Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə10/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   176

 

31 


Tapşırıqlar 

 

II  fəslin  məzmununa  daxil  edilmiş  materialı  öyrənin.  Aşağıda-

kılar barədə düşünün. Qənaətinizi bölüşməyə özünüzü hazırlayın. 

1.

 



Qədim Şərqdə tərbiyə. 

2.

 



Şumerlərdə tərbiyə və təhsil. 

3.

 



Qədim Misir, Çin, və Hindistanda tərbiyə və təhsil. 

4.

 



Qədim türklərdə və türk dastanlarında tərbiyə məsələləri . 

5.

 



Qədim Hunlarda tərbiyə. 

6.

 



Qədim Göytürklərdə tərbiyə. 

7.

 



Uyğurlarda mədəniyyət və tərbiyə. 

 

 



Ədəbiyyat 

 

1.  Yəqubi  Ə.  R.  Azərbycanda  təlim-tərbiyə  mədəniyyəti,  təhsil  və 



pedaqoji fikir tarixi. Bakı: Nurlan, 2005. 

2. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002. 

3. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlar, 2010. 

4. Şəfizadə B.C. Azərbaycan ədəbiyyat tarixi. Bakı: Adiloğlu, 2003. 

5. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı: 2004. 

6.  Seyidov  F.Ə.  Türk  xalqlarının  tərbiyə  və  məktəb  tarixinə  dair. 

Bakı: Sevinc, 1997. 

7. Məmmədov T. M. Azərbaycan psixoloji fikir tarixində şəxsiyyət 

problemi. Bakı: Mütərcim, 2011. 

8. Məmmədov K.A. Şərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti). 

Bakı: Mütərcim, 2011. 

9. Qumilyov L.N. Qədim türklər. Bakı: Gənclik, 1993. 

10.  Şükürlü  Ə.  Qədim  türk  yazılı  abidələrinin  dili.  Bakı:  Maarif, 

1993. 


11.  Zəkiyev  İ.Ş.  Azərbaycan  kitabı  IX-X  əsrlərdə  //  BDU,  Dil  və 

ədəbiyyat, 2006, № 5, s.183-188. 

 

 

 



 

 

 

 


 

32 


 

 

 

III fəsil 

 

QƏDİM AZƏRBAYCANDA  

TƏRBİYƏ VƏ TƏHSİL MƏDƏNİYYƏTİ.  

AZƏRBAYCANDA ZƏRDÜŞTLÜK   

TƏRBİYƏ VƏ TƏHSİLİ 

 

 

Əhatə olunan məsələlər:  

 

3.1. Qədim Azərbaycanda tərbiyə və təhsil mədəniyyəti. 

3.2. Zərdüşt məktəbləri və “Avesta”da tərbiyə məsələləri.  

 



 

33 


 

3.1. Qədim Azərbaycanda  

tərbiyə və təhsil mədəniyyəti 

 

Çox qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi 



cəhətdən türk islam dünyasnın mərkəzində yerləşən Azərbaycan və 

bu  yurdun qədim sakinləri olan azərbaycanlılar hələ qədim zaman-

lardan  yazı və oxu mədəniyyətinə sahib olmuş, dövrün, ictimai hə-

yatın  xüsusiyyətlərinə  uyğun  təhsil  ocaqları  yaratmış,  insanları  in-

kişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söyləmiş-

lər.  Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu  babaları-

mızm  yaratdıqları  zəngin  elmi,  ədəbi  və  pedaqoji  irsin  mühüm  bir 

qismi  tələf  edilmiş,  böyük  bir  mənəvi  xəzinə  vətənimizdən 

çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir. 

Zəngin  şifahi  xalq  ədəbiyyatımız  –  “Kitabi  Dədə  Qorqud”, 

“Bilqamıs”,  “Alp  Ər  Tunqa”,  “Oğuz”,  “Ərkənəqun”  kimi  dastan-

larmız,  Oğuznamələr,  Ustadnamələr  xalqımızın  qədim  tarixindən, 

onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, 

tərbiyə  və  təhsil  səviyyəsindən  xəbər  verir.  Qobustan,  Gəmiqaya, 

Oğlanqala,  Kültəpə,  Orxon  kitabələri  və  daha  bir  çox  qayaüstü 

yazılı  abidələrimiz  xalqımızın  yazı  yazmaq,  oxumaq,  hesablamaq, 

rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib ol-

masından  xəbər  verir.  Tariximizin  çox  qədimliyini  göstərən  arxeo-

loji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr, xaraba şəhər 

və  qəsəbələr  Azərbaycanın  ayrılmaz  bir  parçası  olan  Naxçıvanda 

hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış 

daş  baltalar,  buradakı  duz  müalicəxanası  çox  uzaq  keçmişimizdən 

xəbər verir. Bütün bunlar Azərbaycan xalqnın hələ miladdan əvvəl 

mədəniyyətə,  yazıya,  oxuya,  təlim-tərbiyə  mədəniyyətinə  sahib  ol-

duqlarını təsdiq edir. 

Arxeoloqlar  indiki  Azərbaycanda  ilk  insan  məskənlərini  Daş 

dövrünə  aid  edirlər.  Azərbaycanda  hələ  tunc  və  dəmir  dövründə 

(e.ə.XIV-VIII əsrlər) əhali əkinçiliklə, taxılçılıqla, dəmirçiliklə mal-

darlıqla  məşğul  olmuşlar.  Qədim  insanlarımız  taxil  əkmiş,  taxıl 

ehtiyatını  xüsusi quyularda saxlamış, torpağı  şumlamış, taxılı döy-

müş, onu üyütmüşlər. Çaxmaq daşı icad etmiş, od əldə etmiş, daş və 



 

34 


dəmir alətlər hazırlamış, texnoloji üsulla misi, dəmiri əritmiş qalay, 

qurğuşun  əldə  etmiş,  sobalar  yaratmışlar.  Onlar  müxtəlif  məqsədli 

baltalar, yaba, oraq, bıçaq, qanadlı ox, nizə, xəncər, qılınc, silah, at 

əsləhləri hazırlamışlar. İnsanların estetik şüur və mədəniyyəti, bədii 

təfəkkürü  yüksəlmiş, saysız-hesabsız bəzək əşyaları  - tuncdan qol-

baq,  üzük,  sırğa,  əqiq,  daş  və  mərmərdən  muncuqlar,  üzük  qaşları 

hazırlamış, sümükdən, metaldan, dəmirdən, tuncdan istifadə edərək 

müxtəlif  alətlər,  toppuzlar  hazırlamış,  bir  rəngli,  çoxrəngli  saxsı 

qablar, küplər düzəltmiş, ona gözəl naxışlar vurmuş, mənalı cizgilər 

və  rəsmlər  çəkmiş,  daha  sonralar  da  qızıldan,  gümüşdən  istifadə 

edərək  üstündə  piktoqrafik  işarələr  qoymuş,  yazılar  yazmışlar. 

Tədricən sənətkarlıq, “xəttatlıq”, “rəssamlıq” inkişaf etmiş, böyük-

lər  öyrəndiklərini,  təcrübi  yolla  əldə  etdiklərini  yetişən  nəslə  öy-

rətmiş, onları təlimləndirmiş, tərbiyə etmişlər. İnsanlarımız atı əhli-

ləşdirmiş, sürət əldə etmiş, mühəndislik edərək iki təkərli, dörd tə-

kərli at arabaları yaratmış, ondan yük daşımaq və nəqliyyat vasitəsi 

kimi  istifadə  etmişlər.  Çadırlar  qurmuş,  qaya  parçalarından  evlər, 

abidələr tikmiş, əkin  sahələri,  bağ və bostanlar  yaratmış,  meyvələr 

yetişdirmiş,  xüsusi  texnologiya  ilə  onu  qurutmuş,  heyvandarlıqla 

məşğul olaraq heyvan dərisindən, yunundan istifadə etmiş, dəri aşı-

lama,  dabbaqlıq,  toxuculuqla  məşğul  olmuş,  qida  məhsulu  kimi  ət, 

süd,  yoğurt  əldə  etmiş,  həyat  şəraitlərini  günü-gündən  yaxşılaşdır-

mışlar.  Kiçiklər  də  böyüklərin  yanında  olmuş,  onların  işlərini  mü-

şahidə etmiş, onların sənət və peşələrini daha təkmil formada davam 

etdirmişlər. Bütün bunlar insanların bir- birinə öyrətmə və öyrənmə 

prosesi ilə müşahidə edilmiş və demək olar ki, bunlar qədim dövrün 

bəsit  şəkildə  də  olsa  təlimini  və  tərbiyəsini  səciyyələndirən  cəhət-

lərdir. 


Azərbaycan ərazisinin dünyanm ən qədim insan məskənlərin-

dən biri olduğu artıq sübüt edilmişdir. Azıx, Tağlar, Damcılı, Daş-

salahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan 

maddi-  mədəni  arxeoloji  tapıntılar,  o  cümlədən  1968-ci  ildə  Qara-

bağda, Füzuli rayonunun 17 km-də tapılmış Azıx mağarası və bura-

dan aşkar edilmiş l8-20 yaşlı qadını alt çənə sümüyü tədqiq edilmiş 

və sübut edilmişdir ki, 350-400 min il bıından əvvəl burada qədim 

insanlarımız  -  Azıx  adamı  (Azıxantrop)  yaşamış  və  bu  fakt  Azər-

baycanın  ibtidai  insanların  formalaşdıqları  əraziyə  daxil  olduğunu 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə