Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə168/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   176

 

518 


xarakterik  olan  mövzular,  strategiyalar  və  vərdişlər  real  həyati 

situasiyalarda öyrənilir. 



Fəlsəfə  doktoru  –  elm  sahələri  üzrə  doktoranturada  verilən  yüksək  elmi 

dərəcədir. 



Fəaliyyət – insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) 

və  xarici  (fiziki)  fəallığıdır.  Fəaliyyət  fəallığın  mənbəyi  olan 

tələbatlardan  törəyərək  fəallığın  tənzimedicisi  olan  düşünülmüş 

məqsədlə  idarə  olunur.  Fəaliyyət  idrakla  və  iradə  ilə  ayrılmaz 

surətdə bağlıdır, onlara istinad edir, idrak prosesləri və iradi pro-

seslər olmadan mövcud deyildir. Fəaliyyətin gedişi zamanı insa-

nın işləri icra, nəzarət və tənzim etmək üçün istifadə etdiyi yollar 

həmin  fəaliyyətin  priyomları  adlanır.  Fəaliyyətin  sadə  bir  cari 

məsələni  həll  etməyə  yönəlmiş  nisbətən  bitmiş  elementi  iş 

adlanır. 



Fərdi təhsil – müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış 

şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən 

şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. 

Fəxri professor (doktor) – elmi pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərq-

lənən  professorlara  və  dosentlərə,  eləcə  də  dünya  elminin  və 

təhsilinin  inkişafında  xüsusi  xidmətləri  olan  xarici  ölkə  alimlə-

rinə  və  ictimai  xadimlərinə  ali  təhsil  müəssisəsi  tərəfindən 

verilən akademik ad (dərəcə) kimi başa düşülməlidir. 

Formal  təhsil  –  dövlət  təhsil  sənədinin  verilməsi  ilə  başa  çatan  təhsil 

formasıdır. 



Formalaşma  – ekoloji, sosial, iqtisadi, ideoloji, psixoloji və s. amillərin 

təsiri  altında  insanın  sosial  varlıq  kimi  təşəkkülü  prosesidir. 

Mütəşəkkil  təhsil-tərbiyə  şəxsiyyətin  formalaşmasının  mühüm 

amillərindən biridir. 



Gizli tədris planı – məktəblərdə öyrədilən elə vərdiş və dəyərlər nəzərdə 

tutulur  ki,  onlar  yazılı,  rəsmi  kurikulumda  (tədris  planında) 

təfsilatı ilə göstərmir. Bunlara, təhsil tənqidçilərinin fikrincə, ita-

ətkarlıq, asılılıq və hər şəraitə uyğunlaşma kimi keyfiyyətlər xü-

susilə aid edilə bilər. 

Gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən 

şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümum-

təhsil müəssisəsidir. 

Həyat  boyu  öyrənmə  –  müasir  dünyada insanların  bütün həyatları  boyu 

öyrənməyi davam etdirməli olduqları üçün məktəblərin uşaqlara 

fundamental  bilik  və  bacarıqları  deyil,  daha  çox  (yaxud  əlavə 

olaraq) necə öyrənməyi öyrətməli olduqları haqqında ideyadır. 




 

519 


Holistik qiymətləndirmə sxemləri – şagirdin işi ilə bağlı ümumi təəssürat 

yaradır  və  əksər  hallarda  fəaliyyət  səviyyələrini  əks  etdirən  4-5 

ballıq şkalaya əsaslanır. Bu növ QS-lər şagird nailiyyətləri barədə 

ümumi  mənzərəni  təsvir  edir.  Holistik  QS-dən  fərqli  olaraq 

analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahə-

ləri üzrə qiymətlərini təyin edir və burada da 4-5 ballıq şkaladan 

istifadə  olunur.  Analitik  sxemdə  şagirdlərin  fəaliyyətləri  ardıcıl 

qiymətləndirilməklə onların nailiyyətləri haqda daha ətraflı infor-

masiya  verilir,  lakin  qiymətləndirmə  üçün  daha  çox  vaxt  tələb 

edilir. 


Xarakter  –  (yunanca  –  charakter  –  möhür)  –  şəxsiyyətin  fəaliyyəti  və 

ünsiyyətində formalaşan və təzahür edən, ancaq ona məxsus dav-

ranış tərzini şərtləndirən sabit fərdi xüsusiyyətlərin məcmusundan 

ibarətdir.  



Xatırlama  –  şagirdlərin  əvvəllər  öyrəndiklərini,  eləcə  də  məlum  infor-

masiyaları  yada  salması  və  yeni  dərs  kontekstində  mənalandır-

ması prosesidir.  

İcra tapşırıqları – şagirdlərin nə edə bildiklərini nümayiş etdirməyi tələb 

edən  fəaliyyətlər,  tapşırıqlar  və  ya  problemlərdir.  İcra  tap-

şırıqlarının  bəziləri  vərdişlərin  qiymətləndirilməsi  məqsədi  ilə 

həyata  keçirilir.  Bəziləri  isə  şagirdlərə  öz  biliklərini  tətbiq  et-

məklə  dərk  etmə  səviyyələrini  nümayiş  etdirmək  məqsədi  ilə 

planlaşdırılır. 



İddia səviyyəsi – bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və 

qarşısına  qoyduğu  məqsəd  və  vəzifələrin  çətinlik  dərəcəsi  ilə 

müəyyən olunan xarakteristikasıdır. 

İdentifikasiya  –  fikri  əməliyyatdır.  Onun  vasitəsilə  insan  özü  ilə  başqa 

adamlar arasında  əlaqələri müəyyənləşdirirlər. Başqa adamların 

və  ya  müəyyən  bir  sosial  qrupun  xarakteristikalarını  şüurlu  və 

şüursuz olaraq özünə şamil edir.  



İdrak  –  insandan  xaricdə  mövcud  olan  obyektiv  aləmin  onun  hiss 

üzvlərinə, beyninə təsirindən yaranan inikas prosesidir. Hissi və 

məntiqi olmaqla iki səviyyəsi müəyyən edilir.  

İdraki  öyrənmə  –  faktların  və  ideyaların  yadda  saxlanılması  və  dərk 

edilməsini əhatə edən əqli proseslərdir. Təhsil işçiləri insanların 

necə öyrənməsi ilə həmişə  maraqlanmışlar, lakin son illərdə tə-

fəkkür  və  öyrənmə  haqqında  çoxlu  yeni  məlumatlar  toplanmış 

koqnitiv  psixoloqların  araşdırılmalarında  idrak  haqqında  daha 

yaxşı  məlumatlar  almaqdadırlar.  Müasir  öyrənmə  nəzəriyyəsi-




 

520 


konstruktivizmin  yaradıcısı  ən  məşhur  koqnivistlərdən  biri  olan 

Jan Pyajedir. 



İnikas  nəzəriyyəsi  –  psixi  hadisələrə  canlı  orqanizmin  xarici  maddi 

gerçəkliyi  əksetdirmə  formalarından  biri  kimi  baxan  elmi  psi-

xologiyanın materialist – fəlsəfi əsasıdır. 

İnduksiya  –  təfəkkür  prosesində  xüsusidən  ümumiyə  doğru  çıxarılan 

məntiqi nəticə. Antonimi – “deduksiya”dır 



İnteriorizasiya  –  cisimlərlə  aparılan  xarici  və  real  əməliyyatların  daxili, 

ideal əməliyyatlara çevrilməsi, başqa şəklə düşməsidir. 



İnformal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. 

İnnovasiya  –  müxtəlif  təşəbbüslər,  elmi  tədqiqatlar  əsasında  formalaşan 

mütərəqqi  xarakterli  yeniliklərdir.  İnnovasiyanı  geniş  mənada 

təlim,  təhsil-tərbiyə  prosesinin  gedişini  və  nəticələrini  yaxşı-

laşdırmaq  məqsədilə  pedaqoji  sistemdə  həyata  keçirilən  yenilik 

kimi  başa  düşmək  olar.  İnnovasiya,  yəni  yenilik  pedaqoji 

sistemin daxili ehtiyatları hesabına baş verir. Kənardan gətirilən 

hər  nə  varsa,  onlara  innovasiya  demək  olmaz.  İnnovasiya  key-

fiyyətcə  təkmilləşmiş  pedaqoji  sistemdə  vəhdət  halında  gö-

türülmüş ideyalar, proseslər, vasitələr və nəticələrdir. 

İnkişaf  –  insanın  orqanizmində  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri 

prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv aləmin 

mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən öyrənmək 

üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər 

komponentlərini  (tərəflərini)  göstərmişdir.  Ona  görə  də  elmdə 

insanın  bioloji,  psixoloji  və  sosial  inkişafı  anlayışları  işlədilir. 

Pedaqogika  şəxsiyyətin  inkişafının  həmin  komponentləri  ilə 

qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir. 



İnteraktiv öyrənmə – təlim mənbələri ilə öyrənci bir başa əlaqədə olduğu 

zaman  və  cavablar  şagirdin  ehtiyaclarına  uyğun  şəkildə  for-

malaşdırıldıqda  baş  verir.  Bir  müəllimin  bir  şagirdi  öyrətməsi 

yüksək  dərəcədə  interaktiv  fəaliyyətdir.  Kompyuterlər  və  digər 

müasir  texnoloji  avadanlıqlar  istənilən  fənn  üzrə  hər  hansı  bir 

öyrəncini  səmərəli  interaktiv  təlimlə  təmin  etmək  üçün  nəzəri 

cəhətdən imkan yaradır. 

İnkluziv  təhsil  –  xüsusi  qayğıya  ehtiyacı  olan  (sağlamlıq  imkanları 

məhdud) uşaqların təhsil hüquqlarının yerinə yetirilməsi ilə bağlı 

inteqrasiyalı  təlimə  keçidin  reallaşdırılması  ilə  bağlıdır.  Azər-

baycanda  “xüsusi  qayğıya  ehtiyacı  olan  (sağlamlıq  imkanları 

məhdud)  uşaqların  təhsilinin  təşkili  ilə  əlaqədar  “İnkişaf  Proq-

ramı”  həyata  keçirilir.  Proqramda  xüsusi  qayğıya  ehtiyacı  olan 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə