Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə22/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   176

 

68 


-tərbiyə mərkəzləri olan Xanegah, Təkyə, Zaviyə və Dərgahlar orta 

əsrlərin bilik , elm, maarif və mədəniyyət mərkəzləri kimi fəaliyyət 

göstərmişlər. 

 

4.1.6. Kitabxanalar bir elm, tədris mərkəzi kimi 

 

Məscid, Xanegah və Təkyələrdən başqa o dövrdə kitab evləri, 



kitabxanalar  da  yaradılırdı  ki,  bu  yerlərdə  də  bilikli  insanlar  elm 

həvəskarlarına müəyyən təhsil verirdilər. Belə müəssisələr sırasında 

Bağdadda  Harun  ər  Rəşid  (787-809)  tərəfindən  qurulan  “Dar  ol- 

hekmə”  idi.  Bura  bir  kitab  evi,  elm  mərkəzi,  tərcümə  yeri  idi. 

Burada qədim yunan filosofların əsərləri ərəb dilinə tərcümə edilir, 

nüsxələri  çoxaldılır  və  yayılırdı.  Yaxın  və  Orta  Şərq  ölkələrinin 

alimləri  bu  elm  mərkəzindən  istifadə  edib  faydalanmışlar.  Mənbə-

lərin  verdiyi  məlumata  görə  bu  hikmət  evi  Hülaküların  hücumuna 

qədər  (1258)  qalmışdır.  Həmin  ildə  Nəsirəddin  Tusi  Bağdadda 

olmuş, heç şübhəsiz o da bu elm mərkəzindən istifadə etmişdir. 

Belə kitab evi elm mərkəzlərindən ən məşhuru IX əsrdə Bağ-

dadda yaradılmış “Beyt ol-hekmə” (830) idi ki, (“Hikmət xəzinəsi”) 

bu öncə bir kitab evi, elm, tədqiqat mərkəzi kimi qurulsa da gələcək 

“Mədrəsə”  təhsilinə  bir  başlanğıc  idi.  “Beyt  ol-hekmə”də  idman 

zalı, ədəbiyyat salonu, Əl-kimya emalatxanası, rəsədxana, xəstəxa-

na fəaliyyət göstərirdi. Burada tərcüməçilər var idi ki, yunan, latın, 

pəhləvi, fars dilində olan ədəbiyyat ərəbcəyə tərcümə edilir, çoxal-

dılıb yayılırdı. 

Burada riyaziyyat, fəlsəfə, ritorika, psixologiya, əxlaq, coğra-

fiya,  qrammatika  və  musiqi  sahələrində  Sokrat,  Platon,  Aristotel, 

Arximed  eləcə  də  tibbə  dair  Hiroqliyus  və  Calinus  kimi  qədim 

yunan  alimlərinin  əsərləri  geniş  miqyasda  tərcümə  edilmişdir.  Bu 

tərcümələr  Yaxın  Şərqdə,  Qafqazda  geniş  yayılaraq  tədris  müəs-

sislərində dərs vəsaiti kimi istifadə olunmuşdur. Hələ IX əsrdə Əbu 

Nəsr Farabi Aristotelin əsərlərini sadələşdirmiş, ona şərhlər yazmış, 

onları  Şərqə,  bizlərə  çatdırmışdır.  Təsadüfi  deyil  ki,  hələ  öz  döv-

ründə  Farabiyə  Aristotelin  “Birinci  müəllim”  ünvanından  sonra 

“İkinci müəllim” və ya “İkinci Aristotel” ünvanı verilmişdir. 

Bir çox Azərbaycan alim və şairlərinin - Nizami Gəncəvinin, 

Xaqani  Şirvaninin,  Xətib  Təbrizinin,  Bəhmənyarın  və  başqalarının 




 

69 


əsərlərindən  məlum  olur  ki,  onlar  qədim  yunan  fəlsəfəsini  yaxşı 

bilmiş və ondan faydalanmışlar. 

Pedaqoji fikrimizin və elmimizin inkişafında, maarif və mədə-

niyyətin  yayılmasında  erkən  orta  əsrlərdə  yaranmış  kitab  evləri  və 

kitabxanaların  böyük əhəmiyyəti olmuşdur. Alimlərin,  elmi  sevən-

lərin baş vurduqları əsas yer kitab evləri və kitabxanalar olmuşdur. 

İslam  əhli  kitabı  həmişə  sevmiş  və  onu  yüksək  dəyərlən-

dirmişdir. Kitabın dəyərini yüksək qiymətləndirənlərdən biri böyük 

alim  Əl-Cahiz  olmuşdur.  O  demişdir  ki,  kitab  susduğunuz  zaman 

səssiz, danışdığınız zaman danışan, məşğuliyyətiniz varkən söhbətə 

başlamayan,  çalışan  zaman  sizi  yalnız  buraxan,  özünüzə  qarşı  heç 

vaxt  minnətçi  olmayan,  sizi  yoldan  çıxarmayan  bir  dost,  bezdirib 

usandırmayan, sizi aldadıb yalan söyləməyən bir yoldaşdır. 

Kitab evləri, kitabxanalar elm adamlarının həmişə sevimli ye-

ri olmuş, onlar kitaba son dərəcə böyük qiymət vermiş və kitab oxu-

mağa sərf etdiyi vaxtları ən dəyərli və qiymətli vaxt hesab etmişlər. 

Xəlifələrdən birisi gecə söhbəti keçirmək üçün hər gecə alimlərdən 

birini  yanına  dəvət  edərmiş.  Saray  xidmətçisi  alimin  yanına  gəlib 

dəvəti  söyləmək  istərkən  alimi  kitablar  arasında  mütaliə  etdiyini 

görmüş və Xəlifənin istəyini ona çatdırmışdır. Alim isə - “Xəlifəyə 

söyləyin ki, indi yanımda bir qrup hikmət adamları, müdrik insanlar 

vardır,  onlarla  söhbət  edirəm.  Onlarla  söhbəti  bitirib  gələrəm”  - 

demişdir. Xidmətçi alimin sözlərini xəlifəyə bildirərkən, o heyrətlə 

soruşmuşdur:  -  “Yanındakı  o  dəyərli  alimlər  kimlərdir,  əcaba”? 

Xidmətçi bildirmiş: - “Vallahi  ya əmir əl-Mömin yanında heç kim 

yox  idi”  -  deyincə,  xəlifənin  marağı  daha  da  artmış  və  demiş:  ”Nə 

edirsən  et,  onu  bu  saat  mənim  yanıma  gətir”.  Nəhayət,  alim 

xəlifənin yanına gəlmişdir. Xəlifə maraq və təəccüblə soruşmuşdur: 

-“Sənin yanındakı o müdrik insanlar kim idi?”. Alim demişdir: 

-  “Ey  Mömünlərin  əmiri!  Onlar:  -  söhbətlərindən  heç  zaman 

doymadığımız,  üz-üzə  olarkən  əmniyyətli  və  təhlükəsiz  olan,  baş-

başa  qaldığımız  zaman  dadlı,  xoş  sözləri  ilə  dərdlərimizi  dağıdan, 

bizə ümid və güc verən, öz elmləri  ilə bizi əvvəlkilərin  bilik,  ağıl, 

ədəb və doğru görüşlərindən yararlandıran, bizə doğru yol göstərən 

sədaqətli  yoldaşlardır.  Onlar  –  “ölüdür,  desəm  yalan  olar,  dirilərə 

bənzəyir  desəm  məni  qınamazlar...”.  Xəlifə  alimin  bu  sözlərindən 




 

70 


onun  kitabları  qəsd  etdiyini  anlamış  və  gecikməsini  əsaslı  hesab 

etmiş, ona mükafat vermişdir. 

İlk  dövrlərdə  maarifpərvər  şəxslər  özləri  əlyazmaları,  kitab-

ları,  yazılı  mənbələri toplayaraq kitab  evləri  və kitabxanalar  yarat-

mış  və  bunu  xalqın  istifadəsinə  vermişdir.  Bitləmus  xanədanında 

İskəndəriyyə  kitabxanası  və  Abbasilər  dövründə  Bağdadda  “Beyt 

ol-hikmə” və digərləri belə qurulmuşdur. 

Kitab  toplanışı  və  kitab  evlərinin  yaradılması  -  Bağdaddakı 

“Beyt  ol-hikmə”  (təsisi:830),  “Dar  ol-elm”  (Elmlər  akademiyası. 

təsisi: 993), Nəcəfdə “Heydəriyyə” (İmam Əlinin qəbrinin yaxınlı-

ğında  Məşhədi  Şərif  tərəfindən  qurulmuşdur.Tarixi  dəqiq  bəlli 

olmasa da çox qədimdir), Qahirədəki “Dar-ol-Hikmə” (təsisi:1005) 

böyiik  İslam  Universitetlərinin  yaranmasının  nüvəsi  olmuşdur. 

Buna  görə  də  bu  müəssisələrin  funksiyaları  haqqında  bir  çox 

tarixçilər, tədqiqatçılar fikir ayrılığına da  gəlmişlər: Bunlar mədrə-

sədirmi, yoxsa kitabxanadır? Digər tərəfdən də bu müəssisələr istər 

dövlət tərəfindən qurulsun, istərsə də fərdlər tərəfindən qurulsun bu 

növdən  olan  quruluşlara  örnək  olmuşdur.  Beləcə  kitab  evləri,  elm 

evləri,  kitabxanalar  islam  aləminin  hər  yerində-o  cümlədən  Azər-

baycanda  -  Marağada,  Təbrizdə,  Gəncədə,  Naxçıvanda,  Bərdədə, 

Ərdəbildə,  Dərbənddə,  Həmədanda,  Şirvanda,  Şamaxıda  yaradıl-

mışdır ki, onlar da pedaqoji fikrin formalaşmasında, inkişafında, el-

min yayılmasında, insanların təhsilə, maarifə cəlb edilməsində, yeni 

tədris müəssisələrinin açılmasında böyük rol oynamışdır. 

Azərbaycanda,  o  cümlədən  Şamaxı  və  Gəncə  şəhərlərində 

Bağdadda “Beytül-hikmə” tipli elmi kitabxanaların təşkili daha çox 

diqqəti cəlb etmişdir. Böyük alim və ədib Əbül-üla Gəncəvinin Şa-

maxı kitabxanasında pedaqoji fəaliyyəti və naxçıvanlı alim Həddad 

ibn  Bekran  Əbül-Fəzl  ən  Nəşəvinin  Gəncə  kitabxanasında  müdir 

vəzifəsində  işləməsi  həmin  kitabxanaların  Bağdaddakı  “Beytül-

hikmə”  kimi  elmi  müəssisələr  funksiyası  daşıdığını  bildirir.  Azər-

baycanda kitabxanalar əslində elmi-tədqiqat və tədris işlərini birləş-

dirən mərkəzlər kimi inkişaf etmişdir. 

“Beyt ol-hekmə” və bunun kimi digər təhsil, mədəniyyət, elm 

mərkəzləri  (“Dar ol- elm”, “Dar ol-hekmə”, “Xəzanə-t  ol-hekmə”) 

hansı  ki,  onlara  ümumilikdə  “Fəlsəfə  evi”,  “Elm  evi”,  “Bilik  evi” 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə