Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə169/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   176

 

521 


uşaqların  təhsil  hüququnun  yerinə  yetirilməsi,  belə  kateqo-

riyadan olan uşaqların hamısı üçün bərabər təhsilalma şəraitinin 

yaradılması,  inteqrasiyalı  (inkluziv)  təlimə  keçidin  reallaşdırıl-

ması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər 

imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial 

müdafiəsinin  gücləndirilməsi,  müvafiq  klassifikasiyaya  uyğun 

olaraq  bütün  kateqoriyadan  olan  xüsusi  qayğıya  ehtiyacı  olan 

uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edil-

məsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris baza-

sının müasir standartlara uyğunlaşdırılması və digər məsələlər öz 

əksini tapır. 

İnstitut  (ali  məktəb)  –  müstəqil  və  ya  universitetlərin  struktur  bölməsi 

olaraq,  konkret  ixtisaslar  üzrə  ali  təhsilli  mütəxəssis  hazırlığını 

və  əlavə  təhsil  proqramlarını  həyata  keçirən,  tətbiqi  tədqiqatlar 

aparan ali təhsil müəssisəsidir. 



İnsayt  –  problemin  həlli  prosesində  onun  həllinin  gözlənilmədən  tapıl-

masına deyilir.  



İnterpretasiya – mənanın izah edilməsi prosesidir.  

İntellekt  – (latınca intelectus  – dərketmə, dərrakə, anlama) –  fərdin əqli 

qabiliyyətinin  nisbətən  sabit  strukturuna  deyilir.  Müasir  psi-

xologiyada intellektin strukturu müxtəlif aspektlərdə öyrənilir. 

İradə  –    insanın  işin  icrası  prosesində  çətinlikləri  şüurlu  surətdə  dəf  et-

məsi prosesidir. Fəallığın təmin olunmasında xüsusi əhəmiyyətə 

malikdir.  

İstedad  –  1)  fəaliyyəti  müvəffəqiyyətlə  icra  etmək  imkanı  verən  qabi-

liyyətlərin  keyfiyyətcə  özünəməxsus  uzlaşmasına  deyilir;          

2)  ümumi  qabiliyyətlər  və  intellekt  anlamlarının  sinonimi  kimi 

də işlədilir.  



İxtisas  – müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə daxilində 

fəaliyyət növüdür. 



Kampus  –  müvafiq  maddi-texniki  bazaya  və  infrastruktura  malik  təhsil 

kompleksidir (şəhərciyidir). 



Keyfiyyət  araşdırması  –  Antropologiya  və  digər  sosial  elmlərdən 

götürülmüş,  müşahidə  və  müsahibə  kimi  üsullardan  müntəzəm 

istifadə etməklə həyata keçirilən tədqiqatdır. Yaxın vaxtlara qə-

dər təhsil sahəsində yerinə yetirilən tədqiqatların əksəriyyəti kə-

miyyətin  aşkar  edilməsinə  yönəldilirdi.  Bəzi  tədqiqatçılar  indi 

keyfiyyətin müəyyən edilməsinə xidmət edən üsullardan istifadə 

edirlər,  onların  fikrincə,  statistik  proseslər  pedaqoji  hadisələrin 

mahiyyətini dərk etməyə imkan vermir. 




 

522 


Kollec  –  orta  ixtisas  proqramları  əsasında  təhsil  xidmətləri  göstərən  və 

subbakalavr  peşə-ixtisas  dərəcəsi  vermək  hüququ  olan  təhsil 

müəssisəsidir. 

Konservatoriya  –  musiqi  sahəsi  üzrə  yüksək  ixtisaslı  mütəxəssislər 

hazırlayan ali təhsil müəssisəsidir. 



Konvergent təfəkkür – məntiqi, ardıcıl, xətti təfəkkürdür.  

Kontent  analiz  –  müxtəlif  mətnlərin  öyrənilməsi  metodu  olub,  onların 

özünəməxsus  xüsusiyyətlərini  (məlumatın  janrını,  adamların 

qarşılıqlı  təsirinin  növlərinin  və  s.)  açıqlamaq  və  qiymətlən-

dirmək imkanı verir.  



Koqnitiv – (latınca koqnito) – bilik, idrak deməkdir. 

Kəmiyyət araşdırması – ənənəvi elmi yanaşma olub, klassik eksperiment 

vasitəsilə, müxtəlif yanaşmaların səmərəliliyini müqayisə etmək 

üçün  statistik  əməliyyatlardan  istifadə  etməklə  yerinə  yetirilən 

tədqiqatdır. Bəzi tədqiqatçılar bu yanaşmanı məhdud hesab edir 

və keyfiyyətyönümlü araşdırmalardan daha çox istifadə edirlər. 

Konstruktivizm  – öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə 

haqqında  elə  nəzəriyyə  qrupuna  aiddir  ki,  onun  həlledici  prin-

sipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsasın-

da yaradılması təşkil edir. Bu o deməkdir ki, bilik passiv şəkildə 

əldə  edilmir,  o,  insanın  həyat  təcrübəsi  əsasında  yaranır.  Bu, 

insanların  necə  öyrənməsi  haqqında  tədqiqata  əsaslanan  təlim 

yanaşmasıdır. 

Qabiliyyətlər  –  insanın  elə  psixoloji  xüsusiyyətləridir  ki,  onlardan  asılı 

olaraq  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmək  işində  mü-

vəffəqiyyət  əldə  edilir.  Ancaq  qabiliyyətlərin  özü  bilik,  bacarıq 

və  vərdişlərin  mövcudluğundan  ibarət  deyildir.  Qabiliyyətlər 

yalnız  fəaliyyətdə,  özü  də  həmin  qabiliyyətlər  olmadan  icrası 

qeyri-mümkün olan fəaliyyətdə aşkar olunur. Qabiliyyətlər şəx-

siyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, müəyyən fəaliyyətin 

müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün 

zəruri  sayılan  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə  dinamika-

sındakı fərqləri meydana çıxarır. Qabiliyyətin ən yüksək inkişaf 

mərhələsi talant adlanır. Talant insana hər hansı mürəkkəb əmək 

fəaliyyətini  müstəqil,  müvəffəqiyyətlə  və  orijinal  surətdə  icra 

etməyə imkan verən qabiliyyətlər kompleksidir. 

Qiymətləndirmə  –  şagirdlərin  və  ya  müəllimlərin  öyrənməsinin  və 

icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymətləndirmə va-

sitələrinə – minimum səriştə testləri, inkişafın izlənməsi testləri, 

qabiliyyət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi 




 

523 


qiymətləndirmə  daxildir.  Qiymətləndirmədə  hər  hansı  yanaş-

manın səmərəliliyi onun nə dərəcədə nəzərdə tutulan məqsədlərə 

uyğun olmasından asılıdır. 

Qeyri-formal  təhsil  –  müxtəlif  kurslarda,  dərnəklərdə  və  fərdi 

məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə 

müşayiət olunmayan təhsil formasıdır. 

Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıqdır. 

Lisey  –  ümumi  və  tam  orta  təhsil  səviyyələrində  istedadlı şagirdlər  üçün 

müvafiq  təmayüllər  üzrə  təhsil  xidmətləri  göstərən  ümumtəhsil 

müəssisəsidir. 

Magistratura – ali təhsilin ikinci səviyyəsidir. 

Magistr  –  magistraturanı  bitirmiş  şəxslərə  verilən  ali-elmi-ixtisas 

dərəcəsidir. 



Mentor (rəhbər)  başqa bir insana yardım təklif edən nümunəvi şəxsdir. 

Mentorun  müvafiq  sahə  üzrə  biliyi  və  təcrübəsi  var  və  onu 

rəhbərlik etdiyi şəxslə bölüşür. 

Meta  –   yunan mənşəli prefiksdir. Müxtəlif mənalarda (haqqında, kənar, 

vasitəsilə,  sonra  və  s.  mənalarda)  açıqlanır.  Psixologiyada 

metakoqnitiv və ya metahafizə anlamlarına az təsadüf olunmur.  

Metodologiya  –  idrak  və  gerçəkliyin  dəyişdirilməsi  metodları  haqqında 

təlim  kimi,  dünyagörüşü  prinsiplərinin  idrak  prosesinə,  ümu-

miyyətlə,  mənəvi  fəaliyyətə  və  praktikaya  tətbiqi  kimi  anlaşıla 

bilər.  Həm  də  burada  yalnız  fəlsəfənin  deyil,  həmçinin  konkret 

elmi  tədqiqatın  metodları  nəzərdə  tutulur.  Buna  görə  də, 

metodologiyaya  bəzən  bu  və  ya  digər  elm  çərçivəsində  tətbiq 

olunan müəyyən metodlar sistemi kimi tərif verirlər. 

Mədəniyyət  –  tarixən  dəyişən,  sosial  tələblərlə  şərtlənən  geniş  anlayış 

olub,  konkret  tarixi  dövrün  məhsulu,  onun  siyasi  və  iqtisadi 

təsirinin  nəticəsidir.  O,  insanın  şüuru,  psixikası  və  davranışı  ilə 

bağlı olmaqla yanaşı, həm də dövlətin və xalqın tarixi inkişafı ilə 

sıx əlaqədədir.  

  

Sosial fenomen və noumen olan mədəniyyət həyat və fəaliyyətin 

müəyyən  sahəsində  onun  keyfiyyətini  ifadə  edən  kontekstual 

anlamda da öz əksini tapır. İntellektual, siyasi, iqtisadi, etik, hü-

quqi, tibbi, ekoloji, idarəetmə mədəniyyəti, məişət mədəniyyəti, 

sülh  mədəniyyəti,  gender  mədəniyyəti,  məsuliyyət  mədəniyyəti 

və s. mədəniyyətlər vardır.  

Mənalı öyrənmə  şagirdin məktəbdə və gələcək peşə fəaliyyətində, şəxsi 

və  vətəndaş  həyatında  müvəffəqiyyət  qazanması  üçün  zəruri 

olan öyrənmədir. O, geniş bir anlayış olub əhəmiyyət kəsb edən 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə