Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə15/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   176

 

47 


VII  əsrdə  yaşamış  Davdağın  mərsiyələri,  şeirləri  buna  misal  ola 

bilər. Davdağın yüksək bədii üslubda yazılmış məşhur bir mərsiyəsi 

Albaniyanın  istiqlaliyyətini  qorumaq  üçün  canını  fəda  verən,  ətraf 

düşmən mövqelərinin hücumlarına baxmayaraq böyük siyasətlə öz 

ölkəsini  İberi  sərhədlərindən  Dərbəndə  və  Araz  çayına  qədər  olan 

torpaqları  hakimi-mütləq  kimi  idarə  edən  vətənpərvər  Azərbaycan 

hökmdarı  Cavanşirin  qəhrəmanlığına  həsr  edilmişdir.  Bu  qəsidə  -

mərsiyə müəllifinin daha bir çox əsərlər yazdığını, o dövrün ədəbiy-

yatını, mədəniyyətini göstərən əsaslı dəlillərdəndir. 

Strabonun  dediyinə  görə  Albaniyada  26  tayfa  yaşayırdı.  Bu 

tayfaların  özlərinə  məxsus  mədəniyyəti,  adət  və  ənənələri,  dili  var 

idi ki, onlar siyasi, iqtisadi və mədəni cəhətcə birləşərək ölkəni bir-

likdə  inkişaf  etdirir,  ümumalban  maarif  və  mədəniyyətini  zəngin-

ləşdirirdilər.  Albaniyada  müxtəlif  tayfalar,  müxtəlif  dini  inanca 

mənsub olanlar yaşadığı kimi müxtəlif məktəblər və təhsil ocaqları 

da fəaliyyət göstərmişdir. 

Albaniyada  Mehranilər  dövründə  (altıncı  əsrin  sonları,  yed-

dinci əsrin əvvəllərində) Zərdüşt məktəbləri geniş yayılmış, xüsusilə 

Girdman  məbədinin  ali  təhsil  mərkəzi  olmasını  da  güman  etmək 

olar. 


Sonrakı dövrlərdə Albaniyanın adı Aran və ya Ağvan kimi də 

işlədilmişdir. Aranda da məktəblər var idi və burada da tədrisi xüsu-

si hazırlıqlı şəxslər yerinə yetirir, savad təlimi yazı və oxu ilə müşa-

yiət edilir, uşaqlar ana dilində təhsil alır və alban əlifbasında yazır-

dılar.  Savad  təlimi  yazı  və  oxu  ilə  müşayiət  edilirdi.  Bu  dövrdə 

Zərdüşt  məktəbələrinin  geniş  yayılmasına  baxmayaraq  xristian 

məktəbləri  də  mövcud  idi.  Bu  məktəblərdə  təlimin  məzmunu  və 

təlim  üsulları  bir-birindən  fərqli  olmuşdur.  Belə  ki,  Zərdüşt  mək-

təblərində daha çox şifahi, söz metodlarına yer verilir, “Avesta” ma-

terialları  şifahi  yolla oxudulur,  əzbərlədilir və  yalnız bundan sonra 

yazı təliminə keçilir, savad təlimi və oxu vərdişləri öyrədilirdi. Xris-

tian  məktəblərində  isə  yazı  və  oxu  əvvəlcə  öyrədilir,  ondan  sonra 

əzbərləmə, nəqletmə və s. öyrədilirdi. Beləliklə məktəblər getdikcə 

genişlənir və yeni tədris üsulları meydana çıxırdı. 



 


 

48 


 

3.2. Zərdüşt məktəbləri  

və “Avesta”da tərbiyə məsələləri 

 

Zərdüştlük  qədim  və  erkən  orta  əsrlərdə  Azərbaycan,  İran 



Orta Asiya, Ön Asiya və bir sıra başqa ölkələrdə geniş yayılmış bir 

fəlsəfə, ədəbi abidə, pedaqoji fikir və din olmuşdur. Zərdüşt dininin 

müqəddəs dini kitabı “Avesta” (“Qanun”) adlanır. “Avesta”nın ilkin 

variantı bizə gəlib çatmamışdır. Bu kitabın yalnız müəyyən hissələri 

bəzi əlavələrlə, dəyişikliklərlə bizə gəlib çatmışdır. 

Azərbaycanda  sistemli  məktəb  təhsili  dövrünü  Zərdüşt  mək-

təbləri ilə başlandığını deyə bilərik. Mənbələrdən də məlum olur ki, 

islamiyyətin  yayılmasına  qədər  Azərbaycanda  Zərdüşt  məktəbləri 

daha geniş fəaliyyət göstərmiş atəşkədə və atəşgahlar Zərdüştlüyün 

həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri kimi fəaliyyət gös-

tərmişdir.  Bunlar  da  Azərbaycanda  məktəb  təhsilinin  əsasını  təşkil 

etmiş və təməl amillərdən olmuşdur. Sasanilər dövründə Zərdüştlük 

qüvvətlənərək  ölkənin  rəsmi  dininə  çevrilmişdi.  Bu  dövrdə  ibtidai 

təhsil  verən  məktəblərlə  bərabər,  peşə  təmayüllü  məktəblər  olmuş, 

hətta Sasanilər dövründə bəzi Pəhləvi ədəbiyyatında ali təhsil almaq 

üçün görülən tədbirlərdən danışılması burada ali təhsil verən tədris 

mərkəzlərinin də olmasından xəbər verir. Mənbələrdən bu da aydın 

olur ki, bu dövrdə təhsil sinfi xarakter daşımış, əhali müəyyən züm-

rələrə, silklərə bölünmüş və məktəb tipləri də buna müvafiq olaraq 

dörd təbəqəyə- kahinlər, döyüşçülər, katiblər, sənətkarlar təbəqəsinə 

bölünmüşdür.  Əhalinin  dörd  silkdən  birinin  katiblər  olması  və  bu 

silkə  məktubları,  protokolları  tərtib  edən  mirzələr  hesabdarlar,  hü-

quqşünaslar,  həkimlər,  yazıçı  və  şairlər,  coğrafiyaşünaslar  və  mü-

nəccimlərin daxil olması onu göstərir ki, burada savadlı, təhsil gör-

müş elm adamlarına xüsusi diqqət yetirilmişdir. Bu da ona əsas ve-

rir ki, Sasani dövlətinin tərkibinə daxil olan Azərbaycanda (Atropa-

tendə)  təhsilə,  elmə,  elm  adamlarına,  savadlı  adamlara  xüsusi  hör-

mət göstərilmiş, böyük əhəmiyyət verilmişdir. 

Bu dövrdə yüksək silkə malik olan şahzadələrin, rütbə sahib-

lərinin uşaqları Saray məktəblərində təhsil alırdılar. Saray məktəblə-

rində  gənclərin  təlim-tərbiyəsi  ilə  şahzadələr  və  yüksək  səviyyəli 



 

49 


müəllimlər  məşğul  olurdular.  Bu  məktəblərdə  dövlət  üçün  kadrlar 

hazırlanırdı Zərdüşt təlimi və tərbiyəsi Zərdüşt məbədlərində, atəş-

kədələrdə  aparılırdı.  Dövrün  ən  böyük  atəşkədəsi-Azərqoşnəsb 

Azərbaycan  diyarında  yerləşirdi.  Dövrün  böyük  alimləri  olan  əl-

Məsudinin,  əl-Həməvinin  əsərlərindən  də  məlum  olur  ki,  qədim 

Azərbaycanın  paytaxt  şəhərlərindən  olan  Şiz  (Gəncək)  şəhərində 

yerləşən əzəmətli mədəniyyət, elm, təhsil mərkəzi, Zərdüşt məbədi 

Azərqoşnəsb olmuşdur. Azərqoşnəsb məbədinin Şiz şəhərində yer-

ləşməsi onu göstərir ki, qədim Azərbaycanın paytaxtı olan bu şəhər 

böyük  elm,  maarif  və  mədəniyyət  mərkəzi  olmuşdur.  “Avesta”nın 

iki  nüsxəsindən  biri  Şiz  Atəşkədəsində  saxlanılırdı.  Sasanilər  döv-

ründə  Zərdüştün  müqəddəs  kitabı  “Avesta”  məhz  Şiz  nüsxəsi  əsa-

sında tərtib edilmişdir. İran, Azərbaycan, Türküstan, Hindistan Zər-

düşt məbədlərində çalışmaq üçün ruhani kadrlar məhz Şiz şəhərində 

hazırlanıb  yerlərə  göndərilirdi.  Azərqoşnəsb  kompleksi  o  dövrdə 

Yaxın  Şərq  və  Orta  Asiya  ölkələri  üçün  ən  mühüm  mədəniyyət, 

yüksək elm və ali təhsil mərkəzi hesab olunmuşdur. Yuxarıda adını 

çəkdiyimiz  ərəb  tarixçisi  Məsudi  bu  şəhər  haqqında  yazmışdır  ki, 

burada  heyrət  doğuran  binaların  qalıqları,  eləcə  də  səma  kürəsini, 

ulduzları, dünyanı, quru və dənizləri, yaşayış yerlərini, bitki və can-

lıları əks etdirən rəngarəng və çox gözəl rəssamlıq lövhələri vardır. 

X əsrdə yaşamış coğrafiyaşünas alim, səyyah Əbu Duləf Şiz şəhəri 

haqqında yazır ki, bu şəhər qızıl, civə, qurğuşun, gümüş, sarı arsen 

və cəmast adlı daş mədənləri olan dağlar arasında yerləşir... Orada 

çox möhtəşəm bir atəşkədə (od evi) vardır. Şərq və Qərbdə yaşayan 

atəşpərəstlər  buradan  od  apardılar.  Atəşkədə  qübbəsinin  başında, 

onun tilsimi olan gümüş aypara vardır”. 

Hindistanda və Yunanıstanda Avestanın tibb, nücum, coğrafi-

ya, fəlsəfə sahələrinə dair hissələrin toplanması haqqında Sasani şa-

hı  Şapurun  (242-272)  xüsusi  fərman  verməsi  onu  göstərir  ki,  o 

dövrdə bu fənlərin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. 

Atəşkədələrdə  Zərdüşt  təhsili  alanlar  bütün  günü  orada  olur, 

orada  yeyir,  orada  gecələyirdilər.  Onların  təhsil  xərclərini  Atəşkə-

dələr ödəyirdilər. Atəşkədələr bir elm, tədris mərkəzi, alimlər, müd-

riklər ocağı idi. Dahi Nizami Gəncəvi “İskəndərnamə” əsərində bu 

barədə dəyərli məlumatlar vermişdir: 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə