Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə17/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   176

 

53 


“Avesta”da mənəvi dəyərlər – xeyirxah fikir, xeyirxah söz və 

xeyirxah  əməl  üçlüyündə  öz  ifadəsini  tapır.  Burada  əxlaqi-mənəvi 

proses  üç  mərhələyə  bölünür:  Əvvəlcə  xeyirxah  fikir  yaranmalı, 

sonra  bu  fikir  sözdə  ifadə  edilməli  və  nəticədə  xeyirxah  əməldə 

özünü göstərməlidir. Bu üç mənəvi keyfiyyət ailə münasibətlərində, 

icmada  və  vilayətdə  hər  zaman  öz  əksini  tapmalıdır.  “Avesta”da 

deyilir ki, “Tərbiyə həyatın ən zəruri sütunu hesab edilməlidir. Hər 

kəsi elə tərbiyə etmək lazımdır ki, o oxumağı, yazmağı bacarmaqla 

yüksək pilləyə qalxa bilsin”. 

“Avesta”da  tərbiyə  məsələləri  maddi  və  mənəvi  təmizliyə 

əsaslanır. Yəni 1) fiziki təmizlik (bədən, geyim, ev-eşik təmizliyi); 

2) mənəvi təmizlik (əqidə və əməllərin saflığı). Burada insanın həm 

bədəninin təmizliyi, ev-eşik, geyim təmizliyi həm də mənəvi təmiz-

lik  – yəni insanın daxili təmizliyi nəzərdə tutulur. “Avesta” da insa-

na qiymət, insan şəxsiyyəti yüksək dəyərləndirilir, onun ağlına, yax-

şı əməllərinə inam, xeyirxahlığa çağırış, günahsız, pak yaşamaq an-

layışı  təlqin  edlir.  “Yəsnə”nin  19-cu  bəndində  deyilir:  “Uğurlu  dü-

şüncə  nədir?  Müqəddəs  kəlam.  Uğurlu  əməl  nədir?  Müqəddəs 

yaranmışları  üstün  tutaraq  onlara  sitayiş  etmək”.  33-cü  bənddə  bu 

fikir daha da inkişaf etdirilir:  “Yalan din  əleyhinə öz sözü, düşün-

cəsi və əməli ilə mübarizə edənlər, eləcə də öz adamlarına yaxşılıq 

öyrədənlər  Ahura  Məzdanm  istədiyini  yerinə  yetirmiş  olurlar”. 

Burada  “Xeyirxahlıq”,  “Yaxşılıq”  bir  əxaqi  kateqoriya  kimi  xeyir-

xah idrak və xeyirxah fikirdən irəli gəlmişdir. Ona görə də Zərdüşt 

insanları fikrində, sözündə, əməlində xeyirxahlığa, yaxşılığa çağırır. 

Burada  göstərilir  ki,  dünyanın  sonunda  hər  kəs  öz  əməllərinə, 

əqidəsinə  görə  cavab  verəcəkdir.  Ona  görə  də  insanın  düşüncəsin-

dən irəli gələn söz və əməl xeyirli və faydalı olmalıdır. 

Zərdüşt  “əkini  və  bol  məhsullu  tarlanm  da  gözəl  ailənin”  də 

əsasını  düzlük  və  gözütoxluqda  görürdü.  Bunların  hər  ikisi  insanı 

nəfsə  qalib  gəlməyə,  intizamlı  və  mütəşəkkil  olmağa  sövq  edir. 

“Avesta”da  insanları  zəhmətə,  əməyə,  müqəddəs  yola  dəvət,  düz-

lüyə,  doğruçuluğa  qüvvətli  təlqin  vardır:  “Kim  taxıl  səpir,  məhsul 

becərirsə,  o  möminlik,  düzlük,  doğruçuluq,  təmizlik  əkib  becərir, 

həyata, insanlara xoşbəxtlik və səadət gətirir”. Zərdüşt kəlamlarında 

pəhrizkarlıq düzlük və doğruçuluğun əsası kimi təlqin edilir: “Düz-

lüklə pəhrizkarlıq birləşəndə əsl insanlıq cilvələnir. Gəlin hamımız 



 

54 


üz tutub bu səmtə yollanaq”. 

Beləliklə,  deyə  bilərik  ki,  Zərdüşt  məktəbləri  Azərbaycanda 

məktəb təhsilinin təşəkkülündə, inkişafında mühüm mərhələni təşkil 

etmiş  və  Zərdüştün  müqəddəs  kitabı  “Avesta”  insanların  mənəvi, 

əxlaqi  keyfiyyətlərinin  formalaşmasında,  inkişafında  və  təkmilləş-

məsində  böyük  əhəmiyyət  kəsb  etmişdir  ki,  bu  da  Azərbaycan 

məktəb və pedaqoji fikir tarixinin mühüm qolunu təşkil etməkdədir. 

 

Tapşırıqlar 

 

Aşağıdakılarla  bağlı  məlumatları  müxtəlif  mənbələrdən  əldə 

etməyə çalışın. Topladığınız informasiyalar üzərində işləyin və onları 

sistemə salaraq formalaşdırmaqda olduğunuz banka daxil edin.  

1.

 



İslamiyyətdən öncə Azərbaycanda təhsil. 

2.

 



Qədim Azərbaycan dövlətlərində tərbiyə və təhsil. 

3.

 



QədimAzərbaycanda yazı mədəniyyəti. 

4.

 



Azərbaycanda Zərdüşt məktəbləri. 

5.

 



Zərdüşt məktəblərində təhsil sistemi. 

6.

 



“Avesta”da tərbiyə məsələləri. 

7.

 



“Avesta”da mənəviyyat və əxlaq məsələləri. 

 

Ədəbiyyat 



 

1.  Əhmədov  H.M.  Azərbaycan  məktəb  və  pedaqoji  fikir  tarixi. 

Bakı: Təhsil, Elm, 2001 

2.  Yəqubi  Ə.  R.  Azərbyacnda  təlim-tərbiyə  mədəniyyəti,  təhsil  və 

pedaqoji fikir tarixi. Bakı: Nurlan, 2005. 

3. Şəfizadə B.C. Azərbaycan ədəbiyyat tarixi. Bakı: Adiloğlu, 2003. 

4. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002. 

5.Hüseynzadə  R.L.  Qədim  və  orta  əsrlərdə  Azərbaycanda  tərbiyə, 

təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007 . 

6. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004. 

7.  Seyidov  F.Ə.  Türk  xalqlarının  tərbiyə  və  məktəb  tarixinə  dair. 

Bakı: Sevinc, 1997. 

8. Əlibəyzadə E.M. Azərbaycan хalqının mənəvi mədəniyyət tariхi 

(islamaqədərki dövr). Bakı: Gənclik, 1998. 

 

 

 




 

55 


 

 

 

IV fəsil 

 

İSLAMİYYƏTDƏ  

TƏHSİL VƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİ 

 

 



Əhatə olunan məsələlər: 

 

4.1. Təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah və  Təkyələr, 



kitab evləri və kitabxanalar, mədrəsələr. 

4.1.1. Suffədə təhsil. 

4.1.2. Məscid və camilərdə təhsil. 

4.1.3. Kuttablarda təhsil. 

4.1.4. Məktəblərdə təhsil. 

4.1.5. Xanegah və Təkyə (Təkkə), Zaviyə və Dərgahlarda  təhsil. 

4.1.6. Kitabxanalar bir elm, tədris mərkəzi kimi. 

4.1.7. Mədrəsələrdə təhsil. 

4.1.8. Azərbaycanda mədrəsələrin yaranması və inkişafı. 

4.2. İslamiyyətdə tərbiyə məsələləri. 

4.3. İslamda tərbiyə işinin prinsipləri. 

4.4. Qurani-Kərimdə tərbiyə və öyrətmə, öyrənmə məsələləri. 

4.5. Təsəvvüfdə tərbiyə məsələləri. 

4.6. Mövləlikdə tərbiyə. 

4.7. Bektaşilikdə tərbiyə. 

4.8. Hürufilikdə tərbiyə. 

4.9. Əxilikdə tərbiyə. 

 

 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə