/müəllimləri 
k/müdiri 
 
  
 
II.    Tədris-metodiki    işləri 


 
 
 
176 
1.
 
2016/2017-cı ci tədris ili üçün dərsliklərin, 
metodiki göstəriş, dərs vəsaitlərinin, 
proqramların müzakirəsi və təsdiqi. 
2.
 
Müəllimlərin ixtisasartırma kurslarına 
göndərilməsi haqqında 
3.
 
Müəllimlərin dərslərdə qarşılıqlı iştirakı və 
dərslərin kafedra iclaslarında müzakirəsi 
4.
 
Kafedra müəllimlərinin açıq dərs cədvəllərinin 
təsdiqi və müzakirəsi 
5.
 
İbtidai sinif müəllimliyi  ixtisası üzrə pedaqoji 
təcrübənin təşkili, keçirilməsi və yekunu 
haqqında 
6.
 
Dərs jurnallarının yoxlama nəticələrinin 
müzakirəsi 
7.
 
Kollokvium nəticələrinin müzakirəsi kafedra 
müəllimlərinin universitet üzrə 
akademborcların ləğvində iştirak haqqında 
(kredit sistemi kəsirli tələbələrlə əlavə iş və 
“Yay məktəbləri”) 
il boyu 
 
il boyu 
il boyu 
il boyu 
oktyabr-aprel 
ildə 2 dəfə 
 
dekabr-iyul 
           kafedra 
          k/müəllimləri 
k/müəllimləri 
k/müəllimləri 
 
ped.təc.rəhbəri 
 
yoxlama komis. 
test komis. 
 
III.   Elmi-tədqiqat   işləri 


 
 
 
177 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                        
             
1. Kafedra əməkdaşlarının, doktorantların, 
aspirant və dissertantların elmi işlərinin yerinə 
yetirilməsi haqqında                                                 
2. Kafedraya təqdim olunan məqalə, tezis, 
dissertasi-yalara rəy verilməsi haqqında             
3. Kafedra üzrə TEC-in işi haqqında                               
4. Kafedra əməkdaşlarının beş illik elmi 
tədqiqat işlərinin mərhələlər üzrə müzakirə və 
təsdiqi haqqında.                                                                     
5. Kafedra müəllimlərinin respublika və 
beynəlxalq elmi konfranslarda iştirakını təmin 
etmək.                                                               
6. TEC-in xətti ilə fərqlənən tələbələrin fənn 
olimpiadalarında iştirakını təmin etmək. 
oktyabr 
 
il boyu 
noyabr-aprel 
il boyu 
 
il boyu 
vaxtaşırı 
kafedra 
 
kafedra 
b/m. S.Ağayeva 
b/l K.Məmmədzadə 
 
k/müəllimləri 
b/m.S.Ağayeva 


 
 
 
178 
IV.   Təşkilati-metodiki   işlər 
1.
 
Ayda bir dəfədən az olmayaraq kafedra 
iclaslarının keçirilməsi. 
2.
 
Müəllimlərin nizam-intizamına nəzarət. 
3.
 
Kafedra üzrə növbətçilik cədvəllərinin 
təsdiqi (hər üç korpus üzrə). 
4.
 
Fərdi iş planlarının müzakirəsi və 
təsdiqi. 
5.
 
Kafedranın iş planının müzakirəsi və 
təsdiqi. 
6.
 
Sınaq və açıq dərslərinin cədvəllərinin 
təsdiqi. 
7.
 
Kafedranın illik hesabtının 
hazırlanması. 
8.
 
Kafedra müəllimlərinin seçkilərinin. 
keçirilməsi haqqında. 
9.
 
Universitet və fakültə Elmi Şurasında 
qəbul olunmuş qərar, əmr və 
sərəncamların yerinə yetirilməsi. 
10.
 
Rektorluğun əmr, sərəncam və 
göstərişlərinin vaxtında yerinə 
yetirilməsi haqqında. 
11.
 
Dərs ilinin əvvəlində və ortasında ayrı-
ayrı kurs tələbələri və onların  
müəllimləri ilə işgüzar söhbətlər. 
12.
 
Kafedra iclaslarında qəbul edilmiş 
ayda bir dəfə 
 
il boyu             
sentyabr-fevral  
sentyabr 
sentyabr 
 
ildə iki dəfə 
ildə bir dəfə 
vaxtaşırı 
 
il boyu 
il boyu 
 
ildə iki dəfə 
 
k.müdiri 
n/intizam  komis. 
kafedra 
kafedra 
k.müəllimləri 
sınaq,açıq dərslər üzrə komissiya 
kafedra 
k/müdiri 
k/müdiri 
k/müdiri 
 
 
 
 
 


 
 
 
179 
 
 
 
 
                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                      İngilis  dili  kafedrasının  müdiri:   
 
 
 
 
 
dos.G.B.Alıyeva 
 
qərarların icrasına nəzarət 
ildə üç dəfə 
k/müdiri 
V.   Tələbələrin   mənəvi - əxlaqi   tərbiyəsi   üzrə   görülən    işlər 
1.
 
Tələbələrin mənfi qüvvələrdən, din 
missionerlərinin təsiri altına düşməsinin 
qarşısını almaq məqsədi ilə onlarla daimi 
iş aparmaq. 
2.
 
Tələbələrin hərbi-vətənpərvərlik və 
milli-əxlaqi tərbiyəsi mövzusunda 
söhbətlər aparmaq 
3.
 
Fakültə və Universitetdə keçirilən elmi-
mədəni və kütləvi tədbirlərdə iştirak 
etmək. 
4.
 
Kafedrada şifahi nitqin  inkişafı ilə bağlı 
seminarların təşkil edilməsi. 
 
 
il boyu 
 
il boyu 
il boyu 
 
il boyu 
 
 
k. müəllimləri 
 
k. müəllimləri 
k. müəllimləri 
 
k. müəllimləri 
 


 
 
 
180 
                                                                       
KAFEDRANIN ƏSASNAMƏSİ 
 
                                                                                                Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının  
                                                                    “__”      _______ 2016-cı il tarixli “___” saylı protokolu ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
                                                      Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili    
kafedrası haqqında 
 
ƏSASNAMƏ 
 
Bu əsasnamə Azərbaycan Respubllikası Təhsil naziri 11 oktyabr 1994-cü il 595 N-li 
əmri əsasında tərtib olunmuşdur. 
 
1.
 
İngilis dili kafedrası (bundan sonra kafedra) ADPU-nun Filologiya fakültəsinin əsas tədris-elm struktur sahələrindən 
biri    olub,  filologiya  və  onunla  əlaqəli  fənlər  üzrə  tədris,  metodiki  və  elmi-tədqiqat,  elmi-pedaqoji  kadrların  hazırlanması,  
ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyəvi işləri həyata keçirir. 
2.
 
Kafedra  Azərbaycan  Respublikası  Qanunvericiliyinə,  Təhsil  Qanununa,  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, “Ali təhsil 
müəssisəsinin  Nümunəvi  Nizamnamə”sinə,  ADPU-nun  Nizamnaməsinə,  ali  təhsil  müəssisəsinin  professor-müəllim  heyətinin 
vəzifələrə seçilməsi və attestasiyası qaydalarına və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir. 
3.
 
Kafedraya  ümumi rəhbərlik,  bir qayda olaraq, elmi dərəcəsi  və elmi rütbəsi olan  kafedra  müdiri  tərəfindən  həyata 
keçirilir.  
4.
 
Kafedranın kollektiv idarəetmə orqanı  onun ayda bir dəfədən gec olmayaraq  çağırılan ümumi yığıncağıdır. Kafedra 
əməkdaşlarının elmi-tədqiqat işlərinin qurulmuş qrafik əsasında müzakirələri zamanı ayda bir neçə dəfə keçirilə bilər. 
5.
 
Kafedraya  -  kafedra  müdiri,  professorlar,  dosentlər,  baş  müəllim  və  müəllimlər,  doktorantlar,  laborant  və  baş 
laborantlar  daxildirlər. 
6.
 
Kafedranın əsas vəzifələri:  


 
 
 
181 
-
 
bütün  təhsil  formaları  üçün  tədris  planlarında  nəzərdə  tutulmuş  məşğələlərin,  mühazirələrin,  laboratoriya,  praktiki 
seminar və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılmasını təmin etmək; 
-
 
cari imtahanların və aralıq yoxlamaların keçirilməsini təmin etmək; 
-
 
dövlət imtahanlarının təşkilində və keçirilməsində fəal iştirak etmək; 
-
 
təhsil alanlar arasında fəal vətəndaş mövqeyinin formalaşması işində iştirak etmək; 
-
 
kafedrada  tədris  edilən  fənlər  üzrə  tədris  proqramlarının  işlənib  hazırlanmasını,  müvafiq  qaydada  təsdiq  edilmək 
üçün təqdim olunmasını təşkil etmək, digər kafedraların hazırladığı tədris proqramlarına rəy vermək; 
-
 
dərslik,  dərs  vəsaitləri,  metodiki  rəhbərlik,  təlimat,  göstəriş,  əyani  vəsait  və  s.  hazırlanmasını  təmin  etmək, 
rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy vermək; 
-
 
elmi-tədqiqat  işlərinin  aparılmasını  təşkil  etmək,  aspirantların,  doktorantların  və  tələbələrin  elmi-tədqiqat  işlərinə 
rəhbərlik etmək; 
-
 
tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsini təşkil etmək, onların  tətbiq edilməsi və ya nəşr edilməsi üçün rəy 
vermək; 
-
 
kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının tərtib olunmasını və onların icrasını 
təmin etmək; 
-
 
universitetin,  respublikanın  və  xarici  ölkələrin  ali  məktəblərinin  pedaqoqlarının  qabaqcıl  iş  təcrübəsinin 
öyrənilməsini və yayılmasını təşkil etmək; 
-
 
tədris  prosesində  müasir  texniki  vasitələrdən,  yeni  metodikalardan    istifadə  edilməsinə  dair  tədbirlər  hazırlayıb 
həyata keçirmək; 
-
 
elmi-pedaqoji və elmi kadrların hazırlanması üçün tələbələrlə, aspirantlarla və doktorantlarla işi təşkil etmək; 
-
 
kafedra  əməkdaşlarının,  doktorant  və  dissertantların  dissertasiyasının  yüksək  səviyyədə  hazırlanmasına  kömək 
etmək, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarını müzakirə edib rəy vermək; 
-
 
müasir texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübənin öyrədilməsi və yeni iş metodlarının tətbiq edilməsi məqsədi 
ilə müxtəlif müəssisə və təşkilatlarla əməkdaşlığı təmin etmək, qarşılıqlı faydalı əlaqələri genişləndirmək; 
-
 
 pedaqoji  sahədə  çalışan  mütəxəssislərin  ixtisaslarının  artırılmasına  köməklik  göstərmək,  təhsil  müəssisələrinə 
müqavilə əsasında müxtəlif xidmətləri təmin etmək, araşdırmalar aparmaq, proqramlar və təkliflər hazırlamaq; 
-
 
ADPU-nun bakalavrları, kafedranın magistr və doktorant məzunları ilə daimi əlaqələri təmin etmək; 


 
 
 
182 
-
 
təhsilin inkişafı, tələbələrə verilən biliyin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə kafedrada tədris edilən fənlər 
üzrə elmi biliklərin təbliğini təşkil etmək; 
7.
 
kafedra ADPU-nun Elmi Şurasının qərarı ilə, ən azı 3 professor müəllim (o cümlədən 3 nəfər elmi dərəcəyə malik) 
olduqda yaradılır. Kafedranın illik tədris yükü 3,0 min saatdan az olmamalıdır.   
8.
 
kafedra iclaslarına ADPU-nun əməkdaşları, fakültənin və qonşu kafedraların əməkdaşları, doktorant və dissertantlar 
da dəvət oluna bilərlər. 
9.
 
kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə edilir: 
-
 
kafedra müdirliyinə seçimlə əlaqədar namizədlərin müzakirəsi; 
-
 
kafedranın bütün fəaliyyət növləri üzrə gördüyü işlər, professor - müəllim heyətinin,  doktorantların, dissertantların, 
magistr təhsili alan,  staj  keçən və ya fərdi planla təhsil alan tələbələrin tədris-tədqiqat planları və hesabatları;  
-
 
kafedrada tədris olunan fənlər  üzrə tədris vəsaitləri, proqramları, mühazirə və imtahan  materialları; 
-
 
müəllimlərin tədris yükünün bölünməsi və tədris yükünün yerinə yetirilməsi vəziyyəti; 
-
 
kafedra  tərəfindən  təşkil  edilən  elmi  seminarların,  konfransların,  açıq  dərslərin  və  s.  tematikası,  onların 
keçirilməsinin nəticələri; 
-
 
elmi rəhbərlərin və rəy  verənlərin təyin edilməsi; 
-
 
elmi və metodiki işlərin nəşr olunmasına dair təqdimatların verilməsi; 
-
 
tədris olunan fənlər üzrə sərbəst proqramla təhsil alan tələbələrin işlərinin mövzularının müəyyənləşdirilməsi; 
-
 
sərbəst işlərin hazırlanması, təhvil verilməsi və qiymətləndirilməsi qaydalarının müəyyən edilməsi. 
10.
 
kafedra  mövcud  normativ  hüquqi  aktlara  uyğun  olaraq  qarşısına  qoyulmuş  vəzifələri  yerinə  yetirmək  üçün  öz 
səlahiyyətləri daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar qəbul edə bilər. 
-
 
kafedra  iclaslarında    qəbul  olunan  qərarlar  haqqında  fakültənin  rəhbərliyinə,  zərurət  olduqda  isə  ADPU-nun 
rektorluğuna və ya Elmi Şurasına məlumat verilir. 
11.
 
kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimatlar verilə bilər: 
16.
 
öz səlahiyyətləri daxilində kafedra  müəllimlərini  xarici ölkələrə, stajkeçmə  və  ixtisasartırma kurslarına,  yaradıcılıq 
və tədqiqat ezamiyyətlərinə göndərmək üçün, eləcə də doktoranturaya qəbulla bağlı təqdimat vermək; 
17.
 
müəllim  və  elmi  işçilərin  kafedraya  işə  qəbulu  haqqında  işəgötürmə  komissiyasına  tövsiyə,  onlarla  müqavilə 
bağlanması,  mövcud  qanunvericiliyə  uyğun  olaraq  onlara  vəzifə  maaşı  və  əlavələrin  təyin  edilməsi  haqqında  müraciət 
hazırlamaq; 


 
 
 
183 
18.
 
magistraturaya, doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması ilə bağlı təkliflər vermək; 
19.
 
tələbələrin fərdi planlarına uyğun təhsilə keçirilməsi ilə bağlı təkliflər hazırlamaq; 
20.
 
əməkdaşların həvəsləndirilməsi və ya cəzalandırılması ilə bağlı əsaslandırılmış təqdimat vermək; 
21.
 
kafedranın  müəllimlərinin,  elmi  işçilərinin  və  digər  əməkdaşlarının  vəzifədən  kənarlaşdırılması  haqda  təqdimat 
vermək; 
22.
 
digər təkliflər vermək. 
12.
 
kafedra iclaslarında qərarlar açıq və ya gizli səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edilir.  
13.
 
kafedra müdiri:  
23.
 
kafedranın fəaliyyətinə rəhbərlik edir, onun işini planlaşdırır və təşkil edir; 
24.
 
kafedra iclaslarını çağırır, onlara sədrlik edir; 
25.
 
Elmi Şura qarşısında kafedranın fəaliyyəti barədə hesabat verir; 
26.
 
kafedranı təmsil edir; 
27.
 
kafedranın fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır. 
14.
 
kafedrada kargüzarlıq mövcud qanunvericiliyə və  ADPU-da qəbul edilmiş qaydalara uyğun olaraq aparılır. 
15.
 
Əsasnaməyə əlavələr və dəyişikliklər, onun qəbul olduğu qaydada həyata keçirilir.  
 
Əsasnamə kafedranın “_” “sentyabr”
 
2016-cı il tarixli iclasında qəbul edilmişdir. 
 
Kafedra müdiri:_____________  dos.G.B.Alıyeva 
 
ADPU-nun   Tədris-Metodiki Şurasının “____”  “___________” 2016-cı il tarixli iclasında müzakirə edilərək bəyənilmiş, təsdiq 
edilməsi üçün Elmi Şuraya tövsiyə olunmuşdur. 
 
 
 
                                    
Tədris-Metodiki Şuranın sədri: ___________  prof.M.Cəbrayılov 
 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə