Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə3/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

sosial ziddiyyətlərin artması tərbiyə sistemini sərtləşdirdi. Uşaqlara 



verilən fiziki cəza müntəzəm olaraq tətbiq olunmağa başladı. İbtidai 

icma dövrünün sonunda tərbiyənin kollektiv ənənələri uşaq və yeni-

yetmələr üçün özünəməxsus “gənclər evi”nin meydana gəlmə- sinə 

səbəb  oldu.  “Gənclər  evi”  insanlara  müəyyən  əmək  vərdişləri  və 

bacarıqların,  ayinlərin  (mərasimlərin)  öyrədilməsi  məqsədilə  təşkil 

edilmişdi. Burada tərbiyənin başlıca forması keçirilən birgə oyun və 

məşğələlərdən ibarət idi. 

Patriarxal  qəbilə  quruluşunda  “gənclər  evi”  müxtəlif  forma- 

larda təşkil olunurdu. Oğlanların tərbiyə edilməsi işi ilə ağsaqqallar 

və kahinlər məşğul olurdular. Əmlak təbəqələşməsinə görə kasıblar 

və icmanın daha imkanlı üzvləri üçün ayrı-ayrı “gənclər evi” mey- 

dana gəldi. 10-15 yaşına çatmış hər iki cinsdən olan bütün yeni- yet-

mələr inisiasiya-özünü böyüklərə təqlidetmə mərhələsindən keçirdi-

lər. Oğlanlarda isə bu mərhələ mürəkkəb olduğundan uzun- müddət 

davam edirdi. İnisiasiya dini mərasim formasında keçiri- lərək ənə-

nəvi dini nəğmələr, mərasim rəqsləri və sehirli ovsunlarla müşayiət 

olunurdu. İbtidai icma dövründə tərbiyə işi mürəkkəb- ləşmiş, çox-

sahəli və planlı xarakter almışdı. 

Uşaqlara əmək bacarığı və vərdişləri aşılanmaqla yanaşı, həm 

də  onlara  dini  mərasim  qaydaları  öyrədilirdi.  Böyüyən  gənc  nəslin 

tərbiyəsində şifahi xalq yaradıcılığı- nağıllar, oyun və rəqslər, musi-

qi və nəğmələr mühüm rol oynayırdı ki, bu da onların əxlaqını, dav-

ranışını, mənəvi xarakter keyfiyyətlərini müəyyən edirdi. 

Qəbilə icmasının sonrakı inkişaf mərhələsində gənclərin hərbi 

tərbiyəsinin əsası qoyuldu. Oğlanlara ox atmaq, nizədən istifadə et-

mək,  at  çapmaq  və  s.  kimi  bacarıqları  əhatə  edən  hərbi  tərbiyə 

verilirdi. 

Sonralar isə onlara ilkin bilik verməklə yanaşı, yazının əmələ 

gəlməsi  ilə  əlaqədar  olaraq  yazmağı  öyrətmək  də  tərbiyə  işinin 

məzmununa  daxil  edildi.  İbtidai  icmanın  sonlarında  ailə  tərbiyəsi 

tərbiyə işinin ümumi formasına çevrildi. Tərbiyənin məzmunu daha 

da  genişləndi  və mürəkkəbləşdi. Tərbiyə ictimai  fəaliyyətin xüsusi 

forması kimi fərqləndirildi. 

 

 



 

10 


 

1.3. Antik yunan fəlsəfəsində tərbiyə 

 

1.3.1. Sparta tərbiyə sistemi 

 

Qədim  yunan  filosofu  Aristotelə  görə,  Sparta  vətəndaşlarının 

tərbiyəsində  daha  çox  hərbi  icma  üzvləri  hazırlamaq  məqsədi  əsas 

yer tuturdu. Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər, gələcək qul-

darlar yetişdirməkdən ibarət idi. Ona görə də quldar övladlarının fi-

ziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. 



Plutarx  yazırdı  ki,  “yeni  doğulan uşaqları ağsaqqallar  nəzər-

dən  keçirirdilər.  Əgər  o,  (uşaq)  möhkəm  və  ahəngdar  quruluşlu 

olardısa,  onu  tərbiyə  etmək  üçün  atasına  qaytarar,  zəif  və  eybəcər 

uşaqları  Tayqet  yanındakı  uçurumdan  atardılar.  Onlar  zənn  edirlər 

ki, belə uşağın həyatı nə onun özünə, nə də cəmiyyətə mənfəət verə 

bilməz. Çünki  təbiət  ona  əvvəldən qüvvət  və  yaxşı  bədən quruluşu 

verməmişdir”. 

Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində 

tərbiyə  alırdılar.  Lakin  sonralar dövlət  gənc nəslin tərbiyə  və  təlim 

vəzifəsini  öz  üzərinə  götürdü.  Belə  tərbiyə  uzunmüddətli  olub  üç 

mərhələni əhatə edirdi: 

a) 7 yaşdan 14 yaşadək; 

b) 14 yaşdan 20 yaşadək; 

c) 20 yaşdan 30 yaşadək. 

Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi. Bu 

məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər təyin olunurdu 

ki, onlara pedanom deyilirdi. 



Birinci mərhələdə uşaqlar pedanomun-tərbiyəçinin rəhbərliyi 

altında tərbiyə alırdılar. Onlar birlikdə yaşayır, oxu və yazı vərdiş- 

lərinə yiyələnirdilər. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki, 

oğlanların  bədəni  möhkəmləndirilir,  habelə  onlara  soyuğa,  aclığa, 

ağrılara və susuzluğa tab gətirmək aşılanırdı. Gənc spartalılar qaç-

mağa, hoppanmağa, əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən 

istifadə etməklə yanaşı, hərbi mahnılar oxumağa da hazırlanırdılar. 

Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə veri- 

lirdi. Onları müxtəsərliyə, öz fikrini qısa və yığcam söyləməyə alış-

dırırdılar. 




 

11 


Tərbiyənin  ikinci  mərhələsində  uşaqların  savad  təliminə 

musiqi və nəğmə məşğələləri də əlavə edilirdi. Tərbiyə üsulları get-

dikcə sərtləşirdi. Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçıla-

rının  bilavasitə  onlarla  söhbətləri  zamanı  həyata  keçirilirdi.  Gənc-

lərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi, la-

kin  onların  cinsi  həyat  sahəsindəki  fəaliyyəti  heç  bir  qadağa  ilə 

məhdudlaşdırılmırdı  və  bu  hal  qüsur  da  hesab  edilmirdi.  Yaşlılar 

tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların 

qarşısı  sərt cəza tədbirləri ilə  alınırdı.Əfsanəvi  qanunverici  Likurq 

spartalıları  sərxoşluqdan  qorumaq  üçün  “ayıqlıq  dərsləri”  təşkil 

etmişdi. Bu “dərslərdə” qullar içməyə məcbur edilirdi ki, spartalılar 

sərxoşluğun  nə  qədər  iyrənc  və  çirkin  bir  iş  olduğunu  gözləri  ilə 

görsün  və  buna  şəxsən  əmin  olsunlar.  Uşaqların  tərbiyə-  sindəki 

mühüm məsələlərdən biri onların tikanlı, lakin zərif formada və bir 

neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri 

idi.  Yeniyetmələrə  verdikləri  cavablarda  dəqiq  və  müxtəsər  olmaq 

öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi. 

Likurq  pul  sikkəsini  hörmətdən  salsa  da  “söz  sikkəsi”  ilə 

başqa cür davrandı. O, istəyirdi, bir neçə sadə sözdə çox dərin məna 

ifadə olunsun. Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib, də-

rin mənalı cavab verməyə alışırdılar. Ona görə də belə yığcam danı-

şan adamların vətəninin adından “lakonik danışıq” anlayışı ya- ran-

mışdır.  Sonralar  spartalılar  bu  xüsusiyyəti  daha  da  inkişaf  etdi- 

rirdilər. Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşı- 

yır, sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə 

də  kifayət  qədər  diqqət  yetirilmirdi.  Fiziki  tərbiyədə  dövlət  üçün 

möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu. Spar- 

tada mükəmməl şəxsiyyət dedikdə, fiziki cəhətdən möhkəm döyüş- 

çü  nəzərdə  tutulurdu.  Belə  tərbiyə  sisteminin  hərtərəfliliyi  qədim 

dövrlərdə  formalaşmış  dövlət  sistemi  ilə  şərtlənirdi.  Dövlətin  əsas 

vəzifəsi isə qulları itaətdə saxlamaq idi. 



 

1.3.2. Afina tərbiyə sistemi 

 

Afinada  hərtərəfli  inkişaf  etmiş  şəxslər  tərbiyə  etmək  vəzi- 

fəsi  qarşıya qoyulmuşdu.  Onlar həm  fiziki,  əxlaqi, həm  də əqli cə-

hətdən  inkişaf  etmiş,  gözəl  zövqə  malik  insanlar  olmalı  idilər.  Bu 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə