Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə171/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

 

527 


 

təlim  məqsədlərinin  taksonomiyası  tədris  prosesinin  elmi-



metodik  səviyyədə  planlaşdırmaq  və  onun  nəticəsini  ölçmək 

imkanı verir.  

               Takson – taksonomik təsnifatın üzvləridir.  

Tətbiq  –  problem  üzrə  müəyyən  nəticələr  qazanmaq  üçün  informasiyanı 

konkret hadisələrə tətbiq etməkdir. 



Təhsil  krediti  –  fənin  məzmununa  və  həcminə  uyğun  olaraq  onun 

mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. 



Tədris  planı  –  müvafiq  təhsil  pilləsində  tədris  olunan  fənlərə  və 

dərsdənkənar  məşğələlərə  ayrılan  saatların  miqdarını  müəyyən 

edən əsas tənzimləyici sənəddir. 

Təhsil – cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual 

və  emosional sferalarının inkişaf etməsi  və  həyata  hazırlanması 

məqsədi  ilə  sistemləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərin  mə-

nimsənilməsi prosesi və onun nəticəsi kimi anlaşıla bilər. 



Təhsil investisiyası – təhsilin inkişafına sərmayə qoyuluşudur. 

Təhsil  proqramı  (kurikulum)  –  təhsilin  hər  bir  pilləsi  üzrə  təlim 

nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs 

və  dərsdənkənar  məşğələ  saatlarının  miqdarını,  pedaqoji  prose-

sin  təşkili,  təlim  nəticələrinin  qiymətləndirilməsi  və  monitorin-

qinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. 

Təhsil  məhsulu  –  təhsil  sahəsində  innovasiyalar,  orijinal  təhsil  və  fənn 

proqramları,  təlim  metodları  sistemi,  təhsil  modulları,  təhsil 

layihələri hesab olunur. 

Təhsil  müəssisəsi  –  müvafiq  təhsil  proqramları  əsasında  təhsil  prosesini 

həyata  keçirən  və  məzunlara  müvafiq  təhsil  haqqında  dövlət 

sənədi verən qurumdur. 

Təhsil  françayzinqi  –  təhsil  məhsullarının  müvafiq  şərtlərlə  (təhsil 

müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanıl-

ması,  müəlliflik  hüququnun  qorunması  və  s.)  daxili  və  beynəl-

xalq  təhsil  bazarında  reallaşdırılması  üzrə  kompleks  xidmətlər 

sistemidir. 

Təfəkkür    yeni,  mühüm  əlamət,  xassə  və  qanunauyğunluqların  axta-

rılmasına  və  kəşf  edilməsinə  yönəldilmiş,  sosial  cəhətdən  şərt-

lənmiş,  nitq  ilə  ayrılmaz  surətdə bağlı  psixi  prosesdir,  gerçəkli-

yin  təhlil  və  tərkibi  gedişində  onun  vasitəli  və  ümumiləşmiş 

inikası  prosesidir.  Təfəkkür  insanın  əməli  fəaliyyəti  əsasında 

hissi  idrak  vasitəsi  ilə  yaranır  və  onun  sərhədlərindən  çox-çox 

kənara  çıxır.  İnsan  təfəkkürü  dillə,  nitqlə  ayrılmaz  surətdə 

bağlıdır. Təfəkkür zəruri olaraq maddi formada, söz formasında 




 

528 


mövcuddur.  Formal  məntiq  təfəkkürün  məntiqi  formalarını  – 

məfhumları,  hökm  və  əqli  nəticələri  öyrənir.  Məfhum  gerçək-

liyin  cisim  və  hadisələrinin  ümumi,  mühüm  və  fərqləndirici 

əlamətlərini əks etdirən fikrə deyilir. Hökm-gerçəkliyin cisim və 

hadisələrinin,  onların  xassə  və  əlamətlərinin  arasında  olan 

əlaqələrin  inikasıdır.  Əqli  nəticə  (istidlal)  fikirlər  (məfhum  və 

mülahizələr) arasında elə bir əlaqədir ki, onun nəticəsində bir və 

ya  bir  neçə  hökmdən  başqa  hökm  alınır  və  bu  hökm  ilk,  əsas 

hökmlərin  məzmunundan  çıxarılır.  Məntiqin  predmeti  təfəkkür 

prosesində əmələ gələn dərketmə nəticələri, məhsulları arasında 

olan qarşılıqlı münasibətlərdir. 

Təxəyyül  –  keçmiş  qavrayış  materiallarının  yenidən  işlənməsi  əsasında 

yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesdir.  



Ümumiləşdirmə – obyektləri müəyyən əlamətlər əsasında qruplaşdırmaq, 

hər  hansı  bir  obyekti  başlıca  əlamətlərinə  görə  müəyyən 

anlayışlar sisteminə aid edilməsi prosesidir.  

Universitet  –  ali  təhsilin  bütün  səviyyələri  üzrə  geniş  spektrli  mütəxəs-

sislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fun-

damental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali 

təhsil müəssisəsidir. 



Ünsiyyət  –  birgə  fəaliyyət  tələblərindən  irəli  gələrək  insanlar  arasında 

münasibətin  yaradılması  və  inkişafı  prosesidir.  Onun  kommu-

nikativ  (ünsiyyət  informasiya  mübadiləsi),  interaktiv  (qarşılıqlı 

təsir),  perseptiv  (insanların  bir-birini  qavraması  və  anlaması) 

kimi tərəflərini fərqləndirirlər. 

Verbal  –  (latınca  verbalis  –  sözlü)  –  məlumatın  sözlə  və  ya  işarələr,  dil 

sistemi vasitəsilə ifadə olunmasını nəzərdə tutur.  



Verbal öyrənmə – insanın bilik, bacarıq və vərdişləri şifahi izah, təlimat 

vasitələrilə əldə etməsi deməkdir.  



Yaradıcılıq  –  elə  bir  fəaliyyətdir  ki,  onun  nəticəsində  yeni  maddi  və 

mənəvi  dəyərlər  formalaşır.  Mahiyyətcə  mədəni-tarixi  hadisə 

olan  yaradıcılığın  psixoloji  aspektləri  də  vardır.  Bu,  şəxsi  və 

prosesual  aspektlərdir.  Bunlar  insanda  elə  qabiliyyətlərin, 

motivlərin,  bilik  və  bacarıqların  olduğunu  göstərir  ki,  onların 

nəticəsində yaradılmış məhsul öz orijinallığı ilə fərqlənir.  



Yaradıcı  fəal  təlim  –  müəllimin  rəhbərliyi  ilə  məlum  biliklər,  hadisə, 

proses  və  obyektlərin  müqayisəsi,  təcrübə  əsasında  şagirdlərin 

müstəqil və fəal əməyi ilə yeni bilik  və bacarıqların  əldə olun-

masına şərait yardan təlim. Yaradıcı fəal təlimin əsas xüsusiyyəti 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə