Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə14/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   176

 

44 


Kutilərdə  isə  qüvvətli  hərbi  dəstələrin  olması  burada  hərbi 

təlimin  səviyyəsindən,  vuruş  texnikasmdan  xəbər  verir.  Kuti  hərbi 

dəstələrinin  başçısına  Nippur  şəhərində  mixi  yazılarla  yazılmış  bir 

abidə də qoyulmuşdur ki, üstündə yazılmışdır: “Qüdrətli Kutium və 

dünyanm dörd səmtinin hökmdarı”. Yenə də möhtəşəm bir abidənin 

qoyulması  şübhəsiz  xüsusi  təlim,  təhsil  görmüş  bir  memarın, 

mühəndisin işidir. Belə bir abidənin yaradılması və oradakı məntiqi 

yazılar insanların xüsusi bir təhsil keçdiyini deməyə əsas verir. 

Zaman  keçdikcə  Azərbaycanm  dövlətçilik  mədəniyyəti  daha 

da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri 

əhatə edən yeni dövlətlər yaranmışdır. Eramızdan əvvəl I minillikdə 

- bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında 

Manna,  İskit  (Skit,  Skif)  şahlığı,  Atropatena  və  Albaniya  kimi 

qüvvətli  dövlətlər  yaranmışdır.  Bu  dövlətlər  Azərbaycanda  dövlət 

idarəçiliyi  mədəniyyətinin,  maarifinin  daha  da  yüksəldilməsində, 

ölkənin iqtisadi- mədəni tarixində, mühüm rol oynamışlar. 

Manna ərazisində tapılmış eramızdan əvvəl VIII əsrə aid qab- 

lardan  birinin  üzərində  saz  və  və  ya  tənburu  xatırladan  bir  musiqi 

alətində çalan insan şəkli təsvir olunmuşdur. Musiqiçinin aləti tutma 

qaydası  və  onun  çalğı  manerası  ifaçının  Azərbaycan  ərazisində 

yaşadığına şübhə yeri qoymur. 

Urmiyanın  ətrafında  miladdan  əvvəl  IX-VIII  əsrlərə  aid  əldə 

edilmiş  arxeoloji  tapıntılar  -  qızıl  cam,  qızıl  döşlük,  qızıl  bilərzik, 

gümüş  piyalə və onların üzərindəki  naxışlar Mannada rəssamlığın, 

sənətkarlığın, incəsənətin olmasından xəbər verir. Mannalıların əlif-

bası və yazısı olmuşdur. Manna-Mad dövlətinin bilavasitə qonşulu-

ğunda Şumer, Akkad, Babil, İlam, Assur, Hurri, Urartu kimi böyük 

xalqlar,  hökümətlər  olmuşdur  ki,  onların  hərəsinin  özünəməxsus 

rəsmi dövlət dili, əlifbası, yazısı, mədəniyyəti, təhsili olmuşdur. Be-

lə bir dövr, mühit və şəraitdə Yaxın Şərq məntəqəsinin ən qüdrətli 

höküməti olmuş Assur höküməti ilə yanaşı  yaşamış, həmişə onlara 

qarşı uğurla mübarizə aparmış  Manna dövləti kimi mütərəqqi xalq 

daxilindən doğan qüdrətli bir dövlətin rəsmi idari dövlət dili, yazısı 

və əlifbasının olmaması mümkün ola bilməzdi. 

Cənubi  Azərbaycan  alimi  Doktor  Məhəmmədtağı  Zöhtabi 

“İran türklərinin əski tarixi” (Təbriz,1379 hicri) adlı kitabında yazır 

ki,  Mannalıların  müəyyən  yazı  və  əlifbaya  malik  olmalarını  bəzi 



 

45 


Assur  mənbələrindən  görmək  olur.  Bu  əlifbanın  və  yazının  necə 

olduğu  məlum  olmasa  da,  hər  halda  Assur  mənbəyi  göstərir  ki, 

Manna  hakim  dairələri  və  şahlarının  müəyyən  yazısı  olmuşdur. 

Zöhtabi yazır ki, bu əlifba mixi, yazının isə İlam dilində olması eh-

timalı güclüdür. 

Mannalıların  yazısı  olması  haqqında  tapılmış  maddi  -  mədə-

niyyət  nümunələri  də  bunu  təsdiq  edir.  Urmu  gölünün  qərbində 

Zeyvə  məntəqəsindən  tapılmış  xəzinə  şeyləri  içərisində  olan  bir 

gümüş boşqabdakı  yazı  diqqəti  cəlb  edir. Rus alimi  İ.Dyakonovun 

ehtimalına  görə  bu  heroqlif  yazı  Mannalılara  aiddir.  Ola  bilsin  ki, 

bu heroqlif deyil müəyyən əlifbadan ibarət yazıdır, bəlkə də heroq-

lifdən əlifbaya keçid dövrünə aid tarixi bir yazıdır. 

Görkəmli Qazax alimi, şairi, türkoloq Oljas Süleymenov “Az-

ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki, 

onun  bilavasitə  xalqımızın  yazı  mədəniyyəti  ilə  bağlılığı  vardır: 

“Eramızdan  əvvəl  III  əsr  Çin  salnaməçisi  göstərir  ki,  Kanqyu 

(“Kanqlı”) xalqı ənənəvi Çin  yazısından fərqli olaraq eninə  - hori-

zontal xətlə yazırmış”. Kanqlı tayfası bu gün Azərbaycanda yaşayan 

Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I 

əsrdə və bizim eranm I əsrində Strabon və Plini yazmışdır. Eramızın 

ilk  əsrlərində  Çin,  Bizans,  Alban,  ərəb  tarixçiləri  öz  əsərlərində 

Kəngərlilər  haqqında  maraqlı  məlumatlar  vermişlər.  Kəngərlilər 

“Kitabi-Dədə-Qorqud”da  “Kanqlı”  adı  altında  xatırlanır.  Türk  şu-

meroloq  alimi  İlmiyyə  Müəzzəz  internet  çıxışında  və  “Kəngərlər” 

adlı kitabında maraqlı bir məsələyə toxunmuş və demiş ki, Şumerlər 

özlərinə Kəngər demişlər. 

Mannalıların  zəngin  şifahi  xalq  ədəbiyyatı  -  ağız  ədəbiyyatı 

olmuşdur. Bu xalqın müxtəlif məzmunlu nağılları, dastanları, müx-

təlif janr xalq şeirləri, bayatıları olmuşdur ki, bu ədəbiyyat nümunə-

ləri gənc nəslin mənəvi tərbiyəsində demək olar ki, dəyərli pedaqoji 

əsərlər sayıla bilər. Əlimizdə o dövrün ədəbiyyatına dair nümunələr 

olmasa da qədim alimlərin yazılarından onlar barədə müəyyən mə-

lumat, təsəvvür əldə etmək mümkündür. Qədim yunan və rum tarix-

çiləri yazırlar ki, Manna şahlarının saraylarında şairlər olmuşdur ki, 

onlar  mövzularını,  öz  şeirlərini  milli,  şifahi  xalq  dastanları  və 

rəvayətlərindən almışlar. 




 

46 


Eramızdan əvvəl VI əsrin əvvəllərində artıq Midiya dövlətinin 

qüdrəti artmış və əraziləri xeyli genişlənmişdi. Jan Şarden “Səyahət-

namə”sində yazır ki, Midiya şahlarının möhüründə yunan yazıları və 

təsvirləri var idi. Möhürdəki yazının Dağyanus olduğu xatırlanır. 

Midiya  iki  yerə  -  “Böyük  Midiya”  və  “Kiçik  Midiya”ya  bö-

lündü. “Kiçik Midiya” Atropatena adlandı ki, bu Azərbaycanın cə-

nubunda  yerləşirdi.  Atropatenanın xeyli inkişaf etmiş kənd təsərrü-

fatı,  sənayesi  var  idi.  Atropatenanın  qonşu  ölkələrlə  geniş  ticarət 

əlaqələri  mövcud  idi.  Bu  ölkənin  30-dan  artıq  iri  şəhərləri  yaran-

mışdı,  xalqın  yüksək  əxlaqı,  mənəviyyatı  və  mədəniyyəti  var  idi. 

Atropatenanın  özünəməxsus  dili,  yazısı,  adət  və  ənənəsi  var  idi. 

Əhalisi  əkinçiliklə,  maldarlıqla,  ticarətlə,  toxuculuqla  məşğul  idi. 

Atropatena  dövlətində  sinfi  cəmiyyət,  təbəqələşmə  sürətlə  inkişaf 

etdiyindən  yüksək  səviyyəli  mütəxəssislərə  ehtiyac  duyulurdu.  Bu 

sahədə lazımi ixtisaslı kadr “Saray məktəbi”ndə hazırlanırdı. Bura-

da hakim sinfin uşaqları 16 yaşdan başlayaraq müvafiq ixtisas təhsi-

li alırdılar. 

Atropatena ilə bərabər Azərbaycanın şimalmda Albaniya döv-

ləti də mövcud idi ki, buranın mərkəzi əvvəlcə Qəbələ sonra Bərdə 

şəhəri olmuşdur. Albaniya dövründə Azərbaycanın dövlət idarəçili-

yi, maarif və mədəniyyəti xeyli  yüksəldi. Alban hökmdarları  ölkə-

nin dünyəvi və dini başçısı hesab olunurdular. Onlar, eyni zamanda, 

qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlə-

tin ordusu 80 min nəfərdən artıq idi. Alban dövləti hərbi-fiziki ha-

zırlığa  xüsusi  diqqət  yetirir,  onun  döyüşçüləri  düz  qılınclarla  düş-

mənlərə  qarşı  amansız  olmuş,  vuruşlardan  şərəflə  çıxmışlar.  Düş-

mənlərə qarşı döyüşdə kişilərlə bərabər qadınlar da döyüşür və igid-

lik göstərirdilər. Albanlar beş yaşından başlayaraq iyirmi dörd yaşı-

na  kimi  kamandan  ox  atmağı,  nizə  tullamağı  və  at  çapmağı,  hətta 

qaçış hərəkətlərini də öyrənirdilər. 

O  dövrdə  Sasanilərin  siyasətinə  qarşı  Zərdüşt  dininə  qarşı 

xristianlıq  geniş  yayılırdı  və  IV  əsrdə  Albaniyda  xristianlıq  dövlət 

dininə  çevrilmişdi.  Burada  kilsə  məktəblərində  İncil  Alban  dilinə 

tərcümə edilərək ana dili üzrə dərs vəsaiti kimi istifadə edilir və Al-

ban əlifbasının yaranma prosesi qüvvətlənirdi. 

Beləliklə  V  əsrdə  52  hərfdən  ibarət  alban  əlifbası  meydana 

gəldi  və  VI-VII  əsrlərdə  artıq  zəngin  alban  ədəbiyyatı  yaranmışdı. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə