Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə11/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   176

 

35 


göstərir.  Dünyada  üç  tapıntıdan  biri  olan  bu  nadir  tapıntıya  görə 

Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil 

edilmiş  və  dünyanın  ən  qədim  sivilizasiya  ocaqlarından  biri  hesab 

edilmişdir. Bu dövrün tarixi 700-150 min il arasındadır. Erkən orta 

və Aşel dövründə əmək alətləri, ictimai münasibətlər xeyli təkmil-

ləşmiş,  yeni  növ  alətlər  meydana  gəlmiş,  yeni  əmək  münasibətəlri 

yaranmışdır. Azıx mağarasından 850-900 min illik tarixi olan Şel və 

Aşel  dövrlərinin  ən  universal  alətləri  -ürək  və  badam  quruluşlu  əl 

kəsərləri,  itiuclular,  qaşovlar,  dişli-kəzli  iskənəyə  bənzər  alətlər  və 

onlarca başqa növ alətlər aşkar edilmişdir. Müxtəlif daşlardan hazır-

lanmış həmin alətlər məişətdə istifadə edilmişdir. İbtidai insanlar bu 

alətlər vasitəsilə özlərini vəhşi heyvanlardan qorumuş, ov ovlamış, 

balıq tutmuş, geyim tikmiş, toxuculuqla məşğul olmuşlar. 

Xalqımızın ulu torpağı olan Cənubi Azərbaycanın bir sıra yer-

lərində  də  qədim  insanlarımızın  yaşayışına  dair  qiymətli  tapıntılar 

olmuşdur. Urmiya gölünün ətrafında Rizayə şəhərindən 20 km. Şi-

malda  yerləşən  Tamtama  mağarasından  neandartala  məxsus  bəzi 

qalıqlar dünya elminə bu gün də məlumdur. 

Bakının 50 km-də yerləşən Qobustan insanlığın ən qədim yaşa-

yış məskəni olmuşdur. Qayaların üstündə 1000-dən artıq şəkil və yazı 

işarələri vardır. Bu rəsmlərdə müxtəlif heyvanlar, qayıqlar, əmək, ov 

və  rəqs  səhnələri  təsvir  edilmiş,  insanlar  nəyi  isə  başqalarına  öyrət-

mək və ya bildirmək istəmişlər. Qobustan rəsmləri sırasında Mezolit 

dövrünə (Miladdan əvvəl  XII-X minilliklər) aid olan rəsmlər, işarə-

lər, dini ayinlərə həsr edilmiş fiqurlar, rəqs kompozisiyaları, hələ Me-

zolit və Enolit dövrlərində Azərbaycanda bədii zövqün,  rəsm  mədə-

niyyətinin,  təsviri  sənətin  varlığını,  nəqqaşlığın,  rəssamlığın  səviy-

yəsini, inkişafını göstərən əsaslı bir dəlildir. Qayalarda həkk olunmuş 

qayıq  rəsmləri  o  dövrün  mühəndis  ağlından,  hesablama  işlərinin 

dəqiqliyindən xəbər verir. Qayıq bir tərəfdən insanların qida ehtiya-

cını ödəmək məqsədi güdürdüsə, digər tərəfdən bu bir nəqliyyat növü 

idi  ki,  başqa  yerlərə  səfərlər,  ticarət  və  mədəni  əlaqələr  demək  idi. 

Bütün bunlar qədim qobustanlıların təfəkkür tərzini, mədəni səviyyə-

sini,  dövrə  məxsus  öyrətmə-öyrənmə  prosesinin,  təlim-tərbiyə  mə-

dəniyyətinin ilkin formalarda varlığını bildirir. 

Qobustan  qayaüstü  rəsmlərinin  təhlilindən  məlum  olur  ki, 

buradakı  tərbiyə  məsələləri  əsas  etibari  ilə  ovçuluq,  əməksevərlik, 



 

36 


vətənpərvərlik, peşəyə, sənətə məhəbbət, fiziki tərbiyə, təsviri sənət, 

rəqs, musiqi, estetik tərbiyə kimi keyfiyyətlər gənc nəslə aşılanmış-

dır. Ovlanacaq heyvanı düzgün nişan almaq, atmaq, silah (ox, nizə, 

kaman)  hazırlamaq  və  ondan  bacarıqla  istifadə  etmək,  eləcə  də 

əmək  alətləri  hazırlamaq  və  istifadə  etmək,  qida  əldə  etmək  kimi 

bacarıq və vərdişləri gənc nəslə öyrətmək olmuşdur. Qobustan mü-

təxəssisləri qeyd etmişlər ki, burada böyük öküz rəsmlərində nizə və 

ox  izləri  indi  də  görünür.  Bu  o  deməkdir  ki,  qədim  qobustanlılar 

vəhşi öküz ovlamağı öyrənmək üçün qayanın üstündə rəsm edilmiş 

öküz  fiquruna  nizə,  yaxud  ox  atmaqla  gənc  nəslə  təcrübi  olaraq 

məşqlər keçmiş, onları buna öyrətmişlər. 

Yetişən  gənc  nəsil  müxtəlif  oyun,  rəqs,  mərasimlər,  adət  və 

ənənələr  vasitəsilə  xalqın  müəyyən  etdiyi  əxlaq  normalarına  yiyələ-

nirdilər. Rəqs və mərasimlər zamanı gənclərdə əməksevərlik, həyat-

sevərlik, kollektivçilik, insanpərvərlik, birlik, qarşılıqlı yardımlaşma, 

qoçaqlıq, çeviklik və bir sıra əxlaqi, iradi keyfiyyətlər tərbiyə edilib 

formalaşırdı. Qayalardakı rəsmlər, rəqs səhnələri, daş qaval, piktoqra-

fik  işarələr  maarif  və  mədəniyyət  tariximizin  qədimliyindən,  insan-

ların  estetik  və  bədii  tərbiyəsindən  xəbər  verir.  Uşaqlar  və  gənclər 

oyun və rəqsləri müşahidə etməklə və ya praktik olaraq bu nəsillərə 

ötürürdülər.  Qayalar  üstündə  təsviri-  süjetli  şəkli  prosesdə  iştirak 

etməklə qəbilə və ya tayfanın adət və ənənələrini mənimsəyir, onları 

yadda  saxlayıb  digər  gələn  yazılar,  dəmir  məmulatlarından  istifadə 

edərək döymə üsulu ilə rəsmlər, işarələr qədim qobustanlıların bədii 

təfəkkür  tərzini  və  bilik  və  dünyagörüşünü,  insanların  öyrətmə  və 

öyrənmə aktlarnı, savad səviyyəsini göstərən dəlillərdir. 

1979-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün 

Qobustana xüsusi səfərlər elan edən məşhur Norveç tədqiqatçısı Tur 

Heyerdal (Özünün dediyinə görə Azərbaycan əsillidir) ilk növbədə 

özü  Qobustana  səfər  etmişdir.  Onu  müşaiyət  edən  Qobustanın 

tədqiqatçısı  C.Rüstəmov  söyləyir  ki,  o  çox  maraqlı  adam  idi.Yol 

boyu fikirli idi, dinib danışmırdı. Elə bil harasa tələsir, nəyisə gör-

mək istəyirdi, hərdənbir Xəzərə baxır və “Gözəldir” deyirdi. Arzu-

suna çatdı. Qobustanı gəzdi, dolaşdı. Heyranlıqla təsvirləri nəzərdən 

keçirdi. Lakin qayıq rəsmlərinin qarşısında duranda elə bil öz dün-

yasına  -  gəmilər  aləminə  qayıtdı,  qayıqlar  aləminin  seyrinə  daldı. 

Gah piano çalan kimi barmaqlarını qayıqların üstünə qoydu, oynat-



 

37 


dı,  gah  ölçülərini  götürdü,  gah  gendən  durdu  boylandı,  sonra  da 

sorğu-suala  başladı.  “Dünyada  qaya  təsvirlərində  əksini  tapan  qa-

yıqların  yaşı  3500  ildən  çox  deyil,  bəs  nə  üçün  sizinkilərin  sorağı 

səkkiz minilliklərdən gəlir”- dedi. Biz ona qayaların dibində apardı-

ğımız  arxeoloji  qazıntılardan  aşkar  etmiş  təsvirləri  göstərdik. 

Gözlərinə  inanmadı.  Sevincək  əllərini  qaldırdı  və  “bax,  indi  mən 

təslim.  Bu  qaya  təsvirləri  dünya  mədəniyyətinin  beşiklərindən 

sayılan  beynəlnəhrdən  daha  qədimdir.  Görünür  Azərbaycan  belə 

qədim sivilizaysiya ocaqlarından biri olub. Bu danılmaz faktlardan 

sonra heç bir şübhəyə yer yoxdur” - dedi. 

Tur Heyerdal öz ehtimallarının əsaslı sübutunu təkcə Qobus-

tandakı  qayaüstü  təsvirlərdə  deyil,  bu  təsvirlərin  eynilə  əsrlərlə 

sonra  vikinqlər  tərəfindən  Norveç  mağaralarının  divarlarında  həkk 

olunması və həmçinin orta əsrlərdə yazılmış saqalarda əks olunması 

ilə müəyyənləşdirmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qa-

yıq  və  üzərindəki  günəş  təsvirləri  qədim  Azərbaycanın  insan  məs-

kənləri  ilə,  xüsusilə  yüksək  mədəni  irsə  malik  olan  Mesopotami-

yanın Şumer sivilizasiyaları ilə sıx əlaqələrindən xəbər verirdi. Tur 

Heyerdal öz alim – tədqiqatçı qrupu ilə həmçinin Şəkinin Kiş kən-

dində olmuş və buradakı qədim məbədə dərin maraq göstərmişdir. 

Tur Heyerdalın Azərbaycana gəlişi təsadüfi olmamışdır. O öz 

kökünü  Azərbaycanla  bağlayır.  Bu  barədə  Azərbaycan  Müəllimlər 

İnstitutunun baş müəllimi V.C.Aslan məqaləsində belə yazır: “As-ər 

və  ya  Az-ər  mənşəli  tayfaların  Skandinaviyaya  gedib  çıxmasına 

münasibətlər  mahiyyətcə  eynidir.  Şəkinin  Kiş  kəndində  büstü 

qoyulan, 1981, 1994, 1997, 1999-cu illərdə ölkəmizdə səfərdə olan, 

Şimali  Avropaya  Az-ər  adlanan  yerdən  gəldiklərini  “mifologiya 

yox, əsli tarix və coğrafiya” hesab edən, 1999-cu ilin mayında Azər-

baycanda  olarkən  söylədiyi  nitqində...  özünü  də  Az-əri  adlandıran 

Tur Heyerdal bu miqrasiyanı “tarixi kökümüzün mənşəyi e.ə.800-cü 

ilə gedib çıxır”- şəklində açıqlayır və Snordan (Snorri Sturlusondan) 

belə  bir  misal  gətirir:  “Odin  öz  torpağında  yaşayanda  Romalılar 

başqa dövlətlə müharibə aparırdılar və sonra da Azər tərəfə  yönəl-

məli idilər. Odin eşidəndə ki, Romalılar Azər torpağına gələcəklər, 

adamları  götürüb  Avropanın  şimal  hissəsinə  gedir”  (V.C.Aslan. 

Azərbaycan  –Norveç  mifik  düşüncə  tərzi:  müqayisə  və  paralellər. 

AMİ. Xəbərlər. 2012,№ 1). 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə