Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə16/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   176

 

50 


İranda adətdir keçmişdən bəri 

Atəşkədə idi alimlər yeri

Orda saxlanardı, sərvət, xəzinə 

Düşməsin başqa bir şəxsin əlinə. 

 

Hər sonsuz varlı da, “Savabdır” - deyə 

Malını qoyardı atəşkədəyə, 

Ölkələr düşmüşkən dərmansız dərdə, 

Bir xəzinə idilər Atəşkədələr. 

Buradan aydın olur ki, Atəşkədələr təkcə ibadət yeri, dini mə-

rasimləri icra etmək yeri olmamış, həm də alimlər yeri, ədəb-ərkan 

yeri,  bir  mədəniyyət,  təhsil  mərkəzi  olmuşdur.  Müəllim  və  alimlər 

burada təlim və tərbiyə ilə, pedaqoji işlə məşğul olmuşlar. Atəşkədə 

və  atəşgahlarda  təlim-tərbiyə  işləri  ilə  mağlar  (muğlar),  atərvanlar 

(Od  qoruyanlar)  məşğul  olurdular.  Həmin  məktəbin  təlim-tərbiyə 

proqramı  üç  mühüm  hissəyə  bölünürdü:  1)  Dini-əxlaqi;  2)  Fiziki;   

3)  Yazıb  oxumaq.  Dini-əxlaqi  təlim  cəmiyyətin  hər  bir  üzvü  üçün 

zəruri idi. Zərdüşt məktəblərində təlim “Avesta” duaları, ayinləri və 

nəğmələri ilə başlayırdı. Daha sonra əlifba və oxu təliminə keçilirdi. 

Məktəblərdə fiziki tərbiyəyə, uşaqların sağlam həyat tərzinə xüsüsi 

diqqət  yetirilir, “Avesta”nın  “Xəstələnmə”, “Zəifləmə”-  kimi  çağı-

rışları əzbərlədilir və ona əməl edilirdi. Xəstəlik, zəiflik, pislik Əhri-

manın  əməlləri  hesab  olunurdu.  Ox  atmaq,  nizə  tullamaq,  üzmək, 

ov  etmək,  qurşaq  tutmaq  fiziki  tərbiyənin  əsas  məzmununu  təşkil 

edirdi.  Ona  görə  də  şərə  qalib  gəlmək  üçün  sağlam,  təmizkar  və 

qüvvətli olmaqla bərabər, məktəbdə dərin bilik almaq tələb edilirdi. 

Yazıb-oxumaq,  bilik  qazanmağın  mühüm  şərti  hesab  edildiyindən 

Zərdüştlükdə  buna  ciddi  fikir  verilir,  uşaqların  əqli  qabiliyyətləri 

inkişaf etdirilirdi. 

Zərdüşt  məktəblərində  öyrədilirdi  ki,  insan  həmişə  mülayim, 

xoşxasiyyət,  adil  və  xeyirxah,  fitnə-fəsaddan,  qəddarlıqdan,  paxıl-

lıqdan, yalançılıqdan uzaq olmalıdır. O,  cəmiyyətin fəal üzvü kimi 

əkinçiliklə,  maldarlıqla  məşğul  olmalı,  bataqlıqları  qurudub  onu 

məhsuldar torpağa çevrilməsinə səy göstərməlidir. 

Zərdüşt məktəblərində yetişən gənc nəslin mənəvi-əxlaqi tər-

biyəsinə xüsusi diqqət və əhəmiyyət verilirdi. Belə ki, Zərdüştlüyün 

əxlaqi  idealı  xeyirxahlıq,  ədalət,  yaxşılıq  olduğundan  Zərdüşt  təli-



 

51 


mində yaxşılıq və pislik anlayışı kəskin şəkildə qoyulur və bunların 

mahiyyəti  açılır:  “Anlayan  adam  gərək  pisi  deyil,  yaxşını  seçə 

bilsin”- fikri irəli sürülür. 

Zərdüşt məktəblərində ibtidai təhsil 7 yaşdan 15 yaşa qədər da-

vam edirdi. İbtidai təlim ilə məşğul olan müəllimə “Hirbod”, şagird-

lərinə isə “Həvişt” deyilirdi. İbtidai təhsil səhər tezdən xüsusi məra-

simlə və dua ilə başlayırdı. “Avesta” duaları dini ayin və mərasimlə-

rin, nəğmələrin öyrənilməsi, əzbərlədilməsi ibtidai təhsilin əsas məz-

mununu  təşkil  edirdi.  Ona  görə  də  ruhanilər  “Avesta”  dualarında 

“Elm ilahəsi”ndən qüvvətli hafizə diləmişlər. Oğlan uşaqlarının yeddi 

yaşı tamam olandan sonra onlara müqəddəs köynək geydirilir, onları 

münəccimlərlə  bir  sıraya  üzü  günəşə  doğru  düzüb  dini  “Avesta” 

ayinlərini əzbərlədirdilər: “Mən vəd edirəm ki, Zərdüştlüyə sadiq ola-

cağam.  Mən  xeyirxah  fikrə,  xeyirxah  sözə,  xeyirxah  əmələ  inanı-

ram”. Bundan sonra uşaqlara hədiyyələr verilirdi. Bu məşğələ gündə 

beş  dəfə  təkrar  edilirdi.  Azərbaycan  Zərdüşt  məktəblərində  tədris 

prosesi  müəyyən  mərasim  ilə  müşaiyət  edilirdi.  Bu  da  dərs  mate-

riallarının şagirdlər tərəfindən əzbərlənməsini asanlaşdırmaq məqsədi 

güdürdü.  “Avesta”  hələ  kitab  şəklinə  düşmədiyinə  qədər  ruhanilər 

“Avesta”  dualarını  əzbərdən  söyləməli  idilər.  “Avesta”  duaları  tam 

əzbərləndikdən  sonra  yazı  öyrədilirdi.  Beləliklə  ibtidai  təhsil  başa 

çataraq, yeni bir təhsil pilləsinə başlamaq olardı. 

VI əsrdən qalmış “Ənuşirəvan və Qolam -bəççe-yi u” adlı bir 

sənəddə “Qolam bəççe” öz təhsili haqqında şaha məlumat verərkən 

deyir  ki,  onu  müvafiq  yaşda  məktəbə  göndərmişlər  və  o,  “Aves-

ta”nın  əsas  hissəsini  əzbərlədikdən  sonra  orta  təhsil  almağa  başla-

mışdır.  Həmin  sənəddən,  eləcə  də  “Avesta”dakı  bir  sıra  dualardan 

bu  qənaətə  gəlmək  olur  ki,  Sasanilər  dövründə  İranda,  eləcə  də 

Azərbaycanda  “Avesta”dan  ayrı-  ayrı  duaların  və  dini  nəğmələrin 

əzbərlənməsi ibtidai təhsilin məzmununu təşkil edirdi və ibtidai təh-

sil  dövründə  “Avesta”  bir  dərslik  kimi  yeganə  tədris  vəsaiti  hesab 

olunurdu . 

“Avesta”da  insanların  yüksək  məqsədə,  xoşbəxtliyə  çatma-

sında  müəllimin  roluna  yüksək  qiymət  verilməklə  bərabər,  həm  də 

bunun əksi olaraq göstərilir ki, pis müəllim isə uşağın şüurunu, əqli-

ni pozur onu bədbəxt edir: “Pis müəllim şüuru korlar, sözün məna-

sını çatdırmaz, ağlın inkişafını dayandırar, təlim-tərbiyə işini fəsada 



 

52 


çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər”. 

“Avesta”da  ataların  vasitəsilə  övlada  verilən  tərbiyəyə  dair 

xüsusi fəsil ayrılmışdır. Həmin fəslin xülasəsində deyilir ki,  təlim-

tərbiyə  varlığın  bünövrəsi  kimi  mühüm  əhəmiyyətə  malikdir.  Hər 

bir  şəxs  müəllim  və  tərbiyəçilərin  vasitəsilə  yazıb  oxumağı  öyrən-

məli, həm də özünün sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu 

yolla insanlar yüksək nailiyyətlər əldə edə bilərlər. 

Zərdüşt müəllimlərlə  yanaşı,  alimlərin də roluna  yüksək qiy-

mət verir: “Çalışın ki, alim ilə cahil arasında fərq qoyasınız. Alimlər 

həyatın yol göstəriciləridir”. 

“Avesta”da  müəllim  və  şagird  münasibətləri  haqqında  məlu-

matların verilməsi bu dövrdə Azərbaycanda digər məktəblərin, təh-

sil ocaqlarının, tədris müəssisələrinin olmasından da xəbər verir. 

Zərdüşt  yüksək  pedaqoji  dəyərə  malik  müdrik  fikirlər  söy-

ləmişdir ki, onlar “Avesta” kitabında öz əksini tapmışdır. Ona görə 

də  “Avesta”  da  elmə  yiyələnmək  əsas  dini  vəzifələrdən  biri  hesab 

edilmişdir.  “Avesta”da  təlim-tərbiyə  məsələləri  ilə  bağlı  göstərilir 

ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edərsə 

o şəxsin kim olmasından asılı olmayaraq onu qəbul et və istədiyini 

ona öyrət. 

“Avesta”nın  “Yəştha”  adlı  bölməsində  “Çista”  elm  və  bilik 

ilahəsi  kimi  göstərilmişdir.  Zərdüşt  “Çista”  ilahəsinə  xitabən  belə 

demişdir:  “Sən  əgər  irəlidə  olsan,  məni  gözlə,  əgər  geridə  qalsan 

özünü mənə çatdır”. Bununla Zərdüşt hər cür durğunluğun əleyhinə 

olaraq hamını fəaliyyətdə olub elm və, bilik qazanmağa çağırmışdır. 

Buna görə də “Avesta” da elmə  yiyələnmək əsas dini vəzifələrdən 

biri hesab  edilmişdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı 

göstərilir  ki,  təhsil  almaq  məqsədilə  yanınıza  kimsə  gəlib  sizə 

müraciət edərsə o şəxsin kim olmasından asılı olmayaraq onu qəbul 

et və istədiyini ona öyrət. 

“Avesta”  dualarının  birində  valideyn  Hürmüzdən  “yaxşı  rəf-

tarlı  və  şüurlu  övlad”  diləyir.  Demək  Hürmüzün  oğlu  hesab  edilən 

Azərdən  şüur  və  zəka  istənmişdir.  Bu  ifadələrdən  məlum  olur  ki, 

Zərdüştlükdə əxlaqi, əqli tərbiyə əsas diqqət mərkəzində olmuşdur. 

Əqli tərbiyə isə təlim vasitəsilə həyata keçirilir. Təlim isə müəllimin 

rəhbərliyi və müşaiyəti ilə keçirilən pedaqoji prosesdir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə